Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2384/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7572/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı və Cavabdeh birgə nikahda olmuş, bu nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X8 doğulmuşdur.
2. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-228/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 anasının, xx.xx.2013-cü il təvəllüdlü X4 atasının himayəsində qalması,xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-228/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilməsi və cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, faktiki olaraq Cavabdeh ilə nikahı ləğv edilib. Məhkəmə qərarı ilə 2 övladdan biri onda, biri isə cavabdehdədir. Mediasiyada aliment məbləğinin artırılmasını təklif etmişdir.Yəni əmək haqqının və digər gəlirlərin 1/4 hissəsi qədər aliment tutulması barədə cavabdehlə razılaşsınlar. Lakin cavabdeh mediasiyada iştirak etməmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7572/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia tələbinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-228/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə uşağın mənafeyini, cavabdehin iş yerinin və daimi gəlirinin olmasını nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-228/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 76.1.1, 112.1-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə, 27ci maddəsinin 2-ci bəndinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7572/2022 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin ləğv edilərək, alimentin azaldılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işə birtərəfli və yarımçıq baxmış, cavabdehin əleyhinə başdansovdu, ədalətsiz qərar qəbul edilmişdir. Cavabdehin izahatı dinlənilməmiş, onun qanunla qorunan hüquqları pozulmuşdur. Qeyd etmək lazımdır ki, uşaqlardan biri cavabdehin himayəsində qalır. Övladının bütün ehtiyaclarını qarşılayır. Maddi və mənəvi olaraq bir valideyn kimi qeydinə qalır. Cavabdeh hər ay İddiaçı aliment məbləği ödəyir. Lakin ona ödənilən aliment məbləğini X2 xərcləmir. Belə olan halda üstəlik aliment məbləğinin artırılmasını tələb edir. Cavabdehin uşaqla ünsiyyət hüququ olduğu halda İddiaçı buna süni maneəçiliklər törədir, onun övladı ilə müntəzəm olaraq əlaqədə olmağına şərait yaratmır. Hazırda cavabdehin maddi vəziyyəti çətinləşib. Onun iş rejimi 1 aylıq növbə hesabındadır. 1 ay işdə, 1 ay istirahət vaxtında olur. 2020-ci il may ayından himayəsində azyaşlı övladının olmasına görə tam iş rejimində ola bilmir. Buna görə də, aldığı əmək haqqının 70 %-ni almışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq bu iş rejimində olmağını özü şəxsən xahiş etmişdir. Bir neçə ay öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Çünki məhkəmə prosesi 2 ildir ki, davam edir. Bu şəraitdə iş rejimində olmağına heç bir imkan olmayıb. Eyni zamanda rəsmi nikah qeydiyyatı ləğv edildikdən sonra alimentin ödənilməsi onun əmək haqqına dərhal yönəldilmişdir. 2020-ci ilin iyul ayından etibarən hesablanaraq, borc kimi onun əmək haqqından çıxılır. Nəticədə aldığı maaşdan ona ancaq 400-440 manat məbləğində pul qalır. Bu da onun himayəsində olan azyaşlı övladının və yaşlı anasının saxlanılmasında, dolanışıqlarında olduqca çətinlik yaşadır. Alimentin artırılmasına cavabdehin heç bir maddi gücü çatmır. Buna baxmayaraq, cavabdeh övladına 170 manat aliment ödəməkdən imtina etmir. Lakin İddiaçı yaşayış yeri və qeydiyyat yeri Ucar rayonu, Qaradağlı kəndi olmasına baxmayaraq, heç bir əsaslı səbəb olmadan övladını cavabdehdən uzaqlaşdırmaq məqsədilə ünvan 1 ünvan sahibi olan şəxs onu tanımır, pul müqabilində işi gördüyünü deyir. Əgər İddiaçı X3 çətinlik yaradırsa, cavabdeh, hər iki övladını öz gücünə iddiaçıdan heç bir kömək istəmədən böyütmək, öz himayəsində saxlamaq istəyir. 1 ildən artıq müddətdir ki, cavabdehin övladının anasının himayəsində necə, nə cür saxlanması, böyüdülməsi, təhsili barəsində heç bir məlumatı yoxdur. Halbuki, aliment cavabdeh tərəfindən hər ay, vaxtı-vaxtında ödənilir. Bu da ona əsas gətirir ki, X8 ilə normal davranılmır, cavabdehin bunlardan məlumatı olmamasına görə övladını ondan uzaq saxlayırlar. Alimentin artırılması bu əməllərin daha da artırılmasına şərait yaradır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirir ki, qətnamə ilə razı deyil. İddiaçı bildirib ki, ümumi əmək haqqı 1190 manatdır. Lakin, iddiaçı maaşdan tutmaları nəzərə almamışdır.2020-ci ilin may ayında himayəsində olan uşağına görə tam iş rejiminə çıxa bilmir. Buna görə də zavod rejimində işləyir. Almalı olduğu əmək haqqının 70%-ni alıb və şəxsi məsələlərlə bağlı ödənişsiz məzuniyyət götürmək məcburiyyətində qalıb. Bu rejimi öz istəyi ilə seçib. Gəmidən üzrlü səbəb olmadan düşməyə icazəsi olmayıb. İddiaçı ona uşaqla görüşməyə imkan verməyib, sonda pula ehtiyacı olduğu üçün nəğd pula razılaşmışdır. Aliment borcu hələ də davam edir. Maaşının 50%-dən çox hissəsi tutulur. Himayəsində yaşlı anası və bir uşağı var. İndiyə qədər 4500 manatdan çox iddiaçıya aliment ödəyib. O nəğd şəkildə aliment ödəməyə razı deyil, çünki iddiaçının onu uşağa xərcləməyəcəyini bilir, amma uşağının gələcəyi üçün istənilən xərcini çəkməyə hazırdır. Maddi vəziyyəti hazırda pisdir. İddiaçı qeydiyyat ünvanını heç bir əsas olmadan dəyişərək qətnamənin icra edilməsinə maneçilik törədir. Hazırda bu məsələ ilə bağlı müvafiq qurumlarda müraciəti əsasında araşdırılma aparılır. İddiaçı aliment pulunu uşağa xərcləmir, özü üçün xərcləyir. İddiaçıya uşaq yox, pul maraqlıdır. Pul istəyirsə iddiaçıya ödəyə bilər, amma onu uşağın gələcəyi və tərbiyəsi maraqlandırır. İddiaçı tərəfindən ona aliment ödənilmir. İddiaçı uşağı rayona gətirməlidir ki, onunla vaxt keçirsin. Lakin, iddiaçı bunu etmir, uşağla görüşmək hüququ olduğu halda süni maneəçilik törədir.
12. İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirir ki, cavabdeh hər dəfə onunla olan uşaqla görüşmüşdür.Cavabdehə aliment ödənişləri edir. Onun da uşağı ilə görüşmək hüququ var, amma cavabdeh tərəf buna şərait yaratmır. Amma o cavabdehə uşaqla görüşmək üçün şərait yaratmışdır. Valideynləri yoxdur, İ qrup əlil qardaşına baxır. O marketdə işlədiyi zaman cavabdeh hər axşam gəlirdi, dəfələrlə polisə bu barədə şikayət edib. Daha sonra xadimə kimi başqa yerdə işləməyə başlayıb. Cavabdeh hər dəfə uşağın rayona gətirilməsini tələb edirdi. Amma bu maddi cəhətdən çox çətindir. Onun uşağı ilə görüşmək hüququnu əlindən alır, icazə vermir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
14. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
15. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
16. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
17. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
18. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyasıqeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
24. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
25. Hazırki mübahisə üzrə iddiaçı, mediasiyada aliment məbləğinin artırılmasını təklif etmişdir ki, əmək haqqının və digər gəlirlərin 1/4 hissəsi qədər aliment tutulması barədə cavabdehlə razılaşsınlar. Lakin cavabdeh mediasiyada iştirak etməmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-228/2022 saylı qətnaməsi ilə iddiaçının xeyrinə Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını müəyyənləşdirilərkən həmin dövrün həyat standartlarını əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2022-ci il üçün 193 manat, 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur.
26. Qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
27. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsini ədalətli və ağlabatan hesab edir.
28. Cavabdehin himayəsində digər azyaşlı övladının olması, yaşlı anasını saxlaması və maddi vəziyyətinin aşağı olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.
29. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.
30. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh oğllunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7572/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev