Məhkəmə qərarları › İş №2(103)-2237/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2237/2021

11.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2237/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(007)- 282/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddia tələbinin dəyişdirilməsi barədə ərizə vermişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları xx.xx.2014cü il tarixdə Bakı şəhəri Nizami Rayonu Məhkəməsinin qətnaməsi ilə ilə pozulmuş,uşaqların ata himayəsində qalmasını məhkəmə qət etmişdir.Şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu mənzili birgə nikahda olduğu müddət ərzində aldıqları üçün nikah ləğv ediləndən sonra xx.xx.2018-ci il tarixə qədər qeydiyyatda olduğu ünvanda uşaqları ilə birlikdə yaşamışdır. Uşaqlarla yaşamağının səbəbi bu olmuşdur ki, cavabdeh 2015-ci il tarixdə uşaqları onun üzərinə ataraq Kanadaya köçmüş xx.xx.2018-ci il tarixdə gəlib uşaqları 1 həftəlik Kanadaya gəzmək adı ilə aparmışdır. Onun notarial qaydada razılığı əsasında 1 həftəlik getmişlər. xx.xx.2018-ci il tarixində geri dönmüşlər. xx.xx.2018ci il tarixində uşaqları onun himayəsində qoyub onları evdən qovmuşdur. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixədək Kanadada yeni nikaha daxil olduğu xanımla Kanadada yaşamış və yaşamasına baxmayaraq xx.xx.2019-cu il tarixində yeni ailəsini onun qeydiyyatda olduğu və birgə nikah dövründə əldə etdikləri mənzilə daimi yaşamaq üçün gətirmişdir. Hal-hazırda da onlar həmin mənzildə yaşayırlar. Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin olmasına baxmayaraq uşaqları uzun müddət onun üzərinə atıb Kanadaya çıxıb getmişdir. xx.xx.2019-cu il tarixdə yeni ailəsini gətirəndən 1 həftə sonra uşaqlarını görmək üçün qeydiyyatda olduğu ünvana getmişdir. Cavabdeh uşaqlarının, anasının və yeni həyat yoldaşının gözü önündə onu döymüş, ona zor tətbiq edərək təhqir etmiş, evdən qovmuşdur. O bu barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xidmətinə məlumat vermişdir. Şikayət ərizəsi Nizami rayon Pİ-nin müstəntiqi Vüqar müəllimin icraatına verilmişdir, o da qısa müddət ərzində cinayət işi açaraq işi Nizami Rayon Məhkəməsinə göndərmişdir. Hal-hazırda həmin iş hakim Rauf Əhmədovun icraatındadır. Bu üzdən də iddia tələbləri bundan ibarətdir ki, şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu və birgə nikah zamanı aldıqları evdə yaşayış hüququ bərpa edilməlidir. Qeyd olunanlara əsasən onunla Cavabdeh arasında nikah münasibətlərinin 2009-cu il oktyabrın 1-nədək, yəni xx xxxxx 2006-cı il tarixdə yaranmasını, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2455 saylı məhəllədəki 39 saylı evin 16 saylı mənzilin birgə nikah dövründə alınmasını, habelə onun 2009-cu il oktyabrın 1-nədək, yəni, 2007-ci ildə həmin evə qeydiyyata düşməyini nəzərə alaraq Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, məhəllə 2455, ev 39, 16 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə işə baxılarkən Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaya dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan Cavabdeh AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə vermişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı «mənzilə köçürülmə» tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı ona qarşı iddiasını qəbul etmir və təmin edilməməsini xahiş edir. O yeni ailə quraraq həyat yoldaşı ilə, uşaqları ilə və anası ilə mülkiyyətində olan mənzildə sıx şəraitdə yaşayır. Hazırda yaşadığı 2 otaqlı mənzilə 6 nəfər güclə sığışır. İddiaçı onun mülkiyyətində olan mənzildə həyat yoldaşı ilə, 3 uşağı ilə və anası ilə sakit və normal şəraitrdə yaşaması qeyrimümkündür. Təranə onun keçmiş həyat yoldaşı olmuş, hazırda isə yeni həyat yoldaşı ilə onun bir evdə yaşayaraq yola getməsi, mehriban və normal şəraitdə yaşaması mümkün deyil və bu cür yaşayış tezliklə ailədə çox ciddi prodlemlər, qanqaraçılıq və ailəsinin normal yaşayışına maneələr yarada bilər. O, cavabdeh İddiaçı ilə xx xxxxx 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2014- cü il tarixli 2(007)-2144/2014 saylı qətnaməsi ilə aralarındakı nikahın pozulması və birgə nikahdan anadan olmuş övladlarının 15 aprel 2007-ci il təvəllüdlü X1 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 onun himayəsində saxlanması qət edilmiş, qətnamə qanuni qüvvəsini alıb icraya yönəldilmişdir. xx xxx 2014- cü ildə İddiaçı notarail qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş ünvan 1 saylı, 2 otaqlı mənzilinin, avtomobillərin Cavabdeh mülkiyyətində qalmasına etiraz etmir, həmçinin həmin əmlaklara dair heç bir iddia və tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia qaldırmayacaqdır. İddiaçı mübahisəli mənzildən köçüb gedərək bütün əşyalarını aparmışdır və hazırda adı çəkilən mənzildə onun heç bir əmlakı yoxdur. Həmin 2 otaqlı mənzildə o, anası, həyat yoldaşı və 3 uşağı ilə birlikdə yaşayır. Hazırki günə qədər İddiaçı mübahisəli mənzildə formal olaraq pasport qeydiyyatında qalmış və hal-hazıra qədər pasport qeydiyyatından çıxmamışdır. Bu da onun mənzilinə olan mülkiyyət hüquqlarını pozur. İddiaçı iddia ərizəsində qeyd edir ki, boşandıqdan sonra da mübahisəli mənzildə qalıb uşaqlara baxmışdır. Təranənin dedikləri yalandır, özünə haqq qazandırmaq üçün belə yazmışdır. Təranə ilə aralarındakı nikah pozulduqdan sonra uşaqlarına anası ilə baxmış, Təranə isə arabir həmin mənzilə gəlib uşaqlarına baş çəkib getmişdir. Hətta bunu qonşular da şahid kimi təsdiq edə bilərlər (bu barədə qonşuların tərtib etdiyi aktı ərizəyə əlavə edir). Təranə ilə aralarındakı nikah pozulduqdan sonra o bir neçə ay işi ilə əlaqədar Kanadaya gedibgəlməli olmuş, hətta uşaqları da bir müddət özü ilə Kanadaya aparmışdır. Həmçinin mübahisəli mənzili təmir etdirərək neçə aylarla kirayədə də qalmalı olmuşdur. Təranənin iddia ərizəsində göstərdikləri absurd və uydurmadır. Beləliklə, cavabdehin qeyri-qanuni hərəkəti nəticəsində onun mənzilə mülkiyyət hüququ pozulmuş və o, uzun müddətdir ki, cavabdehin əvəzinə su, qaz, mənzil və digər kommunal xərclərini ödəmək məcburiyyətində qalmış və bu maddi vəziyyətinə mənfi təsir göstərir. Belə ki, onun bir mülkiyyətçi şəxs kimi mülkiyyətində olan hüququ pozulmuşdur, mənzilə dair sərbəst şəkildə sərəncam verə bilmir. Hesab edir ki, cavabdeh formal olaraq onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olduğundan və orada yaşamadığından həmin mənzilə istifadə hüququ itirilməlidir. Belə ki, onun bir mülkiyyətçi kimi onun hüququ pozulmuşdur, mənzilə dair sərbəst şəkildə sərəncam verə bilmir. Hesab edir ki, cavabdeh formal olaraq onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olduğundan və heç vaxt orada yaşamadığından həmin mənzilə istifadə hüququna xitam verilməlidir. Ona görə də, o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara aldı. Artıq 5 ildir ki, cavabdeh İddiaçı mübahisəli mənzildə yaşamır, lakin formal olaraq pasport qeydiyyatındadır. Bu da bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Qanunvericilikdə bilavasitə göstərilmişdir ki, vətəndaş pasport qeydiyyatında olduğu ünvanda 6 ay müddətində yaşamırsa, mənzilin mülkiyyətçisi pasport qeydiyyatından çıxarılmasını təkid etdikdə, məhkəmə qaydasında pasport qeydiyyatından çıxarılır. Cavabdeh mülkiyyətində olan mənzildə yaşamamadığından və formal olaraq pasport qeydiyyatında olduğundan, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən də hüquqlarını itirilmişdir. Qeyd olunnalara əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı 2 otaqlı mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(007)- 282/2020 nömrəli qətnaməsi ilə İlk iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2455-ci məhəllədə yerləşən 39 saylı evin, 16 saylı mənzilinə köçürülməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” qarşılıqlı iddia tələbinin təmin olunmaması qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-282/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən Cavabdeh İddiaçı qızna kompensasiya ödəmədiyindən ikin iddianın təmin edilərək İddiaçı mənzilə köçürülməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəldiyini bildirsə də, dolayı yolla yalnız qarşılıqlı iddia ərizəsinin nə üçün rədd edildiyini bildirmişdir, ilkin iddia ərizəsinin əsaslı olmasına dair isə heç bir sübuta istinad olunmamışdır. Məhkəmə qətnamə qəbul edərkən AR Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin tələbinə riayət etməyərək iddiaçının istinad etdiyi halların məhz özü tərəfindən məhkəmədə sübut edilməli olması prinsipinə riayət etməmişdir. Həmin evdə İddiaçı pasport qeydiyyatına alınmasına iddiaçı o səbəbdən razılıq vermişdir ki, şəxsin pasport qeydiyyatında olması mənzilə münasibətdə heç bir hüquq yaratmır və qanuni gözləntiyə səbəb olmur. Hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin tətbiq edilməsilə baxılmalı olduğunu qeyd edən məhkəmə elə həmin maddənin tələblərini pozaraq yalnış qətnamə qəbul etmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin maddənin tələbinə uyğun olaraq mülkiyyətçi Cavabdeh İddiaçı istifadə hüququnun əmələ gəlməsi üçün lazım olan prosedurları həyata keçirmədiyi üçün ümumiyyətlə qarşılıqlı iddia üzrə cavabdehin hazırki mənzilə münasibətdə hər hansı hüququnun yaranmasından söhbət gedə bilməz. Bu halı nəzərə alan İddiaçı özü sonradan iddia tələbini dəyişərək “mənzilə köçürmə” tələbi ilə iddiasını müdafiə etməyə davam etmişdir. Birinci instansiya məhkəməsi isə mülkiyyətçinin iradəsinə zidd olaraq cavabdehin həmin mənzilə köçürülməsi qənaətinə gələrək Cavabdeh konstusion hüquqlarını pozan qətnamə qəbul etmişdir. Şəxsin formal xarakter daşıyan qeydiyyatı heç bir halda mülkiyyət hüququnun pozulmasına səbəb olmamalıdır. Cavabdeh sonradan ikinci dəfə ailə həyatı quraraq hazırda həyat yoldaşı, anası və uşaqları ilə birlikdə mübahisə predmeti olan mənzildə darısqal şəraitdə yaşayır. Hesab edir ki, qəbul edilmiş qətnamə maddi-prosessual hüquqi məsələlərlə yanaşı ədalətli, sosial birgəyaşayış qaydalarına uyğun olmalı və daha böyük hüquqi problemlərin baş verməsinə zəmin yaratmamalıdır. Cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan evdə qeydiyyatda olması formal xarakter daşıyır, bu əsasla o həmin mənzilə köçürülə bilməz və bu hal aradan qalxmalıdır. Belə olan halda, ilkin iddia tələbi üzrə iddiaçının həmin mənzilə dair hər hansı hüququ olmadığından və iddiasını sübut edə bilmədiyi üçün birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş qətnaməsi ləğv edilməli, Cavabdehnın qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan AR DİN xx.xx.2019-cu il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2455 saylı məhəllədəki 39 saylı evin 16 saylı mənzildə Cavabdeh, X3, X5 qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2007-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsiningələcəkdə alıcı-ipoteka qoyan adlandırılacaq Cavabdeh ilə satıcı X4 ilə üçüncü tərəfdən “xxxx” ASC arasında bağlanmış qarışıq müqaviləyə əsasən satıcı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2455 saylı məhəllədəki 39 saylı evin 16 saylı mənzil Cavabdeh mülkiyyətinə verir. Mənzilin satış qiyməti 56200 manatdır, mənzili dəyərinin 9200 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən 47000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx xxxxx 2007-ci il 0704-0977/12476 saylı kredit müqaviləsinə əsasən alıcı-ipotekaqoyana verilmiş kredit vəsaiti hesabını ödənilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AR ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2455 saylı məhəllədəki 39 saylı evin 16 saylı mənzil DNK-nın 4Ə/02-403 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İş materiallarında olan İddiaçıının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,iddiaçı mübahisəli mənzildə qeydiyyatdadır. İş materiallarında olan 0778/20/Mİ seriyalı xx.xx.2020-ci il tarixli “xxxx” MMC-nin ekspert rəyindən görünür ki, ünvan 2 ünvanındakı 9 mərtəbəli, köhnə tikili binanın 8-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 30.14 kv.m. yaşayış sahəsindən ibarət, 2 otaqlı 16 nömrəli mənzilin hazırki bazar qiyməti 85000 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən ”fiziki şəxsin adətən yaşadığı yer onun yaşadığı yer sayılır”. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən “əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideyinləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. İşin hallarından görünür ki, tərəflər 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından iki övladları doğulmuşdur. Mübahisə predmeti olan mənzil tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Tərəflər və onların övladları həmin mənzildə qeydiyyatdadırlar. Hal-hazırda ilk iddia üzrə iddiaçı qarşılıqlı idda üzrə cavabdeh mənzilə köçürülmə, ilk iddia üzrə cavabdeh qarşılıqlı idda üzrə iddiaçı isə İddiaçı kompensasiya verilmədən onun mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh bu cür tələb irəli sürərkən əsasən ona istinad etmişdir ki, xx xxxxx 2014-cü il tarixdə notarial qaydada imzaladığı ərizə ilə birgə nikahdan doğulmuş hər iki övladını onun himayəsinə verdiyini bildirmiş, xx xxx 2014-cü il tarixdə isə notarial qaydada imzalanmış ərizə ilə hazırkı iş üzrə mübahisələndirilən mənzilə,eləcə də omun mülkiyyətində olan iki ədəd avtomobilə dair hər hansı bir iddiasının olmamasını,gələcəkdə də olmayacağını bəyan etmişdir.Bundan başqa,hal-hazırda onun yeni ailəsi vardır.Əvvəlki nikahdan olan uşaqları və yeni ailə üzvləri ilə qeyd olunan mənzidə yaşayır.Bu səbəbdən İddiaçı mənzilə köçürülməsi mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə kollegiyası həmin maddənin tələblərini rəhbər tutub, mənzilin birgə nikah vaxtı əldə olunması ilə əlaqədar tərəflər arasında mübahisə olmadığını nəzərə alaraq hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, ilk ddia əsaslı olduğundan təmin olunmalı, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2455-ci məhəllədə yerləşən 39 saylı evin, 16 saylı mənzilinə köçürülməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstiitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228- ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflərin xx xxxxx 2006-cı il tarixdə nikaha girdiklərini, xx xxx 2014-cü ildə məhkəmə qətnaməsi ilə boşandıqlarını,mənzilin isə 2007-ci ildə əldə olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin maddənin məzmunundan görünür ki, hazırkı iş üzrə mülkiyyətçi (iddiaçı) cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb edirsə ona bazar qiyməti ilə müvafiq kompensasiya verməlidir.Bu səbəbdən qarşılıqlı iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2455-ci məhəllədə yerləşən 39 saylı evin, 16 saylı mənzilinə köçürülməsi, qarşılıqlı iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlərlə bağlı məhkəmə araşdırması aparılaraq yuxarıda qiymət verildiyindən apellyasiyanın dəlilləri ilə əlaqədar yenidən əsaslandırmaya zərurət qalmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(007)- 282/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar