Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2230/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ”Azəriqaz” İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi”, iddiaçı Cavabdeh ”Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin ödənilməsi və borcun silinməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-2126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı İB-i məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 7983.36 manat zərərin, debitor borc üzrə 12.50 manat və 99.96 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 8098.82 manat pulun Cavabdeh tutularaq İddiaçı Azərbaycan X2 şöbəsi üzrə (kod: 805153, Bankın VÖEN **********, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, SWİFT:İBAZAZ2X, Azəriqaz İB VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2016-cı il tarixində 06/1232 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00006 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 7983,36 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 12,50 (on iki manat 50 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 7995,86 (yeddi min doqquz yüz doxsambeş manat 86 qəpik) manat təşkil etməkdədir.
3. Bununla yanaşı iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 216 1 ünvanda abonent kodu **********00006 olan qaz sayğacına hesablanmış 7995.86 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "Azəriqaz” İstehsalat Birliyi məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-ə vurulmuş 7983.36 manat məbləğində zərərin, debitor borc üzrə 12.50 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8095,82 manat pulun məndən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nə ödənilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. İddiaçı iddia tələbini xx.xx.2023cü il tarixli ******* saylı akt ilə əsaslandırır. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı aktda qeyd olunur ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman 1002AQ 10100173 xxx son üç rəqəmi silinmiş mənşəyi məlum olmayan (Lipa) sayğacdan qeyri-qanuni olaraq istifadə olunduğu aşkar olundu. Abonentin öz sayğacı yerinə quraşdırılsın. Dəymiş ziyan hesablansın və ödənişi təmin edilsin. xx.xx.2013-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" 497723 saylı aki tərtib olunmuşdur. 05 dekabr 2016-cı il tarixdə “Qaz paylayıcı ilə müştəri qaz qurğusu sitifadəçisi arasında qazın alğı-satqısı barədə ** 060032 saylı müqavilə bağlanmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cii il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı aktda qeyd edir ki, mənşəyi məlum olmayan sayğacdan istifadə olunur. Bu sayğac bu əraziyə necə və kim tərəfindən gətirildiyi, Cavabdeh adına olan sayğacın tipi və markası G-4 zavod nömrəsi **********7, mexaniki 30515 olduğu halda, digər sayğacın yəni “Lipa" adlandırdıqları sayğacın nömrəsi neçə olduğu, həmin sayğac Cavabdeh iştirakı ilə aktlaşdırılmaqla götürülüb, yaxud bunu aşkar edən tərəf sayğacı götürüb ekspertizaya təqdim edibmi, həmin sayğacın markası, zavod nömrəsi və sair məlumatları necədir və s... Cavabdeh adına olan sayğacın işləyərək əvvəlki aylarda, həmin ay və sonrakı aylarda qaz sərfiyyatını qeyd etməsi faktdırmı, lipa dedikləri həmin sayğac maddi sübut kimi mövcuddurmu, bu sayğac Cavabdeh iştirakı ilə yerində aktlaşdırılmaqla ekspertizaya təqdim edilibmi? İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Cavabdeh üçün yanvar 2023-cü ildə 7983,36 manat cərimə yazılır! Lakin akt xx.xx.2023-cii il tarixidə tərtib olunub. Qaz İdarəsi tərəfindən eyni məzmunlu akt həm xx.xx.2023-cü il tarixi ilə, həm də xx.xx.2023-cü il tarixi ilə tərtib olunub. Məhkəməyə təqdim olunmuş digər aktların tarixləri xx.xx.2023-cü il qeyd olunub. Belə olan halda aktdan əvvəlki tarixə yanvar ayı üçün cərimə necə tərtib olundu və nəyin əsasında?! Qaz İdarəsi tərəfindən istədikləri tarixləri qeyd etməklə eyni məzmunda akt tərtib edibsə, bunun həqiqiliyi şübhə altındadır! İlkin iddiaçı həmin vaxt tərtib etdiyi aktın bir nüsxəsini qaz sayğacının olduğu qutuda saxladıqları üçün, ******* saylı aktın bir nüsxəsi onda saxlanılır. Məhkəməyə eyni nömrə ilə eyni məzmunda təqdim etdikləri aktda tarixlər fərqlidir. Bu isə o deməkdir ki, Qaz İdarəsinin işçiləri aktı faktlar əsasında deyil, təhrif olunmuş məqsədli formada hazırlayıblar. Çünki eyni sənəddə müxtəlif tarixlərin göstərilməsi qərəzli və məqsədlidir. Digər tərəfdən evinə gedən qaz xəttini 02 fevral 2023-cü il tarixdə kəsib ümumi borudan ayıran Qaz İdarəsi, xx.xx.2023-cü il tarixə qədər onun evinə qaz verilişini dayandırmışdılar. Qaz xəttini kəsmələri hansı formada sənədləşdirilib?! Şikayət etdikdən sonra özləri xx.xx.2023 cü il tarixdə xəttini qoşaraq, evə qaz verilişi bərpa edilmişdir. Qış vaxtlarında ailəsi ilə birlikdə çox vaxt ünvan 2 ünvanı) yaşadığı üçün, qaz sərfiyyatı onun evində fərqli rəqəmlərlə abonent saldosunda öz əksini tapıb, Hər ay ödənişlər icra edilib. Həmçinin adında rəsmi olaraq **********7 nömrə ilə qeydiyyatdan keçmiş mexaniki sayğacın göstəriciləri 2022-ci ildə və 2023-cü ilin mübahisələndirən aylarında sayğacın göstəriciləri dəyişib. Əgər sayğac yerində olmamışdırsa, göstərici necə dəyişib? (bax.xx.xx.2023-cü il tarixli abonent saldosu) Digər tərəfdən sayğacın plombu qırılmayıb. (bax.xx.xx.2023-cü il tarixli ******* nömrəli akta) Sayğac işlək vəziyyətdə olub. Belə olan halda, onun sayğacını yerindən necə və kim çıxarda bilərdi! Evdə olmayan vaxtlarda küçədə bu hərəkəti edirlərsə, o bu barədə məlumatlandırılmalıydı. Baş verənlərdən sonra həyətdə kamera quraşdırmışdır. Həmin vaxtlarda kamera işləmirdi. Abonent olaraq onun evində Qaz İdarəsi tərəfindən əvvəl elektron sayğac quraşdırıldığı üçün, sonradan həmin sayğacın mexaniki sayğaca keçirilməsi və s. halların səbəbləri ona aydın deyildir. İlkin iddiaçının “Lipa” adlandırdığı həmin sayğacı ekspertizaya təqdim edilməsini və Lipa sayğacının onun xəttində necə quraşdırıldığı, yəni mövcudluğunu imzası ilə təsdiq olunmuş aktın surətini ilkin iddiaçıdan tələb edilməlidir. Əgər o Qaz İdarəsinə borclu kimi yanvar 2023-cü il tarixdən ilkin iddiaçı qeyd etmişdirsə, onda fevral, may və sentyabr 2023-cü il dövrlərində ona elektron sistemdə qeyd etməklə, təqdim olunmuş bildiriş xəbərdarlıqlarda nəyə görə cərimə məbləği, yəni 7983,36 manat qeyd olunmamışdır. İlkin iddiaçı yalnız oktyabr 2023-cü il tarixdə onun hesablarında borc məbləğlərini əlavə etməklə onu Qaz İdarəsinə borclu kimi oktyabr 2023-cü il tarixdən göstərməyə başlamışlar. Həmin vaxta qədər borclu kimi qeyd edilməmişdir.
5. Səbail Rayon Məhkəməsinin 2(009)-2126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 12.50 (on iki manat, əlli qəpik) manat və 99.96 (doxsan doqquz manat, doxsan altı qəpik) manat dövlət rüsumunun 30 (otuz) manatı tutularaq İddiaçı (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN **********, Müştəri VÖEN: **********) hesabına köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh **********00006 nömrəli abonent koduna hesablanmış borcun 7983.36 (yeddi min doqquz yüz səksən üç manat, otuz altı qəpik) manat abunə hesabından silinməsi və 100 (bir yüz) manat dövlət rüsumunun 99.84 (doxsan doqquz manat, səksən dörd qəpik) manatın İddiaçındən tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
7. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri:
8. İddiaçı tərəfindən verilmiş şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normalarına mübahisələndiyimiz qətnamədə istinad olmasına baxmayaraq, Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin Cavabdehdən tutulması hissəsində təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli Aktdan göründüyü kimi, Cavabdehə məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən sonuncunun təbii qazdan qeyriqanuni sayğacdan kənar istifadə etməsi faktı, yəni qanunsuz 1002AQ10100173xxx son 3 rəqəmi silinmiş mənşəyi məlum olmayan (lipa) sayğacdan istifadə olunduğu aşkar edilmişdir. Bu faktı cavabdeh də etiraf etmişdir. Məhkəmə isə bu hall üzrə səhv qənaətə gələrək maddi hüquq normasında vurulmuş zərərin tam tələb etmə hüququn pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə gəldiyi səhv nəticəni belə əsaslandırmağa çalışmışdır ki, “Məhkəmə qeyd edir ki, Cavabdeh fərdi evindən kənarda mənşəyi məlum olmayan sayğacın məhz onun tərəfindən quraşdırılması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır”. Göründüyü kimi, Məhkəmə cavabdehin mənşəyi məlum olmayan sayğacdan istifadə edərək təbii qazı talaması faktına göz yummuş, cavabdehin bu hala görə məsuliyyətinin ola bilməməsi kimi qiymətləndirərək iddiaçı Azəriqaz İB-nin hüquqlarının pozulmasına əsas olan qətnamə qəbul etmişdir. Beləliklə Məhkəmə maddi hüquq normalarında təsbit olunmuş və iddiaçıya zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun pozulmasına əsas olmuş qanusuz qətnamə qəbul etmişdir. Bundan başqa Cavabdeh qarşılıqlı iddia ərizəsində öz tələbinin nə dərəcədə əsaslı olması ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh öz tələbində iş materiallarında olan Azəriqaz İB tərəfindən tərtib edilmiş rəsmi sənədlərə istinad edilmişdir ki, bu da qarşılıqlı iddia ərizəsinin birbaşa rədd edilməsi üçün əsasdır. Lakin Məhkəmə Cavabdeh tərəfindən haqlı olması ilə bağlı hər hansı bir sübutun onun tərəfindən verilməməsinə baxmayaraq, sonuncunun uydurma izahatı əsasında səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir. İş materiallarında olan Azəriqaz İB tərəfindən tərtib edilmiş yazılı sübutlar isə birbaşa qarşılıqlı iddia tələbinin rədd edilməsi üçün əsaslardır. Abonentin təqsirsiz olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan sübutlara nəzər yetirdikdə cavabdehin mənşəyi məlum olmayan (lipa) sayğacdan uzun müddət istifadə etməsi açıqaşkardır. Bu hal isə onu deməyə əsas verir ki, Məhkəmənin cavabdehin təqsirsiz olmasına dair formalaşmış fikri iş materiallarında olan sübutlarla müqayisədə öz təsdiqini tapmamışdır. Bununla yanaşı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “...abunə hesabından çıxarışda iddiaçının qazdan istifadə ilə əlaqədar il ərzində apardığı ödənişinin cəmi məbləğinin 2021-ci ildə 2998.20 manat, 2022-ci ildə 2346 manat təşkil etməsi qarşılığında, cavabdeh təşkilat tərəfindən 90 günə görə 7983.36 manat əlavə borcun hesablanması məntiqli və əsaslı hesab edilə bilməz”. Məhkəmə belə səhv qənaətə gələrkən qanuni quraşdırılmış, yəni müvafiq qaydada laboratoriya tərəfindən təftiş edilmiş təbii qazın həcmini ölçən sayğacla əldə edilməsi bilinməyən və düzgün işləməsinə şübhə olan sayğacın qeyd etdiyi təbii qazın sərfində mütləq qaydada fərqin olmasını nəzərə almamışdır. Bu faktdır. Məhz bu məqsədlə də, yəni sayğacdan keçən təbii qazın həcminin düzgün ölçülməsinin qarşısının alınması məqsədilə mənşəyi məlum olmayan sayğac Cavabdeh tərəfindən quraşdırılmışdır. Belə olan təqdirdə Məhkəmə qanuni quraşdırılmış sayğacdan kənar təbii qazın talanması faktına göz yummuş, cavabdehin təqsirsiz olması qənaətinə gəlmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Göstərilənlərə əsasən qətnamənin qismən, yəni ilkin iddia üzrə tələbin təmin edilməyən və qarşılıqlı iddia tələbi üzrə təmin edilən hissələrində ləğv edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayəti veriməsi üçün ödənilmiş 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumunun əvəzinin ilkin iddia üzrə cavabdehdən tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.Abbasov apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
10. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
11. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Sübuların tədqiqi:
12. “Paylayıcı” qismində İddiaçı İB ilə Cavabdeh arasında bağlanılmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərinin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
13. ”Azəriqaz” İB tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etdiyinə görə Cavabdeh xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 66528 kub metr hesablanılmışdır.
14. Təbii X3nın pozulması haqqında xx.xx.2023–cü il tarixli ******* saylı aktından görünür ki, baxış zamanı məlum olmuşdur ki, 1002AQ10100173xxx son 3 rəqəmi silinmiş mənşəyi məlum olmayan (lipa) sayğacdan qeyri–qanuni olaraq istifadə olunduğu aşkar edilmişdir.
15. İddiaçı İB xx.xx.2023-cü il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, yoxlama zamanı mənzildə 1 ədəd kombi (termoqas), 1 ədəd Q.S.Q və 1 ədəd PQ-3 aşkar edilmişdir, həyətdə əlavə tikilidə qaz çəkilmişdir, lakin cihaz qoşulması yoxdur. İstehlakçı Cavabdeh aktı imzalamaqdan imtina etmişdir.
16. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin kserosurətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evdə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında fərdi evdə “X3”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, 360 gün müddətində itirilmiş qazın bərpası üçün 66528 kub metr əlavə sərfiyyat hesablanmışdır.
17. İddiaçı İB-nin Qaz Sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktından görünür ki, baxış zamanı məlum olmuşdur ki, qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızmaaşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir.
18. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə mütəxəssis (ekspert) rəyinin alınması və rəyin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunması qərara alınmışdır. Həmçinin rəy alınanadək iş üzrə icraat dayandırılmışdır.
19. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının 13 may 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qaz qurğularının maksimal saatlıq qaz sərfiyyatına görə sutkalıq 24 saat və hesabat müddəti 360 gün götürülməklə 66528 m³ həcmində, 7983,36 manat məbləğində dəymiş ziyan hesablanmış və 2023-cü ilin yanvar ayında Bakı şəhəri, Səbail rayonu, 2011 (Abonent kodu: **********00006) ünvanında yaşayan Cavabdeh abonent hesabına daxil edilmişdir. Tərtib edilmiş aktlara əlavə edilmiş sənədlərin təhlili abonentin sayğacdan kənar qazdan istifadə etməsini tam təsdiq etmir. Belə ki, aktlarda abonentin ve hal şahidlərinin imzaları yoxdur. Bu baxımdan cavabdehə hesablanan borcun məbləği həqiqəti əks etdirmir. "Azəriqaz” İB-nin qərardadda göstərilən məlumatları nəzərə alınmaqla Cavabdeh abonent hesabına daxil edilmiş 7983,36 manat borc məbləğinin həqiqi və düzgün olması toplanmış materialların araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Qeyd olunduğu kimi, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz çoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "X3"na dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan istehlakçı tərəfindən sayğaca müdaxilə faktı sübuta yetirilərsə analoglya üzrə "X3"nın 6.5-ci, 6.5-1-ci ve 6.5-2-ci bəndlərinə asaslanaraq, iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 1 ədəd PQ-3 məişət tipli qəz plitəsinin maksimal saatlıq qaz sərfi 0,9 m³ (1 * 0.9 m³= 0.9 m³) 1 ədəd qənaətli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1, 5 m³ (1 * 1 ,5 m³ =1,5 m³), 1 ədəd 40 kVt-luq Kombi tipli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 4,3 m³ (1*4,3 m³ =4,3 m³), 1 ay istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 1 ədəd PQ-3 məişət tipli qaz plitəsi üçün - 1 * 0.9 m³ x 6 saat x 30gün = 162 m³; 1 ədəd qənaətli su qızdırıcısı üçün - 1 * 1.5 m³ x 6 saat x 30 gün= 270 m³; 1 ədəd 40 kVt-lıq Kombi tipli su qızdıncısı üçün - 1 * 4.3 m³ * 12 saat x 30gün = 1548 m³. Ümumilikdə abonentin təbii qazdan istifadəsi sübut edilərsə, sərf olunan təbil qazın hecmi 162 m³ + 270 m³ + 1548 m³ = 1980 m³ təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentleri üçün təbii qazın illik İstehlak həcminin 1200 m³ (1200 m³) daxil olmaqla olan hissəsi üçün hər 1 m³ + 0,12 manat, illik istehlak həcminin 1200 m³-dan 2500 m³-dək hissəsi üçün hər 1 m³- 10.2 manat, illik istehlak həcminin 2500 m³ dən çox olan hissəsi üçün hər 1 m³ - i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 1980 m³ qaz həcminin 1200 m³ -i 4 0,12 manat ( 1200 * 0.12 = 144 manat), 780 m³ -i 0,20 manat ( 780 * 0.2 = 156 manat) olmasını nəzərə alaraq cəmi 144+156=300 manat məbləğində vurulmuş zərər müəyyən edila bilər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
20. 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
23. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir.
24. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X3” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7)
25. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
27. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
28. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
29. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
30. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Tətbiq edilən prosessual hüquq normaları:
22. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
37. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
38. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
41. 384.0.3. qətnaməni dəyişdirə bilər;
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır Apellyasiya Məhkəməsinin baxışının hədləri:
43. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ilkin iddia tələbinin təmin edilməyən eləcə də qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində yoxlayır.
Apellyasiya Məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə cavabdehdən tutulmalı olan məbləğ hissəsində və qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilməlidir.
45. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, 216 1-ci yaşayış massivi ünvanında yerləşən fərdi evə gələn təbii qazın sərfiyyatını ölçən sayğaca İddiaçı İB əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2023– cü il tarixli ******* saylı aktda yaranmış problemin səbəbi kimi 1002AQ10100173xxx son 3 rəqəmi silinmiş mənşəyi məlum olmayan (lipa) sayğacdan qeyri–qanuni olaraq istifadə olunduğu kimi göstərilmişdir.
46. Cavabdeh fərdi evindən kənarda mənşəyi məlum olmayan sayğacın məhz onun tərəfindən quraşdırılması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.
47. Bununla belə abunə hesabından çıxarışda iddiaçının qazdan istifadə ilə əlaqədar il ərzində apardığı ödənişinin cəmi məbləğinin 2021-ci ildə 2998.20 manat, 2022-ci ildə 2346 manat təşkil etməsi qarşılığında, cavabdeh təşkilat tərəfindən 90 günə görə 7983.36 manat əlavə borcun hesablanması məntiqli və əsaslı hesab edilə bilməz.
48. Göründüyü kimi, borcun məbləği ilə yanaşı maddi ziyanın məbləği mübahisələndirilir.
49. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmış və rəyin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunmuşdur.
50. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının 13 may 2024-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentleri üçün təbii qazın illik İstehlak həcminin 1200 m³ (1200 m³) daxil olmaqla olan hissəsi üçün hər 1 m³ + 0,12 manat, illik istehlak həcminin 1200 m³-dan 2500 m³-dək hissəsi üçün hər 1 m³- 10.2 manat, illik istehlak həcminin 2500 m³ dən çox olan hissəsi üçün hər 1 m³ - i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 1980 m³ qaz həcminin 1200 m³ -i 4 0,12 manat ( 1200 * 0.12 = 144 manat), 780 m³ -i 0,20 manat ( 780 * 0.2 = 156 manat) olmasını nəzərə alaraq cəmi 144+156=300 manat məbləğində vurulmuş zərər müəyyən edilə bilər.
51. Kollegiya qeyd edir ki, maddi ziyanın məbləğinin 7983.36 manat təşkil etdiyini iddia edən iddiaçı tərəfindən bununla bağlı əsaslı və şübhədənkənar sübut təqdim edilmədiyindən, mütəxəssis rəyi ilə isə maddi ziyanın məbləğinin 300 manat təşkil etdiyi müəyyən edildiyindən cavabdehdən maddi ziyana görə tutulan məbləğ 300 manat müəyyən edilməli, həmçinin 12.50 manat isə 2023-cü ilin ödənilməmiş sərfiyyat borcuna aid olduğundan ümumilikdə cavabdehdən tutulmalı olan məbləğ dəyişdirilməli, (300+12,50=312,50) 312,50 (üç yüz on iki manat əlli qəpik) manat müəyyən edilməlidir.
52. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, dəymiş ziyanın məbləği 300 manat müəyyən edildiyindən həmin məlbəğ iddiaçının silinməsi tələb edilən (7983.36 manat) məbləğdən çıxılmalıdır. Çünki vurulmuş maddi ziyan 300 manat müəyyən edilmişdir.
53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə Cavabdeh **********00006 nömrəli abonent koduna hesablanmış borcdan silinməli məbləğ (7983.36-300=7683.36) 7683.36 (yeddi min altı yüz səksən üç manat, otuz altı qəpik) manat müəyyən edilməlidir.
54. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
55. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Nəticə:
56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən maddi ziyana görə tutulan məbləğ hissədə, eləcə də Cavabdeh **********00006 nömrəli abonent koduna hesablanmış borcun abunə hesabından silinməsi hissədə dəyişdirilməli, təbii qazdan qanunsuz istifadəyə görə cavabdehdən maddi ziyana görə tutulmalı məbləğ (300+12,50=312,50) 312,50 (üç yüz on iki manat əlli qəpik) manat müəyyən edilməli, həmçinin Cavabdeh **********00006 nömrəli abonent koduna hesablanmış silinməli olan borcun məbləği (7983.36-300=7683.36) 7683.36 (yeddi min altı yüz səksən üç manat, otuz altı qəpik) manat müəyyən edilməlidir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
58. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-2126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Təbii qazdan qanunsuz istifadəyə görə Cavabdeh İddiaçı xeyrinə maddi ziyana görə tutulmalı məbləğ 312,50 (üç yüz on iki manat əlli qəpik) manat müəyyən edilsin. Həmçinin Cavabdeh **********00006 nömrəli abonent koduna hesablanmış silinməli olan borcun məbləği 7683.36 (yeddi min altı yüz səksən üç manat, otuz altı qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.