Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2394/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” ilkin, Cavabdeh "xxxx" ASC-yə qarşı “borcun olmamasının müəyyən edilməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(004)-355/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15808.87 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 15808.87 ABŞ dolları məbləğində borcun və 170.63 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, cavabdeh ilə aralarında bağlanmış 29 sentyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin olmamasının müəyyən edilməsi və həmin kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə göndərilməsi vəzifəsinin ASC-nin üzərinə qoyulması, 500 manat vəkil xərci, 17 manat nümayəndə xərci və 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(004)- 355/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmçinin məhkəmənin eyni tarixli qətnaməsi ilə iddiaçı “Yelobank ASC”-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddiası rədd edilmişdir. Qərardaddan cavabdehin nümayəndəsi-vəkili şikayət verərək, ləğv edilməsini və qarşılıqlı iddia tələbinə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində qarşılıqlı iddia üzrə iddiaçı vəkillə hüquqi yardım göstərilməsinə dair müqavilə bağlamışdır. Elə həmin tarixdə saat 10:40-da vəkil tərəfindən Yasamal Rayon Məhkəməsinin dəftərxanasına vəkil orderi, etibarnamənin əsilləri əlavə edilməklə məhkəmə iclasının təxirə salınması, iş materialları ilə tanış olmaq üçün vəkilə şərait yaradılmasına dair ərizə təqdim edilmiş və məhkəmə iclas zalında da məhkəmə iclas katibinə bu barədə şifahi məlumat verilmişdir. Lakin buna baxmayaraq həmin gün məhkəmə iclası keçirilmiş və qarşılıqlı iddia üzrə iddia tələbinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi qeyd olunan normaya əsaslanaraq belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Qarşılıqlı iddia üzrə cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. Göründüyü kimi məhkəmənin baxış iclası 18 yanvar 2023-cü il tarixə təyin edilmiş, cavabdeh isə məlumatlı olmuşdur. Lakin məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan katib və böyük mütəxəssis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, cavabdehin nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş ərizə nahardan sonra daxil olmuşdur. Göründüyü kimi cavabdehin nümayəndəsi-vəkili tərəfindən təqdim edilmiş ərizə və sənədlər artıq mülki işə baxılıb qurtardıqdan, həmçinin məhkəmənin qərardadı və işə mahiyyəti üzrə baxılması barədə qətnaməsi qəbul edildikdən sonra daxil olmuşdur. Belə olan halda məhkəmə haqlı olaraq MPM-nin 259.0.7-ci maddəsinin tələblərinə uyğun olaraq qarşılıqlı iddia ərizəsini baxılmamış saxlamışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(004)- 355/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2394/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2394/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver