Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2392/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1932/2022 saylı işi üzrə xx.xx.2023-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1932/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh apelyasiya şikayəti vermiş və ərizə ilə məhkəməyə müraciət edərək, prossesual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd etmişdir ki, məhkəmənin qeyd edilən qətnaməsini rəsmi qaydada əldə etməmişdir. Ona görə məhkəməyə qətnaməni rəsmi qaydada əldə etmək üçün ərizə ilə müraciət etdikdə ona bunu yalnız rüsum ödədikdən sonra mümkün ola biləcəyini bildirmişlər. Belə ki, məhkəmədə ona qətnamənin elektron kabinetimə yerləşdirildiyi, həmin tarixdən 1 ay müddətində apellyasiya şikayəti verə biləcəyi, həmin müddət ərzində şikayət verilmədiyi halda müddət bitdikdən sonra qətnamənin icraya yönəldildiyini bildirmişlər. O isə hüquqşünas olmadığına görə bunları bilmədiyini, qətnamənin ona rəsmi şəkildə ünvanına göndəriləcəyini gözlədiyini bildirmişdir. Eyni zamanda xəstəliyi ilə əlaqədar məhkəməyə gələrək məlumat əldə edə bilməmişdir. Sağaldıqdan sonra məhkəməyə müraciət etdikdə (xx.xx.2022-ci il tarixdə) yuxarıda qeyd olunanları ona bildirmişlər.Məhkəmədən qətnamənin elektron kabinetə yerləşdirildiyi bildirilsə də, qanunun tələbinə uyğun olaraq ona bu barədə nə sms vasitəsilə, nə də elektron poçt vasitəsilə məlumat verilmişdir. Belə olan halda onun qətnamə barədə məlumatının olması təbii ki mümkün deyildir. xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdikdən sonra qətnamənin mövcudluğundan xəbəri olmuşdur. Apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət onun təqsiri olmadan üzrsüz səbəbdən ötürülmüşdür. Ona görə qətnamənin çıxarılması tarixindən az müddət vaxt keçməsini yəni, təxminən 1 ay vaxt keçməsini nəzərə alaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin bərpa edilərək işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Özü ikinci Qarabağ Müharibəsində iştirak etmişdir, İİİ qrup Qarabağ müharibəsi əlilidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-ci il tarixli qərardadı ilə Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1932/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməyərək, müddətin bərpasından imtina edilməsi qərara alınmışdır.Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1, 133.2, 133.3, 133.5, 113.6, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh öz ərizəsində qeyd edilən qətnamənin surətini ona təqdim edilməməsini göstərsə də, iş materiallarından görünür ki, qətnamə hər iki tərəfə göndərilmiş, cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə almışdır. Belə olan halda, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1932/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli Qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti buraxılmışdır. Hazırda da həmin müddətin hər hansı üzürlü səbəbə görə buraxılmasını bildirmir. Müddətin bərpası üçün əsas kimi qətnamənin təqdim edilmədiyini göstərir. Cavabdeh şikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1932/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadını ləğv edib, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1932/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, Mülki prosessual Məcəllənin 133, 135.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin qeyd edilən qətnaməsini rəsmi qaydada əldə etməmişdir. Ona görə məhkəməyə qətnaməni rəsmi qaydada əldə etmək üçün ərizə ilə müraciət etdikdə ona bunu yalnız rüsum ödədikdən sonra mümkün ola biləcəyini bildirdilər. Belə ki, məhkəmədən ona qətnamənin elektron kabinetinə yerləşdirildiyi, həmin tarixdən 1 ay müddətində apellyasiya şikayəti verə biləcəyi, həmin müddət ərzində şikayət verilmədiyi halda müddət bitdikdən sonra qətnamənin icraya yönəldildiyini bildirdilər. O isə hüquqşünas olmadığına görə bunları bilmədiyini, qətnamənin ona rəsmi şəkildə ünvanına göndəriləcəyini gözlədiyini bildirdirmişdir. Eyni zamanda xəstəliyilə əlaqədar məhkəməyə gələrək məlumat əldə edə bilməmişdir. Sağaldıqdan sonra məhkəməyə müraciət etdikdə (xx.xx.2022-ci il tarixdə) yuxarıda qeyd olunanları ona bildirmişlər. Apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət onun təqsiri olmadan üzürlü səbəbdən ötürülmüşdür. Ona görə qətnamənin çıxarılması tarixindən az müddət vaxt keçməsini yəni, təxminən 1 ay vaxt keçməsini nəzərə alaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin bərpa edilərək işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Özü ikinci Qarabağ Müharibəsində iştirak etmişdir, İİİ qrup Qarabağ müharibəsi əlilidir. Ona qətnamənin elektron sistemə yerlşdirilməsi barədə qanunvericilikdə nəzərdə tutulan hər hansı üsulla məlumat verilməmişdir. Asan imza şirkət direktoru olmağı səbəbi ilə yaradılmışdır. Onun tərəfindən elektron məhkəmə sistemində xüsusi olaraq elektron kabinet yaradılmamışdır. Belə ki, hüquqi şəxs yaradılan zaman asan imza hüquqi şəxsin direktoru olduğu üçün onun FİN bağlı olması səbəbindən avtomatik olaraq onun adına da asan imza yaradılmışdır. Ümumiyyətlə məhkəmə sənədlərinin elektron qaydada yerləşdirilməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasları barədə mənə SMS vasitəsilə məlumat verilmişdir. Məhkəmə isə qeyd etdiklərini gözardı edərək müddətin bərpasından əsassız olaraq imtina etmişdir. Mülki Prosessual Məcəllədə müddətin buraxılmasının üzrlü hesab edilməsinin səbəblərinin qanunvericilkdə konkret olaraq nəzərdə tutulmaması bu üzrlü səbəblərin insanın iradəsi xaricində baş verməsi, yəni ondan asılı olmayan hallarla əlaqədar olması və insanın iradəsi xaricində baş verən bu halları dəqiqliklə qabaqcadan nəzərdə tutmağın mümkün olmaması ilə bağlıdır. Məhkəmə qətnamənin ondan asılı olmayan hallarla əlaqədar olaraq faktiki olaraq əldə etməməyini üzrlü səbəb kimi qiymətləndirməməklə qanunvericiliyin yuxarıda qeyd olunan normasını pozmuşdur. Məhkəmə yalnız şəxsin xəstəliyini, ailənin xəstə üzvünə qulluq edilməni, xidməti ezamiyyətdə olmanı, ailə üzvlərindən hər hansı birinin ölməsini üzrlü səbəb kimi qeyd etmişdir. Onun konkret olaraq bildirdiyi halı üzrlü səbəb kimi qiymətləndirməmişdir. Halbuki bu onunla bağlı olan bir hal deyil, sırf məhkəmənin özü ilə bağlı olan bir səbəbdir. Çünki qətnamənin rəsmi qaydada təqdim edilməsini təmin etmək vəzifəsi məhkəmənin üzərinə düşür. Qətnamə ona rəsmi qaydada təqdim edilmədiyi halda müddətin axımın başlanması isə mümkün deyil. Məhkəməyə rəsmi qaydada müraciət edərək qətnamənin təqdim edilməsini xahiş etsə də, məhkəmə bunun yalnız rüsum ödənildikdən sonra mümkün olacağını və bu halın da qətnamənin təkrar verilməsi kimi qiymətləndiriləcəyini və müddətin faktiki olaraq ötürüldüyünü bildirmişdir. Bu səbəbdən o müddətin bərpası ilə bağlı ərizə ilə müraciət etmək məcburiyyətində qaldı. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1932/2022 saylı işi üzrə xx.xx.2023-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Məcəllənin 129.3, 129.4, 130-cı maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəlləsinin 135.6, 135.7-ci maddələrinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilənlərdən əlavə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarının tələblərinə əsasən diqqətə çatdırılmalıdır ki, 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360-366, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, ərizəçi prosessual müddətin bərpası barədə ərizə versədə müddətin ötürtülməsinin üzrlü səbəbi kimi elektron imza ilə problemlərinin (elektron məhkəmə qaydalarından bixəbər) olması və qətnamənin kağız daşıyıcıda rəsmi ünvanına göndərilməsinin gözləməsi ilə izah etməyə çalışmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixində qətnamə qəbul edilən zaman ərizəçi məhkəmə prosessində şəxsən iştirak etmiş, xx.xx.2022-ci il tarixində elektron məhkəmə sistemi vasitəsi ilə almış (iş səh.85), xx.xx.2022-ci il tarixində qətnamə qanuni qüvvəsin alaraq icraya yönəlmiş (iş səh.88), şikayət (ərizə) isə xx.xx.2023-cü il tarixində elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir (iş səh. 93- 98). Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd edilməlidir ki, şikayətçinin buraxılmış müddətin bərpası ilə bağlı əsas gətirdiyi dəlilləri üzrlülük meyyarlarına aid olmayaraq, sübuta yetirilməmişdir. Müddətin ötməsinin üzrlülük meyarlarına dair fərqli münasibətin sərgilənməsi müraciət edən şəxsin məhkəmə müdafiə hüquqlarının əsassız məhdudlaşması kimi dəyərləndirilməli deyil. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1932/2022 saylı işi üzrə xx.xx.2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2392/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2392/2023
13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver