Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2346/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı cavabdeh BOKT “Cavabdehbank” Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə hesablanmış faizlərin silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddiaçının cavabdeh ASC-yə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə hesablanmış faizlərin silinməsi tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia baxılmamış saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 485/14/PBQ nömrəli “xxxx” əsasən ASC tərəfindən iddiaçıya kreditdən istifadəyə görə illik 23% olmaqla 36 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2018-ci il tarixli 11703 nömrəli ekspert rəyindən görünür ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 485/14/PBQ nömrəli “xxxx” şərtləri nəzərə alınmaqla xx.xx.2017ci il tarixə İddiaçı ASC-yə olan borcu 9.938,92 ABŞ dolları, o cümlədən əsas borc 9.219,8 ABŞ dolları, faiz borcu 719,12 ABŞ dolları təşkil edir. İşə məhkəmədə baxılan zaman, yəni xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman (bundan sonra – Fərman) ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə görə, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn münasibətlər yuxarıda qeyd edilmiş Fərmanın təsiri altına düşür. Bununla bağlı onun tərəfindən Azərbaycan Respublikasının Maliyyə X3 müraciət olunmuş, lakin heç bir nəticə əldə olunmamışdır. İddiaçının Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Maliyyə X1 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların tələblərinə görə fiziki şəxslərə ödəniləcək kompensasiya və restrukturizasiya olunacaq kredit borclarına dair müraciətlərə baxılmasının operativliyini təmin etmək məqsədi ilə Palata tərəfindən “ak.fimsa.az” elektron səhifə vasitəsi ilə müraciət edilməsi xahiş olunur. Göstərilənləri nəzərə alan Məhkəmə iş materiallarını araşdıraraq bildirir ki, hazırkı iş iddiaçının iddia tələbinin əsasını təşkil edən “xxxx” Fərmanın təsiri altına düşmək ehtimalı vardır. Fərmanın 6.2-ci bəndində görə, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəmədən kənar həlli qaydasını müəyyənləşdirmiş, fiziki şəxslərin borclarının bir hissəsinin dövlət tərəfindən qarşılanması, problemli kreditlərin qalıq hissəsinin restrukturizasiyası nəzərdə tutulmuşdur. Lakin Məhkəmə qeyd edir ki, Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki Fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Belə ki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Çünki qəbul edilmiş qərarlardan tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını ümumiləşdirərək belə hesab edir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların və bank olmayan kredit təşkilatların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə qeyd edir ki, analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası Fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən qətnamə ləğv olunaraq iddia tələbi baxılmamış saxlanılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.1-ci maddəsinə görə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda Məhkəmə iddiaçıya izah edir ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcla bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardadın qəbul edilməsinə baxmayaraq o, yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 391 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx xxxx 2019-cu il tarixdə qəbul edilmiş qətnamə ləğv edilsin. İddiaçı cavabdeh BOKT “Cavabdehbank” ASC-yə qarşı “kredit müqaviləsi üzrə hesablanmış faizlərin silinməsi tələbi barədə” iddiası baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-2346/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2346/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver