Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2372/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3635/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7045,40 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 7075,40 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı” İstehsalat Birliyi xx xxxxx 2017-ci il tarixli 9352 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00081 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1502AZ**********05 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin və “X1 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1 pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx xxxxxx 2017-ci il tarixli ******* saylı akta əsasən 281,80 manat, xx xxxxxx 2017-ci il tarixli ******* saylı akta əsasən 64,80 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 234,40 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 517,40 manat, xx xxxx 2018- ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 219.60 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 549 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx xxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx xxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx xxxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat, xx xxxxxx 2020-ci cu il tarixli, ******* saylı akt əsasında 252 manat, xx xxxxxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx xxxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 42 manat, cəmi 4670 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə cavabdehin 2013-cü ilin noyabr ayına kimi sərfiyata görə borcun məbləği 1916,65 manat, 2019-cu ildən hazıra kimi isə 628 manat təşkil edir. Cavabdeh borcundan 90 manat ödəniş etmiş, 79.41 manat isə borca görə tutulma aparılmışdır. Belə olduğu halda cavabdehin 7045,40 manat borcu yaranmışdır. Bundan əvvəl eyni tərəflər arasında olan məhkəmə araşdırılması cavabdehin imzaladığı digər müqavilə və başqa abonent kodu ilə bağlı olmuşdur. Belə ki, cavabdehin adına müxtəlifmüqavilələrlə ayrı-ayrı abonent kodları üzrə qaz təchizatə aparılır. Odur ki, əvvəlki məhkəmə araşdırılması ilə bağlı olan qanunsuz qoşulma halları digər evlə bağlı olmuşdur. Belə olan halda iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3635/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 218,20 (iki yüz on səkkiz manat 20 qəpik) manat və təbii qazdan istifadəyə görə yaranmış 628,20 (altı yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində borcun, eləcə də 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 866,40 (səkkiz yüz altmış altı manat qırx qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan, qəbul ediləcək qərarın hüquqi əsaslılığına və tərəflərin hüquqi vəziyyətinə birbaşa təsir edən və əhəmiyyət kəsb edən halların araşdırılması zərurətini nəzərə almadan cavabdehin mövqeyini dəstəkləyən qərar qəbul edib. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3635/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” bağlanmış xx xxxxx 2017-ci il tarixli 9352 saylı müqavilənin surətindən görünür ki, Suraxanı rayon X2 – “Paylayıcı”, Cavabdeh – “İstehlakçı” olmaqla müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edilməsi üçün müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1(bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Cavabdeh aid **********00081 nömrəli abonent kodu üzrə abonentin saldosundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Aşağı qəsəbə küçəsi, 8 “a” saylı ev üzrə təbii qazın sərfiyyatına görə 2016-ci ildən başlayaraq ödənilməmiş borc məbləği 628,10 manat təşkil edir Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən 22noyabr 2017-ci il tarixli ******* saylı akta əsasən 281,80 manat, 29noyabr 2017-ci il tarixli ******* saylı akta əsasən 64,80 manat,07fevral 2018-ci il tarixli ******* saylı akt əsasında 234,40 manat, 14mart 2018-ci il tarixli ******* saylı akt əsasında 517,40 manat, xx xxxx 2018- ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, 30avqust 2018-ci il tarixli ******* saylı akt əsasında 219.60 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 549 manat, 28fevral 2019- cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 29mart 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 30aprel 2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx xxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat, 30oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, 30dekabr 2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat, 30yanvar 2020-ci cu il tarixli, ******* saylı akt əsasında 252 manat, 28fevral 2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 05mart 2020-ci il tarixli, ******* saylı akt əsasında 42 manat dəymiş zərər hesablanmışdır. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin X1ın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının 3.1.5, 4.8, 5.2, 6.7-ci bəndlərini, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4, 13-cü maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, abonent haqqında məlumatlardan göründüyü kimi, cavabdeh tərəfindən həyata keçirilmiş vaxtaşırı ödənişlər müddəti ötmüş qalıq borcuna görə deyil, aylıq təbii qazın sərfiyyatına görə həyata keçirilmişdir. Belə olan halda isə məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin iddiaçıya olan 2013-cü il tarixə hesablanmış 1916.65 manat məbləğində borcun ötən beş ildən artıq müddət ərzində İddiaçı ASC tərəfindən tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmadığından iddiaçının iddia tələbi təmin olunmamalıdır. abonent haqqında məlumatlardan göründüyü kimi, cavabdeh tərəfindən həyata keçirilmiş vaxtaşırı ödənişlər müddəti ötmüş qalıq borcuna görə deyil, aylıq təbii qazın sərfiyyatına görə həyata keçirilmişdir. Belə olan halda isə məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin iddiaçıya olan 2013-cü il tarixə hesablanmış 1916.65 manat məbləğində borcun ötən beş ildən artıq müddət ərzində İddiaçı ASC tərəfindən tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmadığından iddiaçının iddia tələbi təmin olunmamalıdır. Həmçinin iddiaçı tərəf birinci aktın tərtib olunmasından sonrakı üç il ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmamasını əsaslandıra bilmir. Bundan əlavə ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdir. Bununla yanaşı iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Apelyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, Qaydalara müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehə hesablanmış 2750.20 manat məbləğində borcun məhz abonentin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı əsaslı sübutlar təqdim edilməmişdir. Yaranmış vəziyyətdə yuxarıda qeyd olunan normanın tələblərinə görə iddiaçı ötürülən qaza və qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iddiaçı daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayət təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3635/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı İB-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3635/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı İB-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2372/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2372/2021
17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver