Məhkəmə qərarları › İş №2(103)-2329/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2329/2025

07.04.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2329/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh X6 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6562/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı cavabdeh X6 və Cavabdeh2 qarşı ( iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə) məhkəməyə müraciət edərək barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək barışıq sazişindən kənar icra edilmiş nəticələrinin ləğv edilməsi və barışıq sazişinin tələblərinə zidd olaraq cavabdehlərin adına verilmiş istifadə deyil mülkiyyət hüququna dair ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6562/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X6 və Cavabdeh2 qarşı barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək barışıq bazişindən kənar icra edilmiş nəticələrinin ləğv edilməsi və barışıq sazişinin tələblərinə zidd olaraq cavabdehlərin adına verilmiş istifadə deyil mülkiyyət hüququna dair ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçıya barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək barışıq sazişindən kənar icra edilmiş nəticələrinin ləğv edilməsi tələbinin dəqiqləşdirilməsi, barşıq sazişindən kənar icra edilmiş hansı nəticələr və bu nəticələrin iddiaçının hüquqlarını hansı formada pozulması ilə bağlı iddia tələbinə dəqiqləşdirilmə verilməsi təklif edilmiş, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, iddiaçının tələbi dəqiqləşdirilməmiş, barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək Barışıq Sazişindən kənar icra edilmiş nəticələrinin ləğv edilməsi və barışıq sazişinin tələblərinə zidd olaraq cavabdehlərin adına verilmiş istifadə deyil mülkiyyət hüququna dair ******* nömrəli çıxarışın ləğv edilməsi” olaraq qalmışdır. İddia tələblərinin dəqiqləşdirilməsi üçün məhkəmə iclasında iddiaçıya sual verilmiş, iddiaçı iddia tələbinin barışıq sazişinin tələblərinə zidd olaraq cavabdehlərin adına verilmiş istifadə deyil mülkiyyət hüququna dair ******* nömrəli çıxarışın ləğv edilməsindən ibarət olduğunu bildirmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-932/2017 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X3 və Cavabdeh2 mülkiyyətində olan hissəsinin sərhədlərindən 4.5 metr məsafəsi saxlamaqla ünvan 1 ünvanında inşa etdiyi özbaşına tikilinin 2 metr hissəsində öz vəsaiti hesabına sökməsi vəzifəsinin İddiaçı həvalə edilməsi, İddiaçı X4 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları və Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2008-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İddiaçı cavadehlərə qarşı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbi barədə iddiasına həm ümumi məhkəmə, həm də inzibati məhkəmələrdə, eyni zamanda müvafiq olaraq yuxarı instansiyalarda baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8356/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-932/2017 saylı qətnaməsi qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilmiş və İddiaçı X6 və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2008-ci il tarixli ******* saylı çıxarışın ləğv olunması və cavabdehlərin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qarşılıqlı iddiası üzrə icraata xitam verilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8356/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmine edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)- 932/2017 saylı qətnaməsi ləğv edilmiş və iddiaçılar X6 və Qontyuk (Çernamazova) Angelina Sergeyevnanın cavabdeh İddiaçı qarşı qanunsuz inşa edilən tikilinin cavabdehin hesabına sökülməsi, xx.xx.2008-ci il tarixli çıxarışın xx.xx.2007-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən onlara ayrılmış paya aid olan hissədə etibarsız hesab edilməsi barədə iddia tələblərinin rədd edilmişdir; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8300/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı X2 cavabdehlər X4 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nln 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şeheri Dostluq küçəsi 17 saylı evin X3 paylı mülkiyyətinə verilməsinə dair xx.xx.2008-cl il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsinə və onun hüquqi nəticələrinin ləğv olunmasına dair mülki iş üzrə icraata xitam verilmişdir; X5 cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən verilmiş 22 iyul 2008-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması və əmlakın ona qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2-1(82)- 551/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1807/2019 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2-1(82)- 551/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı apellyasiya şikayəti verərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cü maddəsinin rəhbər tutaraq Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il, 2(011)-6562/2024 saylı, xx.xx.2024-cü il tarixində rəsmən təqdim edilmiş qərardadının ləğv edilərək onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Barışıq Sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək Barışıq Sazişindən kənar icra edilmiş nəticələrinin ləğv edilməsi tələbinə dair” ilkin iddia və sonradan ““Barışıq Sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək Barışıq Sazişindən kənar icra edilmiş nəticələrinin ləğv edilməsi və Barışıq Sazişinin tələblərinə zidd olaraq cavabdehlərin adına verilmiş istifadə deyil mülkiyyət hüququna dair ******* N-li çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsinin icraatının təzələnərək baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən gəlinmiş nəticə tamamilə səhvdir və məhkəmə baxışı keçirilməmiş iddia ərizəsinə iddianın əsası olan dəqiqləşmə e-məhkəmə vasitəsi ilə təqdim edilmişdir. Məhkəmə tərəfindən maddi hüquq norması tətbiq edilərkən səhvə yol verilmiş və nəticədə məhkəmə tərəfindən iddia üzrə icraata əsassız olaraq xitam verilməsi qərara alınmışdır. Belə ki, tələbin əsası olaraq Barışıq sazişindən gələn öhdəliklərin ziddinə olan hüquq pozulmanın aradan qaldırılması əsas götürülsə də məhkəmə tərəfindən oxşar iddiaların olmasına əsaslanılaraq icraata xitam verilməsi nəticəsinə gəlib çıxarılmışdır. Bu əsassızdır və araşdırma aparılmaqla həqiqəti ortaya çıxarmaq olardı. Lakin məhkəmə tərəfindən isə işə birtərəfli, yəni cavabdehlərin mövqeyindən yanaşmaqla münasibət bildirilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən düzgün olmayan maddi hüquq norması tətbiq edilərək iddianın qəbul edilməsindən imtina edilmişdir. Bu tamamilə əsassızdır və işin natamam,bitərəfli, qərəzli mövqedən araşdırılmasını göstərir. Cavabdeh2 şikayətə etiraz təqdim edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6562/2024 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;261.0.6. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa;261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. Şikayətdə istinad edilən dəlillər Barışıq sazişindən gələn öhdəliklərin ziddinə olan hüquq pozulmanın aradan qaldırılması və məhkəmə tərəfindən düzgün olmayan maddi hüquq norması tətbiq edilərək iddianın qəbul edilməsindən imtina edilməsindən ibarətdir. Qeyd edilməlidir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olduğundan mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Barışıq sazişi üzrə icranın düzgün həyata keçirilməməsi isə həmin iş üzrə icra icraatı qaydasında araşdırmanın predmeti ola bilər. Digər dəlil üzrə isə qeyd edilməlidir ki, məhkəmə tərəfindən ümumiyyətlə maddi hüquq norması tətbiq ediməmiş və iddianın qəbul edilməsindən imtina edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 261-262, 385, 387, 397ci maddələrinə istinadən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, hazırki münasibətlərə aid prosessual qanunvericiliyə müvafiq tərtib edilmiş qərardadının ləğv edilməsi üçün əsaslar müəyyən etmir, qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb olmadığından dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6562/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar