Məhkəmə qərarları › İş №2(103)-2285/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2285/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2285/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2669/2022 saylı iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 97500 (doxsan yeddi min beş yüz) manat məbləğində ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2669/2022 saylı iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh maddi zərərə görə 34.000 (otuz dörd) min manat və mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2669/2022 saylı iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Daha sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək 24 noyabr 2022-ci il tarixli qətnaməni əldə etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətinin elektron qaydada xx.xx.2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi, cavabdeh tərəf qətnaməni ilkin olaraq xx.xx.2022-ci il tarixdə əldə etmiş olsa da, apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2669/2022 saylı iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətini prosessual müddəti ötürməklə verilib-verilmədiyi məsələni müzakirə etmədən apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2669/2022 saylı iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2669/2022 saylı iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar