Məhkəmə qərarları › İş №2(103)-2355/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2355/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2355/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məhəmməd qızı Qurbanovanın katibliyi ilə, Yasamal rayon məhkəməsinin 2(004)- 3553/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2013-cü il tarixli 03L000009255 saylı kredit xətti müqaviləsinin, xx xxxxxx 2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, 009R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 2248,87 manat əsas, 409,49 manat faiz, 377,36 manat cərimə, ümumilikdə 3035,72 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 3553/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2013-cü il tarixli 03L000009255 saylı kredit xətti müqaviləsinin, xx xxxxxx 2015-ci il tarixli 009R********** saylı kredit razılaşması və ona əlavə edilmiş xx xxxxxxx 2015-ci il tarixli 009R**********S saylı, xx xxxxxx 2016-cı il tarixli 009R**********SA saylı, xx xxxxxx 2016-cı il tarixli 009R**********SB saylı, xx xxxx 2017-ci il tarixli 009R**********SC saylı, xx xxxxxx 2018-ci il tarixli 009R**********SD saylı, xx xxx 2019-cu il tarixli 009R**********SF saylı sazişlərin ləğv edilməsi və Cavabdeh1 2248,87 manat məbləğində əsas borcun, 409,49 manat faiz borcun, 38 manat cərimə borcu, ümumilikdə 2696,36 manat borcun və 26,70 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 3553/2020 saylı qətnaməsindən həmin mülki iş üzrə İddiaçı QSC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 3553/2020 saylı qərardadı ilə apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 3553/2020 saylı qərardadı ilə İddiaçı QSC-nin Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 3553/2020 saylı qərardadından şikayəti təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqdla bağlı qərarı belə əsaslandırmışdır ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemində İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə sistemə proses iştirakçısı kimi daxil edilmiş və onun elektron kabineti var. Məhkəmə tərəfindən qətnamə İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə elektron kabinetinə xx xxxxxx 2020-ci il tarixdə yerləşdirilmişdir. Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3553/2020 saylı qətnaməsi İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə tərəfindən xx xxxxxx 2020-ci il tarixdən alınmış hesab edilməsi qənaətinə gəlmişdir.Apelyasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə poçt xidmətinə verilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan zərfin (i.v 82) surətindən göründüyü kimi, iddiaçı məhkəmə qətnaməsinin xx xxxxxx 2020-ci il tarixdə qəbul etmiş və xx xxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bundan başqa birinci instansiya məhkəmə onun nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 61-ci maddəsinə əssasən işdə iştirak edən şəxslərdən başqa prosesdə şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər prossesin digər iştirakçılarıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci madəsinə əsassn Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Yuxarıda göstərilənləri nəzara alaraq kollegiya qeyd edir ki, Bakı şəhəri Yasamal Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 3553/2020 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin aktlarını rəsmi qaydada verməlidir (maddə 134.1.5). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Yasamal rayon məhkəməsinin 2(004)- 3553/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı QSC-nin apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar