Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-23/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(zərərın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X17 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(006)-17/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, Cavabdeh2 Oktay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək, məhkum olunmuşlar. 2.İddiaçı qeyd olunan cinayət işi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cinayət əməlləri nəticəsində ona zərər dəydiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 225.000 manat məbləğində iddiaçıya vurulmuş ziyanın tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və uzun illərdir ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən “Naft” meyvə-tərəvəz ticarət mərkəzində ticarət fəaliyyəti ilə məşğul olur və ailəsi Bakı şəhərində yaşadığından vaxtaşırı olaraq, Bakı şəhərinə-evinə gəlir. Növbəti dəfə iddiaçı 2015-ci ilin oktyabr ayının 3-də Bakı şəhərinə-evinə qayıdarkən, Heydər Əliyev adına Beynəlxalq Hava limanında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları - Mütəşəkkil dəstə tərkibində fəaliyyət göstərən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən saxlanılmışdır. Həmin şəxslər 2015-ci ilin sentyabr-oktyabr ayları ərzində Bakı şəhərində hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə və tamahkarlıq məqsədi ilə sui- istifadə edərək, xarici dövlət ərazisində baş vermiş və funksional səaliyyətlərinə aid olmayan Ə- 3947 nömrəli şikayət ərizəsi ilə bağlı araşdırma aparılmasına dair göstəriş verərək, iddiaçının adının “saxla” statusu ilə əsassız olaraq, “Giriş-çıxış və Qeydiyyat” İdarələrarası məlumat axtarış sisteminin sərhədkeçməyə məhdudiyyət sisteminə daxil edilməsini təmin etmiş və iddiaçını yuxarıda qeyd edildiyi kimi, 2015-ci ilin oktyabr ayının 3-də Bakı şəhərinin Beynəlxalq Hava limanından Cavabdeh2 vasitəsi ilə birbaşa Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətizdirərək, bir sutka əməkdaşların otaqlarında saxlamış və sonradan qanunsuz azadlıqdan mərhum etmişlər. Daha sonra 05 oktyabr 2015-ci il tarixdə Cavabdeh2 vasitəsi ilə iddiaçı barəsində cinayət işi başlanacağı, həbs olunacağı ilə hədələyib ondan 500.000 manat məbləğində pul tələb etmiş və iddiaçı məcburiyyət qarşısında 300.000 manat məbləğində nağd pul əsginazlarını oktyabr ayının 06-da 2015-ci il tarixdə sürücüsü X7 vasitəsi ilə içərisində 300000 manat məbləğində pul olan iki ədəd bağlamanı Cavabdeh2 tabeçiliyində işləyən X8 çatdırmış və sonuncular da bunu qəbul etmişlər. Sonradan həmin şəxslər - cavabdehlər Cavabdeh1 Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2-ci; Cavabdeh2 Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2-ci və Cavabdeh3 Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2-ci və digər maddəlləri ilə təqsirli bilinib, məhkəmə məsuliyyətinə verilmişlər və hal-hazırda onların barəsində olan cinayət işi Bakı Hərbi Məhkəməsinin icraatındadır. Bu şəxslər iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol vermiş, iddiaçının hərəkətlərini məhdudlaşdırıb və onu qanunsuz həbs edib, ondan külli miqdarda rüşvət alıb, onun maddi vəziyyətinin ağırlaşmasına, hüquq və mənafeyinə qəsdən ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmasına səbəb olmuşlar. İddiaçıya vurulmuş 300.000 manat məbləğində maddi ziyan ittiham sənədi ilə tam sübuta yetirilmişdir. Cavabdehlər iddiaçıdan aldıqları 300.000 manatdan 75.000 min manatı sonradan iddiaçıya qaytarmışlar, lakin həmin məbləğin 225.000 manatı bu günədək qaytarılmamışdır. Azərbaycan Pespublikası Bakı Hərbi Məhkəməsində 1(093)-10/2017 saylı cinayət işi üzrə təqsirləndirilən, yuxarıda adları göstərilmiş şəxslərin - cavabdehlərin təqsirli hərəkətləri ittiham aktı ilə tam sübuta yetirilir və ona görə həmin şəxslər tərəfindən iddiaçıya vurulmuş 225.000 manat məbləğində maddi ziyan iddiaçıya qaytarmalıdırlar.Qeyd olunanlar bir daha göstərir ki, mübahisə üzrə əhəmiyyətli olan hallar, yəni cavabdehlərin təqsiri, təqsirkarların qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olması və real zərərin məbləği iddia ərizəsinə əlavə olunmuş sübutlar ilə tam təsdiq olunur və buna görə iddia tələbi tam əsaslı və qanunidir. 5.Sonradan iddiaçının nümayəndəsi və vəkili vəsatət təqdim edərək, Cavabdeh3 cavabdehlər sırasından çıxarılmasını məhkəmədən xahiş etmişdir. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 21 fevral 2020-ci il tarixli, 2(006)-17/2020 saylı qətnaməsi ilə (sədrlik edən-Rəşid Səmədov) iddia tələbi təmin edilməmiş və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. 7.İş materiallarında olan Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2812 saylı məktubundan görünür ki, Cavabdeh1, X18, Cavabdeh2 Oktay oğlu və Cavabdeh3 təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017- ci il tarixli hökmü 29 may 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir.Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mütəşəkkil dəstə tərkibində Cavabdeh2 Oktay oğlu ilə birlikdə cinayətkar fəaliyyətini davam etdirərək 2015-ci ilin sentyabr - oktyabr ayları ərzində, Bakı şəhərində hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə və tamahkarlıq məqsədilə sui-istifadə edərək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən “Nart” meyvə-tərəvəz ticarət mərkəzində fəaliyyət göstərən Rusiya Federasiyasının vətəndaşı İddiaçı qanunsuz hərəkətlərinə dair 28 sentyabr 2015-ci il tarixli Ə-3947 nömrəli şikayət ərizəsi üzrə hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə, tamahkarlıqla qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib hadisənin xarici dövlət ərazisində baş verməsi və funksional səlahiyyətlərinə aid olmamasına baxmayaraq, araşdırma aparılmasına dair göstəriş verərək xx.xx.2015-ci ildə İddiaçı adının “saxla” statusu ilə əsassız olaraq “Giriş-çıxış və qeydiyyat” İdarələrarası məlumat axtarış sisteminin sərhədkeçməyə məhdudiyyət altsisteminə daxil edilməsini təmin etmiş, 2015-ci ilin oktyabr ayının 4-də Fransa Respublikasının Paris şəhərindən Bakı şəhərinə gələn İddiaçı Beynəlxalq Hava Limanında saxlanılması ilə əlaqədar, dəstə üzvü Cavabdeh2 vasitəsilə onu Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətizdirərək bir sutka əməkdaşların xidməti otaqlarında saxlamaqla, hərəkət sərbəstliyini məhdudlaşdırıb qanunsuz azadlıqdan məhrum etmiş, 05 oktyabr 2015-ci ildə dəstə üzvü Cavabdeh2 vasitəsilə İddiaçı barəsində cinayət işi başlanacağı, həbs olunacağı ilə hədələyib 500.000 manat məbləğində pul tələb etmiş, İddiaçı həmin gün və oktyabr ayının 06-da Cavabdeh2 300.000 manat məbləğində nağd pul əsginazlarını sürücüsü X7 vasitəsilə iki ədəd bağlamada dəstə üzvü Cavabdeh2 tabeçiliyində işləyən X8 verməsi ilə sonunculardan qəbul edib mütəşəkkil dəstə tərkibində qanunsuz hərəkətlərinə görə təkrarən külli miqdarda rüşvət almaqla zərərçəkmişin maddi vəziyyətinin ağırlaşması ilə onun hüquqlarına və mənafelərinə qəsdən ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Qeyd edilən cinayət əməlləri ilə yanaşı digər cinayət əməlləri də məhkəmə zamanı sübuta yetirildiyindən Cavabdeh1, X18, Cavabdeh2 Oktay oğlu və Cavabdeh3 cəzalar təyin edilmişdir. Məhkəmə istintaqı başlananadək iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı tərəfindən mülki iddia qaldırılmamışdır. 8.Məhkəmə qeyd etmişdir ki, İddiaçı cavabdehlərin ona məhz 225.000 manat məbləğində ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, ümumiyyətlə hər-hansı məbləğdə pulun cavabdehlərə verilməsinin zəruriliyini əsaslandırmamışdır. 9.Buna görədə məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına; Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2, 76.1, 76.2, 77.1, 82.4, 89.3, 119.1, 217.3, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1-1(093)-10/2017 saylı hökmü ilə cavabdehlər Cavabdeh1 500000 manat məbləğində pul tələb etmələri, onun isə həmin məbləğdən yalnız 30000 manat vərə biləcəyi və verməsi faktı öz təsdiqini tapmışdır. Yəni İddiaçı yuxarıda qeyd olunan şəxslər tərəfindən həm qanunsuz olaraq saxlanılması və 500000 manat pul tələb etmələri faktı, həm də İddiaçı onlara 300000 manat pulun verilməsi faktı öz təsdiqini tapmışdir. Göründüyü kimi, iddiaçı məhkəmə hökmü ilə öz təstiqini tapmış 300000 manatdan bir qəpik də olsun belə yuxarı məbləğdə pul tələb etmir. Həmin məbləğin 75000 manat hissəsi isə iddiaçıya ödənildiyindən o yerdə qalan hissəsini, yəni 225000 manat hissəsini tələb edir. İddiaçıya aid olan epizodun məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmasını Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sorğusuna əsasən Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2812 saylı məktubu verdiyi cavab məktubundan da açıqaşkar görsənir. Nəsimi Rayon məhkəməsinə məhkəmənin preyudisial xarakter daşıyan hökmün təqdim etmək üçün xx.xx.2019-cu il tarixdə Bakı Hərbi Məhkəməsinə ərizə ilə müraciyət etmişlər. Lakin Bakı Hərbi Məhkəməsi bu günə kimi onlara hökmün təstiq olunmüş surətini təqdim etməmişdir. Məhkəmə ilə əlaqə saxladıqda isə iş üzrə zərərçəkmiş şəxs qismində işdirak edirdi və onun həmin hökmü əldə etmək hüququ var. Qeyd edirdilər ki, “hökmdə məxfi məsələlər olduğundan Biz onu Sizə təqdim edə bilmərik.” Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi düz iki dəfə Bakı Hərbi Məhkəməsinə sorğu verərək həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 1-1(093)- 10/2017 saylı hökmünü tələb etmişdir. Yalnız ikinci dəfə sorğu verildikdən sonra Baki Hərbi Məhkəməsi hökmü təqdim etməyərək, məktub şəklində cavab verərək bildirmişdir ki, hökm xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almışdır və cinayət işinin zərərçəkmiş İddiaçı aid olan hissədə epizodu(hədə-qorxu ilə pul tələb etmələri və 300000 manat pulun verilməsi) öz təsdiqini tapmışdır. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında hakim Rəşid Səmədova bildirmişdir ki, “Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün alınması üçün Bakı Hərbi Məhkəməsinə xx.xx.2019-cu il tarixdə sorğu vermişdir. Lakin Bakı Hərbi Məhkəməsindən ona bildirmişlər ki, hökmlə bağlı Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədov Bakı Hərbi Məhkəməsinə sorğu vermiş və bununla bağlı ətraflı cavab verilmişdir. Və bu səbəbdən də bugünə kimi ona hökmü təqdim etməmişlər. Bununla bağlı məhkəməyə növbəti iclasda sorğu verəcəklərini bildirmişdi.” Yuxarıda qeyd etdiklərinə cavab olaraq, hakim Rəşid Səmədov ona qeyd etmişdir ki, “hökmə ehtiyac yoxdur. Bununla bağlı biz Bakı Hərbi Məhkəməsinə sorğu vermişik. Baki Hərbi Məhkəməsi isə onlara xx.xx.2019-cu il tarixli məktubla əsaslandırılmış və hərtərəfli cavab verərək, həm Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini aldığını, həm də İddiaçı aid olan epizodun məhkəmə istintaqı zamanı öz təsdiqini tapmağını qeyd etmişdir.” Məhkəmə qətnaməsi qebul olunduqdan sonra protokolla tanış olan zaman məlum oldu ki. məhkəmə həm onun, həm də özünün yuxarıda qeyd etdikləri xx.xx.2020-ci il tarixli protokola daxil etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı Cavabdeh1 tərəfindən etiraz daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 15.İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 16.Kollegiya xüsusi olaraq qeyd edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, kollegiya bu səbəbdən xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasını xx.xx.2023 tarixinə, yenidən müraciət əsasında xx.xx.2023 tarixinə, daha sonrakı müraciət əsasında xx.xx.2023 tarixinə təxirə salmasına baxmayaraq, cavabdeh, onun nümayəndəsi və vəkili məhkəmə iclaslarında iştirak etməmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 17.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 18.Maddələr 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 20.Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 21.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 22.Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 23.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
24. Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 26.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27.Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(006)-17/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qüvvədə olan:
28. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, Cavabdeh2 Oktay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək, məhkum olunmuşlar. 29.Bakı Apellyasiya Məhkəməsinin 29 may 2018-ci il tarixli, 1-1(103)-27/18 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X9 Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, Cavabdeh2 Oktay oğlunun Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə və Cavabdeh3 Cinayət Məcəlləsinin 145.3, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsində nəzərədə tutulmuş cinayət məsuliyətinə cəlb etmə müddəti keçməsi ilə bağlı cəza təyin edilməmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 30.Azərbaycan Respublikası Ali Məhkəmənin 22 dekabr 2021-ci il tarixli, 1-1(102)-1/2021 nömrəli qərarı ilə (hakimlər: X28 (sədrlik edən), X2 və X4 ibarət tərkibdə) zərərçəkmiş şəxs X34 və nümayəndəsi X29 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, məhkum Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavələr qismən təmin edilmiş, məhkum X9 müdafiəçisi X35 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilmiş, maraqlarına toxunan şəxslər X15, X20, X21, X30 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 29 may 2018-ci il tarixli, 1- 1(103)–27/18 nömrəli qərarı məhkumlar Cavabdeh1 və Səlim Məmmədova aid olan əmlakların müsadirə olunmasına dair hissədə ləğv edilmiş, cinayət işi həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 31.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 1-1(103)- 9/2022 nömrəli qərarı ilə (hakimlər: X16 (sədrlik edən), X12 və X5 ibarət tərkibdə ) məhkum Cavabdeh1 müdafiəçiləri Vəkil1 və X31 tərəfindən birgə verilmiş apellyasiya şikayəti, məhkum Cavabdeh1 müdafiəçisi X22 və məhkum Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, məhkum Cavabdeh1 müdafiəçisi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə, məhkum X9 müdafiəçisi X35 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə, maraqlarına toxunan şəxslər X15, X30, X21 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, maraqlarına toxunan şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1-1(093)- 10/2017 nömrəli hökmü əmlak müsadirəsi hissəsində dəyişdirilmiş, X23 məxsus olan ünvan 1 ünvanda yerləşən ticarət və xidmət sahəsinin (meyvə- tərəvəz bazarı) 1118,9 kv metr sahəsinin 50% payının, 86.000 manat dəyərində Abşeron rayonunun Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsinin, 400.000 manat dəyərində Xızı rayonunun Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsinin, 750.000 manat dəyərində Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv metr 264,6 kv metr 250,1 kv metr sahələrində 3 ədəd əsas tikili, 69,4 kv metr, 117,3 kv metr sahələrində 2 ədəd köməkçi tikililərin, 700.000 manat dəyərində Abşeron rayonunun Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kv metr bağ evinin, 60.000 marat dəyərində Abşeron rayonunun Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsinin, 203.000 manat dəyərində Abşeron rayonunun Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsinin, 59.500 manat dəyərində Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsinin, 4.500.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri yaşayış binasının, 96.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə küçəsi, 16 b ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kv metr, 24,6 kv metr, 18,60 kv metr, 13,8 kv metr, 16,0 kvadrat metrdən ibarət qarajların, 55.500 manat dəyərində ünvan 2 ünvanda yerləşən 55,62 kv metr sahəyə malik 11 saylı mənzil, 150.000 manat dəyərində Sabunçu rayonunun Ləhiş bağ sahəsində yerləşən 2661 a saylı bağ evi və torpaq sahəsinin, X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəkı paya nisbətdə 161.500 manat dəyərində ünvan 3 ünvanda yerləşən 154 kv metr sahəyə malik 86 saylı mənzilin, 3.178.000 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadrat metr sahəyə malik altı mərtəbəli, zirzəmili və mansardlı binanın, 646.000 manat dəyərində Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllərin, 106 kv metr, 24,8 kv metr, 318,3 kv metr, 28,8 kv metr, 16,7 kv metr, 96 kv metr, 28,8 kv metr ümumi sahədən ibarət tikililərin (40,5 kv metr tikintialtı sahəli talvar və 218,6 kv metr tikintialtı sahəli hovuz), 208.600 manat dəyərində Kürdəmir şəhəri «Ərşəli yeri» adlanan ərazidə yerləşən 24.000 nar kolu ağacınınolduğu 100 hektar torpaq sahəsinin üzərindəki 93,1 kv metr tikililərin, 4.310.000 manat dəyərində Abşeron rayonunun Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililərin, 2.470.000 manat dəyərində həmin ünvanda yerləşən 2 hektar torpaq sahəsinin üzərində olan tikililərin, X10 yaşadığı mənzildən aşkar edilmiş 6.810 manat, 3.758 ABŞ dolları və 10.000 Türkiyə lirəsi məbləğində pul vəsaitlərinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsi hökmdən xaric edilmişdir. 32.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 1- 1(103)- 9/2022 nömrəli qərarından maraqlarına toxunan şəxs X26 və nümayəndəsi X39 tərəfindən birgə, həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı X11 nümayəndəsi X6 tərəfindən verilmiş kassasiya şikayətlərinə, habelə dövlət ittihamçısı X24 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1-1(102)-29/2023 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, maraqlarına toxunan şəxs X26 və nümayəndəsi X39 tərəfindən, zərərçəkmiş şəxs və mülki iddiaçı X11 nümayəndəsi X6 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 1-1(103)-9/2022 nömrəli qərarı ləğv edilmiş, cinayət işi məhkumlar Cavabdeh1 və Səlim Məmmədova aid olan əmlakların müsadirə olunmasına dair hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. 33.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1-1(103)-24/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum Cavabdeh1 və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri Cavabdeh1 aid olan əmlakların müsadirəsi ilə bağlı olan hissədə təmin edilməməsi, məhkum X9 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti X13 aid olan əmlakların müsadirəsi ilə bağlı olan hissədə təmin edilməməsi, maraqlarına toxunan şəxslər X15, X30, X21 və X20 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməsi, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.1, 302.2 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X9 Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, Cavabdeh2 Oktay oğlunun Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə və Cavabdeh3 Cinayət Məcəlləsinin 145.3, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1-1(093)-10/2017 saylı hökmünün məhkumlar Cavabdeh1 və X13 aid olan əmlakların müsadirə olunmasına dair hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 34.Qeyd olunan məhkəmə qərarlarından işin mübahisəsiz halı kimi müəyyən olunur ki, Cavabdeh1 mütəşəkkil dəstə tərkibində Cavabdeh2 Oktay oğlu ilə birlikdə cinayətkar fəaliyyətini davam etdirərək 2015-ci ilin sentyabr- oktyabr ayları ərzində, Bakı şəhərində hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə və tamahkarlıq məqsədilə sui-istifadə edərək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən “Nart” meyvə-tərəvəz ticarət mərkəzində fəaliyyət göstərən Rusiya Federasiyasının vətəndaşı İddiaçı qanunsuz hərəkətlərinə dair 28 sentyabr 2015-ci il tarixli Ə-3947 nömrəli şikayət ərizəsi üzrə hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə, tamahkarlıqla qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib hadisənin xarici dövlət ərazisində baş verməsi və funksional səlahiyyətlərinə aid olmamasına baxmayaraq araşdırma aparılmasına dair göstəriş verərək xx.xx.2015-ci ildə İddiaçı adının “saxla” statusu ilə əsassız olaraq “Giriş-çıxış və qeydiyyat” İdarələrarası məlumat axtarış sisteminin sərhədkeçməyə məhdudiyyət altsisteminə daxil edilməsini təmin etmiş, 2015-ci ilin oktyabr ayının 4-də Fransa Respublikasının Paris şəhərindən Bakı şəhərinə gələn İddiaçı Beynəlxalq Hava Limanında saxlanılması ilə əlaqədar, dəstə üzvü Cavabdeh2 vasitəsilə onu Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətizdirərək bir sutka əməkdaşların xidməti otaqlarında saxlamaqla, hərəkət sərbəstliyini məhdudlaşdırıb qanunsuz azadlıqdan məhrum etmiş, 05 oktyabr 2015-ci ildə dəstə üzvü Cavabdeh2 vasitəsilə İddiaçı barəsində cinayət işi başlanacağı, həbs olunacağı ilə hədələyib 500.000 manat məbləğində pul tələb etmiş, İddiaçı həmin gün və oktyabr ayının 6-da Cavabdeh2 300.000 manat məbləğində nağd pul əskinaslarını sürücüsü X7 vasitəsilə iki ədəd bağlamada dəstə üzvü Cavabdeh2 tabeçiliyində işləyən X8 verməsi ilə sonunculardan qəbul edib mütəşəkkil dəstə tərkibində qanunsuz hərəkətlərinə görə təkrarən külli miqdarda rüşvət almaqla zərər çəkmişin maddi vəziyyətinin ağırlaşması ilə onun hüquqlarına və mənafelərinə qəsdən ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. 35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 36.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin İddiaçı cavabdehlərin ona məhz 225.000 manat məbləğində ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməməsi və ümumiyyətlə hər-hansı məbləğdə pulun cavabdehlərə verilməsinin zəruriliyini əsaslandırmaması səbəbi ilə iddianı rədd edərkən maddi və prosessual hüququ normalarının tələblərini pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilərək, işdə olan sübutlar əsasənda yeni qətnamə qəbul edilməlidir. 37.Yuxarıda qeyd olunan qüvvədə olan məhkəmə aktlarından göründüyü kimi Cavabdeh1 mütəşəkkil dəstə tərkibində Cavabdeh2 Oktay oğlu ilə birlikdə İddiaçı barəsində cinayət işi başlanacağı, həbs olunacağı ilə hədələyib 500.000 manat məbləğində pul tələb etmiş, İddiaçı həmin gün və oktyabr ayının 6-da Cavabdeh2 300.000 manat məbləğində nağd pul əskinaslarını sürücüsü X7 vasitəsilə iki ədəd bağlamada dəstə üzvü Cavabdeh2 tabeçiliyində işləyən X8 verməsi ilə sonunculardan qəbul edib mütəşəkkil dəstə tərkibində qanunsuz hərəkətlərinə görə təkrarən külli miqdarda rüşvət almaqla zərər çəkmişin maddi vəziyyətinin ağırlaşması ilə onun hüquqlarına və mənafelərinə qəsdən ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. 38.İddiaçı iddia ərizəsində 75000 manatın sonradan qaytarıldığını bildirmişdir.
39. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Koestitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarıda Plenum qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. 40.Göründüyü kimi iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 42.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 43.Göründüyü kimi, məhkəmənin hökmü ilə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulması, cavabdehlərin qanunsuz hərəkətləri ilə zərər arasında səbəbli əlaqə olması müəyyən olunmuşdur. 44.Belə olan halda kollegiya hesab edir ki, cavabdehlərin qanunsuz, cinayət əməli olan hərəkətləri nəticəsində iddiaçıya zərər dəydiyindən iddiaçı ona dəymiş zərərin, 225.000 manat vəsaitin cavabdehlərdən tutulub ona ödənilməsini tələb etməkdə haqlı olmuşdur. 45.Belə ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin vəzifəli şəxsləri olan, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində yuxarda qeyd olunan məhkəmə aktlarından göründüyü kimi hazırkı iş üzrə İddiaçı ona qarşı real və həyata keçirilə bilən hədə nəticəsində özünə və yaxın qohumuna qarşı baş verəcək ağır nəticələri aradan qaldırmaq məqsədi ilə məcbur olub 225000 manat məbləğində pul vəsaitini cavabdehlərə verdiyi üçün hədə-qorxuya görə verdiyi məbləğ həcmində iddiası təmin edilməli, cavabdehlərə verdiyi 300000 manatın 75000 manatının sonradan özünə qaytarılması nəzərə alınmaqla, 225000 (iki yüz iyirmi beş min) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. 46.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X32 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(006)-17/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 225000 (iki yüz iyirmi beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. 47.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(006)-17/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 225000 (iki yüz iyirmi beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov