Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-225/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əskər qızına qarşı qızıl-zinət əşyaları və ya onların dəyərinin tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər:( qızıl-zinət əşyaları və ya onların dəyərinin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X18 və X4 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi X17 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(011)-5080/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Cavabdeh Əskər qızına girov kimi qızıl-zinyət əşyaları təqdim edərək əvəzində faizlə qaytarmaq şərti ilə 2300 manat pul borc götürmüşdür. Cavabdeh isə bildirir ki, o qızılları banka qoyub pul götürərək iddiaçıya vermiş, bir müddət sonra iddiaçı tərəfindən borc ödənilmədiyindən qızılları sataraq özünün banka olan borcunu ödəmişdir. 2.İddiaçı cavabdehə olan borcunu ödədiyini bildirərək, qızıl-zinət əşyalarını və ya onların dəyərini tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh Əskər qızına qarşı X14 tərəfindən iddiaçıya vurulan 20000 manat dəyərində ziyanın ondan tutularaq iddiaçıya ödənilməsi və ya mənimsədiyi qızılların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia tələbini onunla əsaslandırılmışdır ki, 2015-ci ilin fevral ayında iddiaçı müalicəsiylə bağlı pula ehtiyac olduğu üçün, o, oğlu X24 ilə bərabər əvvəllər tanıdıqları Bakı şəhəri Xətai rayonunun Əhmədli metrosu qarşısında lombard işlədən X9 qızıl girov saxlayaraq əvəzində pul faizə götürmək qərarına gəlmişlər. Belə ki, Simagullə danışaraq ondan qızıl girov qoyub pul götürmək istədiyini bildirmiş, o da bildirdi ki, qızılları onda girov saxlayaraq əvəzində onlara fazilə pul verə bilər. xx.xx.2015-ci il tarixində 142 qr qızıl Simaguldə girov saxlayaraq 1300 manat pul götürmüşlər aylıq faizi 6% olmaq şərti ilə, 18 02.2015-ci il tarixində 30 qr. qızıl saatı girov saxlayaraq 500 manat pulu aylıq faizi 7 % olmaqla goturmüşlər. xx.xx.2015-ci il tarixində 56.5 qr qızılı girov qoyaraq 500 manat pulu aylıq faizi 6% olmaqla götürmüşdürlər. X1 229 qr. qızıl zinət əşyaları girov saxlayaraq 2300 manat pul faizə götürmüşdürlər. Sonrada razılaşdıqları formada qızıllar girov qismində Simaguldə qalmaq şərti ilə faizə götürdükləri pulun hər ay faizini vaxtı-vaxtında, Lənkəran rayonunda yaşadıqları üçün Simagülün iddiaçıya verdiyi hesab vasitəsi ilə onun adına yollayırmışlar. Belə kı, bu proses 2016 ilin avqust ayına kimi davam etdi. O vaxta kimi də götürdüyü pulun faiz ödənişini 2750 manat pulu Simagülə ödəmişdir. Həmin ödənişlərin ödəniş çekləri də mövcuddur. Sonrada o, 2016 ilin sentyabr ayında Simagul ilə onun mobil telefonu 055 *** ** ** nömrəsi ilə əlaqə saxlayaraq bildirmişdir ki, o, ondan faizə götürdüyü pulu ödəyərək girov saxladığı qızılları götürmək istəyir. O da iddiaçıya bildirmişdir ki, qızıllar onda deyil başqasındadır və qızılları götürmək üçün iddiaçıdan pul istəmişdir. Belə ki, iddiaçı qohumu Nəcibə adlı şəxslə 2016-cı ilin sentyabr ayında Bakı şəhəri, Qara Qarayev metrosu yaxınlığında Simagül ilə görüşmüş iddiaçı ona 2000 manat pul vermişdir. Simagül iddiaçıya qızılların onda deyil başqasında olduğunu və 2000 manata yox 2300 manata qızılları götürə biləcəyini bildirmişdir. İddiaçıdan 300 manat da istəmişdir, iddiaçı isə 300 manatı bir həftəyə düzəldə biləcəyini bildirmişdir. Simagül isə razılaşmış 2000 manatı iddiaçıdan almışdır. İddiaçı bır həftəyə 300 manatı düzəldib Simagülə zəng vuraraq görüşüb qızılları götürmək istəsədə, o zənglərə cavab verməmişdir. Sonradan iddiaçı dəfələrlə onun yaşadığı ünvana getsədə onu evdə tapa bilməmişdir. Sonra mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq qızılları qaytarmağı tələb etsədə o, hər dəfə müxtəlif bəhanələrlə qızılları qaytarmaqdan boyun qaçırmışdır. Gah qızılları bankda girov qoyduğunu, gah kiməsə verib qızılları geri ala bilmədiyini deyir. Bu işlə bağlı Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət etsədə ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. X14 artıq 6 ildir ki, iddiaçıya aid olan qızıl-zinət əşyalarını geri qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırır, həmçinin ona aid olan 229 qram qızıl-zirət əşyalarını mənimsəmiş və ona 20000 manat dəyərində ziyan vurmuşdur. 5.Cavabdeh Əskər qızının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə müraciət edərək iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. 6.Cavabdeh Əskər qızı iştirak etdiyi məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Cəfər Elnur adlı şəxs bir neçə il bundan əvvəl ona müraciət edərək qızıl qoyub pul götürmüşdür. Lakin məbləğ yadında deyil, qızılları banka qoyub kredit götürmüş və Cəfərov Elnura vermişdir. Həmin kreditə görə aylıq ödənişləri Cəfərov Enur etməli olduğu halda bir müddət ödənişləri edib, sonra dayandırmışdır. Ondan sonra qızıllar satılaraq banka olan borc ödənilmişdir. İddiaçı ona heç vaxt qızıl əşyası verməmişdir. 7.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 26 dekabr 2022-ci il tarixli, 2(011)-5080/2022 saylı qətnaməsi (sədrlik edən-Əminə Abbasova) ilə iddia tələbi təmin edilməmişdir. 8.İş materiallarında olan 16 oktyabr 2020-ci il tarixli qərarla cinayət hadisəsi olmadığından və fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir 9.İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cəfərova X16 Simagül Əskər qızına "xxxx" ASC-nin Lənkəran filialı vasitəsilə xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2016-cı il tarixdə 200 manat, xx.xx.2016-cı il tarixdə 60 manat, xx.xx.2015-ci il tarixdə 100 manat, xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2015-ci il tarixdə 01 manat, xx.xx.2015-ci il tarixdə 01 manat, xx.xx.2015-ci il tarixdə 01 manat, xx.xx.2016-cı il tarixdə 06 manat, xx.xx.2016-cı il tarixdə 1,8 manat məbləğində ödəniş etmişdir. 10.İş materiallarında olan "xxxx" QSC-nin məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Əskər qızı xx.xx.2020-ci il tarixdə 342 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını girov qoyaraq "xxxx" QSC-dən 787 manat lombard krediti götürmüşdür. xx.xx.2021-ci il tarixində tam ödəniş edərək kredit borcunu bağlamış vəgirovda olan qızıl-zinət əşyalarını təhvil almışdır. İddiaçı ilə "xxxx" QSC arasında kredit müqaviləsi bağlanmamışdır. 11.İş materiallarında olan X15 adına möhürlə təsdiqlənmiş əlyazmada 17,8 qr 1 ədəd komplekt, 18,8 qr 3 ədəd sep, 10 qr üç ədəd üzük, 6,6 qr 3 ədəd klon, 3,5 qr 1 tay sırğa, 30 qr 1 ədəd saat, 22 qr 1 ədəd komplekt, 32 qr 1 ədəd sep, 36 qr 1 ədəd Quranqabı klon və sep, 9,6 qr 2 ədəd üzük, 28 qr 1 ədəd qolbaq, 15 qr 1 ədəd qolbaq yazıları qeyd edilmişdir. Eyni zamanda xx.xx.2015, 1300 manat, 78%, xx.xx.2015, 500 manat, 35%, xx.xx.2015, 300 manat, 18%, xx.xx.2015, 200 manat, 12% yazıları qeyd edilmişdir. 12.Mülki iş üzrə şahid qismində dindirilmiş X7 verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun qohumudur, o İddiaçı gəlininin bibisidir. Simagülə verilən qızılların içində onun da qızılları var idi. 2015-ci ildə İddiaçı xəstələnmişdi, pul lazım idi. O da yaxını kimi İddiaçı kömək edərək, öz qızıllarından vermişdir ki, lombarda qoyub pul götürsün. Qızıllar 50 qram olan bir ədəd Quranqabı, bir ədəd də qolbaq, 3 ədəd sep, üzükdən ibarət olmuşdur. X7 da qızılları 2015-ci ilin fevralında vermişdir. Xeyli faiz vermişlər, həm banka, həm karta pulu köçürmüşlər. 2016-cı ilin sentyabrında Cavabdeh Əskər qızı ilə zəngləşmişlər ki, pulu versinlər qızılları qaytarsın. Sonra da Qara Qarayev metrosunun qabağında 2000 vermişlər, o isə razı olmamış ki, 300 manatı da gətirsinlər. 13.Mülki iş üzrə şahid qismində dindirilmiş X12 verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun qaynanasıdır. Cavabdeh Əskər qızını 2015-ci ildə tanımışdır. İlk öncə onu yoldaşı tanıyırdı. Qaynanası ağır xəstə idi. Onu müalicə etdirmək üçün imkan olmadığı üçün evdə razılığa gəlmişlər ki, qızılları qoyub onu müalicə etdirsinlər. O, qaynanası və bibisi qızılları qoyub, 2300 manat pul götürmüşlər. Qaynanasının qaraciyəri xəstə idi. Pulu götürəndən sonra yoldaşını tutdular. 2016-cı ilin sentyabrında qaynanası Simagüllə danışmış, metronun yanında görüş təyin etmişlər. X2 Şabikə Tofiq qızı ilə birlikdə getmişlər. Qaynanası Cavabdeh Əskər qızına 2000 manat verdi. O isə razılaşmadı ki, 300 manatı da ver, sonra qaytarsın qızılları. Həmin 2000 manat pulu isə götürdü. Onlar da eve gedib pul axtarmışlar ki, həmin 300 manatı da versinlər, qızılları götürsünlər. Pulu tapıb Cavabdeh Əskər qızını axtarmışlar ki, onu da versinlər, lakin nə qədər axtarsalar da, onu tapa bilməmişlər. Qızıllardan iki komplekt, üzüklər, qolbağ özünün, bir komplekt qaynanası İddiaçıının, bir ədəd quranqabı sep bibisi X3 idi. Cavabdeh Əskər qızına 2000 manatı əlbəəl veriblər, ancaq 2015-2016-cı ilə qədər ona pul ödəyiblər. Qızıllar rus qızılları idi. Cavabdeh Əskər qızına aylıq ödənişləri yoldaşı edirmiş, o həbs edildikdən sonra isə özü edirmiş. 14.Məhkəmə iddiaya cavabdeh tərəfindən mənimsənilən qızılların geri qaytarılması tələbinə dair hissədə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə sübuta yetirlmədiyinə görə təmin edilməmildir. 15.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh tərəfindən iddiaçıya 2300 manat məbləğində borc pul verilmişdir. Həmin pul öhdəliyinin təminatı olaraq iddiaçı cavabdehə qızıl-zinət əşylarını vermişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırki iddianın əsasını Mülki Məcəllə ilə müəyyən edilmiş girov müqaviləsinə tətbiq edilən qaydalar təşkil edir. 16.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı Cəfərova X16 Simagül Əskər qızına 2300 manat borc pul müqabilində 229 qr-lıq qızıl zinət əşyalarını verdiyini iddia etsədə, məhkəməyə istinad etdiyi halları sübut edəcək kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Belə ki, tərəflər arasında yaranan münasibətlər mahiyyət etibarilə girov münasibətləri olduğu halda, həmin münasibətləri təsdiq edəcək yazılı formada bağlanmış girov müqaviləsi mövcud deyil. Digər tərəfdən iddiaçı hansı çəkidə və hansı əyarda qızılları verdiyinə dair sübut təqdim etməmişdir. 17.Eyni zamanda məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid ifadələrindən də, İddiaçı tərəfindən Cavabdeh Əskər qızına qızıl-zinət əşyaları verildiyi bildirilsə də, həmin qızılları səciyyələndirən xüsusiyyətləri barədə məlumat verilməmişdir. 18.Məhkəmə iddiaçı tərəfindən iddianın əsasını təşkil edən halları sübut etmək məqsədi ilə təqdim edilmiş X15 adına möhürlə təsdiqlənmiş əlyazma və digər sənədlərə qiymət verərək belə qənaətə gəlmişdir ki, möhür X15 adına olduğundan həmin əlyazmadakı yazıların Cavabdeh Əskər qızı tərəfindən tərtib edilərək təsdiq edildiyi məhkəmə araşdırması zamanı sübuta yetirilmir. Odur ki, məhkəmə hesab etmişdir ki, qeyd edilən əlyazmalar iddiaçının istinad etdiyi halları sübuta yetirmir. 19.İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdə qızıl-zinət əşyalarını səciyyələndirən xüsusiyyətlərini müəyyən etmək mümkün deyil. 20.Məhkəmə iddianın Cavabdeh Əskər qızı tərəfindən iddiaçıya vurulmuş 20000 manat dəyərində ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona məxsus olan 229 qr qızıl-zinət əşyalarının mənimsənilməsi nəticəsində 20000 manat məbləğində ziyanın vurulduğunu iddia etsə də, cavabdehə hansı çəkidə, hansı əyarda qızılların verildiyinə dair hər hansı bir subut təqdim etməmişdir. Belə olan halda formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. 21.Beləliklə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin qanunazidd əməli nəticəsində ona maddi ziyanın vurulduğuna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyinə görə iddia sübuta yetirilmədiyinə görə rədd edilməlidir. 22.Məhkəmə Cavabdeh Əskər qızının nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qiymət verərək hesab etmişdir ki, hazırki iddia tələbi mülkiyyətçinin hüququnun pozuntularının aradan qaldırılması ilə bağlı olduğundan hazırki iddiaya iddia müddəti şamil edilmir. 23.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Mülki Məcəlləsinin 280.1, 280.2, 281.1, 21, 1096.1 və 384.0.4-cü; Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 3 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220 və 242-cimaddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 24.Qətnamədən iddiaçi İddiaçı apellyasiya şikayəti vərərək qeyd etmişdir ki, qətnaməni iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfindən verilmiş ərizəyə məhkəmənin münasibəti hissəsində düzgün hesab etməklə, həmin hissəni mübahisələndirmir, yalnız iddia tələbinin sübut edilməməsi əsası ilə təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmasını, iddia tələbinin qızılların qaytarılması hissəsində təmin edilməsini xahiş edir. 25.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə səhvən iş üzrə tərəflər arasında girov münasibətlərinin yaranması qənaətinə gəlmişdir. Halbuki, hazırki iş üzrə tərəflər arasında yazılı girov müqaviləsi bağlanmamışdır. Belə olan halda onlar arasında girov münasibətlərinin mövcudluğundan söhbət gedə bilməz. Ümumi mülki hüquq nəzəriyyəsinə əsasən mülkü-hüquq münasibətlərinin yaranma (dəyişmə və xitamı) əsasları kimi hüquqi faktlar çıxış edir. Bunlar isə müvafiq olaraq hüquq yaradan, hüquq dəyişən və xitamverici faktlar olmaqla təsnifləşdirilir. Hüquq yaradan faktlar dedikdə, müqavilələr nəzərdə tutulur. Tərəflər arasında girov münasibətləri deyil, borc və ya qarşılıqlı öhdəlik münasibətləri yaranmışdır. Hüquq normasının məzmunundan da göründüyü kimi, tərəflər arasında müqavilə yoxdursa da öhdəlik yarana bilər. Hazırki işdə tərəflər arasında borc münasibətləri əsasında qarşılıqlı öhdəlik yaranmış, tərəflərdən biri, yəni iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, digər tərəf (cavabdeh) öhdəliyini yerinə yetirməmiş, pulu almış amma qızılları qaytarmamışdır. Belə olan halda cavabdehin iddiaçı qarşısında həmçinin əsassız varlanma əsası ilə də öhdəliyi yaranmış olur. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdeh məhkəmə iclasında verdiyi ifadələrdə həqiqətən iddiaçıdan qızıl əşyalar götürdüyünü, həmin əşyaları hansısa banka girov qoyduğunu bildirsə də, bununla bağlı hər hansı razılaşma və ya sənəd təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçının tələb etdiyi qızılları qaytarmamaqla, əsassız varlanmış hesab olunur. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəməyə tələbinin əsası olaraq, cavabdehin ona möhürlənmiş verdiyi qızılların siyahısını təqdim etmişdir. Cavabdeh isə, “həmin qızılları banka qoyaraq kredit götürdüyü və sonra qızılları sataraq banka olan borcu ödəməsi” kimi səsləndirdiyi etirazın əsası olaraq, məhkəməyə "xxxx" QSC tərəfindən ünvanlanmış məktubu təqdim etmişdir ki, həmin məktubun məzmunundan cavabdehin qızılları girov qoyub kredit götürməsi və həmin krediti ödəməsi 2020-2021-ci illərə təsadüf edir. Bu işin faktiki halları uyğunluq təşkil etmir və cavabdehin etirazının əsassız olmasına dəlalət edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 27.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X24 apellyasiya şikayətini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı qızıllarını girov qoyub, pul götürüb. Onlar arasında lombard münasibəti olmayıb. 28.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Əskər qızı məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 29.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında qeyd etmişdir ki, cavabdehin yanında işləmiş Aygün adlı qadının ekspertizada iştirakını təmin etmişlər. Cavabdeh ekspert rəyi ilə razılaşmır. Düzdür ekspertiza təyin edilərkən cavabdehin oğlunun adına olan möhürü təqdim edəcəklərinə söz versələr də, möhürü tapa bilməmişlər. Cavabdeh ekspertin rəy verdiyi işdə olan qəbzi qəbul etmir. Cavabdeh bildirir ki, onlar arasında lombard münasibəti olub, ancaq lombard biletini təqdim edə bilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 30.Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 29-cu mаddəsinə əsаsən hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о, cümlədən хüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Hər kəsin mülkiyyətində dаşınаr və dаşınmаz əmlаk оlа bilər. Mülkiyyət hüququ mülkiyyətcinin təkbаşınа və bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə еtmək və оnun bаrəsində sərəncаm vеrmək hüquqlаrındаn ibаrətdir. 31.İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеsiyаnın 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə əsаsən, hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlunmаqlа, öz mülkiyyətindən məhrum еdilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 32.Maddə 152.1-ci mаddəsinə uyğun оlаrаq, mülkiyyət hüququ-subyеktin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. 33.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 34.Maddə 384.0.4.Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 37.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 38.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 39.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(011)-5080/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir. 43.Hazırki mübahisə üzrə İddiaçı bildirir ki, o Cavabdeh Əskər qızına girov kimi qızıl-zinyət əşyaları təqdim edərək əvəzində faizlə qaytarmaq şərti ilə 2300 manat pul borc götürmüşdür. Cavabdeh isə bildirir ki, o qızılları banka qoyub pul götürərək iddiaçıya vermiş, bir müddət sonra iddiaçı tərəfindən borc ödənilmədiyindən qızılları sataraq özünün banka olan borcunu ödəmişdir. 44.İddiaçı cavabdehlə aralarında olar razılaşmanın sübutu kimi iş materiallarında olan (İ cild i/v- 87) cavabdehin oğlu X15 adına olan möhürlə təsdiqlənmiş əlyazmaya istinad edir ki, həmin əlyazmada 17,8 qr , 585 əyar 1 ədəd komplekt, 18,8 qr, 585 əyar 3 ədəd sep, 10 qr, 585 əyar üç ədəd üzük, 6,6 qr, 585 əyar 3 ədəd klon, 3,5 qr, 585 əyar 1 tay sırğa, 30 qr 1 ədəd saat, 22 qr 1 ədəd komplekt, 32 qr, 583 əyar 1 ədəd sep, 36 qr 1 ədəd Quranqabı klon və sep, 9,6 qr 2 ədəd üzük, 28 qr, 750 əyar 1 ədəd qolbaq, 15 qr, 583 əyar 1 ədəd qolbaq yazıları qeyd edilmişdir. Eyni zamanda xx.xx.2015, 1300 manat, 78%, xx.xx.2015, 500 manat, 35%, xx.xx.2015, 300 manat, 18%, xx.xx.2015, 200 manat, 12% yazıları qeyd edilmişdir. 45.Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə üzrə iddiaçı bildirmişdir ki, həmin əlyazmanı cavabdehin yanında işləmiş Aygün adlı xanım yazmış, cavabdeh tərəfindən möhür vurulmuş, möhürdə olan imza cavabdehə məxsusdur. Cavabdeh tərəf Aygın adlı xanımı tanıdığını, onun yanında olmasını, əlyazmada olan xətt və imzanın kimə məxsus olmasının yoxlanılmasına etiraz etmədiyini bilmişdir. 46.Qeyd olunan əlyazmadakı yazıların və möhürün kimə məxsus olmasının müəyyən edilməsi üçün məhkəmə kollegiyasının 19 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə xətşünaslıq, sənədlərin texniki ekspertizası təyin edilərək, ekspert rəyi alınmışdır. 47.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli, 4-2016-5-1727 nömrəli ekseprt rəyinə əsasən, məhkəmə xətşünaslıq ekspertizası üzrə:
1. Ekspertizaya təqdim edilmiş 2(103)-3558/2023 saylı mülki işin İ cildinin 87-ci vərəqində, milə-mil qeyd dəftəri vərəqində olan qəbzin ön tərəfinin yuxarı hissəsində “1 ədəd komp/585 17,8 qr” sözləri ilə başlayıb “...1 əd saat -30 qr... 2 dəfə verilən” sözləri ilə bitən yazılar və qəbzin arxa tərəfində “xx.xx.2015.....” sözləri ilə başlayıb, “.....200 AZN 12 m %” sözləri ilə bitən yazılar və imza – X10 tərəfindən icra olunmuşdur. 2.Ekspertizaya təqdim edilmiş 2(103)-3558/2023 saylı mülki işin İ cildinin 87-ci vərəqində, milə-mil qeyd dəftəri vərəqində olan qəbzin ön tərəfinin aşağı hissəsində “1 əd komplekt (brilyant) =-22Qr...” söləri ilə başlayıb, “....583-15Qr...İ-ci dəfə” sözləri ilə bitən yazılar - X10 tərəfindən yox Cavabdeh tərəfindən yox başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Sənədlərin məhkəmə texniki ekspertizası üzrə ekspert rəyinə əsasən: 1.Tədqiqata təqdim edilmiş “1 ədəd komp/585 17,8 qr” sözü ilə başlayıb “1 əd qolbaq reket 583- 15qr” sözü ilə bitən qəbzin arxa tərəfində olan möhür əksi reylef klişedən ibarət sənədin üzərinə birbaşa vurulmuşdur. 2.”AZƏRBAYCAN RESPUBLİKASİ X27 OĞLU VÖEN **********” məzmunlu möhürün sərbəst əks nümunələri nümunələri təqdim edilmədiyi üçün ekspert qarşısında qoyulmuş “Mülki iş materiallarında 87-ci vərəqdə olan qəbzdəki möhür Etibar Əli oğluna (VOEN No**********) məxsusdurmu?” sual üzrə tədqiqat aparılmadı. 3.Ekspert qarşısında “Mülki iş materiallarında 87-ci vərəqdə olan qəbzdə qeyd olunan qızıl-zinət əşyaları mülki iş materiallarında 216-220-ci səhifələrdə olan fotoşəkillərdə göstərilən X21, X8 və X5 üzərlərində müəyyən olunurmu, əgər müəyyən olunursa, həmin qızılların dəyəri (qramı, əyyarı qeyd olunmaqla) nə qədərdir?” sualı qoyulmuşdur. Təqdim edilmiş fotoşəkillər əsasında X21, X8 və X5 üzərlərində müəyyən olunmasını müəyyən etmək sənədlərin məhkəmə texniki ekspertizasının predmetinə aid deyil. 48.Həmçinin iş üzrə əldə edilmiş "xxxx" MMC-nin 30 aprel 2024-cü il tarixli, ƏEM/A 99-313/24 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, qiymətləndirici mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq, fototəsvirlərə baxış keçirilmişdir. Mülki iş materiallarında 87-ci vərəqdə olan qəbzdə qeyd olunan qızıl-zinət əşyaları mülki iş materiallarında 216-220-ci səhifələrdə olan fotoşəkillərdə göstərilən İddiaçı, X8 və X5 üzərlərində 1 tay sırğa istisna olmaqla müəyyən olunmuşdur. Fototəsvirlərdə əks edilən predmetlər qızıldır. Bazar dəyəri aşağıdakı kimi müəyyən edilmişdir:
1. saat(Leninqrad), 12,00 qr, 583 əyar, 1200,0 AZN – mövcuddur.
2. klon, 3 ədəd, 6,00 qr, 585 əyar, 650,0 AZN – mövcuddur.
3. üzük, 3 ədəd, 10,00 qr, 585 əyar, 1280,0 AZN – mövcuddur.
4. sep, 3 ədəd, 18,00 qr, 585 əyar, 1860,0 AZN – mövcuddur.
5. mirvari komplekt dəsti, 12,00 qr, 585 əyar 1200,0 AZN – mövcuddur.
6. 1 tay sırğa, mövcud deyil (yekun məbləğ – 6190,0 AZN) Qiymətləndirmə işi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. Qiymətləndirmənin məqsədi əmlakın bazar dəyərinin müəyyən edilməsidir. Bazar dəyərinin təyini isə Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin müvafiq standartında olan mətn üzrə götürülmüşdür. 49.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 50.Göründüyü kimi, əlyazmadakı qeyd olunan yazıların iddiaçının yanında olan, sonuncunun tanıdığı X10 tərəfindən həyata keçirilməsi müəyyən olunur. 51.Məhkəmə kollegiyası həmin əlyazmanın etibarlılığına qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd olunduğu kimi əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. 52.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır; -əqdin subyektiv tərkibinə dair şərtlər; -əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. 53.Müqavilənin öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır.Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəligəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 01 dekabr tarixli Qərarları) 54.Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 280.2-ci maddəsində girov müqaviləsinin forması ilə bağlı imperativ tələblər müəyyən edilməsinə baxmayaraq, mülki işin İ cildinin 87-ci vərəqində olan iddiaçı tərəfindən təqdim olunmuş əlyazma qeyd olunan tələblərə cavab vermədiyindən, yəni tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilmədiyindən həmin əlyazma əhəmiyyətsiz əqd kimi etibarsız əqd olmaqla, hazırki mübahisə üzrə girov müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin əsası kimi çıxış edə bilməz. 55.Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qərarında qeyd olunanlara əsasən hazırkı iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 56.Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. 57.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 02 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. 58.Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. 59.Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. 60.Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 61.Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. 62.Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 63.Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. 64.Hazırki, iş üzrə də cavabdeh tərəf sədrlik edənin suallarına cavab olaraq mülki işin 1-ci cildinin 87-ci vərəqində olan əlyazmanı təsdiq etmədiyini, etibarlı əqd kimi tanımadığını bildirmişdir. 65.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 66.Beləliklə məhkəmə kollegiyası iddia tələbi üzrə iddiaçının istinad əlyazmanın girov müqaviləsi kimi əhəmiyyətsiz əqd olmaqla etibarız olmasını və cavabdeh tərəfinin qızılları qəbul etməsini və daha sonra onları satmasını etiraf etdiyini nəzərə alaraq hesab edir ki, hazırki halda qızılların qaytarılması üzrə iddiaçının tələbinin əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. 67.Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 68.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. 69.Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. 70.Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 71.Həmçinin Konstitutsiyanın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. 72.Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 73.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 74.Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə tələb edilən qızıl-zinət əşyalarının mövcudluğu, iddiaçının həmin əşyaların mülkiyyətçisi olması və əşyaların cavabdehin qanunsuz sahbilyində olması sübut olunmalıdır. 75.Hazırki işdə "xxxx" MMC-nin 30 aprel 2024-cü il tarixli, ƏEM/A 99-313/24 saylı mütəxəssi rəyindən göründüyü kimi fotoşəkillərə əsasən mövcud olan qızıllar aşağıdakılardan ibarətdir. 1.saat(Leninqrad), 12,00 qr, 583 əyar, 1200,0 AZN 2.klon, 3 ədəd, 6,00 qr, 585 əyar, 650,0 AZN 3.üzük, 3 ədəd, 10,00 qr, 585 əyar, 1280,0 AZN 4.sep, 3 ədəd, 18,00 qr, 585 əyar, 1860,0 AZN 5.mirvari komplekt dəsti, 12,00 qr, 585 əyar 1200,0 AZN 6.1 tay sırğa isə mövcud deyil. 76.Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan qızıl-zinyət əşyaları- saat(Leninqrad), 12,00 qr, 583 əyar, dəyəri 1200,0 manat, klon, 3 ədəd, 6,00 qr, 585 əyar, dəyəri 650,0 manat, üzük, 3 ədəd, 10,00 qr, 585 əyar, dəyəri 1280,0 manat, sep, 3 ədəd, 18,00 qr, 585 əyar, dəyəri 1860,0 manat və mirvari komplekt dəsti, 12,00 qr, 585 əyar dəyəri 1200,0 manat və 1 tay sırğa olan qızılzinyət əşyalarının iddiaçı tərəfindən cavabdehə verildiyi daha sonra cavabdeh tərəfindən həmin qızılların satıldığı iş materialları ilə öz təsdqini tapdığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 77.Buna görə də kollegiya hesab edir ki, məhkəmə iddianı rədd edərkən maddi və prosessual hüquq normaıarını düzgün tətbiq etməməiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. 78.Digər tərəfdən İddiaçı, Cavabdeh qızılları ondan götürdüyü 2300 manat borcun müqabilində verdiyini bildirsə də, həmin borcun qaytarılmasını təsdiq edən hər hasnı bir mötəbər sübut təqdim etməmiş, yalnız özünün təqim etdiyi şahidlərin ifadələrinə istinad etmişdir. 79.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 80.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 81.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 82.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 83.Məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis rəyinə əsasən 1 tay sırğa fotoşəkillrə əsasən müəyyən edilməsə də, mülki işin 1-ci cildində 87-ci səhifədə olan əlyazmada öz əksini tapdığından həmin qızıl sırğanın dəyəri də cavabdehdən tutulmalıdır. 84.Kollegiya qeyd edir ki, mütəxəssis rəyinə əsasən 585 əyar qızılların dəyəri hesablanarkən 1 qramının 108,33 manat olması nəzərə alınmaqla, bu qaydada aparılan hesablama nəticəsində 3,5 qr olan 1 tay 585 əyar sırğanın dəyəri 379,16 manat təşkil edir. (3,5x108,33=379,155). Belə olan halda qızıl-zinyət əşyalarının ümumi dəyəri (379,16+6190=6569,10) 6569,16 manat təkil edir. 85.Beləliklə, şahid ifadələrini iş materiallarında olan digər sübutlarla müqayisəli tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, şahidlərin iddiaçı tərəfindən təqdim edilməsi və 2300 manat borcun qaytarılması barədə başqa hər hansı bir mötəbər sübutun olmaması nəzərə alınmaqla, cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan qızıllar satıldığından, onların dəyəri olan 6569,10 manatdan iddiaçı tərəfindən cavabdehə ödənilməli olan 2300 manat çıxılmaqla yerdə qalan 4269,16 manat pul Cavabdeh tutularq, İddiaçı ödənilməlidir. Belə ki, fərdi müəyyən əşya olan qızıllar cavabdehin özünün etiraf etdiyi kimi satılması nəticəsində mövcud deyildir. 86.Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə bu cür tələblərə iddia müddəti şamil edilmir. 87.Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edildiyinən təmin edilmiş tələbə mütənasib olaraq iş üzrə mütəxəssis rəyinin alınmasına görə "xxxx" MMC-yə ödənilməli olan 150 (yüz əlli) manatın 32 (otuz iki) manatı Cavabdeh, 118 (yüz on səkkiz) manatı İddiaçı tutulmalıdır. 88.Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manatın 24 (iyirmi dörd) manatı Cavabdeh, 86 (səksən altı) manatı İddiaçıtutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 89.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(011)-5080/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4269,16 (dörd min iki yüz altmış doqquz manat on altı qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İş üzrə mütəxəssis rəyinin alınmasına görə "xxxx" MMC-yə ödənilməli olan 150 (yüz əlli) manatın 32 (otuz iki) manatı Cavabdeh, 118 (yüz on səkkiz) manatı İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manatın 24 (iyirmi dörd) manatı Cavabdeh, 86 (səksən altı) manatı İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, iddiaçı tərəf qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cavabdeh tərəf kassasiya şikayəti verə bilməz) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov