Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2412/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(011)-7373/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı əlillər üçün nəzərdə tutulmuş kreslo-arabanın dəyəri olan 1945 manat 12 qəpik pulun cavabdehdən alınaraq Dövlət büdcəsinə qaytarılması üçün İddiaçı bank hesabına köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(011)- 7373/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlil arabası anasının ölümündən 3 gün əvvəl onlara təqdim edilməsinə baxmayaraq, məhkəmə qaimədə olan alınma tarixinin saxtalaşdırılmasına diqqət yetirməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(011)-7373/2019 saylı qətnaməsi ləğv edilməli, mülki iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 anası Cavabdeh2dır. Cavabdeh2 əlilliyinə görə dövlət tərəfindən əlil arabası verilmiş, Cavabdeh1 1945,12 manat dəyərində kreslo-arabanı (əlil arabasını) 05 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin İddiaçındən təhvil almışdır. Cavabdeh2 24 may 2018-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.07.2002-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən İkinci Dünya müharibəsi iştirakçılarına protez-ortopediya məmulatları, əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud olan şəxslər istisna olmaqla), fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşlara protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri dövlət büdcəsi vəsaiti hesabına pulsuz verilir. İddiaçı həmin əlil arabasının Cavabdeh2 vəfat etməsindən 12 gün sonra qızı Cavabdeh1 tərəfindən qanunsuz olaraq təhvil alınmasına istinad edərək həmin arabanın dəyəri olan 1945,12 manat pulun dövlət büdcəsinə qaytarılması üçün hazırkı iddianı qaldırmışdır. Göründüyü kimi, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası inzibati orqanın publik fəaliyyətindən irəli gələn mübahisədir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.07.2002-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq vətəndaşı əlil arabası ilə təmin etmiş, bu zaman tərəflər arasında publik hüquq münasibətlərindən irəli gələn mübahisə yaranmışdır. Bu münasibətlərdə Protez-X1 ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirmiş və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmişdir. Hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh1 arasında yaranmış münasibətlərdə tərəflər bərabər mövqedə deyil. İddiaçı öz iradəsini ifadə etməkdə sərbəst deyil, dövlətin adından çıxış edir, pul vəsaitinin dövlət büdcəsinə qaytarılmasını tələb edir və bu tələbdən imtina edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 384.0.5 və 402.2.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(011)- 7373/2019 saylı qətnaməsi ləğv edilsin. Mülki iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilsin. İddiaçınə izah olunsun ki, Cavabdeh1 qarşı iddia ərizəsi ilə hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2412/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2412/2022
19.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver