Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2288/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Şahəddin oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borcun ödənilməsi, müqavilənin etibarlılığı, etibarsız əqdin sonradan təsdiq edilməsi, sübutetmə, qətnamənin düzgün əsaslandırılmaması, prosessual pozuntu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 Şahəddin oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı tanışı Cavabdeh2 2016-cı ildə 20 000 ABŞ dolları vermiş, Cavabdeh2 aldığı puldan 2017-ci ilin iyul ayına qədər 2294 ABŞ dolları və 3100 ABŞ dolları qaytarsa da, qalan vəsaiti geri ödəməmiş, bu səbəblə İddiaçı Bakı şəhəri Sabunçu RPİ-nə şikayətlə müraciət etmiş, Cavabdeh2 polis bölməsində verdiyi izahatında təxminən 10-12 ildir tanıdığı İddiaçı 2015-ci ildə, dolların məzənnəsi qalxmamışdan əvvəl 25 000 ABŞ dolları aldığını, dolların məzənnəsi ilk dəfə qalxdıqdan sonra, yəni 2015-ci ilin fevral ayından etibarən gündəlik alverdən Lətifin borcunu ödəməyə başladığını, 2016cı ilin iyun ayınadək təxminən 8000 ABŞ dollarından artıq pulu Lətifə qaytardığını, lakin həmin vaxtdan ticarətdə ziyan etdiyi üçün qalan pulu qaytara bilmədiyini və Lətifə “nə vaxt pulu olarsa, onda da borcunu ödəyəcəyini” dediyini, 2016-cı ilin iyul ayında isə qohumu İlhamın Lətifdən əvvəl notariusda 10 000 manat, sonra isə bu borcu qaytarıb 20 000 ABŞ dolları götürdüyünü, həmin puldan 4000 ABŞ dollarını qaytarsa da, yerdə qalan borcunu qaytarmadığını bildirmişdir.
2. İddiaçı ilə Cavabdeh1 Şahəddin oğlu arasında xx.xx.2016-cı il tarixdə borc müqaviləsi bağlanmış, müqavilə Bakı şəhəri 16 saylı notariat ofisində rəsmiləşdirilmiş, müqaviləyə görə İddiaçı Cavabdeh1 10 000 manat borc vermiş, Cavabdeh1 aldığı borcu xx.xx.2017-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
3. İddiaçı (iddiaçı) Cavabdeh1 Şahəddin oğluna, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şahəddin oğlundan müştərək qaydada 14 606 ABŞ dollarının, cavabdehlər Cavabdeh1 Şahəddin oğlundan və Cavabdeh3 müştərək qaydada 20 000 ABŞ dollarının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2016-cı ildə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Ticarət Mərkəzində ticarətlə məşğul olmuş, həmin dövrdə eyni Ticarət Mərkəzində Türkiyə Respublikasından ayaqqabı gətirərək satmaqla məşğul olan Cavabdeh2 ilə tanışlığı yaranmış, Cavabdeh2 bir neçə dəfə ondan borc pul alaraq vaxtında qaytarmışdır. Cavabdeh2 növbəti dəfə ona 20 000 ABŞ dolları məbləğində borc pul verməsini xahiş edərək mal gətirmək istədiyini, gətirdiyi malı sataraq iki-üç ay ərzində borcu qaytaracağını bildirmiş, iki-üç aydan sonra cəmi 2294 ABŞ dolları pulu qaytaran Cavabdeh2 ondan gizlənməyə başlamışdır. Belə olduqda məcbur olub onun yaşadığı ünvana gedərək pulunu tələb etmiş, bu zaman Zaurla bir ünvanda yaşayan yeznəsi Cavabdeh1la tanış olmuşdur. Cavabdeh1 ona bildirmişdir ki, həm Zaur, həm də o özü çalışıb pulu qaytaracaqlar. Bundan sonra bir neçə dəfə Cavabdeh1la görüşmüş, söhbət əsnasında İlham bildirmişdir ki, özü Binə Ticarət Mərkəzində yuyucu vasitələrin ticarəti ilə məşğuldur və işləri yaxşı gedir. Zaurun işləri o qədər yaxşı getmədiyindən pulu qaytara bilmir. Cavabdeh1 təklif etmişdir ki, 10 000 manat məbləğində pul verərək ona əlavə mal gətirməyə şərait yaratsın, əvəzində isə işləyib həm 10 000 manatı, həm də Zaurun borcunu qaytarsın. Cavabdeh1 o qədər də yaxşı tanımadığı üçün razılıq verməmiş, lakin hər ikisinin tanışı olan Cavabdeh3 İlhama pul verməyə onu razı salmışdır. Cavabdeh3 bildirmişdir ki, “İlhamı tanıyır və onun bu pulu həqiqətən də qaytaracağına, üstəlik Zaurun borcunu da qaytaracağına əmindir, İlham pulu qaytarmayacağı halda özü evini satmaq bahasına da olsa, pulu qaytaracaq, İlhama zamindir”. Bundan sonra notarial qaydada müqavilə ilə Cavabdeh1 10 000 manat borc vermişdir. Həmin müqaviləyə əsasən, İlham pulu bir il ərzində qaytarmalı idi. Həqiqətən də həmin müddət ərzində İlham pulu qaytarmış və əlavə olaraq 20 000 ABŞ dolları məbləğində pul istəmişdir. Bu dəfə də Xaqani pulu verməyə onu razı salmış, bildirmişdir ki, ilk dəfə olduğu kimi indi də pulun zaminidir. Zaura verdiyi pulun qaytarılması üçün başqa çıxış yolu olmadığı üçün pulu vermək qərarına gəlmişdir. Belə ki, həm Xaqani pulun qaytarılmasına zamin durmuşdur, həm də İlham birinci dəfə götürdüyü pulla Zaurun əvvəlki borcunun qaytarılmasına yardım etməsə də, özünün pulu vaxtında qaytarması onda inam yaratmışdır. İlham bildirmişdir ki, daha böyük həcmdə mal gətirməlidir ki, əlavə qazanc əldə edə bilsin və Zaurun borcunu qaytarmaq mümkün olsun. Beləliklə İlhama yenidən 20 000 ABŞ dolları borc vermiş, 2017-ci ilin iyul ayına qədər İlham həmin borclu olduğu məbləğdən 3100 ABŞ dolları məbləğində pulu qaytarmış, qaytararkən həmin pulu Zaurun borcundan hesabladığını bildirmişdir. Bundan sonra İlham borcu ödəməyi dayandırmış, həmin vaxtdan sonar ödəniş etməmişdir. Xaqaniyə bu barədə dedikdə, sonuncu İlhamın pulu qaytaracağına onu inandırmağa çalışmışdır. Sonradan həmin ərəfədə İlhamın Xaqaniyə 5000 ABŞ dolları məbləğində borcu olduğunu və bu səbəblə Xaqaninin ona olan inamından istifadə edərək, pulu İlhama verməyə təhrik etdiyini və İlhamın ondan aldığı puldan dərhal 5000 ABŞ dolları məbləğində borcunu geri aldığını öyrənmişdir. Beləliklə, Zaur və İlhamın ona birlikdə 34 606 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmin pulun İlhamın alaraq qaytarmadığı 20 000 ABŞ dolları hissəsinə Xaqani zamin dursa da, heç biri ona borclu olduğu pulu qaytarmır. Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək hər üç şəxs tərəfindən ona məxsus olan pulun dələduzluq yolu ilə ələ keçirildiyinə dair şikayət etmiş, Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq 06 yanvar 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən mübahisənin mülki xarakteri olduğu müəyyən edilmişdir, buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərdən ikisi ilə şifahi borc müqaviləsi vardır. Birinci müqavilə ilə mülki iş üzrə Cavabdeh2 20 000 ABŞ dolları məbləğində borc vermişdir. Həmin məbləğdən 2294 ABŞ dolları məbləğində borcu qaytarıb. Bundan sonra digər Cavabdeh1 Şahəddin oğlu ilə yazılı müqavilə bağlayaraq, ona 10 000 manat məbləğində borc vermişdir. Həmin məbləğ qaytarılmışdır. Daha sonra sayca üçüncü və şifahi olan ikinci müqavilə bağlanmışdır. Həmin müqavilə ilə Cavabdeh1 Şahəddin oğluna 20 000 ABŞ dolları məbləğində borc vermişdir. Mülki iş üzrə digər Cavabdeh3 həmin müqaviləyə zamin durmuşdur. Razılaşmaya əsasən, İlhama 20 000 ABŞ dollarının verilməsinin məqsədi yaxın qohumu olan Zaurun qaytara bilmədiyi borcun onun tərəfindən qaytarılması olmuşdur. İlk müddətdə İlham Zaurun borclu olduğu məbləğdən 3100 ABŞ dolları qaytarmış və ödənişi dayandırmışdır. Sabunçu Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı Cavabdeh2 və Cavabdeh1 Şahəddin oğlu borclu olduqlarını etiraf etmişlər. Yalnız Cavabdeh3 pulun Cavabdeh1 Şahəddin oğluna verilməsinə faktiki olaraq zamin durduğunu etiraf etməsə də, Zaurun xahişi ilə İlhama pul verilməsinə yardımçı olduğunu bildirmiş, eyni zamanda həmin ərəfədə Zaurun ona 5000 ABŞ dolan borclu olduğunu etiraf etmiş, dolayısı ilə özünün borcunun alınması üçün onunla olan etibarlı münasibətlərdən istifadə etdiyi aydın olmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 Şahəddin oğlundan müştərək qaydada 14 606 ABŞ dolları məbləğində, Cavabdeh1 Şahəddin oğlundan və Cavabdeh3 müştərək qaydada 20 000 ABŞ dolları məbləğində pul xeyrinə tutulmalıdır.
5. Birinci instansiya məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh2 14 606 ABŞ dolları məbləğində borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), Cavabdeh1 Şahəddin oğlundan 20 000 ABŞ dolları məbləğində borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hisədə təmin edilməməsi, 30 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 Şahəddin oğlundan müştərək qaydada tutularaq İddiaçı verilməsi qət olunmuşdur.
6. Tərəflər arasındakı münasibətləri borc münasibətləri kimi qiymətləndirən məhkəmə, mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh2 20 000 ABŞ dolları məbləğində borc pul vermiş, sonuncu həmin məbləğdən 2294 ABŞ dollarını özü, 3100 ABŞ dollarını isə digər Cavabdeh1 Şahəddin oğlu qaytarmışdır. Beləliklə Cavabdeh2 həmin borc müqaviləsi üzrə iddiaçıya 14 606 ABŞ dolları məbləğində borcu qalmışdır. Eyni zamanda İddiaçı digər Cavabdeh1 Şahəddin oğluna 20 000 ABŞ dolları məbləğində borc pul vermiş, lakin sonuncu həmin borcdan hər hansı bir məbləğdə pulu iddiaçıya qaytarmamışdır. Belə ki, cavabdehlər iddiaçıdan göstərilən məbləğlərdə borc pul aldıqlarını iddiaçının şikayəti əsasında Sabunçu RPİ-də araşdırma aparılması zamanı vermiş olduqları izahatlarda təsdiq etmişlər. Qeyd olunan izahatlarda cavabdehlər iddia ərizəsində göstərilən məbləğdən daha artıq məbləğdə borc qaytarmalarını bildirsələr də, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişlər.
7. Məhkəmə vurğulamışdır ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 Şahəddin oğlunun digər Cavabdeh2, o cümlədən Cavabdeh3 digər Cavabdeh1 Şahəddin oğlunun borcu üçün zamin dayanmasını bildirsə də, zaminlik müqaviləsinin bağlanması ilə əlaqədar mötəbər sübutlar təqdim etməmişdir, buna görə də iddia müvafiq hissədə təmin edilməməlidir.
8. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 14.2.1-ci, 385-ci, 386.1-ci, 442-ci, 425-ci maddələrinə istinad etmişdir.
9. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun özünə aid hissədə ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaçının iddia müddətini ötürdüyü, işə iştirakı olmadan baxıldığından iddia müddətinin ötürülmüş olması barədə ərizə vermək imkanından məhrum olduğu, iddiaçının onlara borcu ABŞ dolları ilə vermiş olmasının sübuta yetirilmədiyi, əslində iddiaçıdan borcu ABŞ dolları ilə deyil, Azərbaycan manatı ilə aldıqları, lakin dolların məzənnəsi qalxdıqdan sonra iddiaçının borcu dollarla hesabladığı, polisdə verdiyi izahatı polisin təkidi ilə yazdığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə etiraz
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar
11. Cavabdeh2 məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, təmsil etdiyi şəxs polis orqanında verdiyi izahatı öz əlyazısı ilə yazsa da, psixoloji təsir altında olmuş, barəsində cinayət işinin başlanmasındann qorxduğu üçün iddiaçıya borcunun qaldığını bildirmişdir.
12. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu, təmsil etdiyi şəxsin cavabdehlərin polisdə verdikləri izahatlarını əsas götürüb onlardan daha çox pul istəyə biləcəyi halda, iddia tələbində göstərdiyi məbləği istəməsinin onun xoş niyyətli olmasına dəlalət etdiyini bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Cavabdeh2 nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zaur onun qayını, İlham isə bacanağıdır. Uzun müddət Zaurun yanında işləmiş, Zaurun Lətifdən bir-neçə dəfə pul alıb qaytardığının şahidi olmuşdur. Onda olan məlumata görə Zaur Lətifdən sonuncu dəfə aldığı borcu 2016-cı ilin yay aylarında tam şəkildə ödəmiş, Lətifə borcu qalmamışdır.
14. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəməyə gəlməmiş, apellyasiya baxışının həddi nəzərə alınmaqla, işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
19. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
20. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
21. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
22. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
23. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
24. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
25. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.
26. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
27. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
28. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
30. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
33. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
34. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
35. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
39. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
40. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
41. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır ( 31 may 2016-cı il tarixli 269- VQD nömrəli Qanunla (xx.xx.2016-cı il tarixdə dərc olunmuşdur) edilən dəyişiklikdən sonrakı redaksiyada).
42. Maddə 740.2. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər ( 31 may 2016-cı il tarixli 269- VQD nömrəli Qanunla edilən dəyişiklikdən əvvəlki redaksiyada).
43. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
44. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
45. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
54. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız “Cavabdeh2 14 606 ABŞ dolları məbləğində borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), habelə 30 manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi” hissəsində yoxlanılması təşkil edir. Qətnamədən digər Cavabdeh1 şikayət vermədiyindən qətnamə ona aid hissədə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddia tələbi bölünməz xarakterli deyildir və eyni zamanda Cavabdeh2 şikayətinin məzmunu qətnamənin digər Cavabdeh1 münasibətdə yoxlanılmasına əsas vermir. Həmçinin qeyd olunmalıdır ki, qətnamədən iddiaçı da şikayət verməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə də qətnamə apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
55. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesi barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir.
56. İş materiallarında Cavabdeh2in məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur, məhkəmə isə cavabdehin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.
58. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə mübahisələndirilən hissədə ləğv edilərək həmin hissədə işə, işdə olan və əlavə təqdim edilən sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
59. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
60. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
61. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, Cavabdeh2 2016-cı ildə 20 000 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh2 həmin məbləğdən 2294 ABŞ dollarını özü, 3100 ABŞ dollarını isə digər Cavabdeh1 Şahəddin oğlu qaytarmış, bundan sonra Cavabdeh2 ona 14 606 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdeh2 isə iddiaçıdan borc aldığını inlar etməmiş, lakin borcu dollarla deyil, manatla götürdüyünü, iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməli olduğunu bildirmişdir.
62. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
63. Bu kontekstdə kollegiya iki mümkün ehtimal üzrə qiymətləndirmə aparmağı zəruri hesab edir:
64. Əgər iddiaçı ilə Cavabdeh2 arasında mübahisəli hüquq münasibəti 2016-cı ilin iyul ayından əvvəl (30 iyundan əvvəl) yaranıbsa, o zaman onların arasında etibarlı borc müqaviləsinin bağlanmasından bəhs etmək olar və bu halda iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsi nəzərdən keçirilməlidir.
65. Əgər iddiaçı ilə Cavabdeh2 arasında mübahisəli hüquq münasibəti 2016-cı ilin iyun ayından sonra (30 iyundan sonra) yaranıbsa, o zaman onların arasında etibarlı borc müqaviləsinin bağlanmasından bəhs etmək müəyyən halların mövcudluğundan asılı olacaqdır.
66. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinin xx.xx.2016-cı il tarixdən sonra qüvvədə olan mətini, predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğunu müəyyənləşdirmişdir (§ 41).
67. İşin hallarından aydın olur ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır – bu isə o deməkdir ki, əgər onların arasındakı münasibət xx.xx.2016-cı il tarixindən sonra yaranıbsa, həmin münasibət etibarlı borc müqaviləsi əsasında rəsmiləşdirilməmişdir.
68. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər.
69. Bununla yanaşı hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, hər iki tərəf, aralarında borc münasibətlərinin yarandığını təsdiq edirlər və bu baxımdan kollegiyanın qənaətinə görə onlar, əgər iddiaçının iddia tələbini əsaslandırdığı əqd (xx.xx.2016-cı il tarixindən sonra şifahi bağlandığı ehtimalı halında) lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar (§ 22, 23, 24, 25).
70. Başqa sözlə kollegiyanın qənaətinə görə, hər iki ehtmal üzrə tərəflər arasında borc müqaviləsinin bağlandığı nəticəsinə gəlinməsi mümkündür və iddiaçının müvafiq iddia tələbinə müqavilə hüququ əsasında qiymət verilməlidir.
71. Cavabdeh polis orqanında verdiyi və həmin orqanın qüvvədə olan qərarında əks edilən izahatında iddiaçıdan 25 000 ABŞ dolları borc aldığını və təxminən 8000 ABŞ dollarını qaytardığını bildirmiş, apellyasiya şikayətində isə həmin izahatı polisin təkidi ilə yazdığını, iddiaçıdan borcu manatla aldığını irəli sürmüşdür.
72. Cavabdehin mövqeyindən belə aydın olur ki, o, hər bir halda iddiaçıdan borc aldığını etiraf edir və həmin borcu tam qaytarmamışdır.
73. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 46-49).
74. Kollegiya hesab edir ki, Cavabdeh2 iddiaya etiraz olaraq irəli sürdüyü halları, yəni iddiaçıdan 25 000 dollar deyil, 25 000 manat aldığını, bunun 8000 dollardan artıq hissəsini qaytardığını, polisdə verdiyi izahatın həqiqəti əks etdirmədiyini mötəbər sübutlarla təsdiq edə bilməmişdir.
75. Apellyasiya baxışı zamanı onun nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında şahid qismində dindirilmiş şəxsin ifadəsi ilə bağlı qeyd olunmalıdır ki, birincisi, həmin şahidin bildirdikləri Cavabdeh2 özünün polis orqanında verdiyi izahatla təkzib olunur; ikincisi isə, qanunvericiliyin tələblərinə görə borcun qaytarılmış olması yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s) sübut olunmalıdır (§ 48) və başqa sübutlarla təsdiq oluna bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, şahid, Cavabdeh2 Lətifdən aldığı borcu 2016-cı ilin yay aylarında qaytardığını bildirsə də, 2020-ci ildə polisə izahat verən Cavabdeh2 İddiaçı borcunun qaldığını inkar etməmişdir.
76. Cavabdeh2 polisdə verdiyi izahata istinadən ondan daha artıq məbləğdə pul tələb etmə imkanının olmasına baxmayaraq iddiaçının, Cavabdeh2 20 000 ABŞ dolları borc verdiyini və bu məbləğdən 14 606 ABŞ dollarının ödənilmədiyini bildirməsi, onun səmimi və dürüst davrandığı qənaətinə gəlməyə əsas verir.
77. İddiaçının iddia müddətini ötürmüş olması arqumentini də kollegiya əsassız hesab edir; belə ki, işin hallarından, onun iddiaçıya borclu olduğu məbləğdən qohumu Cavabdeh1 tərəfindən ödənilən hissənin (3100 ABŞ dollarının) 2017-ci ilin iyul ayında qaytarıldığına qənaət gətirmək mümkündür – xüsusilə ona görə ki, Cavabdeh1la iddiaçı arasında notarial təsdiqli borc müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2017-ci il tarixi nəzərdə tutulmuşdur. Belə olan halda isə iddiaçı iddia müddətini ötürmüş hesab oluna bilməz – çünkü iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim olunmuşdur.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2994/2020 saylı iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh2 14 606 ABŞ dolları məbləğində borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), habelə 30 manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi” hissəsində ləğv olunsun və müvafiq hissədə yeni qətnamə çıxarılsın. Həmin iddia tələbi təmin edilsin. Cavabdeh2 14 606 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), habelə 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən Cavabdeh2 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Sabit Bəhrəmzadə