Məhkəmə qərarları › İş №2(103)-2220/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2220/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2220/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Musayev Şahəli Caval oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4648/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı QSC-si cavabdehlər Cavabdeh1 İmran oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 6942.54 manat məbləğində kredit borcu, 1586.21 manat məbləğində faiz borcu və 2978.62 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11507 (on bir min beş yüz yeddi) manat 37 (otuz yeddi) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İmran oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli 001L**********89 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 80000 (səksən min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İmran oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2019-cu il tarixli 001R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 İmran oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 İmran oğlu götürdüyü kredit borcundan 3057.46 manat ödəmiş, onun 6942.54 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 İmran oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 312 gün üçün hesablanmış faiz borcu 1586.21 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 312 gün üçün hesablanmış cərimə 2978.62 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrəCavabdeh1 İmran oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn borclunun öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Cavabdeh1 İmran oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı iddia tələbinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4648/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 İmran oğlu ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli 001L**********89 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 İmran oğlundan, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada uzunmüddətli kredit müqaviləsi və kredit razılaşması üzrə üzrə 6942.54 manat məbləğində əsas borc, 1586.21 manat məbləğində faiz borcu, 298 manat dəbbə pulu olmaqla, ümumilikdə 8826.75 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 20 (otuz) manat dövlət rüsumunun 77 %, yəni 23.10 manatının cavabdehlər Cavabdeh1 İmran oğlundan, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tutularaq İddiaçı QSC-yə ödənilməsi, qalan 23 %, yəni 6.90 manatın İddiaçı QSC-yə aid edilməsi qət edilmişdir (sədrlik edən: İlahə Abbasova). Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4648/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Əliyev Yusif İmran oğluna birinci dəfə xx xxxxxxx 2017-ci il tarixdə 8.000 (səkkiz min) manat kredit vermiş və daha sonra Cavabdeh1 xx xxxxxxx 2017-ci il tarixdə kredit müqaviləsi üzrə borcunu qaytarmışdır. Sonradan iddiaçı ilə bağladığı xx xxxx 2018-ci il tarixli 20İRİ817355022 saylı kredit razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 (on min) manat məbləğində kredit almışdır. Ancaq bu kredit müqaviləsində Cavabdeh4 zaminlik müqaviləsini imzalamaqdan imtina etmişdir. Bu müqavilədə Cavabdeh4 zamin olmamışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Abbasova İlahə xanım Namiq Kamal qızının qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli 2(011)- 4648/2020 saylı qətnamə Cavabdeh4 xəbər verilmədən iddiaçı və cavabdehlə əlbir olmuş gizli şəkildə iddiaçı kredit vermiş və Cavabdeh1 Cavabdeh4 xəbərsiz sonuncunu zamin qoyaraq kredit götürmüşdür. Bu hərəkət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsinin saksiyası çərçivəsində araşdırılaraq hüquqi qiymət verilməlidir. Cavabdeh4 imzası olmadan yenidən zaminlik aparılması qanunsuz olmuşdur. Cavabdeh4 apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının 63.4, 127.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarına, “Banklar haqqında” Qanunun 1.0.9, Mülki Məcəllənin 477, 324, 385, 386, 405, 739, 746, 307-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, xx xxxxxxxx 2012-ci il tarixli qərarlarına istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Ağamirov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “xxxx” ASC-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 001R********** saylı xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixinə əsas məbləğ üzrə 6942.54 manat, faiz borcu üzrə 1586.21 manat, cərimə borcu üzrə 2978.62 manat, gecikdirilən günlərin sayı 312 gün, cəmi 11507.37 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı QSC-si ilə Cavabdeh1 İmran oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 001L**********89 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC-si tərəfindən 120 ay müddətinə Cavabdeh1 80,000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC-si ilə Cavabdeh1 İmran oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 001L**********89 saylı kredit razılaşmasından görünür ki, cavabdehə kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 001R**********S saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik haqqında sazişdən görünür ki, bank ilə kredit alan arasında xx.xx.2017-ci il tarixli 001L**********89 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixdə bağlanmış 001R********** kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx xxxxx 2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, № 001S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 001L**********89 saylı uzunmüddətli kredit müqaviləsi üzrə (uzunmüddətli kredit müqaviləsinin məbləği 80,000 ABŞ dolları, uzunmüddətli kredit müqaviləsinin müddəti 120 ay) borclunun bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, № 001S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh5 001L**********89 saylı uzunmüddətli kredit müqaviləsi üzrə (uzunmüddətli kredit müqaviləsinin məbləği 80,000 ABŞ dolları, uzunmüddətli kredit müqaviləsinin müddəti 120 ay) borclunun bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, № 001S**********02 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 001L**********89 saylı uzunmüddətli kredit müqaviləsi üzrə (uzunmüddətli kredit müqaviləsinin məbləği 80,000 ABŞ dolları, uzunmüddətli kredit müqaviləsinin müddəti 120 ay) borclunun bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, № 001S**********03 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 001L**********89 saylı uzunmüddətli kredit müqaviləsi üzrə (uzunmüddətli kredit müqaviləsinin məbləği 80,000 ABŞ dolları, uzunmüddətli kredit müqaviləsinin müddəti 120 ay) borclunun bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC-nin cavabdehlərə ünvanladığı xəbərdarlıqlara əsasən məlum olur ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Həmin Məcəllənin 429.1.3-cü maddəsinə görə, əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə) Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 741-ci maddəsinə görə, əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kollegiya işin hallarına apellyasiya şikayətinin dəlilləri ilə birgə qeyd edilən hüquq normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 İmran oğlu ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli 001L**********89 saylı uzunmüddətli kredit xətti müqaviləsinə əsasən 80000 manat kredit götürməsi və 001S**********03 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh4 zamin olması işin mübahisələndirilməyən halını təşkil edir. Kollegiya hesab edir ki, Cavabdeh1 İmran oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 borca zamin duraraq borclu ilə birgə məsuliyyət daşıdıqları üçün, birinci instansiya məhkəməsinin cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 6942.54 manat, faiz borcu üzrə 1586.21 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair mövqeyi əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətində Cavabdeh1 iddiaçıdan 10000 manat məbləğində kredit götürməsinə dair müqavilə üzrə Cavabdeh4 zamin olmaması halına istinad etmişdir. Apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin zamin olduğu müqavilə kredit xətti müqaviləsidir. Cavabdeh zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun üzünmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Hazırda cavabdehin zamin olmadığını iddia etdiyi müqavilə uzunmüddətli kredit müqaviləsinin tərkib hissəsidir və həmin müqavilənin məbləği həddini aşmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Odur ki, işin hallarından da göründüyü kimi zaminlik müqavilələri kredit xətti müqaviləsinin təminatı qismində çıxış etmişdir, kredit xətti müqaviləsində isə mühüm şərt olan kredit məbləği göstərilmişdir və hazırda mübahisələndirilən kredit müqaviləsi həmin məbləğin həddini aşmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin deyil, tam ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegiya işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulunun (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olması səbəbindən hesablanmış cərimənin məbləğinin 10%dək azaldılaraq cavabdehlərdən 298 manat məbləğində cərimə tutulmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh4 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4648/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar