Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2331/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı LPO ”DəmirBank” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli qərardaddan Cavabdeh2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 29.08.2016-cı il tarixli qətnamə ilə iddianın qısmən təmin edilməsini qət etmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. O, eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş və onun tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qətnamə 29.08.2016-cı il tarixdə qəbul edilsə də, qətnamədən onun xəbəri olmamış, qətnamə ona vaxtında verilməmiş, qətnamə ona, onun müraciətindən sonra 16.12.2021-ci il tarixdə təqdim edilmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 27.01.2022-ci il tarixli qərardad ilə ərizənin təmin edilməməsini və apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 29.08.2016-cı il tarixdə qətnamədən xəbərsiz olduğunu, qətnamənin ona 16.12.2021-ci il tarixdə təqdim edilməsini bildirsə də, o, həmin qətnamə əsasında verilmiş icra vərəqəsi əsasında icra hərəkətlərini həyata keçirən Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin “icra sənədi üzrə icraatın başlanması barədə” qərarını və “tələbin könüllü icra edilməsi barədə” bildirişini 25.11.2016-cı il tarixdə “poçt göndərişinin verilməsi haqqında” bildirişə şəxsən imza etməklə qəbul etmişdir. Buna baxmayaraq o, apellyasiya şikayətini 5 ildən sonra, yəni 07.01.2022-ci il tarixdə vermiş və prosessual müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Cavabdeh2 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verilərək, qərardadın ləğv edilməsini və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qəbul etdiyi qərardad əsassızdır. Rayon Məhkəməsi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə göstərilənlər xüsusatları nəzərə almamış, onlara səhv qiymət vermişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi 03.02.2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında görünür ki, 29.08.2016-cı il tarixli qətnamənin Cavabdeh2 tərəfindən rəsmi qaydada alınmasına dair məlumatlar olmasa da, o, həmin qətnamə əsasında verilmiş icra vərəqəsi əsasında icra hərəkətlərini həyata keçirən Binəqədi Rayon İcra Şöbəsinin “icra sənədi üzrə icraatın başlanması barədə” qərarını və “tələbin könüllü icra edilməsi barədə” bildirişini 25.11.2016-cı il tarixdə “poçt göndərişinin verilməsi haqqında” bildirişə şəxsən imza etməklə qəbul etmişdir. Buna baxmayaraq o, apellyasiya şikayətini 5 ildən sonra, yəni 07.01.2022-ci il tarixdə vermişdir. Göründüyü kimi, Cavabdeh2 hüquqdan sui-istifadə edir. Hüquqdan sui-istifadə edilməsinə isə yol verilmir. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh2 prosessual müddətin onun tərəfindən üzürlü səbəbdən buraxılmasını təsdiq edə biləcək sübutları təqdim etməmişdir. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-nin 363.1-ci maddəsinin mənasına görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə də, qeyd edilənləri nəzərə alan Məhkəmə, hesab edir ki, Rayon Məhkəməsi Cavabdeh2 tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsini təmin etməmək, onun tərəfindən verilmiş apellyasiya şikayətini qaytarılması barədə qərardad qəbul etmək və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayət əsassızdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2331/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2331/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver