Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-240/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, X2 qarşı “kredit borcu” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-122/2019 saylı işi üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Bank “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «Bank xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank “xxxx” ASC-nin “Neftçilər” filialı ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, SMN- 00015-17/151) saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən gələn xx.xx.2017-ci il tarixə olan 143241,47 ABŞ dolları əsas borc, 25679,79 ABŞ dolları faiz borcu, 277370,67 ABŞ dolları dəbbə pulu, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı, ümumilikdə 446291,93 ABŞ dolları və 30,4 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 Mikayıl oğlundan müştərək qaydada iddiaçının xeyrinə tutulması, cavabdehlərlə bağlanan xx.xx.2015-ci il tarixli, SMMG-00015-17/15U saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 2 K qeyri-yaşayış binasına (Gülşən şadlıq evi) tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada tutulması və qeyri-yaşayış binasının boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir . Birinci instasniya məhkəməsinin icraatı zamanı bank tərəfindən Cavabdeh1 36 ay müddətinə 22 faiz illik ödəmək şərti ilə 150000 ABŞ dolları məbləğində kredit götürməsi haqqında Bank «xxxx» ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, SMN- 00015-17/15U nömrəli kredit müqaviləsi (səh.15), zamin Cavabdeh2 ilə xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsi (səh.23), ipoteka qoyan Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 2 K/ qeyri-yaşayış binasının (Gülşən şadlıq evi) ipoteka ilə yüklü etməsi haqqında xx xxxx 2015-ci il tarixli, SMMG-00015-17/15U nömrəli ipoteka müqaviləsi (səh.18,25), qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx xxx 2016-cı il tarixli bildiriş (səh.27), sübut qismində tədqiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 5263 nömrəli ekspert rəyindən görünür ki, borcalan Cavabdeh1 tərəfindən Bank «xxxx» ASC-dən alınmış kredit vəsaiti üzrə xx xxxxxx 2017-ci il tarixə banka ödənilməli olan əsas borcu 144292,27 ABŞ dolları və faiz borcu 25679,79 ABŞ dolları, ekspertiza tədqiqatının dəyəri 145 manat müəyyən edilmişdir (səh.73) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-122/2019 saylı işi üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, Bank “xxxx” ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, SMN-00015-17/15U saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2015-ci il tarixli, SMN-00015-17/15U nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 143241,47 ABŞ dolları, faiz borcuna görə 25679,79 ABŞ dolları, cərimə borcuna görə 800 ABŞ dolları olmaqla, ümumilikdə 169721,26 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində borc, 11,50 manat məbləğində dövlət rüsumu və 0,18 manat məbləğində bank xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə tutulması, iddiaçının tələblərinin ödənilməsi üçün tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 2 K/ qeyri-yaşayış binasına (Gülşən şadlıq evi) yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, hərraca çıxarılarkən ipoteka predmetinin ilkin satış qiymətinin 472080 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 2 K/ qeyri-yaşayış binası (Gülşən şadlıq evi) satıldıqdan sonra bir ay müddətində boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manat ekspertiza xərcindən 71 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 74 manat isə iddiaçı Bank «xxxx» ASCdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənini ləğv və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 9, 14.1, 385.1.2, 385.1.4-cü; Azərbaycan Respublikası “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 18-ci; Azərbaycan Respublikası “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 2 K/ Qeyri yaşayış binasına - “Gülşən” şadlıq evi barəsində keçirilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə uyğun olaraq qeyri- yaşayış binasının bazar qiymətlərinə uyğun qiymətləndirilməsi və ilkin satış qiyməti 472080 manat dəyər absurd olmaqla real bazar dəyərindən qat- qat çoxdur. Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, SMMG-00015-17/15U saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti 314600 manat məbləğində dəyərləndirilmişdir. Bazar qiymətlərində hər hansı fövqəladə dəyişiklik olmadığından hər kəs tərəfindən anlaşılandır ki, 314600 AZN məbləğli mənzilin 472080 AZN məbləğində qiymətləndirilməsi mütənasiblik normalarına ziddir və bu qiymətləndirmə nəticəsinin doğruluğuna şübhələr yaratmışdır. Qiymətləndirmə nəticəsi iddiaçının hüquqlarına və maddi maraqlarına toxunduğundan tamamilə əsassız və qanunsuzdur. Buna görə də, qətnamə əsassız olduğundan təkrar qiymətləndirilmə aparılması zərurəti yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1650/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə, qiymətləndirmə (əmtəəşünaslıq) ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 2K ünvanında yerləşən ümumi sahəsi 749,2 kv.m (7,492 sot) torpaq sahəsində ümumi sahəsi 264,8 kv.m olan qeyri-yaşayış binasının bazara dəyəri xx.xx.2020-ci il tarixinə 493000 manat, xx.xx.2017-ci il tarixinə 470000 manat müəyyən eilmişdir. Xidmət haqqı 300 manat müəyyən edilmişdir. (ll cild.səh.1) İddiaçı tərəfindən həyata keçirilmiş “xxxx” MMC-nin xx.xx.2020-ci tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsinin real bazar dəyəri 320000 manat likvid dəyəri isə 240000 manat müəyyən edilir (ll cild.səh.38). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29103)1650/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə qiymətləndirmə (əmtəəşünaslıq) ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 2K ünvanında yerləşən ümumi sahəsi 749,2 kv.m (7,492 sot) torpaq sahəsində ümumi sahəsi 264,8 kv.m olan qeyri-yaşayış binasının likvid yəyəri bazara dəyərinin 95 faizini yəni 460000 manat təşkil etməsi müəyyən edilmişdir. Xidmət haqqı 300 manat müəyyən edilmişdir (ll cild.səh.60). Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; MM-in 269- 270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550- 554, 556, 560,739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri təsdiq edilmədiyindən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddaçıya aid edilməli, ekspertiza xərcləri də ondan tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Bank “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-122/2019 saylı işi üzrə xx xxxxx 2019-cu il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmənin dəyəri olan 300 (üç yüz manat) məbləğində pul vəsaiti “xxxx” MMC Qiymətləndirmə Şirkətinin və 300 (üç yüz manat) məbləğində pul vəsaiti isə “xxxx” MMC-nin hesabına iddiaçı Bank “xxxx” ASC-dən tutularaq ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-240/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-240/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver