Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2312/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6806/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxx” KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli 5641nkYSM/14 nömrəli kredit müqaviləsi üzrə yaranmış 8.240,72 ABŞ dolları əsas borc, 842,51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 9.083,23 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxx” KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 6806/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli 5641nkYSM/14 nömrəli kredit müqaviləsi (kredit kodu: 2685192) üzrə xx.xx.2018-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) yaranmış 8.242,52 ABŞ dolları əsas borc, 132,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8.375,34 (səkkiz min üç yüz yetmiş beş ABŞ dolları otuz dörd sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxx” KB ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları tam və obyektiv araşdırılmadan əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən bankdan onun banka ödədiyi məbləğlərə dair hər hansı bir maliyyə arayışı və bank çıxarışı tələb olunmamış, onun banka etdiyi ödənişlər nəzərə alınmamış və təqdim etdiyi ödəniş qəbzlərinə hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, x xxxxxx 2018-ci il tarixdən sonrakı ödənişlər nəzərə alınmayıb. xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə ödəniş olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, xx.xx.2014-cü il tarixli 5641nkYSM/14 nömrəli kredit müqaviləsinə əsasən kreditor “xxxxxxx” KB ASC borcalan Cavabdeh 48 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 9.600 ABŞ dolları borc vermişdir. Borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 386, 448.1, 739.1 və 741-ci maddələrinə istinad edərək əsaslı olaraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 8.242,52 ABŞ dolları əsas borcu, 132,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8.375,34 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Bundan başqa apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin vəsatətinə əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli 09/28 saylı ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli 5641nkYSM/14 nömrəli kredit müqaviləsi üzrə borcalanın xx.xx.2018-ci il tarixə “xxxxxxx” ASC-yə ödənilməli olan əsas kredit borcu 8728,80 ABŞ dolları, faiz borcu 1029,65 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırda ekspert rəyi ilə müəyyən edilən borc məbləği iddia tələbində qeyd olunan borc məbləğindən yüksək olduğundan, məhkəmə MPMin 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxa bilmədiyindən, iddiaçı şikayət vermədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə ödəniş olduğunu bildirmişdir. Ekspert rəyindən də görünür ki, ekspert tərəfindən həmin ödənişlər nəzərə alınmış, həmçinin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edirəm hesabdan çıxarışda da həmin ödənişlər qeyd edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 6806/2019 saylı qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-2312/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2312/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver