Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2359/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən binanın 2-ci giriş, 11-ci mərtəbəsindəki 37 saylı mənzilinə Cavabdeh1 yaşadığı eyni ünvanda yerləşən 38 saylı mənzilindən su axıdılması nəticəsində ona dəyən maddi ziyanın ödənilməsini tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-dan zərərərin əvəzi kimi 22998 manat və dövlət rüsumu kimi ödənilmiş 159 manat, cəmi 23157 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, "xxxx" MTK-ya məxsus olan, ünvan 2 ünvanında yerləşən binanın 2-ci giriş, 11-ci mərtəbəsindəki 37 saylı mənzilin payçısıdır (sahibidir). Həmin binanın 12-ci mərtəbəsində yerləşən, Cavabdeh1 qızana məxsus 38 saylı mənzildən iddiaçının mənzilinə su axıdılması nəticəsində mənzili su basmış və iddiaçıya maddi ziyan dəymişdir. "xxxx" MMC-nin arayışına əsasən ziyan 22998 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, su basmanın təsirinə məruz qalmış mənzildə: 1) döşəmədə dikt və laqaların sökülməsi və vurulmasına görə 4266 manat; 2) parketin sökülməsi və vurulmasına görə 8828 manat; 3) alçipan işlərinə görə 2115 manat; 4) rəngsaz işlərinə görə 2810 manat; 4) divar kağızlarının vurulmasına görə 2479 manat; 5) material və zibillərin daşınmasına görə 1000 manat; 6) təmir vaxtı və təmirdən sonra ev əşyalarının daşınmasına görə 1000 manat; 7) təmizlik işlərinə görə 500 manat olmaqla, cəmi 22998 manat (material və işçilik haqqı daxil olmaqla) xərc tələb olunur. İddiaçı cavabdehlərin təqsiri üzündən ona dəymiş ziyanın aradan qaldırılmasını tələb etsə də, cavabdehlər onun bu tələbini yerinə yetirməmişlər.
4. Məhkəmə iclasında iştirak edən AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X5 izahat verərək bildirmişdir ki, binanın 18-ci mərtəbəsi cavabdehin mülkiyyətindədir, altdakı mərtəbə isə iddiaçının. Su yuxarı mərtəbədən damaraq aşağı mərtəbəyə tökülmüşdür. Suyun başqa yerdən tökülmə ehtimalı yoxdur. Həmin mərtəbədə bütün mənzillər Cavabdeh1 məxsusdur, başqa bir şəxsin evi yoxdur. Həmçinin Bağırov Hicranın evi binanın ən üst mərtəbəsindədir, ondan sonra heç bir mərtəbə yoxdur. İlkin rəydə bununla bağlı rəy verilmişdir. Suyun binanın şaxtasından tökülmə ehtimal yoxdur. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – məhkəmə) 2(006)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 vurulmuş maddi zərərin əvəzi kimi 18957,0 manat, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 131 manat, ümumilikdə 19088 (on doqquz min səksən səkkiz manat) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 AZN-nin (iki yüz manat) 165 AZN-i (yüz altmış beş manat) Cavabdeh1, qalan 35 AZNnin (otuz beş manat) isə İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan 6."xxxx" MMC-nin nümayəndəsi və “Vaqif MTK-nın komendantı X8, Bakı ş. Nəsimi r-nu, Vaqif pr-ti ev 9A, mənzil 37-nin mülkiyyətçisi İddiaçı, şahidlər Musayev Vadim və Babayev Akif tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həqiqətən Bakı ş. Nəsimi r-nu, Vaqif pr-ti 9A ünvanında yerləşən evin 37 saylı mənzilinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, üst mərtəbədə yerləşən mənzil sahibinin səhlənkarlığı ucbatından, yəni su krantının açıq qalması nəticəsində 37 saylı mənzili su basmış və maddi ziyan dəymişdir.
7. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında “Vaqif’ MTK tərəfindən inşa olunan yeni yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsindəki 38 saylı mənzilin payçısı (sahibi) ərizə məlumatlarında ünvan 5 ünvanda qeydiyyatda olduğu qeyd edilən Cavabdeh1dır. Digər soruşulanlar barədə MTK-ya məlumat verilməmişdir.
8. "xxxx" MMC-nin arayışından görünür ki, Bakı ş., Nəsimi r-nu, Vaqif pr-ti 9 ünvanında yerləşən binanın 37 saylı mənzilinə ondan yuxarı - mərtəbədə yerləşən mənzildən axan suya görə dəymiş ziyanı müəyyən etmək üçün tərəflərindən mənzilə baxış keçirilmişdir. Qeyd edirlər ki, mənzilə 22.998 (iyirmi iki min doqquz yüz zoxsan səkkiz) manat məbləğində ziyan dəymişdir. Görüləcək işlər arayışa əlavə edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/1480 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqat hissəsində göstərilənləri, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin, 37 və 38 saylı mənzillərinin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 37 saylı mənzilin binanın 11-ci mərtəbəsində, cavabdehə məxsus 38 saylı mənzilin isə 37 saylı mənzilin üstündə 12-ci mərtəbədə yerləşdiyini, 37 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların sızmaya aid olduğunu, eləcə də "xxxx" MMC-nin və “Vaqif’ MTKnın nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin 37 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzildən su sızıldığı və nəticədə 37 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin, 38 saylı mənzilində yerləşən sanitar avadanlıqların və su, kanalizasiya xətlərinin gözlə görünən hissələrində hər hansı qüsurlar olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, 37 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. «Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 37 saylı mənzilə su sızması 38 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindir. Aparılmış hesablamalara əsasən, 37 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmirtikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18957,0 manat məbləğində müəyyən olunmuşdur.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/5364 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin, 37 və 38 saylı mənzillərinin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 37 saylı mənzilin binanın 11- ci mərtəbəsində, cavabdehə məxsus 38 saylı mənzilin isə 37 saylı mənzilin üstündə 12-ci mərtəbədə bütövlükdə yerləşdiyini, 37 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də "xxxx" MMC-nin və Cavabdeh2 MTK-nın nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin 37 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzildən su axıdıldığı və nəticədə 37 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin, 38 saylı mənzilin qapısı bağlı olduğundan 37 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə yuxarıda göstərilən amilləri nəzərə alaraq, 37 saylı mənzilə su sızması 38 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 38 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər 11.Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1480 nömrəli, xx.xx.2024-cü il tarixli və 10/5364 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin 37 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzildən su sızıldığı və nəticədə 37 saylı mənzilin tikililərinə ziyan vurulduğu, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 37 saylı mənzilə su sızması 38 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən olması, 37 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18957,0 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin su krantının açıq qalması səbəbindən olması "xxxx" MMC-nin nümayəndəsi və “Vaqif MTKnın komendantı X8, Bakı ş. Nəsimi r-nu, Vaqif pr-ti ev 9A, mənzil 37- nin mülkiyyətçisi İddiaçı, şahidlər Musayev Vadim və Babayev Akif tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla da öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 38 saylı mənzildən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə suyun axıdılması ilə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə iddia tələbinin “mənzilə dəymiş maddi zərərə görə 22998 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 18957,0 manat müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin arayışı məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə üstüstə düşmədiyindən məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməmişdir. Məhkəmə əlavə etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, həm məhkəmə iclasında iştirak edən AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X2 da izahatından bir daha görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə su cavabdehə məxsus 38 saylı mənzildən axıdılmışdır, mərtəbədə bütün mənzillər Cavabdeh1 məxsusdur və suyun binanın şaxtasından tökülmə ehtimal yoxdur. Son olaraq məhkəmə qeyd etmişdir ki, cavabdeh “Vaqif" MTK-nın iddiaçıya vurulmuş maddi ziyanla bağlı heç bir təqsiri məhkəmə tərəfindən müəyyən edilmədiyindən və “Vaqif" MTK hazırki iş üzrə subyektiv cavabdeh olmadığından, iddia bu hissədə rədd edilməlidir.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1097.3, 1111.2, 1115-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 101.3, 103.1, 107, 119.1, 115.0.1, 14.2, 76.1, 76.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməli idi. Belə ki, Bağırov Hicran Firudin qızına məxsus ünvan 7 ünvanında 12-ci mərtəbədə yerləşən 38 saylı mənzildən ünvan 7 ünvanında 11-ci mərtəbədə yerləşən 37 saylı mənzilə su axıdılması cavabdeh Bağırov Hicran Firudin qızına məxsus mənzildən deyil, şaxtadan baş verən proseslər nəticəsində yaranmışdır. Şaxtadan baş verən proseslərə isə cavabdeh Bağırov Hicran Firudin qızı cavabdehlik daşımır. Cavabdehin mənzilində heç bir qüsur yoxdur və heç bir boruda xəsarət olmamışdır. İlkin dövrdə quraşdırılmış borular hal-hazırda olduğu kimi qalır və heç bir xəsarət də yoxdur. Mənzildə yaşayış olmadığına görə bütün boru xətləri bağlıdır və ekspert tərəfindən baxış keçirilən zaman da müşaiyət olunmuşdur. Şaxtadan baş verən proseslər isə Bağırov Hicran Firudin qızına aid deyil və onun məlumatı yoxdur. Hadisənin şaxtadan olub-olmaması və yaxud da iddiaçının öz mənzilindən yaranması onlara məlum deyil. Eyni zamanda, məhkəməyə təqdim edilən ekspert rəyində 38 saylı mənzildə yerləşən sanitar avadanlıqların və su, kanalzasiya xətlərinin gözlə görünən hissələrində hər hansı qüsurlar olmadığını, mənzillərə baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq 37 saylı mənzilə su sızmasının səbəbinin dəqiqliklə müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Sadəcə olaraq 37 saylı mənzilə su sızmasının 38 saylı mənzildən axıdılması ekspert tərəfindən ehtimal edilmişdir. Məhkəmənin 2(006)-1165/2024saylı, xx.xx.2024-cü il tarixli, qərardadı ilə ekspert X3 verdiyi izahatı ekspert rəyinə uyğun olmadığından iş üzrə təkrar ekspertizanın keçirlənməsi qərara alınmışdır. Təkrar təyin edilən ekspertiza üzrə ekspert 38 saylı mənzilə baxış keçirmədən (mənzil bağlı olmuş və ekspert gəlməsi barədə məlumatı olmamışdır), digər cavabdehin öz xeyrinə tərtib etdiyi akta və sadəcə 38-ci mənzilin iddiaçının mənzilinin üzərində yerləşdiyini əsas kimi götürərək məntiqi nəticə çıxarmış və hesab etmişdir ki, iddiaçıya zərər 38-ci mənzilin sahibi tərəfindən vurulmuşdur. Göründüyü kimi ekspert öz vəzifəsinə uyğun texniki avadanlıqlardan və xüsusi biliyindən istifadə etməklə ekspertizanı aparmaq əvəzinə 38-ci mənzilə baxış keçirmədən məntiqi nəticə çıxarmağa çalışmışdır ki, məhkəmə bu rəyi əsas götürmüşdür. 38 saylı mənzildə yerləşən sanitar avadanlıqların və su, kanalzasiya xətlərinin gözlə görünən hissələrində hər hansı qüsurlar olmadığını, mənzillərə baxış zamanı su sızmasının izləri müəyyən edilmədiyi, su sızmasının hansı boru xətindən olması müəyyən edilmədiyindən, yəni sızamanını səbəbləri, hansı hissədən baş verməsi ekspert rəyləri ilə müəyyən edilmədiyi halda, məntiqi nəticə əsasında formalaşan rəyə istinad etməklə qəbul edilmiş qətnamə ilə 18957,0 manat maddi zərərin əvəzinin tutulması qət edilmişdir. İş üzrə məhkəmə iclası saat xx.xx.2025-ci il tarixə 15:00-a təyin edilmişdir. Lakin, cavabdehin nümayəndəsi üzrlü və obyektiv səbəblərdən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin icraatında olan cinayət işi üzrə vəkil qismində iştirak etdiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə ərizə ilə müraciət etməsinə baxmayaraq cavabdehin nümayəndəsinin iştirakını təmin etmədən proses keçirilərək məhkəmə aktı qəbul edilmişdir. Halbuki, təkrar ekspertizanın keçirilməsini məhz cavabdehin nümayəndəsi tələb etmiş, məhkəmə həmin tələbi haqlı sayaraq təmin etmiş və ekspertin məhkəmədə dindirilməsi ilə razılaşmışdır.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq bildirdi ki, mətbəxdə döşəmənin şişmə halı ehtimal edilib, əgər yerli baxış keçirilsə bu məsələni aydınlaşdırmaq olar. Mənzildə yaşayış olmadığına görə bütün boru xətləri bağlıdır. Ekspert baxış keçirməyib. Onlar bununla razı deyil. Ekspert iclasda izahat da vermişdir. Daha sonra təkrar ekspertiza təyin edilib. Lakin ekspertiza keçirilən zaman MTK-nın nümayəndəsi ilə ekspert görüşüb. Ekspertin elə bir öhdəliyi yoxdur. Həmin zaman da MTK tərəfindən akt tərtib edilmişdir ki, iddiaçıya zərər 38-ci mənzilin sahibi tərəfindən vurulmuşdur. Mənzilin qapısı bağlı olub. Ekspert döşəmənin şişməsi qənaətinə necə gəlib. Cavabdeh bağ evində yaşayır. Evinə gəlmir. Ekspertiza onların iştirakı ilə keçirilməlidir. Birinci ekspertiza olan zaman cavabdehin iştirakı olmayıb. İştirakı təmin olunmalı idi. Məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə ərizə ilə müraciət etsə də iştirakı təmin edilmədən məhkəmə aktı qəbul edilmişdir.
17. Məhkmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, mənzilin yuxarı hissəsi mansarddır, şaxtadan su axması olsa idi başqa sakinlərin də şikayəti olardı, hadisədən sonra mənzili 2 dəfə su basdı, həmin zaman da yaşayış var idi, şaxtadan su axanda yuxarıdan aşağı axır, lakin, elə bir hal yoxdur, su axma cavabdehin mənzilindən olmuşdur, hadisə olan gün mənzilə qalxıb baxmışlar, 2 dəfə ekspertiza keçirilib, şaxtadan su axmayıb, cavabdehin mənzilindən axıb, tərəf mənzilinə köçüb yaşaya bilmir, yekun məhkəmə aktının qəbul edilməsini xahiş edir, iş üzrə ekspertiza da keçirilib və ekspertlər izahatlar verib.
18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən olunur ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən binanın 2-ci giriş, 11-ci mərtəbəsindəki 37 saylı mənzilinə Cavabdeh1 məxsus 38 saylı mənzildən su axıdılması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir.
26. Məhkəmə kollegiyası iddia tələbinin qismən təmin edilməli olması qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1480 nömrəli, xx.xx.2024-cü il tarixli və 10/5364 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin 37 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzildən su sızıldığı və nəticədə 37 saylı mənzilin tikililərinə ziyan vurulduğu, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 37 saylı mənzilə su sızması 38 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən olması, 37 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18957,0 manat məbləğində müəyyən edilmişdir. 27.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1480 nömrəli, xx.xx.2024-cü il tarixli rəyində o da qeyd edilmişdir ki, cavabdehə məxsus 28 saylı mənzilə baxış zamanı həmin mənzilin faktiki olaraq su və kanalizasiya boru xəttlərinin gözlə görünən hissələrinə hər hansı nasazlıq su sızma halları müəyyən edilməmişdir. Lakin mətbəxdə yerləşən mətbəx avadanlıqlarının (moyla yerləşən, su və kanalizasiya borularının) qarşı hissəsində döşəmədə olan parketin şişdiyi) müşahidə edilmişdir (i.v.49). 28.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasınən rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.
29. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin su krantının açıq qalması səbəbindən olması "xxxx" MMC-nin nümayəndəsi və “Vaqif MTKnın komendantı X8, Bakı ş. Nəsimi r-nu, Vaqif pr-ti ev 9A, mənzil 37- nin mülkiyyətçisi İddiaçı, şahidlər Musayev Vadim və Babayev Akif tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla da öz təsdiqini tapmışdır 30.Göründüyü kimi, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 38 saylı mənzildən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə suyun axıdılması ilə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi iş maerialları-ekspert rəyləri və aktlarla öz təsdiqini tapır. 31.Bunlardan əlavə, məhkəmə iclasında iştirak edən AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X2 da izahatından bir daha müəyyən olunur ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə su cavabdehə məxsus 38 saylı mənzildən axıdılmışdır, üst mərtəbədə bütün mənzillər Cavabdeh1 məxsusdur, cavabdehin mənzili binanı ən üst mərtəbəsindədir və suyun binanın şaxtasından tökülmə ehtimal yoxdur. 32.Kollegiya hesab edir ki, apellyatorun ekspert rəyi ilə razılaşmadığı hallar heç bir mötəbər sübutla təsdiq olunmadığından əsassız olmaqla məhkəmənin iş üzrə gəldiyi nəticəni şübhə altına ala bilməz.
33. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
34. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. 35.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov