Məhkəmə qərarları › İş №2(103)-2221/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2221/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2221/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-275/2010 saylı, 4 fevral 2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi (vəkili) X5 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər X4, X10, X13 və Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli 2(001)- 275/2010 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, X1 13 oktyabr 2006-cı il tarixli və 11 may 2007-ci il tarixli kredit müqavilələrinə əsasən ödənilməli olan 241.106,48 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, X7 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində istifadədə olan 0.0257 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 50.4 kv.m. yaşayış, 56.6 kv.m. köməkçi sahədən ibarət 16 saylı, X12 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Məmmədov küçəsində istifadədə olan 0.02132 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 91.2 kv.m. yaşayış, 66.3 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evlərinə və Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində istifadədə olan 0.00601 ha torpaq sahəsində yerləşən 70 saylı, 42.6 kv.m. ümumi, 23.1 kv.m. əsas, 19.5 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracdan satışa çıxarılması, əmlakın satışından əldə ediləcək vəsait hesabına X2 "xxxx" ASC-yə olan 241.106,48 manat borcunun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkili) X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli, 2(001)-275/2010 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-275/2010 saylı, 4 fevral 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli, 2(001)-275/2010 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh nümayəndəsi (vəkili) X3 ərizəsi təmin edilməmişdir. Cavabdeh nümayəndəsi (vəkili) X5 həmin qərardaddan şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli, 2(001)-275/2010 saylı qərardadının ləğv edilərək şikayət vermə müddətinin buraxılmasının üzrlü hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, iş üzrə Bankın ona qarşı iddia qaldırdığından xəbəri olmamış, məhkəmə iclaslarına çağırılmamış və qəbul edilmiş qətnamədən xəbəri olmamışdır. Qətnamədən ƏSF-nun xx.xx.2024-cü il tarixli bildirişi poçt vasitəsilə ona çatdırıldıqda bilmişdir ki, məhkəmənin onun Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində istifadədə olan 0.00601 ha torpaq sahəsində yerləşən 70 saylı, 42.6 kv.m. ümumi, 23.1 kv.m. əsas, 19.5 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə iddia tələbinin yönəldilməsi və hərracda satılması barədə qərar qəbul etmişdir. Bankdan kredit müqaviləsi əsasında pul götürən şəxs onun atasıdır. Atası 2010-cu ildən xərçəng xəstəliyinə düçar olmuş, həmin vaxtdan da müxtəlif müalicə müəssisələrində müalicə olduğundan məhkəmədən xəbəri olsa da, ona bu barədə heç bir söz deməmişdir. 2011-ci ildə atası rəhmətə getmiş, ondan sonra kredit və girovlar barədə heç bir söz söhbət olmamışdır. Məhkəmənin qəbul etdiyi xx.xx.2010-cu il tarixli qətnamədən xəbəri olmamış və həmin qətnamə ona rəsmi qaydada verilməmişdir. Məhkəmə AR MPM-nin 360-cı maddəsinin tələbini pozaraq, rəsmi qaydada verdiyi vaxtdan imperativ hüquq normasını pozmuş, vətəndaşın dolayı yolla bilməsi kimi qiymətləndirərək, yeni hüquq norması formalaşdırmışdır. Bununla da məhkəmə işin obyektiv və hərtərəfli baxılmasını məhdudlaşdıraraq, onun obyektiv araşdırılmasına imkan verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-275/2010 saylı, 27 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, mülki prosessual hüquqlardan istifadə etməklə proses iştirakçıları vicdanla hərəkət etməli, qanunla onlara verilən hüquqlardan sui-istifadəyə yol verməməlidirlər. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Belə ki, buraxılmış müddətin bərpası haqqındakı ərizələrə baxılarkən edilməli prosessual hərəkətlərin mülki prosesin uzadılması məqsədi ilə edilib-edilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq işdə iştirak edən şəxsin şikayət vermək hüququndan sui-istifadəyə yol veribverməməsi ağlabatanlıq meyarlarına uyğun olaraq dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququn mütənasibliyi prinsipləri əsasında müəyyənləşdirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh məhkəmə aktlarından şikayət vermək üzrə subyektiv hüququ lazımi qaydada həyata keçirməmiş, bu hüququnu realizə edərkən digər proses iştirakçısının «ədalətli məhkəmə baxışına olan hüququ»nu pozmaqla sui-istifadəyə yol vermişdir. Belə ki, mülki işin materiallarından göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli 2(001)-275/2010 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(103)-3250/2010 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli 2(001)-275/2010 saylı qətnaməsindən Ağaibrahim Əzizov tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilmiş və apelyasiya şikayəti mülki işlə birlikdə Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiysa Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(103)-3250/2010 saylı qərardadı ilə Ağaibrahim Əzizov tərəfindən verilmiş apelyasiya şikayəti (dövlət rüsumu ödənilmədiyindən) geri qaytarılmış və sözügedən qərardad 19 iyul 2010-cu il tarixli məktubla tərəflərə göndərilmiş, iş üzrə Cavabdeh sözügedən qərardadı xx.xx.2010-cu il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmişdir (iş vərəqi 133). Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh ipoteka predmeti olan əmlakların hərracdan satılması barədə protokolları mübahisələndirmişdir. Odur ki, cavabdeh qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli 2(001)-275/2010 saylı qətnaməsinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə bankın iddiasının qismən təmin edilərək, borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ödənilməsi və s. barədə məlumatlı olmuşdur. Mülki işin materiallarından həmçinin görünür ki işə birinci instansiya məhkəməsində baxılan zaman Cavabdeh iddia ərizəsində qeyd edilən ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə bildirşlər göndərilmiş, o, xəbərnaməyə (poçt qəbzinə) imzalmaqla bildirişləri rəsmi qaydada əldə etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli 2(001)-275/2010 saylı qətnaməsinin surəti də Cavabdeh rəsmi qaydada çatdırılması üçün eyni ünvana göndərilmişdir. Kollegiya onu da qeyd edir ki, cavabdehin prosessual müddətin bərpa olunması barədə ərizədə istinad etdiyi və barəsində hər hansı sübutu təqdim etmədiyi halların üzrlü hesab edilməsi mülki prosessual qanunvericiliyə ziddir. Bu baxımdan cavabdeh tərəfindən hazırkı şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli 2(001)-275/2010 saylı qətnaməsindən apellyasiya şikayəti üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə də yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-275/2010 saylı 4 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar