Məhkəmə qərarları › İş №2(103)-2296/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2296/2020

21.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2296/2020 21.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və “xxxx” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Azərbaycan Dövlət X1, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(009)-324/2016 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərə görə 445500 manatın və əldən çıxmış gəlirə görə 288000 manatın, cəmi 733500 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(009)- 324/2016 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2016-cı il tarixli, 2(103)- 3061/2016 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-324/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(102)- 4354/16 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2016cı il tarixli, 2(103)-3061/2016 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(103)-1461/2017 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-324/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və “xxxx” MMC-dən müştərək qaydada vurulmuş zərərə görə 445500 manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və “xxxx” MMC-dən müştərək qaydada tutularaq “xxxx” MMC-yə, 200 manatın tutularaq “X2” MMC-yə, 100 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(102)-330/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(103)-1461/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)-4229/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-324/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 125700 manatın alınaraq İddiaçı verilməsi, İddiaçı Bakı şəhəri Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən 2 nömrəli 9 mərtəbəli binanın zirzəmisində 148,5 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququnun qeydiyyatının ləğvini tələb etmək hüququnun maraqlı şəxslərə izah edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, “xxxx” MMC-dən ekspertiza tədqiqatının dəyəri - 200 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin, 150 manatın “xxxx” MMC-nin və 200 manatın “X2” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)- 7188/19 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi vurulmuş zərərin məbləği hissəsində ləğv edilmiş və iş ləğv edilmiş hissə üzrə yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməmişdir. Təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və “xxxx” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Azərbaycan Dövlət X1, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə əmlakın qiymətləndirilməsinə dair komisyon məhkəmə ekspertizası təyin edilmiş və rəy verilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev xx.xx.2020-ci il tarixli, xx/xx-1196 saylı sorğu ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və “xxxx” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Azərbaycan Dövlət X1, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarının Konstitusiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, mülki iş üzrə icraat təzələnməli və mülki iş baxışdan çıxarılaraq Konstitusiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisəsi üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən iş üzrə icraat bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Məcəllənin 257-ci maddəsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qardırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Mülki Prosessual Məcəlləsinin 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-256, 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və “xxxx” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Azərbaycan Dövlət X1, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş apellyasiya baxışından çıxarılsın. İş materiallarına baxılması üçün mülki iş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar