Məhkəmə qərarları › İş №2(103)-2334/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2334/2025

18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2334/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-5246/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 2-(022)-386/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqları xx.xx.2010-cu ildə doğulmuş X6, xx.xx.2013cü ildə doğulmuş X5 və xx.xx.2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa təyin edilmiş 120 manat, cəmi 360 manat məbləğində alimentin məbləği artırılaraq Cavabdeh oğlundan xx.xx.2010-cu ildə doğulmuş X6, xx.xx.2013-cü ildə doğulmuş X5 və xx.xx.2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatandək saxlanması üçün onun xeyrinə hər ay, hər uşağa 235 manat, cəmi 705 manat məbləğində alimentin sabit pul məbləğində pulun, habelə mediatora ödədiyi 60 manat pulun cavabdehdən tutularaq ona verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 5246/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-386/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu ildə doğulmuş X3, xx.xx.2013-cü ildə doğulmuş X2 və xx.xx.2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatandək saxlanması üçün hər ay, hər uşağ üçün 210 manat olmaqla, cəmi 630 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır.

3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, alimentin qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5246/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilməməsi səbəbindən geri qaytarılması qərara alınmışdır.

5. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə müddətin bərpası barədə ərizə verərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 5246/2024 nömrəli qərardadı ərizə geri qaytarılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

7. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətvermə müddəti bərpa edilməklə işin apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddət ərzində, yəni xx.xx.2024-cü il tarixdə "Elektron Məhkəmə sistemi" vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Uzun müddət həmin şikayət Bakı Apellyasiya məhkəməsinə göndərilməmişdir. Bununla bağlı tərəfindən Hakim N.Cəfərlinin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə müraciət ünvanlanmışdır. Yalnız bu müraciətindən 3 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 07.59-da ona SMS gəlmişdir ki, o, 2(008)-5246/2024 saylı iş üzrə vəkil qismində qeydiyyata alınmışdır. Halbuki, o, Sabunçu Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə "Elektron Məhkəmə sistemi' vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi o, onun təqsiri olmadan təxminən 2 ay sonra Sabunçu məhkəməsində vəkil qismində qeydiyyata alınmışdır. Bu 2 ay müddətində məhkəmədən onlara kağız daşıyıcı vasitəsi ilə də məlumat daxil olmamışdır. "Elektron Məhkəmə sistemi"ndə qanunsuz olaraq qeydə alınmadığından məhkəmə qərardadından da məlumatsız olmuşdur. Tərəfindən "Elektron Məhkəmə sistemi"də qeydə alınmadığından şikayətvermə müddəti üzürlü səbəbdən pozulmuşdur. Digər tərəfdən hazırda kabinetə daxil olarkən xx.xx.2024-cü il tarixdə qərardad çıxararaq, apelyasiya şikayəti üzrə rüsum ödəmədiyindən şikayəti geri qaytarıldığı məlum olmuşdur. xx.xx.2024-cü il tarixli qətnamədə cavabdehdən tutulacaq dövlət rüsumu ilə bağlı heç bir göstəriş yoxdur. MPMnir tələblərinə görə məhkəmə qətnamədə bunu göstərməli idi. Dövlət rüsumu ilə bağlı heç bir göstərişiniz olmadığında, ya qətnaməyə izah verilməli, ya da əlavə qətnamə çıxarılmalıdır. Onun deyil, məhkəmənin təqsiri üzündən "Elektron Məhkəmə sistemi"də qeydə alınmadığından şikayətvermə müddəti üzürlü səbəbdən pozulmuşdur. Odur ki, tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron kabinetinə ərizə-vəsatət göndərərək şikayətvermə müddətini bərpa etməklə apelyasiya şikayətini Bakı Apellyasiya məhkəməsinə göndərməyi xahiş etmişdir. Hazırda ona məlum olmuşdur ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti geri qaytarılmışdır. Həmin qərardadda göstərilir ki, "Mülki iş materiallarından görünür ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 oğlı xx.xx.2025-ci il tarixdə müddətin bərpasına dair ərizə versə də, ərizə ilə bərabər apellyasiya şikayətini verməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təqdim edilmiş müddətin bərpası ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır." Odur ki, şikayət geri qaytarılmalıdır. Hesab edir məhkəmənin bu qənaəti əsassızdır. Belə ki, "Elektron Məhkəmə sistemi"nə baxılarsa şikayətinin orada olduğu görünür. Bundan başqa məhkəmə qərardadından belə çıxır ki, onun vəsatət ərizəsi ilə əlaqədar müddətin bərpası xahişinə baxılmışdır. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasınınm 6-cı maddəsi Həmin normaya görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən , qanun əsasında yaradılmış müstəqil və qəırəzsiz məhkəmə vasitəsi ilə ,ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırılması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. Çox təəssüflər olsun ki, məhkəmə tərəfindən Konvensiyanın tələbini kobud surətdə pozmaqla ədalətli araşdırma aparmamışdır. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsi Həmin maddəyə görə Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məhkəmə tərəfindən prosessual qanunvericiliklə təsbit olunmuş hüquqları pozulmuşdur. MPM-nin 8.3-cü maddəsi həmin maddəyə görə Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Məhkəmə tərəfindən onun bu hüquqları pozulmaqla ona zərər vurulmaqla, iddiaçıya imtiyazlar verilmişdir. MPMnin 133.2-ci maddəsi Həmin normaya görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Lakin nə Elektron Kabinetdə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməmiş, nə də ki, kağız daşıyıcısı ilə onlara məlumat verilməmişdir.

9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-5246/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, iş materiallarından məlum olur ki, cavabdehin nümayəndəsi və vəkili Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin ərizəyə qətnamədən verilmiş apellyasiya şikayəti əlavə edilməmişdir.

15. İşdən görünür ki, bundan əvvəl cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır.

16. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

17. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 5246/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar