Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2315/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4311/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli borc müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 4800 manat əsas borc, 1440 manat cərimə borcu, cəmi 6240 manat məbləğində borcun tutulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh1 ilə onun arasında bağlanmış borc müqaviləsinə əsasən o, Cavabdeh1 avtomaşın alınması üçün 15 ay müddətində 800 manat məbləğində borc vermişdir. Borc öhdəliyinin təmin edilməsi üçün o, Cavabdeh2 ilə xx.xx.2012-ci il Zaminlik Müqaviləsi bağlamış, müqavilənin şərtlərinə əsasən Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə onun qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinin 3.2-ci bəndinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini 15 ay müddətində hər ay bərabər hissələrlə, 320 manat vəsait ödəməli idi. Cavabdeh1 xx.xx.2012-ci il tarixində pulu götürmüş, lakin borc müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq ödənişləri gecikdirmiş və heç bir ödəniş etməmişdir. Cavabdehə gecikdirilmiş borcun qaytarılması haqqında bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər gecikdirilmiş borcun qaytarılması təmin edilməmişdir. Borc müqaviləsinin 4.2-ci bəndinə əsasən cavabdeh hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 % məbləğində borcverənə cərimə pulu ödəməlidir. Borc Müqaviləsinin 6.3-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklər icra edilmədikdə Borcalan pulu və Borcverənə dəymiş zərəri tam həcmdə ödəməlidir. Borc müqaviləsinin 7.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklər icra edilmədikdə borcverənin borcalandan cərimə pulu və dəymiş zərəri tam həcmdə ödənilməsini tələb etmək hüququ var. Zaminlik müqaviləsinin 4.2.1-ci bəndinə əsasən borcalanın zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi barədə borcverəndən bildiriş aldığı zamandan 5 gün müddətində borclunun öhdəliyini icra etməlidir. Hal-hazırda Cavabdeh1 ona 4800 manat əsas borc, 1440 manat cərimə borcu,cəmi 6240 manat məbləğində borcu vardır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin həcminin azaldılmasına dair ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4800 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 4800 (dörd min səkkiz yüz) manat borc və iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4311/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya- Cavabdeh1 aid hissədə qeyri-mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti təqdim edərək, bildirdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Cavabdeh1 tərəfindən təqdim olunmuş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilmişdir. Cavabdeh2 apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həll edilməsi üçün, mülki işin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kolegiyası cavabdehləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı, Cavabdeh1 tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4311/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinn mümkünlüyünə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq, Cavabdeh1 tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4311/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2315/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2315/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver