Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2317/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı faiz borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-2314/2024 (açar sözlər: faiz borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2770744Nümayəndə2, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(009)-316/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(009)- 205/2021 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X4 və X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 01 iyul 2014-cü il tarixli G-2-1-1295- 14 saylı kredit müqaviləsinə əsasən 21788,14 manat əsas borc, 1207,43 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 23055,57 manat məbləğində pul tutulması, Cavabdeh tutulacaq pul məbləğinin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı, 228,45 kv.m. ümumi, 5,78 kv.m. yaşayış sahəsindən ibarət 8 saylı evin 22 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 684000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 8 saylı evin 22 saylı mənzilinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cabdehlər Cavabdeh, X6 və X1 həmin mənzildən çıxarılması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(103)- 1910/2023 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Səbail Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(009)-205/2021 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən əldən çıxmış fayda və cərimə hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, əldən çıxmış faydanın tutulmasına dair iddia tələbinin təmin, cərimənin tutulmasına dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 faizlə 3678,9 manat əldən çıxmış fayda, 2200 manat cərimənin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cərimənin tutulması hissəsində iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin hazırki apellyasiya baxışının predmeti olan və mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023cü il tarixli, 2(102)-3262/2023 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2023-cü il tarixli 2(103)-1910/2023 saylı qətnaməsi iddianın əsas, faiz və cərimə borcları üzrə təmin olunmamış hissələrində dəyişdirilmədən saxlanılmışdır.
4. 07 sentyabr 2023-cü il tarixli qəbzə əsasən 28876 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilmişdir.
5. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmurunun icraata xitam verilməsi haqqında 17 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğu üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir.
6. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 01 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60 ay müddətinə 220000 manat məbləğində kredit verilmişdir. Cavabdeh əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla – 9279,65 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 01 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 08 sentyabr 2020-ci ildən 07 sentyabr 2023-cü ilə qədər illik 5%-lə hesablanmış 9279,65 manat əldən çıxmış fayda olaraq borcun və 112,80 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, 01 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “MXM” filialından 60 ay müddətinə 220000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı 228,45 kv.m ümumi, 135,78 kv.m yaşayış sahəsindən ibarət 8 nömrəli evin 22 nömrəli mənzili 2014-cü il 01 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. "xxxx" ASC 22 sentyabr 2020-ci il tarixdə Cavabdeh 08 sentyabr 2020-ci il tarixli maliyyə arayışı üzrə 61945,72 manat əsas, 11907,23 manat faiz, 12932,1 manat cərimə borcunun və kredit müqaviləsi üzrə 01 iyul 2019-cu il tarixdən 08 sentyabr 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3678,9 manat məbləğində əldən çıxmış faydanın bankın xeyrinə tutulması ilə bağlı Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda 01 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka gecikdirilmiş vaxt üçün 08 sentyabr 2020-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək illik 5 faizlə hesablanmış 9279,65 manat məbləğində əldən çıxmış fayda olaraq borcu vardır.
9. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, pulun ödənilməsində gecikmə olmamış, o, vaxtında kredit borcumu ödəmişdir. Bankın özünün qanunsuz əməlləri nəticəsində əsassız olaraq onu gecikməyə salaraq əlavə pul tələb edirlər. Belə ki, bank özbaşına faiz dərəcəsini qaldıraraq və ona məlumat vermədən vəziyyətini pisləşdirmişdir. İddiaçı ilk əvvəl Səbail rayon Məhkəməsinə müraciət etmiş, iddia qismən təmin olunmuşdur. Tələb 90000 manat olduğu halda ümumilikdə 28934,47 manat, əsas borc üzrə isə 21788 manat hissə təmin edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə onun da doğru hesab etdiyi borc, yəni 21788 manat əsas borc təmin edilmişdir. Ali Məhkəmənin qərarı 18 sentyabr 2023-cü il tarixdə təqdim edildikdən 1 gün sonra borc ödənilmişdir. Yəni nəticə etibarı ilə Cavabdeh borcun ödənilməməsinə yönəlik hər hansı hərəkət və hərəkətsizliyi olmamışdır. Məhz bankın əsassız daha artıq vəsait tələb etməsi səbəbindən müqavilə müddəti bitəndən müəyyən müddət sonra, yəni yekuun məhkəmə qərarına əsasən borc tam bağlanmışdır. Bundan əlavə Bakı Apellyasiya məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(103)-1910/2023 saylı qətnaməsi ilə əldən çıxmış fayda təmin edilmiş və Cavabdeh 5 faiz hesablanmaqla 3680 manat pulun tutulması təmin edilmişdir. Bu da iddiaçının hazırda tələb etdiyi dövrləri nəzərə alsaq 21788 manata illik 5% faiz hesablamadan daha çoxdur. Yəni Cavabdeh Banka 5% hesabalanmaqla müəyyən olunan rəqəmdən daha çox Banka ödəniş etmişdir. Belə ki, iddiaçının iddia tələbi əsas borca 08 sentyabr 2020-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək illik 5% əldən çıxmış faydanın ödənilməsidir. 21788 manat * 5%=1090 manat bu 1 illik hesablanası məbləğdir. Nəzərə alsaq ki, iddiaçı bank 3 illik vəsaiti tələb edir (halbu ki, tələb də edə bilməz çünki borcun ödənilməməsində özü günahkar olmuşdur) bu da ümumilikdə 3270 manat edir. Yəni bankın iddiaçı Cavabdeh əldən çıxmış faydaya görə ümumilikdə 3270 manatdan artıq pul tələb etməsi əsassızdır. Nəzərə də alsaq ki, Cavabdeh Banka əldən çıxmış faydaya görə 3860 manat ödəyib, belə olan halda Cavabdeh Bankdan pul tələb etməsi hüququ vardır.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(009)- 316/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
11. Qətnamənin əsaslarına görə, iddiaçı cavabdehə qarşı 01 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 08 sentyabr 2020-ci ildən 07 sentyabr 2023-cü ilə qədər illik 5%-lə hesablanmış 9279,65 manat əldən çıxmış fayda olaraq borcun tutulması barədə iddia qaldırmaqda haqlı olmamışdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
14. Şikayətin dəlillərinə görə, mövcud vəziyyətdə göründüyü kimi kreditor öz vəzifə öhdəliyini tam yerinə yetirərək 01 iyul 2014-cü il tarixində "xxxx"ASC-dən illik 60 ay müddətinə 220000 manat məbləğində kredit məbləğini borcalana vermişdir. Lakin borclu öz vəzifə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün bank məhkəməyə müraciət etmiş, iş üzrə yekun məhkəmə qərarı çıxarılmışdır. Həmçinin borcalandan 08 sentyabr 2020-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixinə kimi illik 5 faizlə hesablanmış 9279,65 manat qalıq əldən çıxmış fayda borcun tutulması zərurəti yaranmışdır. İşin hallarından da görünür ki, borclu 01 iyul 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən 08 sentyabr 2020-ci il tarixdən 07 sentyabr 2023-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 9279,65 manat borcu vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətlərimüqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarındakredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını – yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin 22-ci “Öhdəliklərin icra edilməməsi” və 23-cü “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə etiraz iddiaya etirazda göstərilən xüsusatlarla əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2770744Nümayəndə2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi.
17. Cavabdeh etirazla eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı: “...Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, ... banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.”
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarı: “... bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir.
24. İlkin olaraq onu qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən hər hansı bir norma baxımından əsaslandırma aparmamış, yalnız iddiaçının bu iddianı qaldırmaqda haqlı olmadığını qeyd etmişdir.
25. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.
26. Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərti onun pul məbləğinin ödənilməsini gecikdirməsidir, bu maddənin tətbiqi üçün borclunun icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur.
27. Cavabdehin iddiaya və apellyasiya şikayətinə etirazın dəlillərindən birini o təşkil etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(103)-1910/2023 saylı qətnaməsi ilə əldən çıxmış fayda təmin edilmiş və Cavabdeh 5 faiz hesablanmaqla 3680 manat pulun tutulması təmin edilmişdir, bu da iddiaçının hazırda tələb etdiyi dövrləri nəzərə alsaq 21788 manata illik 5% faiz hesablamadan daha çoxdur.
28. Həmin qətnamənin məzmununa diqqət yetirərkən görünür ki, həmin iş üzrə iddiaçının tələbi 01 iyul 2019-cu il tarixdən 08 sentyabr 2020-ci il tarixə kimi olan dövrü əhatə etmişdir, hazırkı tələb isə 08 sentyabr 2020-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək olan dövrü əhatə edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin ödənişin hazırkı tələbə heç bir aidiyyatı yoxdur.
29. Cavabdeh həmçinin, qeyd edir ki, onun borcun ödənilməməsinə yönəlik hər hansı hərəkət və hərəkətsizliyi olmamışdır, məhz bankın əsassız daha artıq vəsait tələb etməsi səbəbindən müqavilə müddəti bitəndən müəyyən müddət sonra, yəni yekun məhkəmə qərarına əsasən borc tam bağlanmışdır, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə onun da doğru hesab etdiyi borc, yəni 21788 manat əsas borc təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh əgər məhkəmə qətnaməsinə əsasən tutulmalı olan 21788 manat borcu əsaslı hesab edirdisə, həmin məbləğdə borcun ödənilməsini vaxtında, yəni, hazırkı tələbdə göstərilən müddətin başlanğıcında 08 sentyabr 2020-ci il tarixdə təmin etsə idi, bu zaman iddia tam əsassız hesab edilərdi. Lakin işin mübahisə olunmayan halıdır ki, öhdəliyin icrası 08 sentyabr 2020-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək olan dövrdə həyata keçirilməmişdir və buna görə də faizlərin tutulması üçün yuxarıda qeyd olunan normaların məzmununa görə hüquqi əsaslar mövcuddur.
30. Faiz borcunun məbləği ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, tələb 3 illik dövrü əhatə etsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuş əsas borc məbləğinə mütənasib hesablanmamışdır. Hər il üçün 5 % hesablanmaqla 21788,14 manat məbləğinə hesablanmalı olan faiz məbləği 1 ilə görə 1089,4 manat, 3 ilə görə isə 3268,2 manat təşkil edir və məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin özü də iddia ərizəsinə etirazda və apellyasiya şikayətində qeyd etmişdir ki, “... nəzərə alsaq ki, iddiaçı bank 3 illik vəsaiti tələb edir (halbu ki, tələb də edə bilməz çünki borcun ödənilməməsində özü günahkar olmuşdur) bu da ümumilikdə 3270 manat edir.”
31. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən edilməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(009)- 316/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(009)- 316/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borca görə hesablanmış faizlərin tutulması barədə iddiası qismən təmin edilsin. 3268,2 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev