Məhkəmə qərarları › İş №2(103)-2259/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2259/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2259/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2259/2025 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 36/2025 nömrəli 14 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə X9 arasında xx.xx.2023-cü il tarixli ******* saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən F.M.Ağayevə istehlak məqsədləri üçün 24 ay müddətinə 6000,0 manat məbləğində kredit verilmişdir.

2. Ödəniş cədvəlindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçı Banka 6000,0 manat əsas borc, 947,90 manat faiz borcu olmaqla, cəmi 6947,90 manat borcu qaytarmağı öz öhdəsinə götürmüşdür.

3. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixində ölmüşdür.

4. İddiaçı cavabdehə kredit borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.

5. xx.xx.2024-cü il tarixli olan maliyyə arayışından görünür ki, X3 banka 5494,53 manat əsas borc, 19,17 manat faiz borcu, cəmi 5513,70 manat borcu vardır.

6. Kredit hesabından çıxarışdan görünür ki, X9 xx.xx.2023-cü il tarixli ******* saylı müqavilə üzrə cəmi 605,89 manat ödəniş etmişdir.

7. xx.xx.2024-cü il tarixli 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinə ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə vəfat edən əri X2 qalan mirasın-ünvan 2 ünvanında yerləşən mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin veriləsini xahiş etmişdir.

8. xx.xx.2024-cü il tarixli 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinə ünvanlanmış ərizənin surətindən görünür ki, digər vərəsələr olan X10 və X7 bildirişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum atası X3 ölümündən sonra miras qalmış əmlakın onlara düşən miras əmlak payından imtina etmişdirlər.

9. 5 saylı Bakı “ASAN xidət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2023-cü il tarixdə ölmüş X3 vərəsələri Cavabdehdır və miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərzai İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X4 verilmiş **********52-05101-093016 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 72,05 kv/m, yaşayış sahəsi 50,15 kv/m, yardımçı sahəsi 21,9 kv/m olan 4 otaqlı mənzildən ibarətdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 5494,53 manat əsas, 19,17 manat faiz borcu olmaqla, cəmi 5513,70 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 75,54 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi belə əsaslandırılmışdır ki, X4 şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 6000,0 manat məbləğində kredit verilmiş və bununla bağlı ”Azər-Türk Bank” X23 ilə X9 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, X5 xx.xx.2024-cü il tarixinə əsas borcu 5494,53 manat, faiz borcu 19,17 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №298816 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə edilmiş məlumata əsasən X3 vəfatından sonra 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindəyerləşən Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2024-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2024-cü il tarixində vərəsəlik işi açılmışdır və X3 vərəsəsi – Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyata olan Ağayeva X19r. Borcun ödəniləsi tələbi ilə cavabdehin vərəsəsinə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mükün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, X3 vərəsəsi Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmişpretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 15.157,12 manat məbləğində əsas borc, 2.681,55 manat məbləğində faiz borcu, 3.261,35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21.100,02 manat məbləğində borcu vardır. Müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixdən icra etmir.

12. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(094)-36/2025 nömrəli 14 yanvar 2025-ci qətnaməsi ilə (hakim Faiq Qasımov) iddia təmin edilmiş, Cavabdeh 5494,53 manat əsas borc, 19,17 manat faiz borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 75,54 manat dövlət rüsumu olmaqla, cəmi 5589,24 manat müştərək tutularaq “Azər-Türk Bank" ASC-yə ödənilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X9 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X9 öldüyündən, Cavabdeh onun vərəsəsi olduğundan və X2 miras qalmış əmlakı vərəsəlik qaydasında mülkiyyətinə əldə etdiyindən, bununla da Cavabdeh borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan iddia tələbi əsaslı olaraq təmin edilməli, kredit borcu Cavabdehdan tutularaq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 739.1, 739.2, 1151, 1306.1, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işi tam hər tərəfli araşdırmış olsa onda heç iddianı icraata qəbul etməməli idi, çünki kredit götürən şəxs evin müllkiyyətçisi vəfat etmişdir. Onun vərəsələri vardır, iddiaçı ancaq onların vərəsə kimi tanınmağını iddiasında qeyd etmişdir, bu tamamilə qanunsuzdur və gələcəkdə müxtəlif problemlərə yol açacaqdır. Ağayev Firudunun digər vərəsələrinin olub-olmaması aydınlaşdırılmamışdır. Bunlar nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 25.Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 26.Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 27.Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

28. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göründüyü kimi bankla mərhum X25 Paşa arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən 24 ay müddətinə 14,5% illik faiz dərəcəsi ilə 6000 manat məbləğində pul vəsaiti götürülmüşdür.

39. Müqavilə üzrə mərhumun 5494,53 manat əsas, 19,17 manat faiz borcu olmaqla, cəmi 5513,70 manat borcu qalmışdır.

40. Qanun üzrə vərəsəlik haqqında 20 may 2024-cü il tarixli şəhadətnaməyə əsasən miras əmlak olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 72,05 kv.m, yaşayış sahəsi 50,15 kv.m, yardımçı sahəsi 21,9 kv.m olan 4 otaqlı mənzilə Cavabdeh tam hissədə payı müəyyən edilmişdir.

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstituasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum Qərarında vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmuşdur ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

42. Göründüyü kimi borclu – miras qoyan F.Ağazadənin uşaqları X11 və X8 miras əmlakdakı paylarından xx.xx.2024-cü il tarixdə imtina etmişlər.

43. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, borcludan miras qalmış əmlak üzərində tam hüquqlu vərəsə kimi tanındığından iddiaçı tərəfindən iddianın məhz ona qarşı irəli sürməsi doğru olmuşdur.

44. Borcun məbləği ilə bağlı hər hansı mübahisə olmadığından kollegiya borcun hesablanması ilə bağlı fikir bildirməyi zəruri hesab etmir.

45. Birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-36/2025 nömrəli iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar