Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2378/2025 01.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh “Bakı şəhəri 39 saylı” vəkil bürosuna qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2020/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bakı şəhəri 39 saylı” vəkil bürosuna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, maddi ziyan olaraq 55.087 manat, mənəvi ziyan olaraq 20.000 manat, toplam 75.087 manat məbləğində pulun cavabdehdən tutulub, ona ödənilməsi, cavabdeh “Bakı şəhəri 39 saylı” vəkil bürosunun dövlət orqanının tərkibində dövlət orqanına - ƏƏSMN-ə, DSMF-yə vəkillik etməsinin, hüquqi yardım göstərməsinin Konstitusiyaya zidd olması əsası ilə xüsusi qərardadla Baş prokurorluğa, Ədliyyə Nazirliyinə, Vəkillər Kollegiyasına müraciət edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2020/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “Bakı şəhəri 39 saylı” vəkil bürosuna qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin ünvanının ünvan 1 müdiri, həm də DSMF-in məhkəmə filialının departament müdiri Yeganə Məmmədovanın ofisidir. İddia isə 39 saylı vəkil bürosuna - DSMF-in məhkəmə filialına qarşı verilib. Filialın və 39 saylı vəkil bürosunun eyni qurum olduğunu, eyni ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, 1965, "Çinar park" Biznes Mərkəzi, 6, 4-cü mərtəbə olmasını cavabdehin verdiyi order (əlavə olunur), vəkil bürosu haqqında çıxarışlar (əlavə olunur), DSMF-nin məhkəmə filialının ünvanı və tərkibi barəsində məlumatlar (əlavə olunur) təsdiq edir. Məhkəmə filialın direktoru X4, həm də 39 saylı vəkil bürosunda, departament müdirləri Nicat Məsli, Yeganə Məmmədova da 39 saylı vəkil bürosunda fəaliyyət göstərirlər. (Çıxarış-məlumat əlavə olunur). Burada açıq yazılıb ki, Abuzər Mütəllimovun ünvanı Xətai rayonu, Neapol - 9A, Yeganə Məmmədovanın ünvanı Yasamal, Tbilisi prospekti, 57c və s olmaqla fəaliyyət göstərdikləri vəkil qurumu 39 saylı vəkil bürosudur. Eyni zamanda, VK-nın məlumat bazasında 39 saylı vəkil bürosunda fəaliyyət göstərən bir neçə vəkilin - X6, X5 və b. ünvanının Bakı, Nərimanov rayonu, Ziya Bünyadov, 1965, "Çinar park" Biznes Mərkəzi, 6, 4-cü mərtəbə olması qeyd olunub. (Çıxarış əlavə olunur). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2020/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd (şikayətə əlavə edilmiş sənəddən başqa), habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2020/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Elektron” Məhkəmə İnformasiya sistemindən çıxarışa əsasən cavabdeh “Bakı şəhəri 39 saylı” vəkil bürosunun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 57c ünvanıdır. Bununla belə cavabdehin hüquqi ünvanı ərazi aidiyyəti qaydaları baxımından hazırki iddianın Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilməsini istisna edir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən İddiaçı şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2020/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2020/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2378/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2378/2025
01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver