Məhkəmə qərarları › İş №2(103)-229/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-229/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-229/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-861/2018 saylı, 28.02.2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı LPO “Yunayted Kredit Bank" ASC Cavabdeh qarşı "kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 avqust 2013-cü il tarixli 1252 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı LPO “Yunayted Kredit Bank" ASC-nin xeyrinə 7199,01 ABŞ dolları əsas borcun, 3398,16 ABŞ dolları faiz borcunun, 691 ABŞ dolları əldən çıxmış faydaya görə borcun, cəmi 11286,17 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan “Mercedes Benz E 240” minik markalı, ** SH *** dövlət nömrə nişanlı avtomobilə (buraxılış ili-2007, tip-sedan, ban- WDB2110611A581623, mühərrik-**********5278, rəngi-T.göy) yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 avqust 2013-cü il tarixdə Ləğv Prosesində olan “Yunayted Kredit Bank" ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh arasında 1252 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh avtomobil alınması məqsədi ilə illik 27%, ödəniş müddəti keçmiş kredit üçün illik 54%-lə ödəmək şərti ilə Bank tərəfindən 13700 ABŞ dolları məbləğində kredit ayrılmışdır və kredit müqaviləsinin müddəti 22 avqust 2015-ci il müəyyən edilmiş, kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəniş cədvəli üzrə ödəməliymiş. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 22 avqust 2013-cü il tarixdə 1252 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinin şərtlərinə görə mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Mercedes Benz E 240” minik markalı, ** SH *** dövlət nömrə nişanlı (buraxılışili-2007, tip-sedan, ban-WDB2110611A581623, mühərrik-**********5278, rəngi-T.göy) avtomobil Bank qarşşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi tərəflər arasında imzalandıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası DİNDYPİ-də ipotekanın qeydiyyatı aparılmışvə müvafiq olaraq 22 avqust 2013-cü il tarixdə AA№097936 saylı Şəhadətnamə verilmişdir. Cababdeh ilə kredit müqaviləsi bağlandıqdan sonra LPO"xxxx" ASC-nin “Nərimanov” filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq həmin kreditin əsas məbləği və ona hesablanmış faizlərdən ödəniş edilməmişdir. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi, 22 avqust 2013-cü il tarixli 1252 saylı kredit müqaviləsi üzrə Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə 7199.01 ABŞ dolları əsas borcun, 3398.16 ABŞ dolları faiz borcunun, 691 ABŞ dolları əldən çıxmış faydaya görə borcun, cəmi 11286,17 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan "Mercedes Benz E 240” minik markalı, ** SH *** dövlət nömrə nişanlı avtomobilə (buraxılış ili-2007, tip-sedan, barı- WDB2110611A581623, mühərrik-**********5278, rəngi - T.göy) yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-861/2018 saylı, 28.02.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 7199,01 ABŞ dolları əsas borc, 3398,16 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 691 ABŞ dolları faiz 5(%) borcu, cəmi 11286,17 (on bir min iki yüz səksən altı dollar 17 sent) ABŞ dolları məbləğində borcun ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutulacaq məbləğin Cavabdeh məxsus “Mercedes Benz E 240” minik markalı, ** SH *** dövlət nömrə nişanlı avtomobilə (buraxılış ili-2007, tip-sedan, ban- WDB2110611A58İ623, mühərrik-11291331B15278, rəngi - T.göy) yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddiaçı LPO İddiaçı ASC-yə əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Elçin Ağayev). Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddiaçının təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən illik 27% ödənilməsi şərti ilə iki il müddətinə 13700 ABŞ dolları məbləğində kredit verilmişdir və kreditin təminatı olaraq 22 avqust 2013-cü il tarixli ipoteka müqaviləsi ilə cavabdehə məxsus avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən bir müddət aylıq ödənişlər həyata keçirilmişdir. Tərəflər avtomobilin faktiki olaraq digər şəxsə satılmasına dair razılığa gəlmişlər və bankın bu barədə məlumatı olmuşdur. Avtomobil etibarnamə ilə başqa şəxsə verilmişdir. Həmin şəxs ödənişləri edəcəyini öhdəsinə götürmüşdür. Lakin, sonra məlum olmuşdur ki, həmin şəxs ödənişləri etməmişdir və avtomobili başqa şəxsə vermişdir. Məhkəmədə işə baxılarkən iddiaçı tərəfindən əsas borcun, faiz borcunun düzgün hesablanıb-hesablanmaması araşdırılmamışdır. Cavabdeh hesab edir ki, əsas və faiz borcu şişirdilmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 22.08.2013-cü ildə bağlanmış 1252 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh LƏĞV PROSESİNDƏ OLAN Yunayted Kredit Bank ASC-dən 22 avqust 2015-ci il tarixinədək illik 27 faiz olmaqla 13700 ABŞ Dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 745 ABŞ dolları olmaqla 22.08.2015-ci il tarixinədək geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 22.08.2013-cü ildə bağlanmış 1252 saylı ipoteka müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh kredit müqaviləsinin təminatı kimi özünə məxsus “Mercedes Benz E 240” minik markalı, 90SH441 dövlət nömrə nişanlı avtomobili banka girov qoymuş, bununla bağlı girov qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 097936 saylı, 22 abqust 2013-cü il tarixli çıxarış verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 26.10.2017-ci il tarixinə banka 7199.01 ABŞ dolları əsas, 3398.16 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əldən çıxmış fayda üzrə 691 ABŞ dollarıfaiz borcu, cəmi 11286.17 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan bank tərəfindən Cavabdeh ünvanlanmış 22.06.2017-ci il tarixli bildirişin surətindən və onun cavabdehə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə kredit müqaviləsindən irəli gələn öhdəlikləri və tələbin ipoteka müqaviləsinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər öz üzərinə müəyyən öhdəliklər götürmüş, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh üzərinə düşən öhdəlikləri pozaraq yerinə yetirməmişdir. Bununla da o, həm tərəflər arasında olan müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin araşdırılmamasını, ekspertiza təyin edilməməsini, bank tərəfindən borc məbləğinin şişirdildiyini bildirmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdehin apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə borc məbləğinin və mübahisəli avtomobilin likvid dəyərinin müəyyən edilməsindən ötrü məhkəmənin qərardadları ilə məhkəmə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/1615 nömrəli, 04.04.2022-ci il tarixli rəydə qeyd edilmişdir ki, 22.08.2013-cü il tarixli, 1252 nömrəli kredit müqaviləsi şərtlərinə əsasən Cavabdeh 19.04.2019-cu il tarixinə LƏĞV PROSESİNDƏ OLAN İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 4.216.40 ABŞ dolları, faiz borcu üzrə 1.150.61 ABŞ dolları təşkil edir. Cavabdeh müqavilə müddətinin bitdiyi tarixdən sonra 4.249.58 ABŞ dolları məbləğində ödəniş etmişdir. Müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmış faiz məbləği 1.248.93 ABŞ dolları təşkil edir. Kollegiya qeyd edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən işin həllində ekspert rəyi ilə müəyyən edilən əsas və faiz borcu məbləği əsas götürülməlidir. Kollegiya qeyd edir ki, ekspert rəyindəki qrafikdən görünür ki, cavabdeh müqavilə müddəti bitdiyi tarixdən sonra 16.09.2015, 21.10.2015, 23.11.2015, 19.04.2019-cu il tarixlərində müvafiq olaraq 569, 569, 570.75, 2540.83 ABŞ dolları məbləğlərində olmaqla, cəmi 4.249.58 ABŞ dolları ödəniş etmişdir. Ekspert rəyinə əsasən həmin ödəlimiş məbləğ mövcud borc məbləğindən çıxıldıqdan sonra, cavabdehin banka olan əsas borcu 4216.40 ABŞ dolları, faiz borcu isə 1150.61 ABŞ dolları təşkil edir. Bu səbəbdən də, cavabdehin banka olan borcu əsas borc üzrə 4216.40 ABŞ dolları, faiz borcu üzrə isə 1150.61 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində əsas borc, faiz borcu və cərimə borcunun azaldılması xahiş edildiyindən, məhkəmə cərimə borcunun ekspert rəyində qeyd edilən həcmdə artırmaqda haqlı ola bilməz. Bundan başqa, iddiaçı iddia tələbində 691 ABŞ dolları cərimə borcunu tələb etmişdir ki, hazırki ekspert rəyi ilə müəyyən edilən 1.248.93 ABŞ dolları məbləğində cərimə borcunun olmasını müəyyən etməklə məhkəmə iddia tələbindən kənara çıxmış olar. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi kredit borcu məbləği hissəsində dəyişdirilərək, Cavabdeh 4.216.40 ABŞ dolları əsas borc, 1.150.61 ABŞ dolları faiz borcu, 691 ABŞ dolları illik 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 6.058.01 ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya ipoteka predmetinə münasibətdə qeyd edir ki, məhkəmənin qərardadı ilə iş üzrə qiymətləndirmə təyin edilmiş və qiymətləndirmənin aparılması “X2 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Qiymətləndiricinin 047 nömrəli, 17 iyun 2021-ci il tarixli arayışına əsasən, “mübahisəli avtomobilin likvid dəyərinin müəyyən edilməsi məqsədilə əmlaka baxış keçirilməsinin zəruriliyi mülkiyyətçiyə izah olunsa da, əmlakın mülkiyyətçisi tərəfindən əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır. Qiymətləndirmə fəaliyyəti haqqında Qanuna görə, qiymətləndirici qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində qiymətləndirmənin forma və metodlarını müstəqil seçə bilər. Bundan başqa, qiymətləndirici qiymətləndirmə keçirdiyi hallarda zəruri olan sənədləri tələb etmək, əlavə məlumat və izahatlar almaq hüququna malikdir. Lakin, qiymətləndirmə keçirilən zaman əmlakın mülkiyyətçisi əmlaklara baxış keçirilməsinə icazə vermədiyindən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunması mümkün olmamaışdır. Buna görə də əmlakın qiymətləndirilməsi zamanı əmlakın orta təmirli olması ehtimal olnaraq bazar və likvid dəyəri hesablanmışdır. Avtomobilin bazar dəyəri 11.500 AZN, likvid dəyəri isə 10.500 AZN müəyyən edilmişdir“. Kollegiya qiymətləndiricinin arayışı ilə bağlı qeyd edir ki, qiymətləndirmə avtomobil olmadan, avtomobilə baxış keçirilmədən, nəzəri olaraq aparılmışdır. Bu səbəbdən, kollegiya hesab edir ki, həmin məbləğin əsas götürülməsi gələcəkdə məhkəmə qərarının icrası zamanı maşının həminki vaxtda olan vəziyyəti ilə əlaqədar olaraq qiymətləndirmədə səhv nəticəyə gətirib çıxarılmasına səbəb ola bilər. Ona görə də Kollegiya hesab edir ki, avtomobilin qiymətləndirilməsi icra mərhələsində onun həmin vaxt mövcud olan vəziyyəti əsas götürülməklə aparılmalıdır. Cavabdeh apellyasiya şikayətində ipoteka predmeti olan avtomobili bankın razılığı ilə etibarnamə əsasında başqa şəxsə verməsi, həmin şəxsin banka olan ödənişləri ödəməyi öhdəsinə götürməsi, lakin sonradan heç bir ödəniş etməməsi kimi hallara istinad etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlillərinə münasibətdə qeyd edir ki, avtomobilin etibarnamə əsasında başqa şəxsə verilməsi avtomobilə mülkiyyət hüququnun başqa şəxsə keçməsinə səbəb olan hal deyildir. Avtomobilə mülkiyyət hüququnun başqa şəxsə keçməsi üçün tərəflər arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin olması tələb olunur. Belə bir müqavilənin olması da iş materiallarında aşkar edilmir. Belə olan halda, avtomobilin mülkiyyətçisi kimi cavabdeh çıxış etməklə bank qarşısında ipoteka qoyan kimi mülki məsuliyyət daşıyır. Başqa sözlə, cavadehin avtomobilə dair başqa şəxsə etibarnamə verməsi onu banka olan borcunu ödəmək öhdəliyindən azad etmir. Kollegiya ekspertiza xərci ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən borc məbləği ilə bağlı araşdırma aparılmadığı, ekspertiza keçirilməməsi və ekspertiza keçirilməsinə zərurət olmasını bildirdiyindən ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini, işin hallarını və ekspert rəyini nəzərə alaraq, 22.08.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh LƏĞV PROSESİNDƏ OLAN “Yunayted Kredit Bank” ASCyə olan borcunun ümumilikdə 6.058.01 ABŞ dolları (4.216.40 ABŞ dolları əsas borc, 1.150.61 ABŞ dolları faiz borcu, 691 ABŞ dolları illik 5%-lə hesablanmış faiz borcu) məbləğində hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Xanlar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-861/2018 saylı, 28.02.2018-ci il tarixli qətnaməsi Cavabdeh 7199,01 ABŞ dolları əsas borc, 3398,16 ABŞ dolları faiz borcu tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 4.216.40 ABŞ dolları əsas borc, 1.150.61 ABŞ dolları faiz borcu, 691 ABŞ dolları illik 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 6.058.01 ABŞ dolları məbləğində pul LƏĞV PROSESİNDƏ OLAN İddiaçı ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar