Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2295/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı “kredit, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-900/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1, X4 və Cavabdeh2 arasında bağlanmış MK/46682/91/15 saylı, xx.xx.2023-cü il tarixli kredit Sazişinə əsasən, bank borcalana 36 ay müddətinə illik 24% ödəmək şərtilə 27000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmçinin borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi zaminlik ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdehlər – zaminlər X4 və Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı “kredit, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X4 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 21963,92 manat məbləğində əsas borcun, 3852,95 manat məbləğində faiz borcunun, 702,57 manat məbləğində cərimə borcunun, cəmi 26519,44 manat borcun və 170 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 27000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. X1 və Cavabdeh2 (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icrа еtməlidirlər.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən iş üzrə mübahisələndirilən kredit müqaviləsi üzrə məbləğin ayrılması kreditin verilməsi qaydalarına uyğun olaraq aparılmamışdır. Belə ki kredit müqaviləsi üzrə ayrılmış 27.000,00 manat vəsaitin aylıq annuitet ödənişinin məbləği onun aylıq məvabindən dəfələrlə çoxdur. Həmçinin tələbkar İddiaçı ASC onun hüquqlarını dəfələrlə kobud şəkildə pozmuşdur. Qanunvericiliyə əsasən, bank heç bir halda borclu şəxsin yaxınlarından borcun ödənilməsini tələb edə bilməz. Lakin sözügedən bank onun ailə üzvləri, qohumları çalışdığı müəssisədə olan digər işçilərin əlaqə nömrələrini qeyriqanuni vasitələrlə taparaq onları narahat etmiş, onun kredit müqaviləsi üzrə zamin kimi borcunun olması barədə məlumatlar vermişlər. İddia tələbinin rədd edilməsini xahiş edir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – məhkəmə) 2(004)- 900/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 müştərək qaydada 04 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 21963,92 (iyirmi bir min doqquz yüz altmış üç manat doxsan iki qəpik) manat əsas borc, 3325,55 (üç min üç yüz iyirmi beş manat əlli beş qəpik) manat faiz borcu və 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 25489,47 (iyirmi beş min dörd yüz səksən doqquz manat qırx yeddi qəpik) manat məbləğində borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödənilmiş 170 (yüz yetmiş) manat dövlət rüsumunun 163 (yüz altmış üç) manat hissəsinin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, dövlət rüsumunun qalan 07 (yeddi) manat hissədə iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan:
6. İddiaçı ASC ilə Cavabdeh1, X4 və Cavabdeh2 arasında bağlanmış MK/46682/91/15 saylı, xx.xx.2023-cü il tarixli kredit Sazişinə əsasən, bank borcalana 36 ay müddətinə illik 24% ödəmək şərtilə 27000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmçinin borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi zaminlik ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdehlər – zaminlər X4 və Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşlər.
7. İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 MK/46682/91/15 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 21963,92 manat əsas, 3838,30 manat faiz və 702,57 manat cərimə borcu olmaqla, cəmi 26504,79 manat məbləğində borcu vardır.
8. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 MK/46682/91/15 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 21963,92 manat əsas borcu, 3325,55 manat faiz borcu və 702,57 manat cərimə borcu olmaqla, cəmi 25992,04 manat borcu yaranmışdır.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 21963,92 manat əsas, 3838,30 manat faiz və 702,57 manat cərimə borcu olmaqla, cəmi 26504,79 (iyirmi altı min beş yüz dörd manat yetmiş doqquz qəpik) manat borcu, pretenziya məktubuna əsasən isə xx.xx.2024-cü il tarixinə İddiaçı ASC-yə 21963,92 manat əsas borcu, 3325,55 manat faiz borcu və 702,57 manat cərimə borcu olmaqla, cəmi 25992,04 (iyirmi beş min doqquz yüz doxsan iki manat dörd qəpik) manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab etmişdir ki, hazırki mülki iş üzrə MK/46682/91/15 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən faiz üzrə hesablanmış borc məbləği cavabdehlərə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Məhkəmə Cavabdeh1 tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, yəni 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 müştərək qaydada 04 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 21963,92 (iyirmi bir min doqquz yüz altmış üç manat doxsan iki qəpik) manat əsas borc, 3325,55 (üç min üç yüz iyirmi beş manat əlli beş qəpik) manat faiz borcu və 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 25489,47 (iyirmi beş min dörd yüz səksən doqquz manat qırx yeddi qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 472.1, 472.2, 739 və 467-ci maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 107, 119.1, və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, şahid və müvafiq yazışmalarla göstəriləcək sübutların kredit müqaviləsinin əsassız olmasını göstərir. Birinci instansiya məhkəməsi işdə olan bütün sübutlara düzgün qiymət verməyib. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının qanunvericiliyin pozulması ilə tərtib olunan sənədlərə və sübutlara əsaslanır. Bir sıra sübutlar mövcuddur ki (yazışmalar, şahidlər və s ) onların birinci instansiya məhkəməsinə təqdim edilməsi onlardan asılı olmayan səbəblərdən mümkün olmayəb.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Mehriban xanım onun tanışıdır, onun salonunda müştərisi olmuşdur. Onunla ortaq tanışıları var. Həmin xanım iclaslara çağırılmır. Onu hazırda heç yerdə tapa bilmir. Ondan xahiş etdilər ki, zamin olsun. Mehriban xanımın gözəllik salonu və bağı var. Başqa bankda da zamin olmuşdur. Həmin mülki iş davam edir. Sadəcə sənədlərə imza etmişdir. Qəbul edir ki, onu heç kim zorla banka aparmayıb, məcbur imza etdirməyib, amma işə tələsdiyi üçün tez-tez imza edib getmişdir, heç vaxt kredit götürməmişdir. 27000 manat vəsaiti onun aylıq əmək haqqından qat-qat çoxdur. Bank bu qədər vəsaiti hansı zaminə güvənərək verib. 500 manat maaş alır, onkoloji xəstəlikdən əziyyət çəkir, bu qədər məbləği bank araşdırmadan necə verə bilər, mülkiyyətində heç bir əmlak yoxdur. Digər bank da belə edib. 50000 manatdan çox borcu var, digər zaminin də rəsmi gəlir olan yeri yoxdur, başqa xanım etiraf edib ki, bankda sənədlərin saxtalaşdırması halı var, heç bir təminat olmadan bank bu qədər məbləği verə bilməzdi.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, Bankın işçisi ilə bağlı sübutlar varsa cavabdeh təqdim etməli idi.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 470.1.Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1.Zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən yalnız Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsi qətnaməni iddianın Cavabdeh3 münasibətdə qismən təmin edilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin halları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış MK/46682/91/15 saylı, xx.xx.2023-cü il tarixli kredit Sazişinə əsasən, bank borcalan Cavabdeh1 36 ay müddətinə illik 24% ödəmək şərtilə 27000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmçinin borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi zaminlik ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdehlər – zaminlər Cavabdeh3 və Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşlər.
23. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və iddiaçı cavabdehlərə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 25.Qətnaməni mübahisələndirən cavabdeh (zamin) Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla heç bir mötəbər sübutla öz təsdiqini tapmır. 26.Belə ki, mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli Kredit sazişi müqaviləsinin 6.12-ci bəndinə əsasən Zamin müqavilədən irəli gələn pul öhdəlikləri Müştəri tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında Müştəri ilə birgə məsuliyyət daşıyır. 27.Həmin müqaviləsinin 6.13-cü bəndinə əsasən Zaminin tam məsuliyyət daşıdığı zaminliklə təmin edilmiş öhdəliklərə Kredit Sazişi ilə müəyyən olunan əsas borc ,fazilər, dəbbə pulu, bundan başqa xidmət haqları, xərclər və dəymiş ziyanın ödənilməsi kimi pul öhdəlikləri daxildir. 28.Göründüyü kimi, Cavabdeh3 iradəsi ilə müqaviləni imzalayaraq zamin kimi Kredit Sazişi üzrə bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borcalan Cavabdeh1 ilə birgə məsuliyyət dаşımağa və krеditin qаytаrılmаsı ilə bаğlı borcalan Cavabdeh1 aid bütün öhdəlikləri icrа еtməyə razılıq varmişdir. Müqavilə üzrə ayrılan kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və digər mühim şərtlər müqavilədə göstərilmişdir.
29. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 30.Buna görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh3 tərəfinən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-900/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Musayeva Cəmilə Fərrux Qasımov