Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2233/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “vurulmuş icarə müqaviləsi üzrə öhdəliyin icra edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbi, kəsici müddətin tətbiqi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş icarə müqaviləsi üzrə öhdəliyin icra edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-72/2025 nömrəli 27 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin 3-21-2-1/2-3967/2024 nömrəli 30 sentyabr 2024-cü il tarixli məktubuna əsasən, vergi ödəyicilərinin dövlət reyestrində xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir.
2. “X12” ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2023-cü il tarixli 29 №-li “X10” X3 müqaviləyə əsasən, icarəyə verən “X10” Lazer Aparatını bu müqavilənin şərtləri çərçivəsində “İcarəçi”yə icarəyə verməyi, “İcarəçi” isə icarə obyektini öz istifadəsi üçün qəbul etməklə bu Müqavilənin şərtlərinə uyğun olaraq müəyyənləşdirmişdir, il ərzində 2000 Manat (qış aylarında 1500 manat) məbləğində icarə haqqını “İcarəyə verən”ə ödəməyi öhdəsinə götürür.
3. “X12” ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2023-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq dəyəri 63000 manat məbləğində olan “X10” lazer aparatını təhvil alınmışdır.
4. Aparatın təhvil-təslimi haqqında xx.xx.2023-cü il tarixli AKTa əsasən, MGL markalı, 3569 seriya nömrəli, istehsal ili 2013-cü il olan Alexandrite ROD Lazer aparatı Cavabdeh tərəfindən təhvil verilmiş, Fərrux Xəlilov tərəfindən təhvil alınmışdır. HVPS Block (təxmini 3000 ABŞ dolları) yoxdur.
5. Binəqədi RPİ-in 7-ci PB-in təhqiqatçısı, polis mayoru Rəşad İsmayılov tərəfindən qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə HK-1/-1249 sayda qeydiyyata alınmış vət. X1 DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış materiallar üzrə xx.xx.2023-cü il tarixli materialın aidiyyəti üzrə göndərilməsi barədə Qərardan görünür ki, ünvan 1 ünvanında işləyən X5 xx.xx.2023-cü il tarixdə saat 12:33 radələrində DİN-nin 102 xidmətinə zəng edərək, Cavabdeh 65000 manat dəyərində lazer aparatını icarəyə götürməsi, aparatı yarasız hala salaraq təmir etdirməməsi və dəymiş ziyanı ödəməmələrini qeyd etmişdir. Təhqiqat araşdırması zamanı Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi YYM-də yaşayan vət. X1 izahatı alınmış, izahatında bildirmiş ki, 1 il yarımdır ünvan 2 ünvanında yerləşən "Moderin Estetik" mərkəzində təhsisçisi vəzifəsində faliyyət göstərir. Onların mərkəzi həm lazer epilasiya ilə məşqul olur, həmdə lazer aparatlarını icarəyə verir. xx.xx.2023-cü il tarixdə onların mərkəzinə bir nəfər yaxınlaşaraq özünü Cavabdeh kimi təqdim edərək yanında bir nəfər Ləman adlı qadınla yaxınlaşaraq icarəyə "Candela mini Genrlelase" lazer aparatı götürməyini bildirdi. Manaf Səmədzadə onunla şərtlər danışıb izah etmiş sonra onunla razılaşaraq icarə müqaviləsi bağlamışdır. Müqavilədən sonra usta ilə birlikdə aparatı onların, yəni Bəhruzun icarəyə götürdüyü Abşeron rayonu, Xırdalan şəhəri Kristal Abşeron şəhərciyində olan salona göndərmiş və quraşdırılaraq icarəyə başlamışdır. İki ay icarə haqqı 2000 manat pulu ödəmiş, üçüncü ay avqust ayının 10-da icarəni ödəməmişdir. Ona zəng edib əlaqə saxladıqda bildirmiş ki, aparat xarab olub ona görə ödəmir. M.Səmədzadə ona bildirmiş ki, müqavilə bağlamısan müqavilənin şərtlərinə görə xarab olubsa temir edib düzəldib qaytarmalısan, yerdə qalan icarə haqqını da ödəməlisən bundan sonra Bəhruz ona bildirmiş ki, nə aparatı düzəltmir nədə icarə haqqı vermir aparatın bulokunu sökərək təmirə aparıb hal-hazırda ustadadı. Hadisə ilə bağlı Bəhruz ona 3700 manat maddi ziyan vurduğunu bildirmişdir. Təhqiqat zamanı hadisə yerinə baxış keçirilmiş hadisə yerinin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. Arşdırma zamanı vətəndaş X4 izahatı alınmış izahatında bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-den xx.xx.2023-cü il tarixdə X10 markalı aparatını icarəsi haqqında müqavilə bağlayaraq ayı 2000 manat ödəmək şərtilə icarəyə götürərək ilk ünvan 4 ünvanında yerləşən obyektinə qoymuşdur. Orada onun şəriki Ləman Bayramovanın qadının tapdığı Lazeroloq yaxşı işləmədiyinə görə icarəyə götürdüyü aparatı, Moderin Estetik servizin rəhbəri İddiaçı Mirkamil qızının ona göndərdiyi Azadə adlı xanıma yönəltmişdir. Ondan sonra aparatı ünvan 5 ünvanında "Madam" gözəllik salonuna aparmışdır. Orada Azadə adlı Lazeroloq işləməyǝ başlamış xx.xx.2023-cü il tarixdə lazer aparatının bloku yanmışdır. Bu barədə Maderin Estetik şirketinin rəhbəri İddiaçı məlumat vermişdir. Məlumatdan 2 gün sonra şirkət tərəfindən usta göndərilmiş, ona bildirmiş ki, aparatın bloku yanmışdır. Təmir üçün ondan 1000 manat pul istəmişdir.
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin 3-18-16-325/2-425/2024 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən, Cavabdeh həqiqətən 23 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinə işə qəbul edilmiş və hal-hazırda Çevik Xilasetmə İdarəsinin Xilasetmə bölməsinin rəisi vəzifəsində xidmət edir. "xxxx" MMC ilə “X10” X3 bağlanmış 9 iyun 2023cü il tarixli 29 nömrəli müqavilənin şərtlərini yerinə yetirmədiyinə görə Fövqəladə Hallar Nazirliyinin 26 sentyabr 2023-cü il tarixli 1906/ş nömrəli əmri ilə Cavabdeh töhmət verilmişdir. Bununla əlaqədar olaraq Cavabdeh 2024-cü ildə “usta” məharət dərəcəsindən və 2023-cü ilin Fövqəladə Hallar Nazirliyinin işçilərinin peşə bayramının, 2024-cü ildə Novruz bayramının və 2024-cü ilin Qurban bayramının 1202 (bir min iki yüz manat) 70 qəpik məbləğində verilən mükafatlardan məhrum olmuşdur.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi RPİ-in 7-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru Rəşad İsmayılovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli X1 izahatına əsasən, təxminən bir il yarımdır Binəqədi rayonu, 9-cu mik. 31 ünvanında yerləşən Modern Estetik mərkəzində təhsisçi vəzifəsində fəaliyyət göstərir. Onların mərkəz həm lazer epilasiya ilə məşğul olur və lazer aparatlarını icarəyə verir. xx.xx.2023-cü il tarixdə onların mərkəzə bir nəfər yaxınlaşaraq özünü Cavabdeh kimi təqdim edərək yanında bir nəfər qadın Ləman adlı qadınla yaxınlaşaraq icarəyə “Candela mini Genrlelase” lazer aparatı götürməyi bildirdi. O onunla şərtləri danışıb izah etdi, sonra onunla razılaşaraq icarə müqaviləsi bağladılar. Müqavilədən sonra usta ilə birlikdə aparatı göndərdi, Bəhruzun işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron şəhərciyinə orada q/salona quraşdırılaraq icarəyə başlamışdır. İki ay icarə haqqı 2000 manat pulu ödədi, üçüncü ay avqust ayının 10-da icani ödəmədi. O zəng edib əlaqə saxladı bildirdi ki, aparat xarab olubsa təmir edib, düzəldib qaytarmalısan, yerdə qalan icarə haqqını da ödəməlisən. Bundan sonra Bəhruz bildirdi ki, nə aparatı düzəltmir nə də icarə haqqı vermir aparatın blounu sökərək təmirə aparıb hal-hazırda ustadadır. Bəhruz tərəfindən lazer aparatını icarəyə götürdükdən sonra aparatın xarab olması nəticəsində, aparatın enerji blok, lampa və icarə haqqını ödəməklə ümumilikdə 3700 manat ziyan vurub.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi RPİ-in 7-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru Rəşad İsmayılovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli Cavabdeh izahatına əsasən, X1 etmiş olduğu müraciətlə tanış oldu. Bu barədə onu deyə bilərki, ünvan 7 ünvanında yerləşən “X12” MMC-dən xx.xx.2023-cü il tarixdə X10 X3 müqavilə bağlayıb aylıq 2000 manat ödəniş qarşılığında icarəyə götürüb ünvan 8 ünvanında yerləşən obyektə aparıb qoydu. Orada onun şəriki Ləman Bayramovanın tapdığı Lazeroloq yaxşı işləyə bilmədiyi üçün aparatı icarəyə götürdüyü X12in rəhbəri İddiaçı Mirkamil qızı ona Azadə adlı xanıma yönləndirdi. Bundan sonra o aparatı servizin maşını ilə ünvan 9 ünvanında “Madam” gözəllik salonuna apardı. X13 (050-519- 02-86) aparatdan istifadə etməyə başladı. xx.xx.2023-cü il tarixdə Azadə işləyən zaman aparatın bloku yandı. Aparat işləmədi. Bu barədə İddiaçı təmir üçün başqa usta lazımdı. Təxmini təmir xərcini soruşan zaman 1000 manat olduğunu dedilər. O da hazırda pulu olmadığını, onların düzəltməsini daha sonra işləyib pulu verəcəyini dedi. Onlarda razılaşmadı. Daha sonra usta gəlib bloku aparıb düzəltdi, lakin pulu verməyəcəyi halda bloku qoşmayacağını dedi. O da aparatı geri qaytarmaq istəsə də, onlar aparatı təmir olunmuş halda təhvil alacaqlarını dedi. Bundan sonra aralarında narazılıq olmuşdur. Həmin fəaliyyətlə məşğul olmaq üçün lisenziyası yoxdur. Xanımla işçi müqaviləsi bağlanması barədə məlumatı yoxdur. Xanımın sertifikatı vardır.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh icarə haqqına görə 22500 manat və aparatı yararsız vəziyyətə saldığı üçün 3000 ABŞ dolları (ödəniş gününə manatla məzənnəsi hesablanmaqla) məbləğində pulun tutulub ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 173 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 09 iyun 2023-cü ildə cavabdehlə aralarında “X7” X3 29 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə - Bu müqaviləyə əsasən “icarəyə verən” bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Təhviltəslim Aktı”nda göstərilmiş “X8” Lazer aparatını bu Müqavilənin şərtləri çərçivəsində “İcarəçi”yə icarəyə verməyi, “İcarəçi” isə icarə obyektini öz istifadəsi üçün qəbul etməklə bu Müqavilənin şərtlərinə uyğun olaraq il ərzində 2000 manat (qış aylarında 1500 manat) icarə haqqını “İcarəyə verən”ə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə görə icarəyə verən icarə obyektini üçüncü şəxslərin hüquqlarında və iddialarından azad şəkildə icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə obyektini icarəyə verənin razılığı olmadan üçüncü şəxslərin istifadəsinə verməmək şərti ilə X14 Neymətulla 70A ünvanında istifadə etməyi öhdəsinə götürmüşdür. Qeyd olunan “X8” Lazer aparatı cavabdehə təhvil verilmişdir. Cavabeh həmin “X8” Lazer aparatını yarasız vəziyyətə salmış və bunun nəticəsində mənə 3000 ABŞ dolları məbləğində ziyan vurmuşdur. Bundan əlavə icarə müqaviləsi 1 il müddəKtinə bağlanmışdır. Cavabdeh 2 ay olmaqla cəmi 4000 manat icarə haqqı ödəyib. Hazırda icarə haqqına görə cavabdehin 22500 manat borcu var. Onagörə də hesab edir ki, həmin pul vəsaiti cavabdehdən alınıb ona verilməlidir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-72/2025 nömrəli 27 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X6)
12. Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən qeyd etmişdir ki, iddia təlbinin icarə obyektinin yararsız hala salınmasına görə ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmədə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Hazırkı iş üzrə iddiaçının cavabdehin istifadəsinə verilmiş icarə obyektinin pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddiası üçün kəsici müddətin başlanğıc anı iddiaçının icarə obyektini geri aldığı andan, yəni xx.xx.2023-cü ildə təhvil aldığı andan başlamışdır. Lakin iddiaçı icarə obyektini geri aldığı andan təxminən 9 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən kəsici müddəti ötürmüş iddiaçının hüququ artıq mövcud deyil və iddia bu hissədə əsassız olduğundan təmin edilə bilməz. İddia tələbinin icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı işdə lazer aparatı yararsız hala düşdükdən sonra icarəçi bu barədə ən geci 2023-cü ilin avqust ayının 10-da (X1 Binəqədi rayon 7-ci PB-nə verdiyi izahat) icarəyə verənə məlumat vermiş, bundan sonra aparatın bloku və sonra isə aparatın özü icarəyə verən tərəfindən götürülmüş və qaytarılmamışdır. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini işin faktiki hallarına tətbiq edərək bu qənaətə gəlmişdir ki, icarəçi tərəfindən icarəyə götürülmüş əşyanın yararsız hala düşməsi barədə icarəyə verənə məlumat verilməsi ilə (daha sonra icarəyə verilən əşya icarəyə verən tərəfindən götürülüb qaytarılmadığı üçün) artıq kirayəçi tərəfindən müqavilənin ləğvi ilə bağlı iradə ifadəsi qarşı tərəfə bildirilmiş hesab edilməlidir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsilə isə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İcarəçi tərəfindən icarəyə götürülən əşya onda olduğu müddətin (2 ay: 09 iyun09 iyul, 09 iyul-09 avqust) icarə haqlarının ödənilməsi işin mübahisəsiz halı olduğundan və icarə müqaviləsi 2023-cü ilin avqust ayında birtərəfli qaydada ləğv edildiyindən sonrakı müddət üzrə hər hansı icarə haqqının ödənilməsi tələbi əsassızdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci, 424.2-ci, 677.1-ci, 697.4-ci, 700.1-ci,700.2-ci, 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 106.1ci, 119.1-ci, 217.2-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə iclasında cavabdeh aparata vurduğu ziyana görə müəyyən məbləğdə ödəniş etməyə da razı olduğunu bildirmişdi. Lakin məhkəmə cavabdehin bütün bu etiraflarına məhəl qoymamışdır. Aramızda olan müqavilənin şərtlərinə görə cavabdeh icarə obyek-nə dəymiş ziyanı öz hesabına aradan qaldırmağı öhdəsinə götürmüşdür (müqavilənin 2.2.7-ci bəndi). Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmişdir. Ona görə də hesab edirik ki, işə apellyasiya qaydasında baxılarkən bütün bunlar nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh iddiaçıya maddi ziyan vurub və həmin maddi ziyana görə kəsici müddətin tətbiq olunması yolverilməzdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 677.1.4-ci maddəsinə əsasən əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. .. 697.4-ci maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. 700.1-ci maddəsinə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarı: Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır;
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
27. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, həm iddia ərizəsində, həm də apellyasiya şikayətində iddiaçı müqavilənin bir illik bağlandığını və icarəçinin yalnız 2 ayın icarə haqqını ödədiyini, eləcə də lazer aparatının blokunu yararsız hala saldığını bildirərək vurulmuş ziyanı və ödənilməmiş ayların icarə haqqını tələb edir.
28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iarəçi 2023-cü ilin avust ayında lazer aparatının HVPS Blockunun işləməməsi barədə icarəyə verənə məlumat vermiş (X1 Binəqədi rayon 7-ci PB-nə verdiyi izahat), sonrada həmin block icarəyə verənin nümayəndəsi tərəfindən sökülərək təmir edilməsi məqsədilə aparılmışdır. xx.xx.2023-cü il tarixdə isə (aparatın təhvil-təslimi haqqında xx.xx.2023-cü il tarixli akta əsasən) MGL markalı, 3569 seriya nömrəli, istehsal ili 2013-cü il olan Alexandrite ROD Lazer aparatı (HVPS Block olmadan) iddiaçı tərəfindən təhvil alınmışdır. Bundan sonra lazer aparatı icarəçiyə qaytarılmamışdır.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmədə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
31. Hazırkı iş üzrə iddiaçının cavabdehin istifadəsinə verilmiş icarə obyektinin pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddiası üçün kəsici müddətin başlanğıc anı iddiaçının icarə obyektini geri aldığı andan, yəni xx.xx.2023-cü ildə təhvil aldığı andan başlamışdır. Lakin iddiaçı icarə obyektini geri aldığı andan təxminən 9 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən kəsici müddəti ötürmüş iddiaçının hüququ artıq mövcud deyildir.
32. Məhkəmə kollegiyası, eyni zamanda iddia tələbinin icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi ilə bağlı hissəsinə münasibətdə də birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən: 2.2.3. İcarə obyektinin təmizlənməsi, texniki xidmət, təmir-bərpa və s. xidmətlərin müstəsna olaraq “X15” tərəfindən həyata keçirilməsini təmin etmək, icarə obyektinə üçüncü şəxslərin müdaxilə etməməsini təmin etmək, əks təqdirdə dəymiş bütün zərərləri ödəmək icarəçinin hüquq və öhdəlikləridir. 5.10. “İcarəçi”in təqsiri olmayan və ya iradəsindən asılı olmayan hallar ucbatından icarə obyektinin istismar vəziyyəti pisləşdikdə və ya icarə obyektinin istifadəsi üzrə hər hansı müvəqqəti məhdudiyyətlər yarandıqda, həmin halların “İcarəyə verən” tərəfindən aradan qaldırılması 5 gün müddətdən artıq davam edərsə, artıq olan müddət ərzində “İcarəçi”nin tələbi ilə icarə haqqları üzrə ödənişlər mütənasib qaydada dayandırılır. Hazırkı işdə lazer aparatı yararsız hala düşdükdən sonra icarəçi bu barədə ən geci 2023-cü ilin avqust ayının 10-da (X1 Binəqədi rayon 7-ci PB-nə verdiyi izahat) icarəyə verənə məlumat vermiş, bundan sonra aparatın bloku və sonra isə aparatın özü icarəyə verən tərəfindən götürülmüş və qaytarılmamışdır.
33. Mülki qanunvericiliyin (MM-nin 677.1.4) tələblərinə əsasən, icarəyə götürülən əşya icarəçidən alınıb qaytarılmaması səbəbindən müqavilənin xəbərdarlıq müddəti gözləmədən ləğv edilməsi kirayəçinin hüquqi müdafiə vasitəsidir.
34. Göründüyü kimi icarəçi tərəfindən icarəyə götürülmüş əşyanın yararsız hala düşməsi barədə icarəyə verənə məlumat verilməsi ilə (daha sonra icarəyə verilən əşya icarəyə verən tərəfindən götürülüb qaytarılmadığı üçün) artıq kirayəçi tərəfindən müqavilənin ləğvi ilə bağlı iradə ifadəsi qarşı tərəfə bildirilmiş hesab edilməlidir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsilə isə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
35. İcarəçi tərəfindən icarəyə götürülən əşya onda olduğu müddətin (2 ay: 09 iyun-09 iyul, 09 iyul-09 avqust) icarə haqlarının ödənilməsi işin mübahisəsiz halı olduğundan və icarə müqaviləsi 2023-cü ilin avqust ayında birtərəfli qaydada ləğv edildiyindən sonrakı müddət üzrə hər hansı icarə haqqının ödənilməsi tələbi əsassızdır.
36. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-72/2025 nömrəli 27 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.