Məhkəmə qərarları › İş №2(103)-2405/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2405/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2405/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(007)-62/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağlanmış 25 oktyabr 2014-cü il tarixli 1641/14 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə həmin kredit müqaviləsi üzrə 50.221,23 manat əsas borc, 18.816,17 manat hesablanmış faiz borcu, 16.472,56 manat dəbbə pulu olmaqla, cəmi 85.509,96 manat borcun; 30 noyabr 2015-ci il tarixli 149/15 nömrəli kredit müqaviləsi üzrə 1997,89 ABŞ dolları əsas borc, 863,18 ABŞ dolları hesablanmış faiz borcu olmaqla, cəmi 2861,07 ABŞ dolları borcun, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması; ipoteka predmetinin 112.500 manat məbləğində qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Şəmkir şəhəri, F.X.Xoyski küçəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətindəki 0.10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Cavabdeh1 tam mülkiyyətində olan 84.3 kv.m yaşayış, 46.0 kv.m yardımçı, 130.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı; 68.1 kv.m yaşayış, 208.1 kv.m yardımçı, 276.2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı, 44 nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki (Liter B) 16.9 kv.m 1 mərtəbəli anbar, (Liter İ) 174.3 kv.m çardaq, (Liter İİ) 52.2 kv.m hovuz, cəmi 243.4 kv.m tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğulara yönəldilməsi, həyətyanı torpaq sahəsinin və həmin sahə üzərindəki fərdi yaşayış evinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılması, fərdi yaşayış evinin, onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması barədə qətnamə çıxarılması xahiş edimişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh1 "xxxx" ASC-nin Şəmkir filialından 25 oktyabr 2014-cü il tarixli 1641/14 nömrəli kredit müqaviləsinə əsasən illik 24 faizlə 48 ay müddətinə evin təmiri məqsədilə 80.000 manat borc almışdır. Bu borcun təminatı olaraq Şəmkir şəhəri, F.X.Xoyski küçəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətindəki 0.10 ha torpaq sahəsində yerləşən Cavabdeh1 tam mülkiyyətində olan 84.3 kv.m yaşayış, 46.0 kv.m yardımçı, 130.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı; 68.1 kv.m yaşayış, 208.1 kv.m yardımçı, 276.2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı, 44 nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki (Liter B) 16.9 kv.m 1 mərtəbəli anbar, (Liter İ) 174.3 kv.m çardaq, (Liter İİ) 52.2 kv.m hovuz, cəmi 243.4 kv.m tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğular 25 oktyabr 2014- cü il tarixli 1641/14 nömrəli ipoteka (girov) müqaviləsi ilə yüklü edilmişdir. Həmçinin Cavabdeh1 "xxxx" ASC-nin Şəmkir filialından 30 noyabr 2015-ci il tarixli 149/15 nömrəli kredit müqaviləsinə əsasən illik 28 faizlə 12 ay müddətinə evin təmiri məqsədilə 2000 ABŞ dolları borc almışdır. Bu borcun da təminatı olaraq Şəmkir şəhəri, F.X.Xoyski küçəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətindəki 0.10 ha torpaq sahəsində yerləşən Cavabdeh1 tam mülkiyyətində olan 84.3 kv.m yaşayış, 46.0 kv.m yardımçı, 130.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı; 68.1 kv.m yaşayış, 208.1 kv.m. yardımçı, 276.2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki (Liter B) 16.9 kv.m 1 mərtəbəli anbar, (Liter İ) 174.3 kv.m çardaq, (Liter İİ) 52.2 kv.m hovuz, cəmi 243.4 kv.m tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğular 25 oktyabr 2014- cü il tarixli 1641/14 nömrəli ipoteka (girov) müqaviləsinə 30 noyabr 2015-ci il tarixi 1 nömrəli ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. Cavabdehlər xəbərdar edilmələrinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2014-cü il tarixli 1641/14 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 25 oktyabr 2014-cü il tarixli 1641/14 nömrəli kredit müqaviləsi üzrə 50.221,23 manat əsas borc, 18.816,17 manat faiz borcu, 5000 manat dəbbə pulu olmaqla, cəmi 74.037,4 manat borc; 30 noyabr 2015-ci il tarixli 149/15 nömrəli kredit müqaviləsi üzrə 1997,89 ABŞ dolları əsas borc, 863,18 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2861,07 ABŞ dolları borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tutmanın Şəmkir şəhəri, F.X.Xoyski küçəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətlərindəki 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Cavabdeh1 tam mülkiyyətində olan 84.3 kv.m yaşayış, 46.0 kv.m yardımçı, 130.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı; 68.1 kv.m yaşayış, 208.1 kv.m yardımçı, 276.2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı, 44 nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki (Liter B) 16.9 kv.m 1 mərtəbəli anbar, (Liter İ) 174.3 kv.m çardaq, (Liter İİ) 52.2 kv.m hovuz, cəmi 243.4 kv.m tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğulara yönəldilməsi, əmlakların açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına İddiaçı BOKT ASC-yə olan borcun ödənilməsi, Şəmkir şəhəri, F.X.Xoyski küçəsində yerləşən 44 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 220.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra ipoteka qoyulmuş əmlakların boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv olunmasını, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, faizlər və dəbbə pulu həddindən artıq çox hesablanıb. Eyni zamanda, ipoteka predmeti həddindən artıq ucuz qiymətləndirilib. Belə ki, 220.000 manat cavabdehlərin evlərinin bu günkü bazar qiyməti deyildir. Nəzərə alınsa ki, həmin ev şəhərin mərkəzində yerləşməklə, hər cür şəraiti vardır. Evlərinin bu günkü bazar qiyməti 1.000.000.000 (bir milyon) manatdan bahadır. Lakin məhkəmə bu halların heç birinə əhəmiyyət verməmişdir. Eyni zamanda, iddia ilə bağlı təyin olunmuş müvafiq ekspertizaya iddiaçı tərəfindən müvafiq sənədlər təqdim olunmadığı üçün ekspert müvafiq rəy verə bilməmişdir. Belə olan halda, təkrar ekspertiza təyin olunmalı və müvafiq rəy alınmalı idi. Məhkəmə öz qətnaməsində göstərir ki, cavabdeh tərəf evin (ipoteka predmetinin) dəyəri barədə müvafiq sübutlar təqdim etməyib. Halbuki, müvafiq rəydə evin 40-dan çox qoz ağacından qapısı olduğu göstərilib və 220.000 manat həmin qapıların dəyərinin bir hissəsidir. Bu səbəbdən cavabdehlər hesab edir ki, ipoteka predmeti olan evin yenidən qiymətləndirilməsi üçün təkrar olaraq müvafiq ekspertiza keçirilməsi zəruridir. Kredit borcu üzrə cavabdeh tərəfindən edilmiş ödəmələr tələb olunan məbləğdən çıxılmamışdır. Dəbbə pulunu 5000 manat saxlayan məhkəmə çox ədalətsizlik etmişdir. Həmçinin, məhkəmə mühasibatlıq ekspertizası təyin etməli, şişirdilmiş məbləğ azaldılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsində iddia tələbinin qeyd etdikləri hissəsi ilə bağlı gəlmiş olduğu nəticəsinin işin hallarına uyğun gəlməməsi Azərbaycan Respublikası MPM-nin 385.1.4 maddəsinin mənasına görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğvinə əsasdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Bu hal da MPM-nin 385.1.2 maddəsinin tələbinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğvinə əsasdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəməyə heç bir üzürlü səbəb göstərmədən gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iş materiallarında olan: -"xxxx" ASC ilə (hazırkı İddiaçı BOKT ASC) ilə Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2014-cü il tarixli 1641/14 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 24 faizlə, 48 ay müddətinə, evin təmiri məqsədi ilə 80.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; -"xxxx" ASC ilə (hazırkı İddiaçı BOKT ASC) ilə Cavabdeh1 (borc alan və girov qoyan), Cavabdeh2 (girov qoyan), Cavabdeh3 (girov qoyan) və Cavabdeh4 (girov qoyan) arasında bağlanmış 25 oktyabr 2014-cü il tarixli 1641/14 nömrəİi ipoteka (girov) müqaviləsindən görünür ki, Şəmkir şəhəri, F.X.Xoyski küçəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətindəki 0.10 ha torpaq sahəsində yerləşən Cavabdeh1 tam mülkiyyətində olan 84.3 kv.m yaşayış, 46.0 kv.m yardımçı, 130.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı; 68.1 kv.m yaşayış, 208.1 kv.m yardımçı, 276.2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı, 44 nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki (Liter B) 16.9 kv.m 1 mərtəbəli anbar, (Liter İ) 174.3 kv.m çardaq, (Liter İİ) 52.2 kv.m hovuz, cəmi 243.4 kv.m tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğular 25 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi banka ipoteka qoyulmuşdur; -Şəmkir rayon İHB-nın Şəmkir şəhəri üzrə nümayəndəliyinin 28 oktyabr 2014-cü il tarixli 6578 nömrəli arayışından görünür ki, X2 məxsus Şəmkr şəhəri, F.X.Xoyski küçəsi ev 44 ünvanında Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadırlar; -Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X1 notariat qaydada təsdiq edilmiş 29 oktyabr 2014-cü il tarixli ərizələrinin surətindən görünür ki, həmin şəxslər qeydiyyatda olduqları ünvanda yerləşən əmlakın ipoteka ilə yüklü edilməsinə etiraz etməmiş, əmlaka tutma yönəldikdə onu qeyd-şərtsuz tərk etməyi öhdələrinə götürmüşlər; -Daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, F.X.Xoyski küçəsindəki 84.3 kv.m yaşayış, 46.0 kv.m yardımçı, 130.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı; 68.1 kv.m yaşayış, 208.1 kv.m yardımçı, 276.2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı, 44 nömrəli fərdi yaşayış evi Cavabdeh1 tam mülkiyyətində, fərdi yaşayış evinin tərkibindəki (Liter B) 16.9 kv.m 1 mərtəbəli anbar, (Liter İ) 174.3 kv.m çardaq, (Liter İİ) 52.2 kv.m hovuz, cəmi 243.4 kv.m tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətlərindədir; -Daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, F.X.Xoyski küçəsindəki 44 nömrəli fərdi yaşayış evi 0.10 ha torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin xeyrinə yüklü kimi 04 yanvar 2014- cü il tarixdə qeydiyyata alınmışdır; -"xxxx" ASC ilə (hazırkı İddiaçı BOKT ASC) ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2015-ci il tarixli 149/15 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 28 faizlə, 12 ay müddətinə, evin təmiri məqsədi ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı- vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; -"xxxx" ASC ilə (hazırkı İddiaçı BOKT ASC) ilə Cavabdeh1 (borc alan və girov qoyan), Cavabdeh2 (girov qoyan), Cavabdeh3 (girov qoyan) və Cavabdeh4 (girov qoyan) arasında bağlanmış 25 oktyabr 2014-cü il tarixli 1641/14 nömrəİi ipoteka (girov) müqaviləsinə 30 noyabr 2015ci il tarixli 1 nömrəli əlavədən görünür ki, Şəmkir şəhəri, F.X.Xoyski küçəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətindəki 0.10 ha torpaq sahəsində yerləşən Cavabdeh1 tam mülkiyyətində olan 84.3 kv.m yaşayış, 46.0 kv.m yardımçı, 130.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı; 68.1 kv.m yaşayış, 208.1 kv.m yardımçı, 276.2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı, 44 nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki (Liter B) 16.9 kv.m 1 mərtəbəli anbar, (Liter İ) 174.3 kv.m çardaq, (Liter İİ) 52.2 kv.m hovuz, cəmi 243.4 kv.m tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğular həmin tarixli kredit müqaviləsinin təminatı kimi banka ipoteka qoyulmuşdur; -Hesabdan çıxarışlardan görünür ki, 25 oktyabr 2014-cü il tarixli 1641/14 nömrəli və 30 noyabr 2015-ci il tarixli 149/15 nömrəli kredit müqavilələri üzrə pul məbləğləri Cavabdeh1 hesabına köçürülmüşdür; -"xxxx" ASC-nin 30 mart 2017-ci il və 06 aprel 2017-ci il tarixli bildirişlərindən görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulmasının yönəldiləcəyi barədə xəbərdar olunmuşlar; -İddiaçı BOKT ASC-nin 15 aprel 2017-ci il tarixli ərizəsindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsində 18 aprel 2017-ci il tarixdə qeydə alınmışdır; -Məhkəmənin qərardadı əsasında ipoteka predmetinin qiymətləndirilməsi təyin edilmiş, "xxxx" MMC-nin 12 aprel 2018-ci il tarixli 0211/18/PBOKT nömrəli qiymətləndirmə hesabatı (rəyi) ilə Şəmkir şəhəri, F.X.Xoyski küçəsindəki 44 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiyməti 220.000 manat müəyyən eidlmişdir. (Qiymətləndirmədə hüquqi sənədlərdə əksini tapmayan sahələr nəzərə alınmamışdır); -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10 sentyabr 2019-cu il tarixli 18349 nömrəli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 25 oktyabr 2014-cü il tarixli 1641/14 nömrəli kredit (borc) müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 06 may 2017ci il tarixə (iddia tarixinə) kredit təşkilatına olan borcu 56.601,11 manat məbləğində müəyyən olunur: o cümlədən əsas borc üzrə 50.356,86 manat, faiz borcu üzrə 6244,25 manat. 29 oktyabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 74.494,86 manat: əsas borc üzrə 50.356,86 manat, faiz borcu üzrə 24.137,72 manat. İş materiallarında kredit təşkilatı tərəfindən 25 oktyabr 2014-cü il tarixli 1641/14 nömrəli kredit müqaviləsinin 5.5-ci və 2.9-cu bəndləri üzrə hesablanan ikiqat faiz və cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə ikiqat faiz və cərimə borcu hesablanmamışdır. 30 noyabr 2015-ci il tarixli 149/15 nömrəli kredit müqaviləsi təqdim olunamdığına görə borclunun kreditora olan əsas, faiz və cərimə borcunu müəyyən etmək mümkün olmamışdır; -İddiaçı BOKT ASC-nin 15 may 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 50.221,23 manat əsas borcu, 43.123,23 manat faiz borcu, 53.435,39 manat dəbbə borcu, cəmi 146.779,85 manat borcu vardır; -İddiaçı BOKT ASC-nin 15 may 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1997,89 ABŞ dolları əsas borcu, 2004 ABŞ dolları faiz borcu, dəbbə borcu 0, cəmi 4001,89 ABŞ dolları borcu vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda, öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 25.10.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 25.10.2014 və 30.11.2015-ci il tarixli kredit müqavilələri üzrə borcun Cavabdeh1 tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirmiş, maliyyə sənədləri təqdim olunmadığı üçün, 30.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə rəy verilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 9/5616 saylı rəyinə əsasən ekspert rəyində qeyd edilir ki, 25.10.2014-ci il tarixli, 1641/14 saylı kredit razılaşmasının şərtlərinə müvafiq olaraq Cavabdeh1 29.10.2018-ci il tarixə əsas borc üzrə 50356,86 ABŞ dolları və faiz borcu 24137,72 ABŞ dolları olmaqla 74494.58 manat, 24.02.21-ci il tarixə illik 5 faiz hesablanmaqla əsas borc üzrə 50356,86 ABŞ dolları və faiz borcu 29.977,72 ABŞ dolları müəyyən olunur. 30.11.2015-ci il tarixli, 149/15 saylı kredit müqaviləsi üzrə 30.11.2016-cı il tarixədək, əsas borc üzrə 2000.00 USD, faiz borcu üzrə 539.00 USD olmaqla, 24.02.2021-ci il tarixədək 5 faiz hesablanmaqla əsas borc üzrə 1894.92 USD, faiz borcu üzrə 962,63 USD müəyyən edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Kollegiya hesab edir ki, məhkəmə cavabdehdən borcun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, qətnamə 25.10.2014-ci il, 30.11.2015-ci il tarixli kredit müqavilələri üzrə ekspert rəyi nəzərə alınmaqla əsas, faiz və cərimə borcunun tutulması, cəmi borcun müəyyən edilməsi hissələrində dəyişdirilməli, 25.10.2014-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 3515 manat, cəmi borc 72552,40 manat, 30.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 1894,92 ABŞ dolları, faiz borcu 539 ABŞ dolları, cəmi borc 2433,92 USD müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissədə də, düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.1-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, ipoteka predmetinin hərrac yolu ilə satıldıqdan 1 ay sonra əmlakın boşaldılması qənaətinə gəlmiş, iddiaçı tərəf qətnamənin qismən təmin edilən hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası apellyatorların qətnamədə ipoteka predmetinin ilkin satış qiymətinin bazar dəyərindən aşağı göstərilməsi ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya qeyd edir ki, ipoteka predmetlərinin müqavilədəki qiyməti ilə qiymətləndirici rəyləri arasında olan qiymətlər arasında kəskin fərq mövcud olduğundan, təkrar qiymətləndirməyə zərurət yaranmış, məhkəmə kollegiyasının 18 mart 2020-ci il tarixli qərardadı ilə təkrar məhkəməqiymətləndirmə ekspertizası təyin edilmişdir. Kollegiya qeyd edir ki, 25.10.2014-cü il tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə 30.11.2015-ci il tarixli 1 saylı əlavədə tərəflərin razılaşması ilə müstəqil qiymətləndiricinin rəyi əsasında ipoteka predmeti 112500 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış "xxxx" MMC-nin 12 aprel 2018-ci il tarixli, 0211/18/PBOKT saylı qiymətləndirmə hesabatında ipoteka pretmetinin bazar qiyməti 220.000 manat müəyyən eidlmişdir. Həmin əmlakın qiymətinin yuxarı olması ilə bağlı apellyatorlar birinci instansiya məhkəməsinə sübut təqdim etməmişlər. Hətta ipoteka predmetinin dəyərinin çox olmasını apellyasiya şikayətində mübahisələndirsələr də, şikayətə bunu təsdiq edəcək sübutlar əlavə etməmişlər. Əslində “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti olaraq, bazara uyğun əmlakın likvid dəyəri müəyyən olunur. Hazırki halda isə birinci instansiya məhkəməsi cavabdehlərin mənafeyinə cavab verən ipoteka pretmetinin bazar dəyərini, yəni əmlakın dəyərinin yuxarı həddini (likviddə əmlakın dəyəri aşağı olur) müəyyən etmişddir. Əslində bu hal, iddiaçının mənafeyinə cavab vermir. Lakin, iddiaçı ipoteka predmetinin dəyərinin çoxluğundan apellyasiya şikayəti verməmişdir. Buna görə də, kollegiya əmlakın aşağı dəyər təşkil edəcək likvid dəyərinin yoxlanılmasını apellyatorların mənafeyinə uyğun hesab etmədiyindən, ilkin satış qiyməti ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Kollegiya hesab edir ki, qətnamə 30 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməli, dövlət rüsumu 25,2 manat müəyyən olunmalıdır. Həmçinin qətnamə ekspertiza xərcinin tutulması hissəsində ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmalıdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 252 manatı Cavabdeh1, 48 manatı İddiaçı BOKT ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(007)- 62/2019 saylı qətnaməsi əsas, faiz və cərimə borcunun tutulması, cəmi borcun müəyyən edilməsi hissələrində dəyişdirilsin, 25.10.2014-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 3515 (üç min beş yüz on beş) manat, cəmi borc 72552,40 (yetmiş iki min beş yüz əlli iki manat qırx qəpik) manat, 30.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 1894,92 (min səkkiz yüz doxsan dörd ABŞ dolları doxsan iki sent) ABŞ dolları, faiz borcu 539 (beş yüz otuz doqquz) ABŞ dolları, cəmi borc 2433,92 (iki min dörd yüz otuz üç ABŞ dolları doxsan iki sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə 30 (otuz) manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilsin, dövlət rüsumu 25,2 (iyirmi beş manat iyirmi qəpik) manat müəyyən edilsin. Qətnamə ekspertiza xərcinin tutulması hissəsində ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunsun. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manatın 252 (iki yüz əlli iki) manatı Cavabdeh1, 48 (qırx səkkiz) manatı İddiaçı BOKT ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar