Məhkəmə qərarları › İş №2(103)-2283/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2283/2021

26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2283/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi“ tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4738/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12176,13 manat məbləğində borcun əvəzinə 12176,13 manat məbləğində pul vəsaiti və onun tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun“ cavabdeh“ Mirəliyeva“ Sevda Xosrov qızından tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2010-cu il tarixli “Yaşayış evinin bağışlanma müqaviləsi” əsasında ünvan 1 ünvandakı 0,0196 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən l(bir) mərtəbəli, 2 (iki) yaşayış otaqlı, zirzəmili, ümumi sahəsi 96,4 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr və yardımçı sahəsi 55,3 kv.metr olan fərdi yaşayış evi cavabdehlə ona bağışlanmışdır. Həmin müqavilə əsasında həmin daşınmaz əmlaklar onların birgə mülkiyyətinə verilmiş və həmin hüquqlar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X6 “Daşınmaz Əmlakın Dövlət reyestri”-də qeydə alınaraq həmin qeyddən ********** qeydiyyat nömrəli, xx xxxx 2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarış verilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, № 2(027)- 189/2020 saylı qətnaməsi ilə əlaqəli Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1851/2020 saylı qətnaməsindən göründüyü kimi cavabdeh 1987-ci ildə gəlin köçüb və bir daha Qubaya gəlməyib. Yalnız 2011-ci l tarixdə, anası Hüsniyyə rəhmətə gedəndə Qubaya yas mərasiminə gəlsə də, cavabdehlə onun birgə mülkiyyətində olan evə gəlməyib, yasın 40-cı günündən sonra Qubanı tərk edib və bundan sonra heç vaxtı Qubaya gəlməyib. Evin təmiz və yararlı saxlanılmasında, təsərrüfatın idarə edilməsində iştirak etməməsini cavabdeh onunla əsaslandırmışdır ki, o, əri və övladları ilə birgə 5 nəfərdən ibarət ailəsinə qayğıların geniş olması səbəbindən Bakı şəhərindən Quba şəhərinə gəlib evin yararlı saxlanılmasında iştirak edə bilmir. Halbuki, cavabdehin, onlara məxsus evin yararlı saxlanılması üçün qayğılarda iştirak etmək niyyəti olsaydı, özü və ya onun ailə üzvlərindən biri ayda heç olmasa bir dəfə Qubaya mübahisəli evə gələ bilərdi. ünvan 1 ünvanında yerləşən, cavabdehlə onun birgə mülkiyyətlərində olan evdə yalnız 1928ci il təvəllüdlü atası Bağırov Xosrov ilə birlikdə yaşayırlar. O subaydır, atası Xosrov qocadır, kənar şəxsin köməyinə ehtiyacı var. Yalnız onun himayəsində qalan atasının qayğısına o qalır. Cavabdeh atasının saxlanılmasında heç vaxt iştirak etməmişdir. Quba şəhəri dağlıq ərazidə yerləşdiyindən ilin 09 ayı rütubətli və soyuq olur. Evin faktiki olaraq cavabdehin sahibliyinə ayrılmış, otağının 03 divarları qara kərpicdən (torpaq kərpic) hörülmüşdür. Qara kərpicdən hörülmüş yaşayış evinin divarları yaz-payız-qış aylarında qızdırılmadıqda rütubətdən nəmlənərək şişib qoparaq qəzalı vəziyyətə düşür və nəticədə dağılır. Bunun nəticəsində evlər uçur. Qubada belə faktlar çox olub. Cavabdehlə ona birgə məxsus yaşayış binasının qəza vəziyyətinə düşməməsi üçün birtərəfli olaraq o, onu vaxtlı-vaxtında əsaslı təmir etmişdir. Tələb olunan təmir-tikinti işlərinin aparılmasını cavabdeh ondan xahiş edərək xərclərin ona aid hissəsinin əvəzinin və həmin xidmətinə görə ona ödəniş edəcəyinə dair ona vəd vermişdir. O, özü üçün ayrıca istifadə etdiyi otaqdan başqa digər otağın və evin bütün qeyri-yaşayış sahələrinin divarlarının yararsız hala düşməməsi və qorunub saxlanılması üçün yaz-payız və qış aylarında “Ceyran” tipli qızdırıcı təbii qaz peçi quraşdıraraq nəmişlikdə qoruyaraq isindirmişəm ki, divarları nəmlənərək şişib uçmasın. Lakin cavabdeh məni aldadaraq vədinə əməl etməmiş, xərclərdə iştirak etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4738/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Orxan Məmmədli). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4738/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, “X9” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin 8-ci hissəsini əsas götürmüşdür. “X9” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinin mənasından göründüyü kimi, məhkəmə həmin qanunu hazırki işdə iddiaçının əleyhinə tətbiq etməkdə haqlı deyildir, qanun düzgün tətbiq edilməmişdir. Belə ki, həmin qanuna əsasən qaz paylayıcısı ilə qaz istehlakçısı arasında qanunla müəyyən olunan hüquq və vəzifələri müəyyən edir. İş hallarından göründüyü kimi, iddiaçı hazırki mübahisədə qaz paylayıcısı qismində çıxış etmir. Mübahisənin mahiyyəti cavabdehlə iddiaçının birgə mülkiyyətində olan yaşayış sahəsində təbii qazdan, elektrik enerjisindən, sudan istifadəyə və digər kommunal xərclərə görə qanunla tərəflərin üzərinə birgə düşən vəzifələrdən cavabdehin yayınması nəticəsində iddiaçıya dəymiş zərərdən ibarətdir. Göründüyü kimi məhkəmə, “X9” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsini tətbiq etməkdə haqlı deyildir. Məhkəmə həmçinin “Sudan istifadə Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 4.1, 4.1.1, 4.1.2, 4.1.3-cü maddələrini tətbiq edərkən yalnız iddiaçının istehlakçı olduğunu əsas götürərək həmin qanunlardan əleyhinə qanusuz istifadə etmişdir. Lakin, cavabdehin, iddiaçı ilə birgə Quba şəhəri, Hikmət Hüseynov, dalan 1,10 saylı evə mülkiyyət hüququna malik olmasını, Azərbaycan Respublikasinin Mənzil Məcəlləsinin tələblərinə görə qaz, su və elektrik enerji paylayıcıları qarşısında iddiaçı ilə bərabər vəzifələr daşıdığını nəzərə almamışdır. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)- 189/2019 saylı qətnaməsindən görünür ki, AR ƏMDK yanında DƏDRX-nin **********5 qeydiyyat nömrəli, xx xxxx 2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı və X3 ümumi birgə mülkiyyətində olan ünvan 1 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin naturada bölgüsü mümkün hesab edilməsi, texniki pasport üzrə zirzəmidə yerləşən 1 saylı və 2a saylı tikililər, evin birinci mərtəbəsində yerləşən 7 saylı tikilinin tərəflərin ümumi istifadəsində saxlanması, evin bir hissəsinin, yəni texniki pasport üzrə 2, 6, 8, 11 saylı tikililərin iddiaçının, digər hissəsinin, yəni texniki pasport üzrə 3, 4, 5, 8a, 9, 10 saylı tikililərin cavabdehin istifadəsinə ayrılması ilə təcrid mənzil şəklində naturada bölünməsi; 2 və 8 saylı tikililərin daxilində arakəsmələr quraşdırılması, 2 saylı tikilinin daxilində quraşdırılmalı arakəsmə üzərində keçid qapısının açılması, 8 və 9 saylı tikililər arasında mövcud pəncərələrin bağlanması; cavabdehin sərəncamına düşən 1-ci mənzilin ümumi sahəsi 86,16 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr, yardımçı sahəsi 45,06 kv.metr, iddiaçının sərəncamına düşən 2-ci mənzilin ümumi sahəsi 80,3 kv.metr, yaşayış sahəsi 48,3 kv.metr, yardımçı sahəsi 32,0 kv.metr, tərəflərin ümumi istifadəsində qalan tikililərin ümumi sahəsinin isə 21,1 kv.metr müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-189/2019 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş və həmin qətnamə ləğv edilmişdir. İş materiallarında olan “Azərqaz” İB-nın Abonent saldosundan görünür ki, 2010-cu il tarixdə 2020-ci il tarixədək Quba rayonu, Hikmət Hüseynov küçəsi, ev 1, 10 saylı mənzil üzrə aylıq ödənişlər Bağırov Xosrov tərəfindən ödənilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Abunə haqqında çıxarışıdan görünür ki, 2015-ci il tarixdə 2020-ci il tarixədək Quba rayonu, Hikmət Hüseynov küçəsi, ev 1, 10 saylı mənzil üzrə aylıq ödənişlər İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Abunent kartından çıxarışıdan görünür ki, 2016-cı il tarixdə 2020-ci il tarixədək Quba rayonu, Hikmət Hüseynov küçəsi, ev 1, 10 saylı mənzil üzrə aylıq ödənişlər İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan tədliyyə bildirişindən görünür ki, iddiaçı tərəfindən 125,29 manat əmlak vergisi ödənilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, “xxxx” ASC-nin Abonent kartının çıxarışıdan görünür ki, 2015-ci il tarixdə 2020-ci il tarixədək Quba rayonu, Hikmət Hüseynov küçəsi, ev 1, 10 saylı mənzil üzrə aylıq ödənişlər İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan İddiaçı ona qarşı və ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx xxxx 2014-cü il, qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanındakı 0,0196 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli, zirzəmili, ümumi sahəsi 96,4 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr və yardımçı sahəsi 55,3 kv.metr olan yaşayış evi üzrə paylarının bərabər şəkildə müəyyən edilərək, naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-189/2019 xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx xxxx 2014-cü il, qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan ünvan 1 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin naturada bölgüsü mümkün hesab edilmiş, texniki pasport üzrə zirzəmidə yerləşən 1 saylı və 2a saylı tikililər, evin birinci mərtəbəsində yerləşən 7 saylı tikili tərəflərin ümumi istifadəsində saxlanmış, evin bir hissəsi, yəni texniki pasport üzrə 2,6,8,11 saylı tikililərin iddiaçının, digər hissəsinin, yəni texniki pasport üzrə 3,4,5,8a, 9, 10 saylı tikililərin cavabdehin istifadəsinə ayrılması ilə təcrid mənzil şəklində naturada bölünməklə; 2 və 8 saylı tikililərin daxilində arakəsmələr quraşdırılmaqla, 2 saylı tikilinin daxilində quraşdırılmalı arakəsmə üzərində keçid qapısı açılmaqla, 8 və 9 saylı tikililər arasında mövcud pəncərələr bağlanmaqla; cavabdehin sərəncamına düşən 1-ci mənzilin ümumi sahəsi 86,16 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr, yardımçı sahəsi 45,06 kv.metr, iddiaçının sərəncamına düşən 2-ci mənzilin ümumi sahəsi 80,3 kv.metr, yaşayış sahəsi 48,3 kv.metr, yardımçı sahəsi 32,0 kv.metr, tərəflərin ümumi istifadəsində qalan tikililərin ümumi sahəsi isə 21,1 kv.metr müəyyən edilmişdir. Qətnamədə apelyasiya qaydasında şikayət verilərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1851/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı ümumi birgə mülkiyyətdə olan yaşayış evinə payların müəyyən edilərək naturada bölünməsinə dair iddia tələbi rədd edilmişdir. Həmçinin bildirmişdir ki, İddiaçı ona qarşı iddia qaldırmaq hüququ yoxdur belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bütün bunları nəzərə alaraq cavabdeh məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə: İşin hallarına əsasən müəyyən olunur ki, xx xxxxxx 2010-cu il tarixli “Yaşayış evinin bağışlanma müqaviləsi” əsasında ünvan 1 ünvandakı 0,0196 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən l(bir) mərtəbəli, 2 (iki) yaşayış otaqlı, zirzəmili, ümumi sahəsi 96,4 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr və yardımçı sahəsi 55,3 kv.metr olan fərdi yaşayış evi cavabdehlə iddiaçıya bağışlanmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12176,13 manat məbləğində borcun əvəzinə 12176,13 manat məbləğində pul vəsaiti və onun tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun“ cavabdeh“ Mirəliyeva“ Sevda Xosrov qızından tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, iş materiallarında olan xxxx, Azəriqaz və xxxx ASC-nin abonent saldolarından görünür ki, aylıq ödənişlər iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı iddia tələbində mübahisəli mənzildə cavabdehin xahişi ilə təmir-tikinti işlərini apardığını və cavabdehin ona təmirin xərclərinin onun üzərinə düşən hissəsini ödəyəcəyini vəd etdiyini iddia edir. Həmçinin iddiaçı cavabdehin 2011-ci ildən həmin mənzilə gəlmədiyini də bildirir. Kollegiya işin hallarına apellyasiya şikayətinin dəlilləri ilə birgə qiymət verərək qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin mübahisəli evdə yaşamadığını və ora gəlmədiyini bildirmişdir. Bu halda, hazırki iddianın predmeti olan kommunal ödənişlər cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən istehlak olunduğundan dəyəri cavabdehdən tutula bilməz. Belə ki, “X9” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.2.2-ci maddəsinə əsasən, 1.2.2.“istehlakçı“– STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir. Qanunvericiliyin qeyd edilən normalarının məzmununa əsasən, hazırki iş üzrə təbii qaz, su və elektrik enerjisinin istehlakçısı İddiaçıdir. Odur ki, kollegiya hesab edir ki, iddiaçının öz istifadəsinə görə ödədiyi kommunal ödənişlərin cavabdehdən tutulması tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. İddiaçı iddia ərizəsində mübahisəli yaşayış sahəsini cavabdehin razılığı ilə öz hesabına təmir etdiyini bildirsə də, cavabdehin razılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən kollegiya hesab edir ki, iddia tələbinin həmin hissədə rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı cavabdehdən tutulmasını tələb etdiyi kommunal ödənişləri öz istifadəsi üçün ödədiyindən, yəni istehlakçı özü olduğundan və yaşayış sahəsinin təmirini cavabdehin razılığı ilə etməsini sübuta yetirmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4738/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar