Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2279/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)- 3564/2020 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 185.52 manat əsas, 278.69 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 32.67 manat borc olmaqla, ümumilikdə 496.88 manat və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verilməsi halları müəyyən edilməmiş, düzgün nəticənin əldə edilməsi üçün müvafiq notariat orqanlarına sorğu ilə müraciət edilməmişdir. Bütün bu zəruri hərəkətləri etmək üçün məhkəmə tərəfindən iş üzrə icraatı dayandırmalı, müvafiq notariat orqanlarına sorğu ilə müraciət edilməli, yalnız sorğuya tam cavab alındıqdan sonra müvafiq məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməli idi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 25-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Həmçinin fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Birinci instansiya məhkəməsi işin hallarına və istinad edərək ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı qənaətinə gəlmiş, Cavabdeh öldüyü səbəbi ilə MPM-in 153.2.1-ci maddəsinə əsaslanaraq tələbin icraata qəbulundan imtina etmişdir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası DİN-in BPQMİnin MAPS şöbəsinin arayışından göründüyü kimi, Cavabdeh xx xxxxxx 2019-cu il tarixində ölmüş, lakin buna baxmayaraq iddiaçı Cavabdeh qismində cəlb edilməklə borc tələbinə dair iddia ərizəsi ilə xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının icraatın dayandırması barədə dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Göründüyü kimi, qanunun mənasına görə, prosessual hüquq varisliyinə yalnız o halda yol verilir ki, tərəf işə baxılarkən sıradan çıxmış (hazırki halda vəfat etmiş) olsun. Cavabdeh isə Ləğv prosesində olan İddiaçı ASC iddia ilə məhkəməyə müraciət etməzdən xeyli əvvəl vəfat etmişdir və bu hal iddiaçıya məlum idi (MAPS arayışını iddiaçı təqdim etmişdir). Ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırmaq isə yolverilməzdir və belə işə məhkəmədə baxıla bilməz. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan əsaslarla iddia ərizəsinin icraata qəbulundan imtina etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)- 3564/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-2279/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2279/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver