Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2232/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh Əhmədova Təranə Əlihüseyn qızına qarşı “müqavilələr üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2683/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Əhmədova Təranə Əlihüseyn qızına qarşı xx.xx.2019cu il tarixli BE000718 saylı və xx.xx.2019-cu il tarixli BE001395 saylı nisyə alğı-satqı müqavilələri üzrə yaranmış borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2683/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, qərardad belə əsaslandırılmışdır ki, iddiaçı bir-biri ilə əlaqəli olmayan bir-neçə tələbi bir iddia ərizəsində birləşdirməklə Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinin tələbinə əməl etməmişdir. Həmin qərardaddan iddiaçının şikayəti birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi şikayətə baxarkən öz mövqeyini Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsi ilə əsaslandırmış cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirib irəli sürdüyünü vurğulamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının eyni cavabdehə qarşı irəli sürdüyü tələblər bir-biri ilə əlaqədar olmayan tələblər deyildir. Belə ki, iddiaçının iddiasının əsasında duran müqavilələr eyni tərəflər arasında bağlanmış və hər ikisi də nisyə alqı-satqı müqavilələridir. Buna görə də kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, məhkəmə iddia ərizəsi üzrə icraatın mümkünlüyü məsələsinə yenidən qiymət verməlidir. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsini icraata qəbul etmək səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti isə bununla bağlı olaraq yalnız iddia ərizəsinin icraata qəbul edilməməsinin əsaslılığını və qanuniliyini yoxlamaqdan ibarətdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2683/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2232/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2232/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver