Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2320/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı MKTB-nin (Mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs Rəfail Kərimov cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildə edilmiş dəyişikliyin bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs X2 və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı MKTB (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rəfail Kərimov cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildə edilmiş dəyişikliyin bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Səmədov X3 rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 1B saylı ünvanda yerləşən evin 47,48,49,51 və 52 saylı mənzillərində binanın əsas yük daşıyıcı divarları dağıdılaraq genişləndirilmiş olan pəncərə boşluğunun öz vəsaiti hesabına bərpa edilib əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, 21 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda yerləşən evin 47 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1, 48 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2, 49 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3, 51 saylı mənzilin mülkiyyətçisi Cavabdeh4 və 52 saylı mənzilin mülkiyyətçisi Cavabdeh5 üzərinə müvafiq olaraq mənzillərində öz vəsaiti hesabına layihə əsasında, tikinti norma və qaydalarına uyğun bərpa-gücləndirmə işlərinin aparılması vəzifəsinin həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs X2 və onun vəkili Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs X2 və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs X2 və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti 19.01.2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəmənin elektron informasiya sisteminə daxil edilmişdir. Lakin apellyasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Lakin, mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs X2 və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayətdə mübahisələndirilən qətnamədə maddi hüquq normalarının düzgün tətbiq edilmədiyinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmiş, yalnız Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri qeyd edilmişdir. Odur ki, MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, 21 dekabr 2021ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs X2 və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2320/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2320/2022
14.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver