Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2367/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs1 QSC və Maraqlı şəxs2 İB iş üzrə maraqlı şəxslər qismində cəlb edilməklə) “mənzilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və dövlət tərəfindən mənzilə çəkilmiş smeta layihənin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(011)-2640/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs1 QSC və Maraqlı şəxs2 İB iş üzrə maraqlı şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 8 saylı evin, 93 saylı mənzilə dövlət tərəfindən çəkilmiş smeta layihə pozulduğundan onun əvvəlki vəziyyətə qaytarılmaqla bərpa olunması, mənzilin bərpası üçün təmir işlərinin dəyəri olaraq 1500 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(011)- 2640/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 1243 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 32,43 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspertiza xərcinin 83 manat hissəsi Cavabdeh, 17 manat məbləğində pul vəsaitinin isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunması hissəsində ləğv edilməsi və nəticə etibarı ilə iddia tələbinin tam həcmdə rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2367/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində və qətnamənin əsaslandırıcı hissəsində “dövlət tərəfindən mənzilə çəkilmiş smeta layihənin əvvəlki vəziyyətinə qaytarılması” qeyd olunsa da qət etdi hissəsində göstərilməmişdir. Bununla bağlı olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsi 14 aprel 2025-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək ərizədə göstərilən məsələ ilə bağlı əlavə qətnamənin çıxarılması məsələsinə baxılması üçün e- 2(011)-2640/2024 nömrəli mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı mülki işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 229-cu maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Göründüyü kimi iş üzrə əlavə qətnamə çıxarılması məsələsi məhz qətnaməni çıxarmış hakimə aid olduğundan, hazırda da əlavə qətnamənin qəbul edilməsi ilə bağlı ərizə birinci instansiya məhkəməsinə təqdim edildiyindən iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən ərizəyə baxılması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(011)- 2640/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq İddiaçı tərəfindən verilmiş “əlavə qətnamə qəbul edilməsi” ilə bağlı ərizəyə baxılması məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2367/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2367/2025
28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver