Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2402/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli e-2(011)- 3917/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında 13 aprel 2021-ci il tarixdə 500.000 manat məbləğində borcun verilməsinə dair kredit müqaviləsinin ləğv edilməsi və İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhər 40 saylı notariat kontorunda bağlanmış 13 aprel 2021-ci il tarixli kredit müqaviləsi ilə verilmiş 500.000 manat əsas borc, 87.500 manat məbləğində qanunvericiliyin tələbinə əsasən Milli Bankının uçot dərəcəsinə əsasən faiz borcunun, cəmi 587.500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3917/2023 saylı 13 noyabr, 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - İddiaçı ilə Cavabdeh1 arasında 13 aprel 2021-ci il tarixdə 500.000 manat məbləğində borcun verilməsinə dair kredit müqaviləsinin ləğv edilməsi və İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhər 40 saylı notariat kontorunda bağlanmış 13 aprel 2021-ci il tarixli kredit müqaviləsi ilə verilmiş 500.000 manat əsas borc, 87.500 manat məbləğində qanunvericiliyin tələbinə əsasən Milli Bankının uçot dərəcəsinə əsasən faiz borcunun, cəmi 587.500 manatın cavabdehlərdən birgə tutularaq iddiaçıya ödənilməsinə, ikinci iddia üzrə iddianın rədd olunmasına dair iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi təmin edilməsi, 13 aprel 2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması, Cavabdeh1 500.000 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3917/2023 saylı 13 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən 29 dekabr 2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3917/2023 saylı 29 dekabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)- 3917/2023 saylı 13 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin həmin qətnaməsindən 29 dekabr 2023-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2024- cü il tarixli e-2(011)-3917/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3917/2023 saylı 13 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ərizəsinin rədd edilməsi, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3454/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə sənədləri sifarişli poçt göndərişi ilə poçt rabitəsi оrqanına verilməklə və pоçt rabitəsi оrqanı isə poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin etməklə həyata keçirilir. Xətai Rayon Məhkəməsinin 2(011)-3917/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi isə işdə iştirak edən tərəf оlan Cavabdeh1 təqdim оlunması üçün birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə pоçt rabitəsi оrqanına təqdim edilməmişdir. Bunun nəticəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3917/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi isə işdə iştirak edən tərəf оlan Cavabdeh1 Pоçt haqqında Azərbaycan Respublikası Qanununa müvafiq оlaraq təqdim оlunmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası MPMnin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərə əsasən, Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyindən və “elektron kabinet”ə malik оlmadığından, həmçinin mövcud mübahisə Kommersiya mübahisələrinə aid оlmadığından Cavabdeh1 məhkəmə sənədləri Azərbaycan Respublikası MPM-nin 135.5-ci maddəsində göstərilən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş qaydalardan, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş qaydada deyil, həmin Məcəllənin 135.2-ci, 135.3-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilməlidir. MPM-nin 135.2-ci,135.3-cü maddələrində isə məhkəmə sənədlərinin təqdim edilmə qaydası məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilməsi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Xətai Rayon Məhkəməsi tərəfindən isə həmin qaydalara uyğun оlaraq iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi cavadehə təqdim оlunmamışdır. Göründüyü kimi, qanuna əsasən işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçdikləri və ya kоmmersiya mübahisələrinin оlduğu halda məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdiriliməklə оnlara təqdim edilir. Qalan digər hallarda isə məhkəmə sənədləri pоçt haqqında Azərbaycan Respublikası Qanununa müvafiq оlaraq pоçt vasitəsi ilə və həm də məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə təqdim оlunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən qərardadda göstərilən qətnamənin «elektrоn kabinet»də yerləşdirilməsi nəticəsində həmin qətnamənin Cavabdeh1 tərəfindən alınmış hesab edilməsinə dair xüsusat göstərilən hallara görə sübut edilmiş hesab edilə bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli e-2(011)-3917/2023 saylı qərardadı ilə Cavabdeh1 şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3917/2023 saylı 13 noyabr, 2023-cü il tarixli qətnaməsi 28 noyabr 2023-cü il tarixdə tərəflərin elektron kabinetinə yerləşdirilmiş və onlara sənədin elektron sistemə yerləşdirilməsi ilə bağlı bildiriş göndərilmişdir. Lakin Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 bir aylıq şikayət müddətini ötürməklə 29 dekabr 2023-cü il tarixdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh şikayətində mübahisələndirilən qətnamənin elektron kabinetinin olmaması səbəbindən ona poçt vasitəsilə göndərilməli olmasını və bu səbəbdən qnununvericiliklə nəzərdə tutulan müddəti ötürdüyünü bildirmişdir. Lakin iş materiallarından göründüyü kimi məhkəmənin müvafiq qətnaməsi cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Apellyasiya şikayəti isə 29 dekabr 2023-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət keçdikdən sonra verilmişdir. Digər tərəfdən cavabdehin özünün elektron kabinetinin olmaması üzürlü səbəb kimi qəbul edilə bilməz və ötürülmüş müddətin bərpası üçün əsas deyil. Belə ki, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin hazırda cavabdeh tərəfindən göstərilən hal bu hallara aid deyil. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3917/2023 saylı 13 noyabr, 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2024cü il tarixli e-2(011)-3917/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli e-2(011)- 3917/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2402/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2402/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver