Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2269/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 Füzuli qızının, Cavabdeh iştirakı ilə, iddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(004)-379/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/135057/15 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 28 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1000 manat məbləğdə kredit verilmiş, borc alan isə müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul edərək, həmin kreditə görə borcu və faizləri ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir.
3. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/135057/15 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 284,25 manat məbləğdə əsas, 204,19 manat faiz, 218,35 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 84,40 manat faiz borcu olmaqla, cəmi 791,19 manat məbləğdə kredit borcu vardır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/135057/15 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 284,25 manat məbləğdə əsas, 204,19 manat faiz, 218,35 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 84,40 manat faiz borcu olmaqla, cəmi 791,19 manat məbləğdə pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddianın əsaslarına görə, QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində kreditin verilməsi haqqında 1xx/xx/135057/15 nömrəli müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 28 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1000 manat məbləğdə kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 284,25 manat məbləğdə əsas, 204,19 manat faiz, 218,35 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 84,40 manat faiz borcu olmaqla, cəmi 791,19 manat məbləğdə borcu qalmışdır.
6. Cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il il tarixli, e- 2(004)-379/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
8. Qətnamənin əsaslarına görə, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İddia müddətinin axımı kredit müqaviləsi üzrə öhdəliklərin son icra tarixi 20 noyabr 2016-cı il tarixdən başlamış, iddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadı ilə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn münasibətlərin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Lakin xx.xx.2019-cu il tarixli Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün xx.xx.2019-cu il tarixədək son müddət müəyyən edilmişdir. Bununla da göstərilən tarixdən sonra iddia müddətinin axımı ümumi qaydada davam edir. Lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375, 377, 384-cü maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə əlaqədar iddia ərizələri həmin dövr ərzindətəqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır. Bank tərəfindən fərmanın tətbiqi prosedurları tam yekunlaşana qədər gözlənildiyi üçün yenidən eyni kredit üzrə məhkəməyə ancaq xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli nömrəli qərardadında fərmanın tədbiqi prosedurlarına sərf oluna biləcək ağlabatan müddət konkret olaraq müəyyən edilməmişdir. Müvafiq fərmanla əlaqədar iddia ərizələrinin məhkəmələr tərəfindən baxılmamış saxlanılması təcrübəsi öncədən mövcud olmadığından, onun tətbiqinə sərf ediləcək ağlabatan müddətin bank tərəfindən müəyyən edilməsi də mümkün olmamışdır. Məhkəməyə yenidən müraciət olunduğu təqdirdə eyni vəziyyətlə üzləşməmək üçün həmçinin, son dövrlərə qədər apellyasiya məhkəmələrində müvafiq fərmanla bağlı məsələlər mübahisələndirildiyindən tərəflərindən məhkəməyə ancaq xx.xx.2022-ci il tarixdə yenidən müraciət edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən 20 noyabr 2015-ci il tarixli 1xx/xx/135057/15 nömrəli kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də 20 noyabr 2015-ci il tarixli 1xx/xx/135057/15 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları,
13. İddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
14. Cavabdeh apelyasiya şikayəti ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə; Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. İşdə olan mötəbər sübutların məcmusu ilə (kredit müqaviləsi, maliyyə arayışı) təsdiq olunur ki, iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən Cavabdeh 1000 manat məbləğdə kredit verilmiş, həmin müqavilə üzrə ödənilməmiş 284,25 manat məbləğdə əsas, 204,19 manat faiz, 218,35 manat cərimə borcu qalmışdır.
20. Göstərilən xüsusatlarla təsdiq olunur ki, QSC "xxxx" KB hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir.
21. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən məhkəmə kollegiyası bu istiqamətdə işin hallarını qiymətləndirir.
22. İşin hallarından müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti 12 ay müəyyən edilmişdir, yəni, bu müddət 20 noyabr 2016-cı il tarixdə başa çatmışdır. Müqavilə münasibətləri üzrə 3 illik iddia müddətinin axımı da həmin tarixdən başlanmışdır.
23. İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” qəbul etdiyi xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
24. İddiaçı iddia müddətinin tərəflərindən ötürülmədiyinin dəlili kimi, fərmanın tətbiqi prosedurlarının gec yekunlaşmasını, onların da bu prosedurların tam yekunlaşmasını gözləmələrini göstərir. Lakin, bu dəlillə bağlı qeyd edilməlidir ki, sözügedən fərmanla bağlı prosedurların yekunlaşması üçün son müddət 31 dekabr 2019-cu il tarix müəyyən edilmişdir. Qanunun mənasına görə artıq bu tarixdən sonra iddia müddətinin axımı davam etməli idi.
25. İddiaçı ilk dəfə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərkən artıq qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin 2 il 11 ay 13 gün hissəsi keçmiş, fərmanın icrası üçün nəzərdə tutudlmuş müddət 31 dekabr 2019 – cü il tarixdə başa çatdıqdan 2 il 10 ay 3 gün sonra - 03 noyabr 2022 – ci il tarixdə yenidən məhkəməyə müraciət etmişdir.
26. Şikayətin digər dəlili Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadında fərmanın tətbiqi ilə bağlı ağlabatan müddətin müəyyən edilmədiyi ilə bağlı isə qeyd edilməlidir ki, məhkəmənin ümumiyyətlə belə bir müddət təyin etmək səlahiyyəti olmamışdır.
27. Şikayətin müqavilə üzrə iddia müddətinin axımının tərəflərin öhdəliklərinin tam həcmdə yerinə yetirdikdən sonra başlanmalı olması ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Ümumiyyətlə əgər öhdəlik tam icra edilirsə, deməli məhkəmə mübahisəsi də mövcud olmur, dolayısı ilə hər hansı iddia müddətinin axımının başlanması istisna olunur.
28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(004)- 379/2023 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(004)- 379/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev