Məhkəmə qərarları › İş №2(103)-2366/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2366/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2366/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2475/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməmiş 50130,86 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 6115,96 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış 64156,45 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 10356,48 ABŞ dolları faiz borcu, ümumilikdə 130759,75 ABŞ dolları məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, yaranmış borc məbləğinin Cavabdeh məxsus olan "Mercedes Benz GL 500” minik markalı (tip-universal, Ban- WBCDF7DE7DA113453, rəngi qara, buraxılış ili 2013, **-RR-*** dövlət qeydiyyat nişanlı) nəqliyyat vasitəsinin açıq hərrac vasitəsilə satılaraq ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissədə ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zamanı: xx xxxxx 2013-cü il tarixli, 43/2013 saylı təminatlı kredit müqaviləsi (səh.8); xx xxxxx 2013-cü il tarixli, 43/2013 saylı ipoteka müqaviləsi (səh.16); AB No 993659 saylı X2 Şəhadətnaməsinin surəti (səh.37); xx.xx.2020-ci il tarixli, **********944 saylı maliyyə arayışı (səh.189) sübut qismində təqdim edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2475/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 50130,86 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün 6115,96 ABŞ dolları faiz borcu, 10356,48 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra illik beş faizlə hesablanmış faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 71603,3 ABŞ dolları məbləğində borc pul vəsaiti (Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "İddiaçı” ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş "Mercedes Benz GL 500” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı (tip-universal, Ban-WBCDF7DE7DA113453, rəngi qara, buraxılış ili 2013) avtomobilə yönəldilsin və yuxarıda qeyd olunan tutulmalı məbləğ həmin avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 295, 298, 439, 448, 462, 467, 739; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh aldığı kredit üzrə əsas borcu və faizləri vaxtında banka ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın qeyd olunan müqavilə üzrə əsas borc, müqavilə müddəti üçün faiz borcu, habelə müqavilə müddətindən sonrakı dövr üçün illik beş faizlə hesablanmış faiz borcu ilə bağlı tələbləri tam əsaslıdır. Bununla yanaşı, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Məhkəmə eyni zamanda iddia tələbinin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi təmin edilməli, cavabdehdən tutulmalı olan məbləğ avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilməli, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulmalıdır. İddiaçı ləğv prosesində olan "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edərək, iddia tələbinin cərimə borcu hissəsində tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 390-cı maddələrinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun xx.xx.2013-cü il tarixli, 43/2013 nömrəli kredit müqaviləsi üzrə 5000 ABŞ dolları müəyyən edilməsi 50130,38 ABŞ dolları əsas borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Bundan əlavə, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 465.2-ci maddəsini nəzərə almamışdır. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq kredit təşkilatı kredit üzrə hesablanan faizləri (gəliri) alıb-almamasından asılı olmayaraq bu faizlərə görə gəlir vergisi və ƏDV, əmanətçilərə isə faiz ödəyir. Borclu, faizləri və digər borc öhdəliklərini ona verilmiş cədvəl üzrə vaxtında ödəmədikdə, kreditor ziyana düçar olur. Bu ziyanın qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqavilələrində dəbbə pulunun ödənilməsi sanksiyası nəzərdə tutulmuşdur. Cavabdehdən tutulmalı cərimənin həcmini formal məbləğədək azaldarkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Cavabdeh apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-2475/2020 nömrəli qətnaməsini qismən ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MM-in 369, 372, 373, 375, 377, 381; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63, 102, 384, 385, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə bildirişləri və ya digər sənədlər təqdim etməmiş, məhkəmə iclasından xəbəri olsaydı, o, şəxsən iddia müddətinin tətbiqinə dair ərizəni məhkəməyə təqdim edərdi və iddianın rədd edilməsini tələb edərdi. Bankdan pul almamışdır. O, manatla avtomobil almış və onun avtomobilinin alınmasına dair avtomobili aldığı yerdən hissəvi razılaşmışdır. Bankda onun USD ilə kredit götürməsinə dair hər hansı sənəd mövcuddursa təqdim etsinlər. Onun yuxarıda anlatdıqlarını əslində məhkəmənin araşdırmalı olduğu hallar idi. Yəni məhkəmə birinci nöxbədə borcun necə və hardan əmələ gəlməsini araşdırmalı, sonra borcun bu qədərə olub olmadığını müəyyən edəndən sonra iddia müddətinin tətbiqi məsələsinə baxmalıdır. Yəni məhkəmə ümumiyyətlə borcun olmasına dair məxaric orderini Bankdan tələb etmədən, müqavilə müddəti bitdiyinə görə borc hesablana bilməzdi ona görə də mühasibatlıq ekspertizası təyin etmədən məhkəmə qətnamə qəbul edə bilməzdi. Bunları etdikdən sonra əsas məqama yəni iddia müddətinin tətbiqinə baxmalı idi. Hazırda Bakı apellyasiyu Məhkəməsində məhkəmə Bankdan məxaric orderini tələb etməli və borcun hesablanmasını dəqiqləşdirilməsi üçün muhasibatlıq ekspertizası təyin etməlidir. Onun borcu həmçinin manatla olmuşdur. İddia müddətinin tətbiqi ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı iddiasını onunla əsaslandırmışdır ki,o, xx.xx.2013-cü il tarixdə "İddiaçı” Açıq Səhmdar Cəmiyyətindən kredit götürmüşdür. İddiaçı bu iş üzrə iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, kredit müqaviləsi xx.xx.2013-cü ilin olmuş və 3 il müddətinə verilmişdir. Kreditin icra müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İddiaçı bank məhkəməyə ilk olaraq xx.xx.2017-ci il tarixdə müraciət elmişdir. Sonra xx.xx.2018-ci il tarixdə iddia ərizəsi baxılmamış qalmışdır. Sonra isə iddiaçı 1 1.06.2020-ci il tarixdə yenidən bu işin davam etdirilməsi üçıın müraciət etmişdir. Belə olan halda iddiaçı məhz xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3 il 3 ay müddət keçməklə yenidən məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı iddia müddətini ötürməklə iddia yermişdir. Ümumilikdə isə 4 il keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətlərini müdafiə edərək, qətnamənin cərimə hissəsindən şikayət verdiklərini, həmçinin iddia müddətini ötürmədiklərini, kredit müqaviləsinin müddətinin 2016-cı ilin aprel ayında bitdiyini, birinci instansiya məhkəməsinə 2017-ci il tarixdə iddia ərizəsi ilə müraciət edildiyini, sonradan iddianın baxılmamış saxlanıldığını, təzələnib yenidən baxıldığını bildirmiş və öz şikayətinin təmin edilməsini, qarşı tərəfin şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; Azərbaycan Respublikası MM-in 269.1, 269.4, 269.7, 270.1, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 439-441, 442, 443.1, 445.1, 448.1, 449, 462-467, 739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385-388 və 390-cı maddələrinə və kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qiymət verərək qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, tərəflər qətnamənin qəbul edilməsinə əsas olan tələbə dair (öhdəlik, borc, hesablanma və sair barədə) təkzibedici mötəbər sübutlar təqdim etmədiyindən, əsası və aidiyyəti olmayan dəlillər təqdim edildiyindən, apellyasiya şikayətlərinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə ekspertizanın təyin edilməsi, habelə qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd edilməlidir ki, mülki iş üzrə iddiaçı tərəfindən irəli sürülən tələb həddində tərəfin düşdüyü zərərlə bağlı irəli sürdüyü beş faizlə olan hissəsi təmin edilmiş və dəbbənin tənassübsüz yuxarı olmasına məhz özü tərəfindən iddianın vaxtında verilməməsi və sonradan iddia tələbi həcminin artırılması olmuşdur. Cavabdehin ünvanladığı apellyasiya şikayətinin dəlilləri iş üzrə iddiaçı tərəfindən təqdim edilən sübutlarla təkzib olunur və dəlillərinin təsdiq edilməsi üçün əlavə sübutlar təqdim edilmədiyindən müzakirəyə əsaslar mövcud deyildir. Apellyasiya şikayətləri əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2475/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar