Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2363/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) qarşı “qərarın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsi baxılmamış saxlanılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayədəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nümayəndəsi X8 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayədəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı AFFA-nın İntizam Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və ona vurulmuş maddi ziyan olaraq 48057 manat, işgüzar nüfuzunun ləkələnməsi nəticəsində 20000 manat dəymiş ziyanın və ödənilmiş 295 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdehin nümayəndələri yazılı vəsatətlə məhkəməyə müraciət edərək, mülki iş üzrə icraata xitam verilməsi və ya iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi Naib Əsədov məhkəmə iclasında vəsatətə uyğun izahat verərək bildirdi ki, cavabdehin nizamnaməsinin 68.1 və 68.5-ci maddələrində tərəflər arasında yaranmış hüquqi mübahisələrin X1 həll edildiyi öz əksini tapmışdır. İddiaçı cavabdehlə müqavilə bağlayan zaman həm müqavilənin şərtlərinə, həm də cavabdehin sənədlərində qeyd edilən şərtlərə əməl edəcəyini öz öhdəsinə götürmüşdür. Həmin sənədlərdən biri də cavabdehin nizamnaməsidir. Həmin nizamnamədə AFFA ilə oyunçu arasında yaranmış mübahisənin arbitraj tribunalında həll edildiyi qeyd edilmişdir.
3. İddiaçının nümayədəsi və vəkili məhkəmə iclası zamanı vəsatətə etiraz edərək bildirdi ki, AFFA-nın nizamnaməsində qeyd edilən müddəalar Azərbaycan Respublikası qanunvericiliyinə ziddir. AFFA-nın nizamnaməsində qeyd edilmişdir ki, AFFA-nın nizamnaməsi ilə daxili qanunvericilik arasında ziddiyyət yarandığı təqdirdə isə daxili qanunvericilik əsas götürülməlidir. İddiaçının İdman Arbitraj məhkəməsinə müraciət etməsi üçün onun ölkədaxili hüquq müdafiə mexanizmləri tükənmiş olmalıdır. Cavabdeh tərəfin məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına dair müddəa müəyyən edə bilməz. Bu iddiaçının AR Konstitusiyasında öz əksini tapmış konstitutsion hüququnun pozulması ilə nəticələnir. Qeyd edilənlərə əsasən, iş üzrə icraatın davam etdirilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mübahisənin adi məhkəmədən kənar həll edilməsi qaydasına əməl edilmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılması, iddiaçı tərəfindən ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmışdır.
5. Məhkəmə MPM-in 259.0.5-ci maddəsinə və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (6-cı redaksiyada) Nizamnaməsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında yaranmış mübahisənin həlli üçün xüsusi qayda müəyyən edilmiş və bu qayda ondan ibarətdir ki, iddiaçı ilə “X17 Klubu” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 15-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə əvvəlcə danışıqlar yolu ilə həll edilməlidir. Əgər mübahisə danışıqlar yolu ilə həll edilməzsə o, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində həll edilir. AFFA-nın müvafiq komitəsinin (İntizam Komitəsi və ya Oyunçuların Statusu və Transferi Komitəsi) qərarından AFFA-nın daxili prosedurları və hüquq müdafiə vasitələrindən tam istifadə olunduqdan və tərəflər qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın X3 apellyasiya şikayəti verə bilərlər. AFFA-nın X2 qərarından isə narazı qaldıqları təqdirdə İsveçrə İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilə bilər. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 12.2-ci bəndində qeyd edilmişdir ki, işəgötürən və işçi FİFA, UEFA, AFFA PFL Nizamnaməsi, əsasnamələr və qərarlarına riayət etməyi öz imzaları ilə təsdiq edirlər. İddiaçı cavabdehlə əmək müqaviləsi bağlayarkən AFFA-nın nizamnaməsi ilə tanış olaraq onun şərtlərini qəbul etmişdir. Tərəflər arasında mübahisənin İdman Arbitraj məhkəməsində baxılmasına dair müddəa cavabdehin nizamnaməsində öz əksini tapmış, iddiaçı da müqavilə bağlayaraq həmin Nizamnamənin şərtləri ilə razılaşaraq onun şərtlərinə əməl etməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı xx.xx.2017-ci il tarixli müqaviləni imzalamaqla, həm də daxili qəbul etməsinə baxmayaraq cavabdehlə aralarında yaranmış mübahisənin adi məhkəmədən kənar həll edilməsi qaydasına əməl etmədən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. İddiaçı nümayədəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında AR MPM-nin 259.0.5ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması üçün iki şərtin yerinə yetirilməli olduğunu bildirmişdir. Birinci şərt qanuna müvafiq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişinin bağlanması və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etirazın daxil olmasıdır. Məhkəmə cavabdehin baxılmamış saxlanılması ilə bağlı vəsatətini mübahisəsiz hal kimi göstərmişdir. Birinci şərtlə bağlı isə məhkəmə tərəflər arasında qanuna müvafiq olaraq arbitraj sazişinin olmasını şərtininin ödənilib-ödənilmədiyini aydınlaşdırmaq üçün cavabdehin nizamnaməsinə və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə diqqət yetirməli olduğunu bildirmişdir. X9suz olaraq qərardadında tərəflər arasında müqavilənin olduğunu bildirmişdir. Lakin iş materiallarında tərəflər, yəni cavabdeh AFFA və İddiaçı arasında bağlanmış hər hansı bir müqaviləyə rast gəlinməmişdir. Məhkəmə işin faktiki hallarını qanunsuz olaraq təhrif etmişdir və bununla da vətəndaşın hüquqlarını pozaraq məhkəməyə müraciət hüququnu məhdudlaşdırmışdır. Digər tərəfdən də bu işin baxılmamış saxlanılması faktiki olaraq işin xitamına gətirib çıxarır. AFFA-nın daxili prosedurlarına əsasən İntizam Komitəsinin qərarından X3 15 gün müddətində şikayət verilə bilər. X2 qərarlarından şikayətlərə isə 21 gün müddətində Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsində (CAS) baxılır. Nəzərə alsaq ki, hadisənin üzərindən 7 il ötür, iddiaçı işin baxılmamış saxlanılması halında AFFA-nın İntizam Komitəsinin qərarından X3 və İdman Arbitraj Məhkəməsinə şikayət edə bilməyəcək. Belə olduğu halda iddiaçının mövcud mübahisə üzrə yeganə müdafiə vasitəsi yerli məhkəmələr olmalıdır. Məhkəmə müdafiəsi hüququ yalnız açıq-aşkar qanuni əsaslar olduqda məhdudlaşdırıla bilər. Lakin Xətai Rayon Məhkəməsi, AFFA-nın daxili qaydalarına əsaslanaraq iddiaçının məhkəməyə müraciət hüququnu məhdudlaşdırmış və iddianın baxılmamış saxlanılması barədə qərar qəbul etmişdir. Bu, iddiaçının AR Konstitusiya və AR MPM ilə qorunan hüquqlarının pozulmasıdır. Xətai Rayon Məhkəməsi öz qərardadında AFFA-nın Nizamnaməsinin 68.1 və 68.5-ci maddələrinə istinad edərək bildirib ki, oyunçular və digər şəxslər AFFA ilə bağlı mübahisələri məhkəməyə deyil, X3 təqdim etməlidirlər. Lakin AFFA-nın Nizamnaməsinin 71-ci maddəsinə əsasən, əgər onun qaydaları Azərbaycan qanunvericiliyi ilə ziddiyyət təşkil edərsə, milli qanunvericilik əsas götürülməlidir. Bu səbəbdən AFFA-nın daxili qaydaları milli qanunvericiliyə zidd olduğu halda, məhkəmənin onları əsas götürməsi qanunsuzdur. AFFA qeyri-hökumət təşkilatı olduğu üçün onun daxili qaydaları məcburi dövlət norması kimi tətbiq edilə bilməz. AR Konstitusiyası və AR MPM mübahisələrin məhkəmə qaydasında həllini tələb edir. AFFA-nın Nizamnaməsinin 68.1-ci maddəsində mübahisələrin X1 həll ediləcəyi qeyd olunur. Bu müddəa avtomatik olaraq fərdi arbitraj sazişi hesab edilə bilməz, çünki arbitraj məcburiliyi üçün konkret müqavilə olmalıdır. Lakin Cavabdeh AFFA ilə İddiaçı arasında imzalanmış ayrıca arbitraj sazişi yoxdur. AR MPM-in 259.0.5-ci maddəsinə əsasən, arbitraj sazişi məcburi qüvvəyə malik olması üçün tərəflər arasında ayrıca bağlanmalıdır. AFFA Nizamnaməsində göstərilən arbitraj prosesi iddiaçı ilə AFFA arasında xüsusi razılaşma ilə deyil, birtərəfli qaydada tətbiq olunmuş qaydalardır. Bu səbəbdən, məhkəmənin arbitraj sazişi mövcud olmadan iddianı baxılmamış saxlaması prosessual hüquq pozuntusudur. FİFA-nın nizamnaməsinin 59-cu maddəsinə əsasən, milli federasiyalara üzv olan klublar, oyunçular və digər şəxslər İdman Arbitraj Məhkəməsinə (CAS) yalnız milli hüquq sistemində hüquqi yollar tükəndikdən sonra müraciət edə bilərlər. Lakin Xətai Rayon Məhkəməsi milli hüquqi prosedurların tam tətbiqinə imkan vermədən iddianı baxılmamış saxlamışdır. Yuxarıda qeyd etdiklərindən də görünür ki, İdman Arbitraj Məhkəməsinə müraciət edilməsi proseduru AFFA-nın Nizamnaməsi əsasında tərəflərə bu məcburiyyəti qoymuşdur. Bu tamamilə qanunsuzdur və eyni zamanda idmançıların konstitutsion hüququ olan məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasıdır. İddiaçının hüquqlarının yeganə hüquq-müdafiə mexanizmi Azərbaycan Respublikası Qanunvericiliyinə görə müddət hələ ötürülmədiyi üçün yerli məhkəmələrdir. Lakin Məhkəmə də iddianı baxılmamış saxlayaraq işə arbitrajda baxılmalı olduğunu vurğulamışdır. AFFA öz Nizamnaməsində işə ancaq AFFA-nın müəyyən etdiyi prosedurda baxılmasını öhdəlik kimi tərəflərin üzərinə qoyaraq iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. AFFA ölkəmizdə futbolun inkişafında məsul olan hüquqi şəxsdir. AFFA-nın Nizamnaməsində heç bir halda iddiaçının hüquqlarını məhdudlaşdıracaq bəndin olması əsassızdır. Digər tərəfdən də AFFA-nın Nizamnaməsinin 71-ci maddəsinə əsasən, bu Nizamnamə Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir. Gələcəkdə bu Nizamnamə qanunvericiliyin tələblərinə ziddiyyət təşkil edəcəksə bu zaman qanunvericiliyin müddəaları əsas götürüləcək. Ona görə də bu məsələyə məhkəmədə baxılmalıdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 9.Şikayətə məhkəmə kollegiyasının 02 aprel 2025-ci il tarixli qərardadına əsasən məhkəmə iclasında baxılması qərara alınmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayədəsi və vəkili Vəkil şikayəti müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nümayəndəsi X11 şikayəti qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: Maddə 259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddələr 398.0 və 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin biricni instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüquq vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 13.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) qarşı “qərarın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə iddia tələbinə baxılmasının mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. 14.Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi onun ömürlük futboldan uzaqlaşdırılması barədə cavabdeh olan AFFA-nın İntizam Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və həmin qərar nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. 15.Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (6-cı redaksiyada) Nizamnaməsin 67.1-ci maddəsinə əsasən AFFA, onun üzvləri, oyunçuları, vəzifəli şəxsləri, habelə vasitəçilər Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmadıqda, hər hansı mübahisəli məsələni adi məhkəmələrə çıxarmır. İstənilən mübahisə FİFA, UEFA və ya AFFA-nın yurisdiksiyasına təqdim olunur.
16. Nizamnamənin 68.1-ci maddəsinə əsasən X5 bərabərlik və tərəflərə eyni münasibət prinsiplərinə əsasən yaradılan müstəqil və tərəfsiz tribunaldır. Tribunal iki palatadan ibarətdir: İntizam Palatası və X6 Nizamnəmənin 68.4-cü maddəsinə əsasən X2 səlahiyyət dairəsi və iş qaydası X2 Əsasnaməsinə uyğun olaraq tənzimlənir.
17. Nizamnamənin 68.6-cı maddəsinə əsasən Arbitraj Tribunalına apellyasiya şikayəti yalnız AFFA-nın daxili prosedurları və hüquqi-müdafiə vasitələrindən tam istifadə olunduqdan sonra verilə bilər.
18. Nizamnamənin 68.7-ci maddəsinə əsasən X2 qərarlarından şikayətlərə Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsində (CAS) baxılır.
19. Həmçinin, Nizamnamənin 1-ci maddəsinin “ç” bəndində qeyd edilmişdir ki, AFFA, FİFA və UEFA-nın nizamnamələrinin müvafiq müddəalarında müəyyən olunduğu kimi, Lozanna (İsveçrə) İdman Arbitraj Məhkəməsinin (CAS) yurisdiksiyasını tanıyır. 20.İddiaçı ilə “X17 Klubu” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 15ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə əvvəlcə danışıqlar yolu ilə həll edilməlidir. Əgər mübahisə danışıqlar yolu ilə həll edilməzsə o, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində həll edilir.
21. Tərəflər arasında bağlanmış müqavilənin 12.2-ci bəndində qeyd edilmişdir ki, işəgötürən və işçi FİFA, UEFA, AFFA PFL Nizamnaməsi, əsasnamələr və qərarlarına riayət etməyi öz imzaları ilə təsdiq edirlər. İddiaçı cavabdehlə əmək müqaviləsi bağlayarkən AFFA-nın nizamnaməsi ilə tanış olaraq onun şərtlərini qəbul etmişdir. 22.Şərh olunanlardan göründüyü kimi AFFA, onun üzvləri, oyunçuları, vəzifəli şəxsləri, habelə vasitəçilər arasında yaranmış mübahisələrin ümumiyyətlə adi məhkəmələr çıxarılması istisna olunmaqla bu cür mübahisələrin FİFA, UEFA və ya AFFA-nın yurisdiksiyasına təqdim olunması nəzərdə tutulmuşdur. 23.Belə ki, qaydalara görə tərəflər arasında yaranmış mübahisə əvvəlcə danışıqlar yolu ilə həll edilməli, əgər mübahisə danışıqlar yolu ilə həll edilməzsə o, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində həll edilir. AFFA-nın müvafiq komitəsinin (İntizam Komitəsi və ya Oyunçuların Statusu və Transferi Komitəsi) qərarından AFFA-nın daxili prosedurları və hüquq müdafiə vasitələrindən tam istifadə olunduqdan və tərəflər qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın X3 apellyasiya şikayəti verə bilərlər. AFFA-nın X2 qərarından isə narazı qaldıqları təqdirdə İsveçrə İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilə bilər.
24. Mülki Prosessual Məcəllənin 259.0 və 259.0.5-ci maddələrinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın, məhkəmə ərizəni baxılmamış saxlayır.
25. Kollegiya izah edir ki, həmin maddəyə əsasən iddianın baxılmamış saxlanılmasına o vaxt yol verilir ki, qeyd olunan maddədəki şərtlərdən (tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi olsun və mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olsun) əlavə mübahisənin arbitraj qaydasında baxılması imkanı mümkün olsun.
26. Hazırkı işdə isə tərələr arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (6-cı redaksiyada) Nizamnaməsinə əsasən onlar arasında yaranmış mübahisələrin ümumiyyətlə adi məhkəmələrdə baxılması istisna olunaraq AFFA-nın İntizam Komitəsinin qərarından əvvəlcə AFFA-nın daxili prosedurları və hüquq müdafiə vasitələrindən istifadə imkanı nəzərdə tutulmuş, şikayətiçinin tələbi təmin olunmadıqda bundan sonra AFFA-nın X3 apellyasiya şikayəti verilməsi imkanı, AFFA-nın X2 qərarından isə narazı qaldıqları təqdirdə İsveçrə İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsi proseduru müəyyən edilmişdir. 27.Göründüyü kimi tərəflər arasında mübahisənin yerli məhkəmələrdə baxılmasını istisna edən razılaşma olmuş, tərəflər mübahisələrin yerli məhkəmələrdə deyil, AFFA-nın daxili yurisdiksiya orqanlarında, daha sonra isə İdman üzrə Arbitraj Məhkəməsində (CAS) həll olunması barədə razılığa gəlmişlər. Belə bir razılaşmanın mövcudluğu şəraitində, məhkəmə bu məsələyə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsi kontekstində hüquqi qiymət verməli və iş üzrə icraata xitam verilməsinin mümkünlüyünü araşdırmalı olduğu halda, birinci instansiya məhkəməsi həmin hüquqi mövqeni nəzərə almamışdır. 28.Belə ki, qeyd olunan normaya əsasən hakim, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir.
29. Belə olan halda, mübahisənin mülki məhkəmələrdə baxılmasının prosessual baxımdan yolverilməz hesab olunması və məhkəmə tərəfindən bu əsasla iş üzrə icraata xitam verilməsi məsələsi müzakirə edilməli idi. 30.Digər tərəfdən iddia ərizəsindən göründüyü kimi iddia yalnız AFFA İntizam Komitəsinin qərarının ləğvi, maddi zərər ilə məhdudlaşmır, eyni zamanda, həmin qərar nəticəsində iddiaçıya dəydiyi iddia olunan mənəvi zərərin əvəzinin ödənilməsini də əhatə edir. Belə olan halda, bu tələbin müstəqil hüquqi xarakter daşıdığı və onun ayrıca prosessual qiymətləndirməyə ehtiyacı olduğu nəzərə alınmamışdır. 31.Məhkəmə iddia tələbində yalnız AFFA qərarının ləğvini nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanması qənaətinə gəlmiş, mənəvi zərərin ödənilməsi ilə bağlı tələbinin mövcudluğunu və bu tələbin ümumi yurisdiksiya məhkəməsində baxıla və ya baxıla bilməyəcəyi məsələsini hüquqi cəhətdən əsaslandırmamışdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin məhkəmə qərarlarının (qətnamə və qərardad) əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilmədiyini müəyyənləşdirə bilsin.
33. Beləliklə qeyd olunalara əsasən kollegiya hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) qarşı “qərarın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbinə baxılmasının mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə göndərilməlidir.
34. İşə yenidən baxan birinci instansiya məhkəməsi qeyd olunan nöqsanları aradan qalrımalı, şərh edilən məslələrə aydınlıq gətirməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.2, 399 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) qarşı “qərarın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə iddia tələbinə baxılmasının mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Sabit Bəhramzadə