Məhkəmə qərarları › İş №2(103)-2280/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2280/2022

21.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2280/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3907/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və qanunsuz zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 172 nömrəli sərəncamına və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********22 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla iddiaçıya məxsus, Bakı Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsinin boşaldılıb iddiaçıya təhvil verilməsinə, yaradılan maneələrin aradan qaldırılmasına və hasarın Cavabdeh hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, Yasamal rayonu, Ə.Ələkbərov (Ş.Mehtiyev) k., 1056-cı məhəllə ünvanında yerləşən 199,5 kv.metr torpaq sahəsinə dair cavabdeh İddiaçı adına verilmiş istifadə hüququnu təsdiq edən **********22 reyestr nömrəli çıxarışın və sair sənədlərin etibarsız hesab edilməsi barədə, eləcə də ilkin iddia üzrə İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3907/2021 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “çıxarışın etibarsızlığı” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3907/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabeh apellyasiya şikayəti vermişdir, şikayətin əsas dəlili kimi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsi iddiaçı ilə dövlət, onunla isə bələdiyyə ilə bağlanmışdır. Rayon məhkəməsi tərəfindən isə mübahisəli torpaq sahəsinin dövlət, yaxud bələdiyyə mülkiyyətində olmasının müəyyən edilməsi üçün ekspertiza keçirilməmişdir, həmin məsələnin aydınlaşdırılması üçün iş üzrə ekspertiza keçirilməlidir. Hesab edir ki, həmin torpaq sahəsi Yasamal Bələdiyyəsinin mülkiyyətində olduğundan, Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaq barəsində sərəncam verə bilməzdi. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili F.Ələkbərzadə ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq, apellyasiya şikayətinin tamamilə əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2015-ci il tarixli, 172 nömrəli sərəncamı ilə X2 xx.xx.2015-ci il tarixli müraciətini nəzərə alaraq Yasamal rayonu, 1056-cı məhəllə, Ak. Ş.Mehdiyev küçəsində yerləşən torpaq sahəsində icarə əsasında ofis binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsi üzrə xeyrinə hüquq yüklü edilən şəxs İddiaçıdur. xx.xx.2020-ci il tarixdı qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi ********** kimi qeyd edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-cü il tarixli, 203 nömrəli sərəncamının surətinə əsasən, Cavabdeh Ak.Ş.Mehdiyev (keçmiş Ə.Ələkbərov) küçəsi 1056-cı məhəllədə, 97 saylı binada ona məxsus mağazanın yanındakı ərazidə yerləşən, uzun illər istifadəsində olan sahədə təqdim etdiyi eskiz layihəsi əsasında ofis və xidmət binasının tikintisinə icazə verilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1031/08 saylı, 30 may 2008-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı “sərəncamın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qətnamə ilə iddia ərizəsi rədd edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1031/08 saylı, 30 may 2008-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmış, Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(103)- 3764/2008 saylı, 28 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti rədd edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı mülki iş üzrə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29102)-3303\11 saylı, 04 noyabr 2011-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(103)-3764/2008 saylı, 28 oktyabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Bələdiyyə sədrinin 09 fevral 2006-cı il tarixli, 11\06 saylı sərəncamına əsasən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək Ə.Ələkbərov küçəsi, 1056-cı məhəllədə, 97 saylı binada ona məxsus 18 saylı mağazanın qarşısında abadlaşdırıb istifadə etdiyi (9,5 x 21) metr ölçüdə torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Sərəncama əsasən həmin torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. Cavabdeh ilə Bakı şəhəri Yasamal Bələdiyyəsi arasında bağlanmış 09 fevral 2006-cı il tarixli, 10 nömrəli torpaq icarəsi haqqında müqaviləyə əsasən görünür ki, 120698 nömrəli müqaviləyə əsasən 199,5 kv.metr sahənin 1 kv.metrinin illik icarə haqqı 24,1 AZN olaraq müəyyən edilmişdir. 10 noyabr 2020-ci il tarixli əlavə razılaşmaya əsasən, icarə müqaviləsinin müddəti 09 fevral 2006-cı il tarixdən 09 fevral 2070-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 985/18 saylı, 06 iyun 2018-ci il tarixli qərarına əsasən görünür ki, iddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər X4 və Bakı şəhər Yasamal Bələdiyyəsi olmaqla) sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iddia tələbinin təmin edilməməsinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 24 yanvar tarixli, 2- 1(103)-91/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilmişdir ki, torpaq sahəsi iddiaçıya “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan torpaqayırma qaydasında deyil, torpaq sahəsindən istifadə etməsi faktının təsdiq edilməsi qaydasında verilmişdir. Halbuki, qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması olan bələdiyyə daşınmaz əmlak üzərində istifadə faktını təsdiq edən səlahiyyətli orqan deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən, xx.xx.2021-ci il tarixli, 2(004)-3907/2021 saylı sorğuya xx.xx.2021-ci il tarixli, **********40 nömrəli cavab məktubuna əlavə edilmiş 589057 nömrəli çıxarışa əsasən görünür ki, ünvan 2 ünvanında yerləşən ərazi 49 il müddətinə, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamı və Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1425 saylı, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmişdir. xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin “Verdiktum” vəkil bürosuna ünvanladığı 23 iyul 2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına icarə hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 1056-cı məhəllə ünvanında yerləşən 0,0222 ha torpaq sahəsinin mülkiyyət forması Dövlətə məxsusdur. Mülki iş materiallarında olan 16 yanvar 2018-ci tarixli, 1425 nömrəli torpaq icarə müqaviləsinə əsasən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfaət Mehdiyev küçəsində yerləşən torpaq sahəsinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamına və xx.xx.2015-ci il tarixli, 13114 saylı inşaat pasportuna əsasən icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsi 222 kv.metrdir. Sahə icarəçinin istifadəsinə 49 il müddətinə verilmişdir. İcarə haqqının 01 yanvar 2018-ci il tarixdən hesablanması nəzərdə tutulmuşdur. İcraəçi hər il 1523 manat 81 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 16 yanvar 2018-ci il tarixli, 1636/1425 nömrəli müqaviləyə əsasən görünür ki, “İnterservis”ilə İddiaçı arasında konsaltinq xidmətlərinin göstərilməsi barədə razılıq əldə edilmişdir. Müqaviləyə əsasən icraçı, “Torpaq icarə haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gələn tələblərin sifarişçiyə izah edilməsini öz öhdəsinə götürmüşdür. Sifarişçi isə, icraçının yerinə yetirdiyi iş üçün icraçıya 847 manat 46 qəpik və 18% ƏDV olmaqla, cəmi 1000 manat pul ödəməyi öz öhdəsinə götürmüşdür. Məbləğ, 16 yanvar 2018-ci il tarixli müqavilə qiymətinin razılaşdırılması protokolu ilə də təsdiqlənir. Mülki iş materiallarında olan 16 yanvar 2018-ci il tarixli xidmətin yerinə yetirilməsi aktına əsasən icraçı tərəfindən xidmət yerinə yetirilmiş hesab edilmişdir. 15/115 nömrəli, xx.xx.2015-ci il tarixli istifadəyə verilən torpaq sahəsinin ayrıc aktına əsasən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən, 0,0222 hektar ərazidə ofis binasının tikintisinin layihələndirilməsinə dair İddiaçı icazə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2280/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 1056-cı məhəllə ünvanında yerləşən 0,0222 ha torpaq sahəsinin dövlət və yaxud bələdiyyəyə aid torpaq sahəsində yerləşib-yerləşmədiyinin müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2645 saylı ekspert rəyinə əsasən, mübahisəli 350 m2 olan torpaq sahəsinin 222 m2 hissəsinin İddiaçı məxsus olduğu müəyyən olundu. Həmçinin bildirilir ki, Bakı şəhəri üzrə bələdiyyə torpaqlarının dəqiqləşdirilmiş xəritə məlumatlarının səlahiyyətli orqan tərəfindən təsdiq olunması məsələri yekunlaşmadığı üçün qeyd olunan sual barədə məlumat verilməsinin mümkün olmadığı müəyyən olundu. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili mübahisəli torpaq sahəsinin Yasamal Bələdiyyəsinin mülkiyyətində olması və həmin torpaq sahəsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin sərəncam verməsinin qanunsuz olması ilə bağldır. Cavabdehin mübahisəli torpaq sahəsinin Yasamal Bələdiyyəsinin mülkiyyətində olması dəlili ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2280/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 1056-cı məhəllə ünvanında yerləşən 0,0222 ha torpaq sahəsinin dövlət və yaxud bələdiyyəyə aid torpaq sahəsində yerləşibyerləşmədiyinin müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2645 saylı ekspert rəyinə əsasən, mübahisəli 350 m2 olan torpaq sahəsinin 222 m2 hissəsinin İddiaçı məxsus olduğu müəyyən olundu. Həmçinin bildirilir ki, Bakı şəhəri üzrə bələdiyyə torpaqlarının dəqiqləşdirilmiş xəritə məlumatlarının səlahiyyətli orqan tərəfindən təsdiq olunması məsələri yekunlaşmadığı üçün qeyd olunan sual barədə məlumat verilməsinin mümkün olmadığı müəyyən olundu. Kollegiya qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamı və Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1425 saylı, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ərazi İddiaçı xeyrinə hüquq yüklü edilən şəxs olmaqla, 49 il müddətinə icarəyə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsi üzrə xeyrinə hüquq yüklü edilən şəxs İddiaçıdur. xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi ********** kimi qeyd edilmişdir. Kollegiya onu da bildirir ki, hazırkı iş üzrə cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamını mübahisələndirmiş, mülki işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 985/18 saylı, 06 iyun 2018-ci il tarixli qərarına əsasən görünür ki, iddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər X4 və Bakı şəhər Yasamal Bələdiyyəsi olmaqla) sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iddia tələbinin təmin edilməməsinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 24 yanvar tarixli, 2- 1(103)-91/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilmişdir ki, torpaq sahəsi iddiaçıya “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan torpaqayırma qaydasında deyil, torpaq sahəsindən istifadə etməsi faktının təsdiq edilməsi qaydasında verilmişdir. Halbuki, qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması olan bələdiyyə daşınmaz əmlak üzərində istifadə faktını təsdiq edən səlahiyyətli orqan deyildir. Göründüyü kimi, qüvvədə olan məhkəmə aktı ilə mübahisəli torpaq sahəsinin iddiaçının qanuni əsaslarla (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamı) istifadəsində olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılması qaydalarının müəyyən edilməsi, bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması aiddir. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Hazırkı halda iddiaçının torpaq sahəsinə dair bağlanmış əqd nəticəsində əldə etdiyi hüquqları çıxarış vasitəsi ilə dövlət qeydiyyatına aldırmışdır (i/v 88). Cavabdeh isə mübahisəli torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması barədə hər hansı sübut təqdim etməmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci bəndinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məcəllənin 157.8-ci bəndinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Beləliklə, məhkəmə araşdırmaları nəticəsində cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu müəyyən edildiyindən, onun apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-3907/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatının 50 (əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar