Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2253/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İddiaçı Kazımova(Şükürova) Hamayıl Əlövsət qızının, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2024cü il tarixli, e-2(004)-427/2024 nömrəli qətnaməsindən iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 22 mənzil 10 ünvanında yerləşən mənzil xx.xx.2006-cı il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Daha sonra, X11 həmin mənzili xx.xx.2014-cü il tarixində Cavabdeh bağışlamışdır. X11 ilə İddiaçı isə xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşdur. X11 2023-cü ildə vəfat etmişdir. Mübahisəli mənzilin hal-hazırda mülkiyyətçisi Cavabdehdır. Hazırda İddiaçı mübahisəli mənzilə istifadə hüququnun tanınmasını, İsmayılova (Kazımova) Pərvin Qənbər qızı isə İddiaçı mübahisəli mənzildən çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılova (Kazımova) Pərvin Qənbər qızına məxsus ünvan 2 ünvanda yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda iddiaçı həyat yoldaşı X12 ilə 14 mart 2015-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və yaşamışdırlar. Həyat yoldaşı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hazırda həyat yoldaşına çatası əmlak və daşınmaz əmlak ilə mabahisələri vardır. Həyat yoldaşının doğma olmayan övladı X7 iddiaçının yaşadığı ünvan üzrə mənzilin sahibidir. O həmin mənzili yoldaşının sağlığında cavabdehin adına sənədləşdirmişdir. İddiaçı həmin ünvanda artıq 10 il olar ki yaşayır. Hal-hazırda da iddiaçı həmin ünvanda yaşayır. Hazırda cavabdeh onun istifadə huququnu məhdudlaşdırır bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bununla yanaşı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilərək cavabdeh X3 ünvan 4 ünvanda yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Cavabdeh mülkiyyətindədir. Mənzil X5 ilə X11 arasında nikah bağlanmazdan əvvəl Cavabdeh mülkiyyətinə keçmişdir. Həmçinin, mülkiyyətçi olaraq Pərvin X1 mübahisəli mənzildə istifadə hüququnun yaranmasına razılıq verməmiş, hətta onun razılığı olmadığından Hamayıl Şükürova həmin mənzilə qeydiyyata düşməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, e-2(004)- 427/2024 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən 10 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, İddiaçı nə hər hansı bir müqaviləyə, nə də qanuna görə yaşayış sahəsindən istifadə hüququ yaranmır. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Kazımova X4 Pərvin Qənbər qızına məxsus mənzildə yaşasa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır, bu baradə onlar arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamışdır. Həmçinin, Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə nəzər saldıqda da görünür ki, İddiaçı Cavabdeh atasının arvadı olmaqla, Cavabdeh ailə üzvləri sırasına aid olmamışdır. Mübahisəli mənzil X8 məxsus olmuş, Qənbər Kazımov tərəfindən xx.xx.2014-cü il tarixdə Cavabdeh bağışlanmış və Cavabdeh mənzilə dair xx.xx.2014cü il tarixdə çıxarış almışdır. X11 ilə İddiaçı isə xx.xx.2015-ci il tarixində nikaha daxil olmuşdur. Göründüyü kimi, mübahisəli mənzil X11 ilə İddiaçı nikaha daxil olmamışdan əvvəl Cavabdeh bağışlanmışdır. Qeyd olunan mənzil hal-hazırda Cavabdeh mülkiyyətindədir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam etməsi mülkiyyətçinin mənzil üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Bu səbəbdən və iş materiallarına əlavə edilmiş sənədlərə görə hesab edilmişdir ki, mənzilin mülkiyyətçisi Cavabdeh həmin mənzildə sərbəst və maneəsiz yaşamaq hüququ təmin edilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228.1, 228.2-ci maddələrinə “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, 2009-cu ilin oktyabr ayının 1-də qanuni qüvvəsini almış Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2 və 217.4cü maddələrinə əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və tərəfindən verilmiş iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2010–cu ildən etibarən hazırkı tarixədək faktiki olaraq ailə münasibətləri quraraq həmin ünvanda yaşayır və mülkiyyət hüququ qarşı tərəfə 2015 – ci ildə bağışlama müqaviləsi ilə verilmişdir ki, burada məhkəmə onun faktiki və qanuni olaraq həmin mənzildə yaşaması və bu uzun müddət ərzində mənzilə dair kommunal ödənişləri və zəruri olan digər ödənişləri etmişdir, həmin mənzilə faktiki sahiblik hüquqlarını həyata keçirməyinə və belə olan halda məhkəmə onun həmin mənzilə mülkiyyət hüququnun tanınması əvəzinə bu mötəbər əhəmiyyət kəsb edən yaranmış hüququna heç bir hüquqi qiymət vermədən, sadəcə olaraq qarşı tərəfin mülkiyyət hüququnu müəyyən edən sənədə əsaslanaraq, iddiasının rədd edilməsi dair qətnamə qəbul etmişdir, halbuki həmin mənzil 2010–cu il tarixindən etibarən mərhum həyat yoldaşı və mülkiyyətçi ilə birgə ailə münasibətlərində yaşamağı, yaşamış olduğu müddətin 10 ildən artıq olmasını nəzərə alınsa onun həmin mənzilə mülkiyyət hüququ yaranmışdır ki, məhkəmə bu halın müəyyən edərək onun iddia tələbinin təmin edilməsinə dair qətnamə qədul etməli idi. İddia tələbinə dair çoxsaylı şahidlər və müvafiq ərazi üzrə MİS-nin rəsmi arayışı olduğu təqdirdə məhkəmə bu faktlara heç bir hüquqi qiymət verməmişdir ki, bununla da onun faktiki olaraq yaranmış mülkiyyət və istifadə hüququ kobud şəkildə pozulmuşdur. Bundan başqa həmin mənzildə ailə quran andan indiyə qədər həyat yoldaşı və cavabdeh ilə birgə yaşamışlar. Cavabdehin etirazı olsa idi onun orada yaşamağına icazə verməz idi. Həmçinin həmin mənzil həyat yoldaşına məxsus olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13.4 Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz.
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Mənzil Məcəlləsi:
30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub‐olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Ş0249- 8/2023 **********68 nömrəli məktubundan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu X18 küçəsi ev 22 mənzil 10 ünvanında yerləşən mənzil xx.xx.2006-cı il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Bakı 3 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 4Ə/1679 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi RX seriyalı ******* nömrəli,xx.xx.2014-cü il tarixli ********* qeydiyyat nömrəli çıxarışına əsasən Bakı şəhəri Yasamal rayonu X18 küçəsi ev 22 mənzil 10 ünvanında yerləşən mənzil dövlət reyestrində 2212 nömrəli reyestr kitabının 205722 nömrəli vərəqində mülkiyyətçi Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin verdiyi AZ-İİ 018010 nömrəli nikah haqqında şəhadətnaməsinə əsasən X11 ilə X5 arasında xx.xx.2015-ci il tarixində bağlanmış nikah akt qeydləri kitabında 152 nömrəsi ilə qeyd edilmiş. Nikah bağlandıqdan sonra arvada Kazımova soyadı verilmişdir. İş materiallarında olan Saatlı rayon qeydiyyat şöbəsinin verdiyi AZ-İİ 388174 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X11 xx.xx.2023cü il tarixində “ürəyin dəqiqləşdirilməmiş xroniki işemik” xəstəliyi səbəbindən ölmüşdür. Ölüm haqqında akt qeydləri kitabında 367 nömrəsi ilə qeyd edilmişdir. Göründüyü kimi mübahisəli mənzil X8 məxsus olmuş, onun tərəfindən xx.xx.2014-cü il tarixdə Cavabdeh bağışlanmış və sonuncu mənzilə dair xx.xx.2014-cü il tarixdə çıxarış almışdır. X11 ilə İddiaçı isə xx.xx.2015-ci il tarixində nikaha daxil olmuş, onlar Bakı şəhəri Yasamal rayonu X18 küçəsi ev 22 mənzil 10 ünvanında yerləşən mənzildə yaşamışlar. Beləliklə müəyyən edilir ki, mübahisəli mənzil X11 ilə İddiaçı nikaha daxil olmamışdan əvvəl Cavabdeh bağışlanmış və hazırki vaxta kimi sonuncunun mülkiyyətindədir. İddiaçı mülkiyyətçinin atası ilə mübahisəli mənzildə onun ölümünə kimi yaşadığı üçün həmin mənzilə istifadə hüqunun olmasını iddia edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinə münasibətdə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh məxsus mənzildə yaşasa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır. Belə ki, İddiaçı mənzilin mülkiyyətçisi Cavabdeh ilə aralarında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamış, həmçinin İddiaçı Cavabdeh atasının arvadı olmaqla, Cavabdeh ailə üzvləri sırasına aid olmamışdır. Məhkəmə kollegiyası ilkin iddia tələbinin, eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən, cavabdehə məxsus mənzildə mərhum həyat yoldaşı X11 ilə 2010-cu ildən yaşasa da, yuxarıda istinad edilən normaların tələbləri baxımından İddiaçı mübahisəli mənzilə dair istifadə hüquqlarının yaranması üçün hər hansı əsas yaratmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə də düzgün nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi mübahisəli mənzil Cavabdeh mülkiyyətindədir və İddiaçı qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam etməsi mülkiyyətçinin mənzil üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Belə olan halda da qarşılıqlı iddia tələbi təmin edilməklə, mənzilin mülkiyyətçisi Cavabdeh həmin mənzildə sərbəst və maneəsiz yaşamaq hüququ təmin edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyatorun ödədiyi dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, e e- 2(004)-427/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhrəmzadə