Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2395/2025 01.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-973/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraatda baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2011 -ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə minimum əmək haqının sonrakı artımlarını nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 1 (bir) misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Baki şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan nikah pozulmuş və birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X6 onun himayəsində qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsini qət etmişdir. Baki şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X6 atası - Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. X2 11 yaşı, X9mm 13 yaşı var. Uşağların tələbatları günü-gündən artır. Uşaqlar orta məktəbdə təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-973/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı düzgün formada tətbiq edilməmiş, hazırki, iş indeksasiya xarakteri daşımır və icra icraatı qaydasında həll etmək mümkün deyil. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-973/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsində göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh məhkəmə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-363/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 ilə Cavabdeh arasında xx.xx.2007-cı il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 1021 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılması, cavabdehdən xx.xx.2021-ci il tarixindən başlamaqla tərəflərin birgə nikahlarından doğulmuş hər üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-3-cü yarımbənd əlavə edilmişdir: «Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki iddiadan göründüyü kimi, iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanır və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. İddiaçı şikayətində uşaqlardan birinin cavabdehin himayəsinə keçdiyini, bu halda icra icraatı çərçivəsində artım həll edilə bilmədiyini, çünki əvvəlki qətnamədə alimentin 3 uşaq üçün nəzərdə tutulduğunu, hazırda isə o, 2 uşağa görə tələb etdiyini qeyd edir. Kollegiya şikayətin bu dəlilinə münasibətdə qeyd edir ki, qeyd edilən məsələ heç bir halda hazırki iddia predmetinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. MPM-in 232.2-ci maddəsinə görə, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. MPM-in 261.0.1-ci maddəsinə əsasən, hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-973/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2395/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2395/2025
01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver