Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2324/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» ilk, həmçinin Cavabdeh İddiaçı qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-4612/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı(bundan sonra, iddiaçı) Cavabdeh(bundan sonra, cavabdeh) qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən «xxxxxxxxx» ASC və X6 Palatasından aldığı 3000 manat hesablanmış kompensasiya pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona təcili pul lazım olduğu üçün bununla bağlı yaxın tanışı Cavabdeh müraciət etmişdir. Cavabdeh «xxxxxxxxx» ASC-ilə əvvəlcə xx.xx.2014-cü il tarixli 6109 saylı müqaviləyə əsasən 27% illik, 36 ay müddətində olmaqla 1970 manat məbləğində kredit götürüb ona vermişdir. Həmin kreditin yarısını ödədikdən sonra yenidən xx xxxxxx 2015-ci il tarixli 18-xx-xx-004404 saylı müqavilə əsasında illik 28% olmaqla, 48ay müddətinə xx xxxxxx 2019-cu il tarixinədək 3557 ABŞ dolları kreditə götürərək ona vermişdir. Cavabdeh adından «xxxxxxxxx» ASC-nin tərtib etdiyi qrafıkə əsasən hər ay vaxtlı vaxtında pul ödəməyinə baxmayaraq, sonradan qızının xəstəliyi ilə əlaqədar ailəsində yaranmış çətinliklərlə bağlı bir müddət ödəniş edə bilməmişdir. Bu zaman Cavabdeh banka olan borcun qalan hissəsini 6000 manat pulu özü banka ödəmiş və ödədikdən sonra onualdatmağı barədə polisə şikayət etmişdir. Bu şikayətlə bağlı onu polisə cağırdılar. O, polisdə Zərinəni aldatmadığını, sadəcə ailələrində ağır xəstə olduğu üçün vaxtında ödəniş etmədiyini bildirmişdir. Bundan sonra cavabdehin banka ödədiyi 6000 manat pulu da Cavabdeh ödəmişdir. Həmin pulun cavabdehə ödəməyi barədə özünün tərtib etdiyi əl yazısı vardır. Prezident tərəfindən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalandı. Bildirmək istəyir ki, məhz həminfərman əsasında verilmiş 3000 manat kompensasiyanı cavabdeh bankdan almış və həmin hesablanmış kompensasiyanı ona verməkdən imtina edir. Düzdür, bankdan götürülən kredit müqaviləsi cavabdehin adına bağlansa da, həmin kredit borcunun hamısını məhz o ödəmişdir. Ona görə də hesab edir ki, kompensasiya kimi hesablanmış 3000 manat pul məbləği cavabdehdən alınaraq ona verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» barədə qaşılıqlı iddia verərək, cavabdeh İddiaçı onun xeyrinə 5000 manat məbləğində maddi ziyanın, 20000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, təqaüdçüdür və yalnız təqaüd pulu ilə dolanır. O, qudası olan İddiaçı kömək məqsədilə «xxxxxxxxxx» ASC-dən xx xxxxxx 2015-ci il tarixdə 48 ay müddətinə 3557 ABŞ dolları kredit götürüb ona vermiş, cavabdeh İddiaçı 3557 ABŞ dolları kredit borcundan cəmi 4 ay ödəmişdir ki, həmin ödənilmiş krediti məbləği cəmi 400 manat təşkil etmişdir. xx xxxxxx 2015-ci il tarixdən kredit borcunun tam qaytarılmasına qədər olan dövrdə, yəni xx xxxxxx 2016-cı il tarixədək 17 ay ərzində cavabdeh H. Məmmədova heç bir manat da olsun kredit borcu ödəməmiş və İddiaçı günahı üzündən alınmış kredit borcu üzrə faiz və cərimə məbləği hesablanmışdır. Halbuki, baş vermiş məlum 2 devalvasiya nəticəsində dolların manata nisbətdə qiyməti kəskin artmışdır. Kredit borcunun vaxtında ödənilməməsi və bankın onu tez-tez narahat etməsi və məhkəmə ilə hədələməsi səbəbindən o, məcburiyyət qarşısında qalaraq tanışı Arzu Haqverdiyevdən 6000 manat borc alaraq banka olan borcu bağlamışdır. Borc aldığı 6000 manat pulu Arzu Haqverdiyev ondan tələb etdiyindən məcbur olub İddiaçı ona qarşı dələduzluq etməsi barədə Suraxanı rayon Polis İdarəsinə ərizə vermiş və araşdırma zamanı İddiaçı xx xxxxxx 2017-ci il tarixdə ona yazılı surətdə iltizam vermişdir ki, ona olan 6000 manat borcunu 3-4 aya ödəyəcəkdir. Hətta ona məxsus olan torpaq sahəsini də satmağı üçün müştəri tapmağını xahiş etmişdir. Lakin yenə də İddiaçı onu aldadaraq pulu ödəməkdən yayınmışdır. Aralarında olan uzun söz-söhbətdən və mübahisədən sonra bu yaxınlarda İddiaçı ona 6000 manat pul vermiş və həmin pulu A.Haqverdiyevə qaytarmışdır. Qeyd etmək istəyir ki, o pensiyaçı və yaşlı qadındır. 2015-ci ildən bu vaxta kimi cavabdeh İddiaçı onun üçün bankdan götürdüyü krediti və onun əvəzinə ödədiyi kredit borcunu ödəməməsi səbəbindən 3557 ABŞ dolları kredit borcunun əvəzində faiz və cərimə də əlavə edilməklə banka 6000 manat pul ödəmişdir. Aldığı təqaüd pulunu öz xərclərinə sərf etmək əvəzinə İddiaçı əvəzində banka ödəmişdir. Həm «xxxxxxxxxx» ASC və borc aldığı Arzu Haqverdiyev onu çox narahat etmiş, məhkəmə və məsuliyyətə aldıracaqları ilə hədələmişlər. O, bank və A.Haqverdiyev tərəfindən təhdidlərə məruz qalmağı ilə yanaşı, sakit həyat tərzi sürmək əvəzinə bankda, polis idarəsinin dəhlizlərində şikayət etmək və izahat vermək məcburiyyətində qalmışdır. Hətta bu sözsöhbət qızının da ailəsindəki münasibətlərə təsir etmidir. Bütün bunlar ona çox mənəvi iztirab yaşatmışdır. Bu müddət ərzində çəkdiyi iztirablar nəticəsində 2016-cı ilin əvvəllərində bərk xəstələnmiş və həkim müayinəsi zamanı onun əsəb sistemində və baş nahiyyəmdə pozulmalar aşkar edilmişdir. Xəstəliyi ilə əlaqədar daim həkim nəzarəti altında olmaqla ona dərmanlar yazılmış və uzun müddətli müalicə almışdır. Ona görə də cavabdeh İddiaçı tərəfindən ona vurulmuş maddi və mənəvi zərərə görə ziyan pul İddiaçı alınaraq ona ödənilməlidir. Ona dəymiş maddi ziyanı 5000 manat, mənəvi zərəri isə 20000 manat məbləğində qiymətləndirir. Qeyd edilənlərə əsasən məhkəmədən qarşılıqlı iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)- 4612/2019 saylı qətnaməsi ilə (hakim Səlimə Miriyeva) ilk iddia təmin olunmuş, Cavabdeh 2700 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin olunmaması, qarşılıqlı iddia ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi qət olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını,maddi və prosessual hüquq normalarının pozulmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişdr. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ilk iddianın təmin olunmuş hissəsində ləğv olunmalı, ilk iddia təmin olunmamalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan xx xxxxxxx 2014 cü il tarixdə bağlanmış 6109 saylı kredit müqaviləsindən görünür ki, «xxxxxxxxx» ASC-nin Bakıxanov filialı ilə Cavabdeh arasında 1970 manat məbləğdə müqavilə bağlanılmışdır. İşdə olan xx xxxxxx 2015 ci il tarixdə bağlanmış 18-xx-xx-004404 saylı kredit müqaviləsindən görünür ki, «xxxxxxxxx» ASC-nin Bakıxanov filialı ilə Cavabdeh arasında 3557 ABŞ dolları məbləğdə kredit müqaviləsi bağlanılmışdır. Birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən göstərmişdir ki, cavabdeh iddiaçının xahişi ilə bankdan ABŞ dolları valyutası ilə kredit götürüb iddiaçıya vermiş, iddiaçı isə bank olan borcu tam ödəmişdir. Cavabdehin hesabına həmin müqavilə üzrə ödənilmiş borc öhdəlikləri üzrə cavabdehə 2700 manat məbləğində kompensasiya ödənilmişdir. Cavabdeh iddiaçının hesabına əsassız varlandığından 2700 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi ilk iddianın təmin olunmuş hissəsində əsassız varlanma ilə bağlı normalara əsaslanmışdır. Məhkəmə kollegiyası qeyd edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 6109 saylı və xx xxxxxx 2015-ci il tarixli 18-xx-xx-004404 saylı kredit müqavilələrinə əsasən sonuncuya müvafiq olaraq 1970 manat və 3557 ABŞ dolları məbləğdə kreditlər verilməsi, bundan sonra həmin pul vəsaitlərinin cavabdeh tərəfindən iddiaçıya borc olaraq verilməsi, iddiaçının isə kredit müqavilələrinin şərtlərinə əsasən pul vəsaitlərini qaytarmağı öhdəsinə götürməsi, bir müddət ödənişlər etməsi, lakin sonradan maddi vəziyyəti ilə bağlı ödənişlər edə bilməməsi, bu səbəbdən də kredit müqavilələrinin tərəfi olan cavabdehin məcburiyyət qarşısında qalaraq qalıq kredit borclarını ödəməsi və iddiaçı barəsində hüquq mühafizə orqanlarına şikayət etməsi, Suraxanı RPİ-nin İŞ-nin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə iddiaçının əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, bundan sonra iddiaçı tərəfindən cavabdehə sonuncunun banka ödədiyi kreditə görə 6000 manat pul vəsaitinin qaytarılması işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki tələbində – cavabdehin adına rəsmiləşdirilmiş kreditlə bağlı sonuncuya Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq 3000 manat kompensasiya ödənilməsini, lakin kredit onun tərəfindən qaytarıldığından həmin pul vəsaitinin ona ödənilməli olmasını göstərmiş, bu səbəbdən də cavabdehdən ödənilmiş kompensasiya pulunun onun xeyrinə tutulmasını tələb etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanına (bundan sonra,Fərman)əsasən;
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Fərmanda, həmçinin milli valyutada 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası öz həllini tapmışdır. Fərmanın 6-cı bəndində banklara tövsiyə edilmişdir ki; 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Göründüyü kimi, Fərmanda kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası və kompensasiya hesablanması qaydası öz həllini tapmış, qeyd olunan dövrdə və məbləğlərdə götürülmüş kredit borclarına əlavə güzəştlərin tətbiqi və yeni kredit münasibətlərinin qurulması tənzimlənmişdir. Fərmana əsasən müvafiq kompensasiya kredit müqaviləsinin tərəfi olan (borcalan) şəxslərə ödənilməsi qərara alınmış və həyata keçirilmişdir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı kredit müqaviləsinin tərəfi olmamışdır. Tərəflər arasında münasibətlər borcla bağlı sahədə yaranmışdır. Yəni, cavabdeh bank tərəfindən ona verilmiş kredit məbləğini aldıqdan sonra pulu iddiaçıya borc vermiş, iddiaçı isə aldığı borcu sonradan cavabdehə qaytarmışdır. Eyni zamanda işin hallarından görünür ki, iddiaçı cavabdehlə şifahi razılığına da tam riayət etməmiş, kredit ödənişlərini tam həyata keçirməmiş, nəticədə cavabdeh gecikdirilmiş qalıq kredit borcunu şəxsən banka ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən Fərmanın icrası ilə bağlı ödənilmiş kompensasiya məbləğini tələb etməkdə subyektiv hüquqları yaranmamışdır. İddia tələbinin faktiki və hüquqi əsasları mövcud deyildir. Həmçinin, birinci instansiya məhkəməsinin istinad etdiyi əsassız varlanma ilə bağlı normalar da hazırki mübahisəyə tətbiq oluna bilməz (məhkəmə maddi hüquq normalarının tətbiqində də səhvə yol vermişdir). MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (MM-nin 1091.2-ci mad). İşin hallarına əsasən cavabdeh hüquqi əsas olmadan başqa şəxsin (iddiaçının) hesabına əmlak əldə etməmişdir. Qeyd edildiyi kimi, tərəflər borc sahəsində münasibətlər yaranmışdır. Yəni, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Əsassız varlanma zamanı isə bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmçinin, qeyd edilməlidir ki, birinci instansiya instansiya məhkəməsi qətnaməni ilk iddiaya dair hissədə ziddiyyətli qəbul edilmişdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində ilk iddianın tam təmin olunması göstərilmiş, «qət etdi» hissəsində də ilk iddianın təmin olunmasını qeyd edilmiş, lakin sonda cavabdehdən iddiaçının xeyrinə cəmi 2700 manat tutulması qət edilməklə, əslində ilk iddia qismən təmin edilmişdir. Çünki, ilk iddia tələbi 3000 manatla bağlı olmuşdur. Bu hal isə prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia əsassız olmuş, birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə qeyd edilən hissədə qanuni əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə əsasdır. İlk iddia təmin olunmamalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia əsassızdır, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur. Çünki, qarşılıqlı iddia üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, İddiaçı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində ona iddia tələbində göstərilən məbləğlərdə maddi və mənəvi ziyanın dəyməsini təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Qarşılıqlı iddiaya əlavə olunmuş sənədlər (həkim arayışları, resept və s.) isə Cavabdeh aldığı müalicənin məhz hazırki mübahisə ilə birbaşa səbəbli əlaqəsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki iddia rədd olunduğundan, tərəflərin ödədiyi dövlət rüsumları (məhkəmə xərci) da onların özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» ilk, həmçinin Cavabdeh İddiaçı qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-4612/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-4612/2019 saylı qətnaməsi qismən, yəni ilk iddianın təmin olunmuş hissəsində (yəni, «Cavabdeh 2700 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənillsin» hissədə) ləğv olunsun, ilk iddia təmin olunmasın. Məhkəmə xərcləri (ödənilmiş dövlət rüsumları) tərəflərin özlərinə aid edilsin. Qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.