Məhkəmə qərarları › İş №2(103)-2310/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2310/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2310/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-296/2017saylı, 7 yanvar 2025-ci il tarixli qərardadından cavabdeh Bayramova (Bağırova) Əfsanə Zakir qızı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC cavabdeh X3 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, müqavilə üzrə borcun tutulması və ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-296/2017 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-296/2017 saylı qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-296/2017 saylı qətnaməsini hazırda almışdır. Qeydiyyat ünvanı ünvan 1ri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, ev 51, mənzil 4-dür. Belə ki, o X4 ilə ailə həyatı qurmuş və həyat yoldaşının yaşadığı mənzilə köçmüşdür. Onun barəsində olan inzibati qərardan heç bir məlumatı olmamışdır. Bu səbəbdən qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-296/2017 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh X7 tərəfindən verilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-296/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Həmçinin vəkil və nümayəndə ona həvalə edilmiş səlahiyyətlər həddində onlara göndərilən məhkəmə aktını təmsil etdikləri tərəfə çatdırmaq öhdəliyi daşıyırlar. Buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Çünki qanunla müəyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir Cavabdeh X7 həmin qərardaddan şikayət verərək Bakı şəhəri Binəqədirayon Məhkəməsinin 2(001)-296/2017 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardad ilə onun hüquqları kobud şəkildə pozulmuş, haqlı səbəbdən itirdiyi müddətin bərpası təyin olunmamışdır. Belə ki, həqiqətən də onun mövcud haldan xəbəri olmamışdır. Qeydiyyatda olduğu ünvan ilə faktiki yaşadığı ünvan fərqlidir. Onlara heç bir məhkəmə bildirişi gəlməmişdir. İcra məmurunun zəngindən sonra mövcud hal ilə tanış olmuşlar. Digər tərəfdən qərardaddan göründüyü kimi, birinci instansiya məhkəməsi faktiki olaraq işə mahiyyəti üzrə ədalətli baxmamış, sübutları araşdırmamış, həmin sübutlara qiymət verməmiş, lakin nəticədə əleyhinə qərardad qəbul etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-296/2017saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, mülki prosessual hüquqlardan istifadə etməklə proses iştirakçıları vicdanla hərəkət etməli, qanunla onlara verilən hüquqlardan sui-istifadəyə yol verməməlidirlər. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Belə ki, buraxılmış müddətin bərpası haqqındakı ərizələrə baxılarkən edilməli prosessual hərəkətlərin mülki prosesin uzadılması məqsədi ilə edilib-edilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq işdə iştirak edən şəxsin şikayət vermək hüququndan sui-istifadəyə yol veribverməməsi ağlabatanlıq meyarlarına uyğun olaraq dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququn mütənasibliyi prinsipləri əsasında müəyyənləşdirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı X5 məhkəmə aktlarından şikayət vermək üzrə subyektiv hüququ lazımi qaydada həyata keçirməmiş, bu hüququnu realizə edərkən digər proses iştirakçısının «ədalətli məhkəmə baxışına olan hüququ»nu pozmaqla sui-istifadəyə yol vermişdir. Belə ki, mülki işin materiallarından göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, e-2(001)-296/2017 saylı qətnaməsindən borclu X1 məlumatı olmuş, lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin qətnamədən şikayət verməmiş və şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı BOKT MMC Bakı şəhəri Binəqədi İcra Şöbəsinə ərizə ünvanlayaraq borclu X7 ilə İddiaçı BOKT MMC arasında razılıq əldə olunduğundan tələbkar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-296/2017 saylı icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2018-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-297/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi məhkəməyə geri qaytarılmışdır. Kollegiya onu da qeyd edir ki, cavabdehin prosessual müddətin bərpa olunması barədə ərizədə istinad etdiyi və barəsində hər hansı sübutu təqdim etmədiyi halların üzrlü hesab edilməsi isə mülki prosessual qanunvericiliyə ziddir. Bu baxımdan iddiaçı tərəfindən hazırki şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, cavabdeh Bayramova (Bağırova) Əfsanə Zakir qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-296/2017 saylı qətnaməsindən apellyasiya şikayəti üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə də yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bayramova (Bağırova) Əfsanə Zakir qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-296/2017 saylı 7 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar