Məhkəmə qərarları › İş №2(103)-2393/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2393/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2393/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X18 və X3 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə, X19 və Kərimov Neman Söhrab oğlunun, Cavabdehin nümayəndəsi və vəkili X9 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1455/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “xxxxxx” Arqo Şirkəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı «avtomobil satışından borclu qalmış pul vəsaitinin tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxx" Arqo Şirkətindən aldığı maşına görə ödənilməmiş qalan 15.582 manat pulun ondan tutularaq, müəssisəyə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1455/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 15500 manat məbləğində pulun cavabdeh X10 tutularaq, iddiaçı “xxxxxx Aqro” Şirkətinə ödənilməsi qət olunmuş, iddia tələbləri qalan hissədə təmin olunmamışdır. İddiaçı məhkəmə qətnaməsini mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, avtomaşın onun adına Baş Dövlət X23 qeydə alınana qədər şəxsi mülkiyyətində olan 2 otaqlı mənzilini notariat qaydada xx.xx.2014-cü il tarixdə satdığı pulun hesabına avtomaşının dəyərini tam ödəmiş, Nümayəndə ona həmin maşını satmasına dair xx.xx.2014-cü il tarixli arayış-hesab vermişdir. Onlar arasında əvvəllər pulun qaytarılması və aralarında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair mübahisə olmuş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi onun kredit müqaviləsinin etibarsız hesab olunması barədə iddiası təmin olunmuş, Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarlar qüvvədə olduğundan eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın rədd edilməsini, yaxud işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)- 9080/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd edilmişdir ki, hakim G.Əsədova və onun çıxardığı qətnaməni qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsi heç bir əsası olmayan nəticəyə gəlmişlər. MPM-in 384.0.4 maddəsinə əsasən 261.0.2-ci maddəsində nəzərdə tutulan əsasa görə (eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa) xx xxxx 2018-ci il tarixli qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilməli, yaxud AR MPM-nin 261.0.2 maddəsində nəzərdə tutulan əsasla işin icraatına xitam verilməlidir. Ali Məhkəmənin 2(102)-7212/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınınxx xxxx 2019-cu il tarixli 2(103)- 9080/2019 saylı qətnaməsi qismən ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili F.Süleymanov apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri Nümayəndə, A.Vasilyeva və N.Kərimov ayrı-ayrılıqda apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Sübutların tədqiqi: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, “xxxxxx” Arqo Şirkəti xx.xx.1994-cü il də 2 saylı X8 ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, “xxxxxx” Arqo Şirkətinin qanuni təmsilçisi Nümayəndədur. Mülki işdə olan 569078 nömrəli, xx.xx.2014-cü il tarixli arayış hesabdan görünür ki, "xxxxxx" Arqo Şirkəti tərəfindən Cavabdeh 2013-cü il buraxılışı, “Brilliance H 530” minik markalı, LSYYBBDBXDC051305 ban nömrəli, 4A92S*GH9684 mühərrik nömrəli avtomobil satılmış və həmin nəqliyyat vasitəsi verilmişdir. Mülki işdə olan 23.11 2014-cü tarixli kredit müqaviləsinin surətindən görünür ki, X2 Oqtay Nizami oğluna 15.582 manat məbləğində pulu hər ay 5.194 olmaqla üç ay müddətinə qaytarmaq şərti ilə borc vermişdir, Cavabdeh X5 15.582 manat məbləğində pulu hər ay 5.194 manat olmaqla üç ay müddətinə qaytarmaq şərti ilə borc almışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(005)- 589/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, X4 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15.582 manat məbləğində borcun Cavabdeh X5 verilməsi müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)- 12/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh X5 qarşı avtomobilə dair kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək, X11 ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 28 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2(103)-916/2017 nömrəli qətnaməsi ilə X4 apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)- 6612/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni zamanda mədov Oqtay Nizami oğlunun apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(005)-589/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yem qətnamə çıxarılmaqla, X4 Cavabdeh qarşı “borca görə 15.582 manat, mənəvi zərərə görə 25.000 manat pul tələbi”nə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017ci ıl tarixli 2(102)-6356/2017 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh nümayəndəsi X14, vəkili X12 və X4 nümayəndəsi Nümayəndə və vəkili X1 şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2(103)-916/2017 nömrəli tnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, Ali Məhkəmənin 2(102)-7212/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınınxx xxxx 2019-cu il tarixli 2(103)- 9080/2019 saylı qətnaməsi qismən ləğv edilmiş (?!) və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan öncəki apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, ....apellyasiya instansiyası məhkəməsi 15 500 manat məbləğində pulun cavabdeh X10 tutularaq, iddiaçı “xxxxxx Aqro” Şirkətinə ödənilməsi qənaətinə gələrkən cavabdehin X11 ilə 19500 manat avtomaşının dəyəri barədə razılığa gələrək 4000 manat qismən ödəniş etməklə onu öz adına rəsmiləşdirməsinə istinad etsə də, iş materiallarında olan xx.xx.2014-cü il tarixli 569078 saylı hesab arayışda 2013-cü istehsalı olan “Brilliance” H 530 markalı avtomobilin dəyərinin 17173 manat göstərilməsinə diqqət yetirməmişdir. Qeyd edilən hal apellyasiya şikayətinin dəlillərindən biri olsa da, apellyasiya instansiyası məhkəməsi bu dəlilə müfəssəl hüquqi qiymət verməmiş və kollegiyanın qənaətinə görə 4000 manat ödəniş nəzərə alınmaqla, cavabdehdən tutulmalı olan məbləğin artıq 15 500 manat məbləğ təşkil etməsi işin faktiki və araşdırılmış hallarına uyğun olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən biri olan iş üzrə X4 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş məhkəmə qərarlarının hazırkı iş üzrə preyudisiyal əhəmiyyətə malik olub-olmamasına da qiymət verməmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxxxxx 2017-ci il tarixli qərarında məhkəmə xüsusi olaraq vurğulamışdır ki, sözügedən nəqliyyat vasitəsi O.Dünyamalıyevə deyil, “xxxxxx” Şirkətinə məxsus olmuşdur, həmin Şirkətin Cavabdeh qarşı hər hansı bir tələbi yoxdur və alqı-satqı zamanı avtomobilin dəyərinin sonuncu tərəfindən tam məbləğdə ödənilib-ödənilməməsi məsələsi isə hazırkı işə baxılmasının predmeti olmamışdır. Buna görə də, sözügedən avtomobilin alqısatqısı zamanı ödənilməməsi ehtimal edilən hər hansı pul vəsaitinin Cavabdeh geri tələb etmək üçün O.Dünyamalıyevin subyektiv hüququ yoxdur. Göründüyü kimi, istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə alqısatqı zamanı avtomobilin dəyərinin tam məbləğdə ödənilib-ödənilməməsi ilə bağlı hazırda baxılan mübahisə üzrə preyudisiya təşkil edə biləcək hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin məhkəmə aktlarına istinad edilərək, avtomobilin dəyərinin tam ödənilməməsinin təsdiq olunması qənaətinə gəlinməsi əsassızdır. İşə yenidən baxan Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həll olunması üçün ilkin olaraq iddia tələbinin qanuni əsası tapılmalıdır. İddiaçı bildirir ki, cavabdehlə hissə-hissə ödənilməklə avtomobilin nisyə alqı satqısına dair müqavilə bağlamış, avtomobil cavabdehə təhvil verilmiş, cavabdeh aldığı avtomobilə görə müəyyən ödəniş etmiş, lakin müqavilə öhdəliyini tam icra etməmiş, o, cavabdehdən həmin müqaviləyə əsasən ödənilməmiş qalan 15.582 manat borcun qaytarılmasını, eləcə də 18.379 manat vurulmuş zərərin tutulmasını tələb edir. Belə olan halda hazırkı iddia tələbibin qanuni əsasını MM-nin birlikdə götürülmüş 567 və 600-601-ci maddələri təşkil edir. MM-nin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Məcəllənin 600-cü maddəsi əşyanın nisyə satılması ilə bağlı, 601-ci maddəsi isə nisyə satılmış əşyanın hissə-hissə ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 601). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 600.3). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər ( maddə 600.4). Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (maddə 600.5). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər (maddə 601.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilədə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf idiaya etiraz edərək bildirdi ki, avtomobilin alınması üçün razılaşdırılmış məbləğ alıcı tərəfindən tam olaraq iddiaçıya ödənilmişdir. İddiaçı tərəflər arasında avtomobilin nisyə alqı-satqısına dair müqavilənin olmasına, cavabdeh tərəfindən 4000 (dörd min) manat ilkin ödənişin edilməsinə, eləcə də avtomobilin cavabdehə təhvil verilməsinə istinad edir və cavabdehin avtomobilə görə qalan məbləği ödəmək vəzifəsini vaxtında icra etmədiyini bildirmişdir. Cavabdeh iddiaçının bildirdiyi hallardan; - tərəflər arasında avtomobilin alqı-satqısına dair müqavilənin bağlanmasını, - ilkin ödəniş kimi 4000 manatın ödənilməsini, - avtomobilin ona təhvil verilməsini təsdiq etmişdir. Bunula da iddiaçının bildirdiyi həmin hallar işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur. Bunula belə, cavabdeh iddiaya etiraz edərək avtomobilə görə ödəməli olduğu qalan məbləği də tam olaraq ödədiyini, başqa sözlə, satıcı qarşısında müqavilə öhdəliyini tam icra etdiyini bildirir. İddiaçı öhdəliyin hələ də icra edilmədiyini, cavabdeh isə onun icra edildiyini bildirir. Hazırkı mübahisə ilə bağlı avtomobilin qiymətinin müxtəlif sənədlərdə fərqli rəqəmlərlə göstərilməsinə gəldikdə, qeyd olunmalıdır ki, tərəflərdən heç biri bunu mübahisələndirməmiş, iddiaçı yalnız ödənilməmiş qalan məbləğin 15.500 manat olduğunu və onun (əldən çıxmış faydanı da) ödənilməsini tələb etmiş, cavabdeh isə iddiaçının tələb etdiyi 15.500 manatın ödənildiyini bildirmişdir. Belə olan vəziyyətdə ancaq tərəflər arasında avtomobilin alqı-satısından əmələ gələn öhdəliyin icra olunub-olunmaması ilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. MPM-nin 77.1ci maddəsi tələb edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna görə öhdəliyin icrasını sübut etmək vəzifəsi borclunun üzərinə düşür. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni avtomobilə görə 4000 manatdan başqa qalan məbləğin qaytarılmasını cavabdeh sübut etməlidir. Cavabdeh tərəf bununla bağlı sübut kimi iddiaçının ona təqdim etdiyi xx.xx.2014cü il tarixli arayış- hesabata istinad edərək həmin sənədə əsasən onun iddiaçıya borcunun qalmadığını bidirir. Mülki işdə olan 569078 nömrəli, xx.xx.2014-cü il tarixli arayış hesabdan görünür ki, "xxxxxx" Arqo Şirkəti tərəfindən Cavabdeh 2013-cü il buraxılışı, “Brilliance H 530” minik markalı, LSYYBBDBXDC051305 ban nömrəli, 4A92S*GH9684 mühərrik nömrəli avtomobil satılmış və həmin nəqliyyat vasitəsi verilmişdir. İddiaçı tərəf həmin sənədlə bağlı izahat verərək göstərdi ki, cavabdehlə xeyli müddət əvvəl yaxşı münasibətləri olmuş, o, telekanalların birində çalışdığını, şirkətin fəaliyyətinin reklam olunmasında yardımçı ola biləcəyini bildirmiş, bu zəmində onunla avtomobilin nisyə alqı-satqısına dair razılığa gəlmişlər, razılığa əsasən 4000 manat ilkin ödəniş edilməli, qalan məbləğ isə hissə-hissə ödənilməli idi, cavabdeh müqaviləyə əsasən 4000 manat ilkin ödənişi etmiş, qalan məbləğə dair isə təminatlı olsun deyə şirkət rəhbərinin oğlu ilə cavabdeh arasında borc müqaviləsinin bağlanması barədə razılıq əldə olunmuş, bu əsnada da avtomobili birbaşa öz adına keçirməsidən ötrü BDYPİ-nə təqdim etmək üçün cavabdehə onun istinad etdiyi xx.xx.2014-cü il tarixli arayış-hesab verilmişdir. İddiaçı tərəf həmçinin bildirdi ki, həmin arayış-hesab heç bir halda cavabdehin qalan borcunun ödənilməsinin təsdiqi ola bilməz, ona görə ki, əvvala həmin arayışda borcun ödənilməsinə dair heç bir qeyd yoxdur, ikincisi, cavabdeh həmin aryışın veriməsindən sonra qalan borcun razılaşmaya müvafiq olaraq hissə-hissə ödənilməsinə dair borc müqaviləsi bağlamışdır, üçüncüsü isə, tərəflər arasında bununla bağlı illərlə davam edən bir neçə məhkəmə mübahisəsi olmasına baxmayaraq, cavabdehin təqdim etdiyi iddia ərizəsi, etiraz, izahat, apellyasiya şikayəti və s. prosessual sənədlərin heç birində aldığı avtomobilə görə ilkin olaraq ödədiyi 4000 manatdan başqa hər hansı məbləğin ödədiyini bidirməmiş və bu hala istinad etməmişdir. Bu halın araşdırılması zamanı məhkəm iclasında cavabdehi təmsil edən nümayəndə (vəkil F.Süleymanov): cavabdeh tərəfindən ilkin olaraq ödənilmiş 4000 manatdan başqa həyata keçirilmiş ödənişlərin hansı tarixdə və hansı qaydada icra olunması, əgər həmin ödənişlər həqiqətən də edilmişsə, onda hansı səbəbdən indiyədək olan məhkəmə çəkişmələrində bir dəfə də olsun bu hala istinad olunmaması, əgər istinad etdikləri xx.xx.2014-cü il tarixli arayış- hesab ödənilməmiş qalan məbləğin təsdiqi idisə, onda cavabdeh xx.xx.2014-cü il tarixli avtomobilə görə ödənilməyən məbləğlə dəqiqliyi ilə eyni olan borc müqaviləsini hansı məqsədlə imzalamasına dair olduqca vacib olan suallara- “ mən bunları cavablandıra bilmərəm” deyə münasibət bildirmişdir. Qeyd olunan xüsusatların sübut olunmalı halla bilavasitə aid olduğundan, nümayəndənin isə bunula bağlı məlumat verə bilmədiyindən, Məhkəmə Kolegiyası iddiaçının vəsatətinə əsasən və MPM-nin 69.1-ci maddəsinin tələbinə uyğun olaraq, cavabdehin məhkəmə iclasında şəxsən iştirakının zəruriliyinə dair qərar qəbul etmişdir. (həmin vaxt Məhkəmə Kollegiyası cavabdehin nümayəndəsinə MPM-nin 106.2-ci maddəsinin tələblərinin nəzərə alınacağını da xatırlatmışdır). Bu əsasla məhkəmə iclasları iki dəfə təxirə salınsa da, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, yayınmışdır. Belə vəziyyətdə Məhkəmə Kollegiyası MPM-nin 106.2-ci maddəsinin tələblərini nəzərə alır. Beləliklə də cavabdehin təqdim etdiyi sübut, yəni xx.xx.2014-cü il tarixli arayışhesab kifayət qədər güclü, aydın və konkret olmadığından, habelə təkzibolunmazlıqla bağlı və əsaslı şübhədən kənar sübut tələblərinə cavab vermədiyindən, həmin sənəd cavabdehin istinad ertdiyi halı- onun öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh məhkəməyə hər hansı başqa sübut verməmiş, demək ki, etirazının əsasını sübut edə bilməmişdir. Qanunun tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Beləliklə, iddiaçının nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 15.500 manat pulun cavabdeh tərəfindən ona ödənilməsi ilə bağlı tələbi əsaslıdır və rayon məhkəməsinin bununla bağlı gəldiyi nəticə düzgun olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianın təmin edilməsi barədə düzgün qətnamə qəbul etmişdir, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1455/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar