Məhkəmə qərarları › İş №2(103)-2251/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2251/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2251/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-305/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3794,59 ABŞ dolları əsas, 1102,03 ABŞ dolları faiz borcunun, cəmi 4896,62 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(009)-305/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında xx xxxx 2015-ci il tarixli kredit sazişi bağlanılmış və sazişə əsasən bank tərəfindən cavabdehə 66 ay müddətinə, illik 25% ödəmək şərti ilə 4215 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. xx.xx.2017-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 3794,59 ABŞ dolları, faiz borcu 1102,03 ABŞ dolları, cəmi borc 4896,62 ABŞ dolları təşkil edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, 2015-ci il tarixdə deyil, xx xxxxxx 2014cü il tarixdə kredit götürmüşdür. Belə ki, xx.xx.2014-cü il tarixdə İddiaçı ilə müqavilə bağlamış və müqaviləyə əsasən iddiaçı ona 36 ay müddətinə kredit vermişdir. Hal-hazırda onun borcu 871,58 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsində kredit borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli 674 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixə banka olan borcu 7179,65 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 3871,91 ABŞ dolları, faiz borcu üzrə 3307,74 ABŞ dolları. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı və xx.xx.2019-cu il tarixli ekspert rəyini araşdıraraq, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq və Mülki Məcəllənin 739, 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh dəlillər isə əsassızdır. Belə ki, həmin dəlillərin araşdırılması üçün hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxxx 2020-ci il tarixli 4/739 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən mülki işin 7-ci vərəqəsində olan xx xxxx 2015-ci il tarixli nağd pul kredit layihəsi üzrə kredit sazişində “Müştəri Cavabdeh (imza)” qrafasındakı imza, i/v 8-9-da olan ödəniş cədvəllərində borc alan qrafalarındakı imzalar, i/v 10-da olan 2015-ci il tarixli 4050 nömrəli kassa məxaric orderində “Orderdə yazılmış məbləği aldım” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-305/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar