Məhkəmə qərarları › İş №2(103)-2421/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2421/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2421/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı “ziyanın əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(006)-177/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinə 05 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən 3,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə Nümayəndə3 (0,79 ha), X4 (0,79 ha), X3 (0,79 ha), İddiaçı (1,58 ha) adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona məxsus pay torpaq sahəsinə ümumilikdə vurulan 51.605 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, Beyləqan rayonu ərazisində yaşayır, xırda sahibkarlıqla məşğul olur və qazanc əldə edir. Respublikada islahat gedərkən onlara da ailəlikcə pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini əkib becərməklə və icarəyə verməklə dolanırlar. Həmin pay torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********10 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestri Beyləqan Ərazi İdarəsinin reyestr nömrəsi Torpaq Sahəsinin plan və ölçüsü ilə 3.95 ha pay torpaq sahəsi qanuni qaydada sənədləşdirməklə mülkiyyətlərinə keçirmişlər. Həmin torpaq sahəsinə təzə vaxtlarda yonca məhsulu əkmişdir. Cavabdehlər ona məxsus pay torpaq sahəsində yüksək gərginlikli elektrik xətti çəkməklə yeri və məhsulu məhv etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X7 Filialı xx.xx.2021-ci il tarixdə müraciətindən sonra yerə baxış keçirmiş və ona məxsus torpağa və əkilmiş bitkiyə ziyan vurulduğunu 28/21 E-007 aktla bir daha təsdiq etmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi şəkillərdən də məlum olur ki, ağır tonnajlı maşınların təkərləri altında torpaq eroziyaya uğramış, yer bərkiyərək sıxılmış və əkilmiş bitki məhv edilmişdir. Beləliklə ona məxsus pay torpaq sahəsində yüksək gərginlikli elektrik dirəyinin basdırılması və enerjinin ötürülməsi ilə torpaq sahəsi azalmış və ziyana məruz qalmışdır. 160 metr uzunluğunda, 4 metr enində torpaq və bitki kolları məhv edilmişdir. Belə məhv edilmiş əkin sahəsində iki hissə vardır. Ümumi ciddi ziyan dəyən sahə 0,13 ha pay torpaq sahəsi eroziya uğramışdır. 4 metr uzunluğunda, 0,95 metr dərinliyində iri tutumlu 2 ədəd əhəmiyyətli, əsas suvarma kanalı məhv edilmişdir, nəticəsində bərpa edilməsi üçün 500 manat xərc tələb edir. Sahə içi 10 ədəd, 4 metr uzunluğunda, 0,40 metr dərinliyində, cəmi 40 metr uzunluğunda xırda suvarma kanalları (sahə içi) məhv edilmişdir, bərpası üçün 500 manat xərc tələb edir. Bu da videolarda açıq görünür. Sahənin digər hissəsində əkin sahəsində 60-70 metr uzunluğunda, 4 metr enində əkinin digər hissəsində ağır tonnajlı maşınların hərəkəti nəticəsində 280 kv.m. yerə zərər vurulması nəticəsində və həmin yerin bərpası 400 manat xərc tələb edir. O 3,95 ha pay torpaq sahəsindən hər il 4 ton yonca toxumu götürdüyünü nəzərə almaqla 0,13 ha pay sahəsindən il ərzində bir mövsümdə 121 kq yonca toxumu götürmək mümkündür. Yonca toxumunun 7 il məhsul verməsini nəzərə alsalar 121x7=847 kq yonca toxumu edir. Yonca toxumunun hazırda region bazarında 6 manat olduğunu nəzərə almaqla 847x6=5082 manat edir. Əlavə bu hissələrin bərpa edilməsi üçün 600 manat əlavə xərc tələb olunur. Toxum bir ilin 4 ayının məhsuludur, yəni 90-100 günə yetişir. Toxumu sahədən götürdükdən sonra isə torpaq sahəsi növbəti mövsümə qədər payızlıq-qışlıq otarılması üçün heyvandarlıqla məşğul olan şəxslərə icarəyə verilir. Hər hektar bir sezon üçün 1000 manata icarəyə verilir. Beləliklə məhv edilən ərazinin, yəni 0,13 ha pay torpaq sahəsinin satış qiyməti isə 921 manatdır. Yonca bitkisini toxumluq saxlanması üçün mövsümü 5 biçinin 1-ci biçildikdən sonra 90-100 gün ərzində, yəni iyun-sentyabr aylarında toxum tədarük edilir. Birinci biçin may ayında olur, ot-yonca presinin hazırki bazar qiyməti 4.50-5 manat olmaqla hər hektardan iki yüz əlli pres götürmək mümkündür. 4 ha x 250=1000, 1000 x 5=5000 manat ziyan birinci biçində dəymişdir. Bundan əlavə toxum biçilib götürüldükdən sonra toxumaltı sayılan yonca bitkisində satılır ki, hazırki bazar qiymət 3 manatdır. Toxumaltı yonca presinin orta sayı 4 hektara 800 pres ola bilər. Bu da 800 x 3 = 2400 manat edir. Sahəsinə basdırılan dirək gələcəkdə enerji verilişi təmin olunduqdan sona yüksək gərginlikli (110 min kilovatlıq) xətt olduğu üçün bir tərəfdən 20 metr, ümumilikdə 40 metr mühafizə zolağı olmalıdır. Bu da yerin (40x160) 6400 kv.m. və ya 64 sot (0,64 ha) məhv edir. Yerin hazırki bazar qiyməti hazırda hər hektar üçün 25.000 manat təşkil edir. 3.95 ha – 100.000 manatdırsa, 64 sotun qiyməti 16.202 manat təşkil edir. Yüksək gərginlikli elektrik xətti olduğu üçün enerji verilişi haqqında qanuna əsasən 110.000 kv-luq xəttə mühafizə zolağı mütləq lazımdır. Bu onların ailəsinin ümumi mülkiyyət payıdır və bunu nəzərə alsalar ki, islahatdan sonrakı 25 ildə onların ailəsinə məxsus olubsa – ailə başçısını itirdikdən sonra ona, ondan sonra bütün vərəsələrinə (uşaqlarına, nəvələrinə) mülki kimi gəlir gətirəcəyindən ümumi olaraq gələcəkdə nəzərə alınmaqla, dirəyin basdırılmasına görə torpağa dəyən ziyan 10.000 manat təşkil edir. Bundan əlavə gələcəkdə hər hansı bir qəza zamanı nəzərə alsalar ki, yüksək gərginlikli elektrik xəttinin altında insan işləyir yə yoxsul kəndlinin əməyi zamanı insan həyatı təhlükədir, təhlükəni əvvəlcədən sığortalamaq düşünülməmişdir, əkin sahəsində il uzunu iş gedir və bu elektrik xəttinin insan həyatı üçün təhlükəsi enerji mütəxəssisləri tərəfindən hesablanmalıdır. Qəzalardan sığortalanmaq üçün 10.000 manat iddia edir. O, bütün bu hesablamaları aqronom mütəxəssislə birlikdə araşdırmaqla aparmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/537- 9/4031 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim edilmiş Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubundakı aqronom rəyinə və Daşınmaz əmlakın reyestr nömrəsi **********14 olan kənd təsərrüfatı təyinatlı əkin sahəsinə olan rəyə əsasən Beyləqan rayon sakini İddiaçı məxsus torpaq sahəsində yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdir və bunun səbəbi elektrik xəttinin çəkilişi zamanı olmuşdur (bioloji tədqiqat). Tədqiqata təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubundakı X6 aqronom rəyində və Daşınmaz əmlakın reyestr nömrəsi **********14 olan kənd təsərrüfatı təyinatlı əkin sahəsinə olan rəydə və rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağın münbit qatına ziyan dəymişdir. Lakin həmin mütəxəssis rəylərində dəymiş ziyanın məbləği və məhsuldarlığı barədə heç bir məlumat verilmədiyi üçün qərardadda qoyulan «Yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdirsə (elektrik xəttinin çəkilişi ilə əlaqəlidirsə) hansı məbləğdə dəymişdir?» sualı üzrə tədqiqat işləri aparılmamışdır (əmtəəşünaslıq tədqiqat).

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2408 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən təqdim olunmuş mütəxəssis rəylərinə və AKT-ın göstəricilərinə əsasən müəyyən olunmuşdur ki, Beyləqan rayon sakini İddiaçı məxsus torpaq sahəsində yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağın münbit qatına dəymiş ziyanın səbəbi həmin sahədə yüksək gərginlikli elektrik xəttinin çəkilməsi səbəb olmuşdur.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1462-9/1538 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, mülki iş materiallarında olan məlumatlara əsasən qərardadın sualı ilə bağlı qeyd olunur ki, hər biri 246 m uzunluqda 0,95 m. dərinlikdə 2 ədəd iri (əsas) suvarma kanalının içərisi təmizlənməklə yenilənməsi üçün görülməli işlərin dəyəri orta bazar qiymətinə uyğun olaraq 500 manat təşkil edir. Sahə içi 10 ədəd kiçik kanalın bərpası aqrotexniki iş olduğuna görə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. İş materiallarında dəymiş ziyanla əlaqədar (torpağın münbit qatına və yonca sahəsinə) həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən tərtib edilmiş mütəxəssis rəyi olmadığından məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı. Belə ki, qeyd edilən ziyanla əlaqədar görüləcək işlərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil.

7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3,95 ha yonca əkin sahəsinə dəyən zərərin qiymətləndirilməsi rəyindən görünür ki, əkin yerinə və yonca məhsuluna maddi zərər dəymişdir. Beləliklə, baxış zamanı aşkar olunmuqdur ki, ağır tonnajlı texnikaların işlədiyi zaman torpaq eroziyaya uğramış, əkin sahəsi bərkiyərək sıxılmış və əkilmiş məhsul (yonca) məhv olmuşdur. Aparılan işlər zamanı ölçüləri 160,0 m x 4,0 m 2 hissədən ibarət əkin sahəsi məhv edilmişdir. Ümumi ciddi ziyan 3,95 ha torpaq sahəsinə dəymişdir. 0,13 ha torpaq sahəsi eroziyaya uğramış. Uzunluğu 246,0 m olan 2 ədəd əsas suvarma kanalı; 10 ədəd uzunluğu 4,0 m, dərinliyi 0,4 m xırda suvarma kanalı tam yararsız vəziyyətə salınmışdır. Sahənin digər hissəsində 60-70 m. uzunluğunda, eni 4,0 m (280,0 kv.m.) əkinə yerinə ziyan vurulmuşdur. Yonca əkin sahəsinin 1,0 ha 750-850 kq toxum əldə edilir. Beləliklə 0,13 ha torpaq sahəsindən əldə olunan toxumdan gəlirliyə zərər dəymişdir. Həmçinin 0,13 ha əkin sahəsinin icarəyə vermək mümkün olmamışdır. Mövsüm ərzində yonca sahəsindən 5 biçim yonca məhsulu yığmaq olar. 1,0 ha yonca sahəsindən 250-300 ədəd bağlama yığmaq mümkündür. Bir biçim əldə etmək mümkün olmayıb. Elektrik xəttinin mühafizə zonası 160,0 x 40,0 m təşkil etdiyi üçün 0,64 ha torpaq sahəsi məhsuldarlığa yararsız sayılır. Elektrik xətti yüksək gərginlikli olduğu üçün mühafizə zolağı mütləqdir. Bu torpaq ümumi mülkiyyət payıdır və nəzərə alsaq ki, 25 il ərzində bu ailəyə məxsus olacaqsa – ailə başçısı itirildikdən sonra bütün vərəsələrə mülki kimi gəlir gətirəcəyindən ümumi olaraq gələcək gəliri nəzərə alsaq, elektrik dirəklərinin basdırılan torpaq sahəsinə dəyən zərər 9873,0 manat təşkil edə bilər. Beyləqan rayonu, Şitilçilik qəsəbəsi 3,95 ha yonca sahəsinə dəyən zərərin hesabatı:

1. Əsas suvarma kanalının yenidən çəkilməsi (2 ədəd) - 246 p/m, 2,30 manat (vahidin qiyməti), 565,80 manat (qiymət), cəmi 1131,60 manat; 2. 4 metr uzunluğunda suvarma kanalının doldurulması - 40 p/m, 2,00 manat (vahidin qiyməti), 80 manat (qiymət), cəmi 80 manat; 3. 4 metr uzunluğunda suvarma kanalının yenidən çəkilməsi - 40 p/m, 2,30 manat (vahidin qiyməti), 92 manat (qiymət), cəmi 92 manat; 4. Sahənin yenidən bərpası - 280 kv.m., 1,40 manat (vahidin qiyməti), 392 manat (qiymət), cəmi 392 manat; 5. 0.13 ha yonca əkin yerinin bərpası (şumlama) - 0.13 ha, 40,00 manat (vahidin qiyməti), 5,20 manat (qiymət), cəmi 10,40 manat; 6. 0.13 ha yonca əkin yerinin bərpası (mala çəkmə) - 0.13 ha, 40,00 manat (vahidin qiyməti), 5,20 manat (qiymət), cəmi 10,40 manat; 7. 0.13 ha sahədən toxumun məhsuldarlığı (7 il) - 682,50 kq., 5,00 manat (vahidin qiyməti), 3412,50 manat (qiymət), cəmi 3412,50 manat; 8. 0,13 ha torpaq sahəsinin icarəsi - 0,13 ha, 500,00 (vahidin qiyməti), 65,00 manat (qiymət), cəmi 455,00 manat; 9. Məhsuldarlığa (yonca) dəyən zərər (3,82 ha) - 840,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 3780,00 manat (qiymət), cəmi 3780,00 manat; 10. Məhsuldarlığa (yonca) dəyər zərər (3,95 ha) - 790,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 3555,00 manat (qiymət), cəmi 3555,00 manat; 11. Məhsuldarlığa (yonca) dəyən zərər (0,13 ha) - 143,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 643,50 manat (qiymət), cəmi 643,50 manat; 12. Məhsuldarlığa (yonca) dəyən zərər (0,13 ha - 6 il) - 143,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 643,50 manat (qiymət), cəmi 4504,50 manat; 13. Zərər dəyən torpaq - 64 sot, 200,00 manat (vahidin qiyməti), 12800,00 manat (qiymət), cəmi 12800,00 manat, cəmi 30.886,90 manat, 30.867,00 manat, 14. Vərəsəliyi nəzərə almaqla - 25 il - 2113,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 9508,50 manat (qiymət), cəmi 9508,50 manat, yekun 40.375,00 manat təşkil etmişdir. Nəticədə Beyləqan rayonu, Şitilçilik qəsəbəsində yerləşən, mülkiyyətdə olan 3,95 ha torpaq sahəsində əkilmiş yonca sahəsinə və məhsuluna xx.xx.2022-ci il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan zərərin dəyəri 30.867,00 manat, nəzərə alsalar ki, 25 ildə torpaq sahəsi bu ailəyə məxsus olarsa və ailənin vərəsələrinə mülk kimi gəlir gətirəcəyi halda, elektrik xəttindən dəyən zərər 9.508,0 manat təşkil etmişdir. Beləliklə, ümumi zərərin dəyəri 40.375,0 manat məbləğində müəyyən olunmuşdur. Qeyd: Mülkiyyətçiyə bundan əlavə gələcəkdə nəzərə alsalar ki, əkin sahəsindən yüksək gərginlik elektrik xəttinin keçdiyi ərazidə insanlar işləyir və elektrik xətti insanlar üçün təhlükə yaradır. Əkin sahəsində il ərzində iş gedir və təhlükəsizliyi yüksək gərginlik xəttinə cavabdeh müəssisə nəzərə almalıdır. Bunun üçün mülkiyyətçi sığortalanmalıdır. Əkin sahəsində elektrik xəttinə görə qəza baş verərsə, həmin adama sığorta ödənilməlidir. Sığortanın məbləği təqribən 10.000 manat təşkil edə bilər. Göstərilən 10.000 manat sığorta məbləğinin əkin sahəsinə dəyən zərərə aidiyyəti yoxdur.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: R.A.Xəlilov) xx.xx.2022-ci il tarixli, 2(006)-177/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə torpaq pay sahəsinə vurulmuş maddi ziyana görə 1648,30 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1678,30 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona dəymiş ziyanı özü hesablasa da bununla bağlı məhkəmə tərəfindən müstəqil qiymətləndirmə keçirilmiş, lakin qiymətləndirilmənin rəyində məbləğ qismən olaraq ağlabatan olmamışdır. Belə ki, "xxxx" MMC tərəfindən gələcəyə münasibətdə (vərəsəlik nəzərə alınmaqla 25 ilə 9508,50 manat, yonca əkimindən gələcək 7 illik məhsuldarlığa görə 3412,50 manat, torpaq sahəsinin icarəsinə 455 manat və s.) ehtimala əsaslanan məbləğlər müəyyən edilmişdir ki, buda iddia tələbinin əsasını təşkil edə bilməz. Həmçinin "xxxx" MMC tərəfindən tərtib edilmiş rəydə əsas iki suvarma kanallarının çəkilməsinə görə 1131,60 manat məbləğ müəyyən etsə də bunun əksinə olaraq Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli rəyində həmin kanalların yenilənməsi üçün 500 manat məbləğ müəyyən edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinin cədvəlindəki 1, 3, 4, 5, 6 və 11-ci abzasları qismən əsas götürülməklə (1-ci abzas üzrə əsas suvarma kanallarının yenilənməsi 500 manat, 3-cü abzas üzrə 4 metr uzunluğundakı kiçik suvarma kanallarının yenidən çəkilməsi üçün 92 manat, 4-cü abzasındakı sahənin yenidən bərpası üçün 392 manat, 5-ci və 6-cı abzaslarındakı 0.13 ha torpaq sahəsinin şumlama və mayalanması üçün 20 manat 80 qəpik, 11-ci abzasındakı 0.13 ha torpaq sahəsinin məhsuldarlığına dəyən ziyana görə 643,50 manat) iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinə vurulmuş maddi ziyana görə ümumilikdə 1648,30 manat məbləğində pul tutulmalıdır.

11. Məhkəmə iddia tələbinin vurulmuş ziyanın cavabdehlərdən müştərək qaydada tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb qismən təmin edilməlidir.

12. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 ASC ilə "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən 110 kv-luq 2 dövrəli 1-ci Beyləqan HX-dən 110/35/10 kv-luq Şükürbəyli YS-na budaqlanma sxemi ilə əlaqənin yenidən qurulması işləri "xxxx" MMC-yə həvalə olunmuşdur.

13. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi mübahisəli torpaq sahəsində onların şirkətdən başqa digər tikinti şirkətinin, həmçinin Cavabdeh3 ASCnin məsuliyyəti olmamasını etiraf etmişdir.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinə vurulmuş ziyana görə "xxxx" MMC məsuliyyət daşımalı, buna görə də dəymiş ziyan yalnız onun tərəfindən ödənilməlidir. Digər cavabdehlər isə Cavabdeh3 ASC və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı subyektiv cavabdehlər olmadığından onlara qarşı iddia tələbi təmin olunmamalıdır.

15. Məhkəmə mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097, 1108-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14, 76 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı və cavabdeh "xxxx" MMC apellyasiya şikayəti vermişdir.

17. İddiaçı apellyasiya şikayətində, qətnamənin ləğv edilib dəymiş zərərin tam həcminin ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş sübutlara, ekspertiza rəylərinə baxmayaraq birinci instansiya məhkəməsi qərar qəbul edərkən dəymiş zərərin tam məbləğinin cavabdehlərdən tutulmasını nəzərə almamışdır. Təmin olunan məbləğ ona faktiki olaraq dəymiş ziyanın sadəcə az bir qismini təşkil edir. Birinci instansiya məhkəməsi ona vurulmuş zərərin tam məbləğinin aydın şəkildə müəyyənləşdirilməsinə baxmayaraq qərar qəbul edərkən bunu nəzərə almayaraq zərərin az bir hissəsinin ödənilməsini təmin etmişdir. Lakin həmin məbləğ dəymiş zərər nəticəsində itirdiyi gəlirinin əvəzini ödəməyə qadir deyildir. Yuxarıda göstərilən maddənin tələbindən də göründüyü kimi, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin də öhdəsinə qoyula bilər. Lakin birinci instansiya məhkəməsi qərar qəbul edərkən quraşdırma işlərinin faktiki olaraq "xxxx" MMC tərəfindən aparıldığı üçün yalnız onun tərəfindən ödənilməsi barədə qərar qəbul edərək sözügedən Podrat müqaviləsinin digər tərəflərinin öhdəliklərini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən cavabdehlər tərəfindən dəymiş mənəvi zərəri ümumiyyətlə nəzərə almamışdır. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin hallarından və işə əlavə olunmuş sübutlardan da görünür ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən sübutları tam şəkildə araşdırmamışdır. Belə ki, qətnamənin 22 və 24-cü bəndlərindən də görünür ki, ekspert qarşısına qoyulan sualların hər biri öz cavabını tapmamış və dəymiş zərərin tam həcmi müəyyən edilməmişdir. Bu səbəbdən, "xxxx" MMC tərəfindən dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı sözügedən sahəyə baxış keçirilmiş, qiymətləndirilməsinin nəticələri iş materiallarına əlavə edilmiş, lakin məhkəmə tərəfindən qərar qəbul olunarkən qiymətləndirmənin nəticəsinə hüquqi qiymət verilməmişdir.

18. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv olunaraq, tərəflərindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02- 71/22 saylı mütəxəssis rəyini əsas götürməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə obyektiv və qərəzsiz baxılmamış, prosessual pozuntulara yol verilmiş, nəticədə İddiaçı xeyrinə torpaq pay sahəsinə vurulmuş maddi ziyanın məbləği həddən artıq böyük məbləğdə müəyyən edilmişdir. Bu səbəbdən sözügedən qətnamə iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməli və yeni qətnamə çıxarılmalıdır. İddiaçı mülkiyyətindəki Beyləqan rayonu, Şitilçilik qəsəbəsində Reyestr nöməsi **********14 olan 3,95 ha torpaq sahəsinə 110 kv-luq elektrik xəttinin çəkilişi zamanı dəymiş ziyanın məbləği ilə bağlı tələb etdiyi məbləğ həddən artıq yüksək olmuşdur. «Sifarişçi» qismində Cavabdeh3 ASC ilə «Podratçı» qismində "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, TM/PKH-20/1189 saylı podrat müqaviləsindən aydın olur ki, sözügedən sahəyə tərəflərindən qəsdən ziyan vurulmamışdır. Podrat müqaviləsindən irəli gələn öhdəliklərin icrası zamanı ehtiyatsızlıqdan iddiaçıya məxsus olan pay torpağının tapdalanması nəticəsində tələb olunan məbləğdən qat-qat az olan miqdarda ziyan vurulmuşdur. Lakin iddiaçı vurulan ziyanla heç bir uyğunluq təşkil etməyən məbləğdə kompensasiya tələb etməkdə əsassız iddia qaldırmışdır. Halbuki həmin məbləğlər həddən artıq şişirdilmiş, vurulan ziyandan qat-qat artıq məbləğ qeyd olunmuşdur. Ziyanın real məbləği tərəfimizdən məhkəməyə təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02-71/22 saylı mütəxəssis rəyində öz əksini tapır. İddia tələbinə dair etiraz və etirazın əsaslı olmasını təsdiq edən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02-71/22 saylı mütəxəssis rəyinin qiymətləndirilməməsi birinci instansiya məhkəməsi tərəfindən işə tam, obyektiv və qərəzsiz baxılmadığını təsdiq edir.

v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 7/611-9/3134 nömrəli rəydə qeyd edilmişdir ki, Beyləqan DAİM aparıcı məsləhətçisi X1 tərəfindən İddiaçı Beyləqan rayonu Şitilçilik qəsəbəsi ərazisində mülkiyyətində olan pay torpaq sahəsinə baxış keçirmiş və həmin torpaq sahəsində ot örtüyü olmamış, suvarılma kanallarının dağıdılmasına rast gəlinməmişdir. Həmin məktubda "xxxx" MMC tərəfindən elektrik dirəyi (dirəkləri) quraşdırılarkən iddiaçıın mülkiyyətində olan torpaq sahəsindəki yonca əkini, eləcə də müəyyən ərazidə torpağın münbit olan torpaq sahəsindəki yonca əkini, eləcədə müəyyən ərazidə torpağın münbit qatı yararsız hala düşüb-düşməməsi barədə heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş "xxxx" MMC tərəfindən elektik dirəyi (dirkləri) quraşdırılarkən iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki yonca əkini, eləcə də müəyyən ərazidə torpağın münbit qatı yararsız hala düşmüşdürmü” sualı üzrə tədqiqat işləri aparılmadı. Rəyin bioloji tədqiqat hissəsində və iş materiallarında olan məlumatlara əsasən qərardadda qoyulmuş 2-ci Suvarma kanalları, yonca əkini, eləcədə müəyyən ərazidə torpağın münbit qatı yararsız hala düşmüşdürsə bunun nəticəsində iddiaçıya nə qədər ziyan dəymişdir? Sualı üzrə tədqiqat işləri aparılmadı. Tədqiqata təqdim edilmiş mülki işin materiallarında olan Premium Qiymətləndirmə MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyi qanunla nəzərdə tutulan hüquqi səlahiyyətverici sənədə malik olmadığından onun əsasında qoyulmuş suallara obyektiv rəy verilməsi üçün əsas ola bilmədiyindən qərardadda qoyulmuş 3) "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3.95 ha yonca əkin sahəsinə dəyən zərərin qiymətləndirilməsi rəyində göstərilmiş hesabat üzrə nəzərdə tutulmuş məbləğlər bazar qiymətinə uyğundurmu və tədqiq edilmiş sənədlər vurulmuş zərərin cəmi dəyəri nə qədər təşkil edir?” sualı üzrə tədqiqat işləri aparılmadı.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), E.E.Rəhimov və F.İ.Əyyubov) 2(103)-417/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya baxışı zamanı verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsaslanaraq qeyd etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097, 1108-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 384 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır.

c)Kassasiya instansiya məhkəməsindəki icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 17 yanvar 2024-cü il tarixli 2(102)-156/2024 nömrəli qərarı ilə (hakimlər M.Əhmədova (məruzəçi), Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2023-cü il tarixli, 2(103)- 417/2023 nömrəli qətnaməsi iddianın 1148,30 manat təmin olunan və iddianın qalan təmin olunmayan hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır.

25. Kassasiya instansiya məhkəməsi göstərmişdir ki, məhkəmə kollegiyası hər biri 246 metr uzunluqda 0,95 m dərinlikdə 2 ədəd iri (əsas) suvarma kanalının içərisi təmizlənməklə yenilənməsi üçün görülməli işlərin dəyəri orta bazar qiymətinə uyğun olaraq 500 manat təşkil etməsi barədə ekspert rəyi ilə verilmiş nəticə ilə razılaşsa da, qeyd etməyi zəruri hesab edir ki, digər hissələrdə ekspert və mütəxəssis rəyləri arasında dəymiş ziyanla bağlı kifayət qədər böyük fərq mövcuddur. Buna görə də, dəymiş zərərin əsasları ekspert tərəfindən aparılmış araşdırmada öz əksini tapmalıdır. Həmin əsaslar göstərilmədən, ekspert və mütəxəssis rəylərinin mülki prosessual qanunvericiliyə uyğun, kifayət qədər aydın və ya tam olması qənaətinə gəlmək qeyrimümkündür. Nəzərə alınmalıdır ki, işin faktiki hallarını araşdırmaq hüququna malik olan məhkəmələr tərəfindən iddia tələblərində olan hallar üzrə suallar qoyulmuş, ekspert isə həmin hallarla bağlı müvafiq sahə üzrə mütəxəssis rəyinin olmaması səbəbindən rəyin verilməsindən imtina etmişdir. Bu halda məhkəmə sonrakı prosessual hərəkəti edərək mütəxəssis rəyinin alınması üçün təşəbbüs etməli (çünki, qərardadda suallar qoyulmuş, lakin icra olunmamışdır), məhz işin düzgün və hərtərəfli araşdırılmasını təmin etməli idi. Lakin, məhkəmə belə təşəbbüs göstərməmiş, faktiki olaraq iş üçün müəyyən edilməli olan halların müəyyən edilməsi üçün əhəmiyyətli olmayan rəylə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almadan, ekspert və mütəxəssis rəylərinə tənqidi yanaşmadan, mülki prosessual qanunvericiliyə uyğunluğunu yoxlamadan ekspert rəyinin mötəbərliyini qəbul etmişdir.

Proses iştirakçılarının izahatı

26. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

31. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

32. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

33. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

40. Qətnamə iddianın 1148,30 manat təmin olunan və iddianın qalan təmin olunmayan hissələrində yoxlanılır. Həmçinin qətnamə cavabdeh "xxxx" MMC-nin şikayətinə münasibətdə yoxlanılmır, çünki sonuncu birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti versə də, həmin qətnaməni qüvvədə saxlayan apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə dəyişdirilməlidir.

42. İddiaçının əmlakına cavabdehlər tərəfindən vurulmuş zərər nəticəsində əmlakın yararsız vəziyyətə düşməsi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.

43. Lakin əmlaka dəymiş ziyanın məbləği ilə bağlı mübahisə mövcuddur.

44. Təyin edilmiş ekspertizalar nəticəsində yalnız bir sual cavablandırılmışdır: hər biri 246 m uzunluqda, 0,95 m dərinlikdə 2 ədəd iri (əsas) suvarma kanalının içərisi təmizlənməklə yenilənməsi üçün görülməli işlərin dəyəri orta bazar qiymətinə uyğun olaraq 500 manat təşkil edir. Qoyulmuş digər suallar üzrə ekspertiza tədqiqatı aparılmamış və bu, müvafiq mütəxəssis rəyinin olmaması ilə əlaqələndirilmişdir.

45. Bu məqsədlə Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə müvafiq sahə üzrə mütəxəssis cəlb olunaraq qiymətləndirmə təyin edilmiş və qərardadın icrası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna həvalə edilmişdir.

46. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, hal-hazırki vaxtda yonca sahəsi mövcud olmadığından şəkil və video materiallardan aydın hiss olunur ki, ağır tonajlı maşınların təkərləri altında torpaq eroziyaya deyil kipləşmə nəticəsində torpaqda havalanma getmədiyindən 160 m uzunluğunda 4 m enində yonca sahəsində iki hissə olmaqla və eləcə də elektrik dirəklərinin basdırıldığı sahə nəzərə alınmaqla cəmi 0,13 ha pay torpaq sahəsində olan yonca bitkisinin məhv olunması müşahidə edilir. Yonca sahəsində ağır tonajlı maşının hərəkəti istiqamətində mövcud olan suvarma kanallarının pozulması mümkündür. Əkin altında yonca sahəsi olmadığı üçün zərərçəkənə dəymiş ziyanın həddini qiymətləndirməkdə çətinlik çəkirlər. Video və şəkillərdən də göründüyü kimi yonca sahəsinin ümumi görünüşü onu deməyə əsas verir ki, həmin sahədə normal bitki sıxlığı mövcud deyildir. Yonca bitkisinin olması təzə vaxtlarda əkildiyi, ancaq neçə illik olduğu qeyd olunmur. Halbuki məhsuldarlıqda yonca bitkisinin neçə illik olması əsas şərtlərdən biridir. Video materiallardan bəlli olur ki, dəymiş zərəri bərpa etmək üçün həmin korlanmış sahədə zərərçəkən yenidən heç bir sahə hazırlamadan normadan artıq toxum və gübrə səpməklə səpin aparmışdır. Bu isə artıq izafi xərcdir. Yadda saxlamaq lazımdır ki, səpin birincisi tam səpinə hazırlanmış torpaqda aparıla bilər. İkincisi isə sələfi yonca olan sahədə yonca toxumu səpmək aqrotexniki qaydalara ziddir. Video görüntülərdən məlum olur ki, sahə suvarılarkən suyun kipləndirilmiş sahədə toplanması nəticəsində orada heç bir yonca cücərtisinin alınmadığı hiss olunur.

47. Ağır tonajlı maşınların hərəkəti nəticəsində torpağın münbit qatı deyil, torpaq sahəsi nəm olduğu üçün kiplənməyə məruz qalması mümkündür. Həmin kiplənmiş sahədə bitki örtüyünün məhv olması inandırıcıdır. Çünki kiplənmiş torpaqda havalanma getmədiyinə görə oksigen çatmadığı üçün bitkinin məhv olunma şansı böyükdür.

48. Suvarma kanalları müvəqqəti olaraq korlanmışdır. Onu istənilən vaxt arx və ya kanal açan aqreqatlarla az vəsait xərcləməklə bərpa etmək mümkündür. Burada torpağın münbit qatı heç də korlanmamışdır. Yonca sahəsinin vəziyyətinə gəldikdə isə iddiaçı ona məxsus iddia ərizəsinə əlavə etdiyi şəkillərdən məlum olduğu kimi 3,95 ha yonca sahəsinin 0,13 ha sahəsinə cavabdehlər "xxxx" MMC və Cavabdeh3 ASC tərəfindən zərər vurulmuşdur.

49. Hazırki vaxtda yonca toxumu üçün əkilən sahə nümunəvi sahə olmalıdır. Yonca sahəsindən 1-ci il deyil, 2-ci və 3-cü illərin 2-ci biçinində bir qayda olaraq toxumluq məqsədi ilə toxum tədarük olunur və yüksək becərmə şəraitində hektardan 300-500 kq toxum məhsulu götürülə bilər. 4-cü və 5-ci ilində yonca sahəsində yonca bitkisi seyrəldiyi üçün həmin sahədən toxum tədarük etmək məqsədəuyğun deyildir. Bunları nəzərə alraq 2 ildə 0,13 ha yonca sahəsindən ən yaxşı halda 78-130 kq toxum götürmək mümkündür. Bir şərtlə ki, toxumluq üçün saxlanılan sahə alaqsız, xəstəlik və zərərvericilərlə sirayətlənməmiş olsun. Şəkil və video materiallarından göründüyü kimi sahənin görünüşünə fikir verildikdə onun toxumluq üçün yararlı olması hiss olunmur. Sahənin otarılması üçün icarəyə verilməsi yonca bitkisi üçün məqbul deyildir. Çünki cinsindən asılı olmayaraq heyvanlar tərəfindən otarılan sahə heyvanların dırnaqlarının təsiri nəticəsində kipləşdirilir və nəticədə bitki köklərinə oksigen çatışmadığı üçün bitkilər tədricən məhv olur.

50. İddiaçı apellyasiya baxışı zamanı ərizə verərək, iddia tələbində tələb etdiyi əkin sahəsinə dəyən real zərəri ayrı-ayrılıqda izah etmişdir (cild 3, iş v. 56).

51. Əkin sahəsinə vurulmuş real zərər olaraq göstərmişdir ki, 160 metr uzunluğunda, 4 metr enində əkin sahəsinə torpaq və bitki kolları məhv edilmişdir. Torpağın münbit qatı tamamilə məhv olmuş və dərin yarğanlar yaranmışdır. Belə məhv edilmiş əkin sahəsində 2 hissə vardır: 160*4=640 m 640*2=1280 m2, təqribi = 13 sot və ya 0,13 ha. Yəni, ümumi ciddi ziyan dəyən sahə 0,13 ha pay torpaq sahəsi erroziya uğramışdır.

52. Bununla bağlı verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, ağır tonajlı maşınların hərəkəti nəticəsində torpağın münbit qatı deyil, torpaq sahəsi nəm olduğu üçün, kiplənməyə məruz qalması mümkündür. Həmin kiplənmiş sahədə bitki örtüyünün məhv olması inandırıcıdır. Çünki kiplənmiş torpaqda havalanma getmədiyinə görə oksigen çatmadığı üçün bitkinin məhv olunma şansı böyükdür.

53. İddiaçı göstərmişdir ki, yenidən şum - yerin əkilməsi, mala çəkilməsi, ağır tonajlı texnikanın 40-50 sm qədər dərinlikdə yaratdığı yarğanları bərpa etmək, üzvü gübrələrin verilməsi, toxum almaq, toxumun səpilməsi, sulanması 2500 manata qədər xərc tutmuşdur. Bərpadan sonra əkin sahəsi effektiv əkin olmadığı üçün 0,13 ha ərazi bərbad vəziyyətdə məhsuldarlıq olmuşdur.

54. Mütəxəssis rəyində aparılmış hesablamalarda göstərilmişdir ki, sahənin şumlanması - 1 ha üçün 40 manat olduğu halda, 0,13 ha üçün 5,20 manat; sahənin malalanması - 1 ha üçün 1 dəfə 20 manat, 2 dəfə 40 manat olduğu halda, 0,13 ha üçün 5.20 manat; toxumun alınması - 1 ha üçün 20 kq nəzərdə tutulduğu halda, 0,13 ha sahəyə 2,6 kq tələb olunur, 1 kq toxumun bazar qiymət 6 man olduğundan 2,6 kq toxuma çəkilən xərc 15,6 manat olması məqbuldur.

55. 1 ha yonca sahəsinə səpin üçün çəkilən xərc 30 manat olduğundan, 0,13 ha sahəyə 3,9 manat tələb olunur; suvarma arxlarının çəkilməsi – 1 ha sahə üçün 20 manat, 0,13 ha sahəyə 2,6 manat tələb olunur; suvarılma – 1 ha sahənin suvarılması üçün suçuya çəkilən xərc 50 manat olduğundan, 0,13 ha sahəyə 6,5 manat tələb olunur.

56. Beləliklə 0,13 ha sahədə şumdan bitiş alındığı dövr üçün çəkilən xərc 39,0 manat pul vəsaitinin xərclənməsi mümkündür.

57. İddiaçı bu əraziyə görə əldən çıxmış gəlir olaraq göstərmişdir ki, hər 1 ha görə əkin sahəsi 250 yonca bağı verirsə, 0,13 ha məhv olmuş ərazi hər biçində 34 yonca bağı kəm verir ki, buda mövsüm ərzində (5 biçimdə) 170 yonca bağı edir ki, onun da bazar qiyməti 4.50-5.00 azn təşkil edir. Biçin mövsümündə 850 azn gəlir azalır ki, bu da 7 illik bitkidə 5950 manat əldən çıxmış gəlir edir və ya əldən çıxmış gəlir kimi yonca bağını, yoncanın toxuma saxlanması kimi də göstərmək olar (yonca toxumu emalı), 1 ha əkin sahəsi 1 ton (1000 kq) yonca toxumu alınırsa, 0.13 ha zədələnmiş ərazidə 130 kq yonca toxu götürmək mümkündür ki, bunun da bazar qiyməti 5-7 manat təşkil edir. 130 kq yonca toxumu mövsümü olarqa 780 manat, 7 illik bitki olduğunu nəzərə alsaq 5460 manat əldən çıxmış gəlir edir. Yoncanın toxumu biçildikdən sonra toxumaltı adlanan ot var ki, bu da gül yonca qədər olmasa da, onun 50 %-i qədər gəlir verir. Bu da, toxum becərilərsə, əldən çıxmış gəlir hesab olunur. 5950 manat tər yoncanın əldən çıxmış gəlirinin 50 %-i, 2975 manat əldən çıxmış gəlir hesab olunur.

58. Mütəxəssis rəyində isə göstərilmişdir ki, ot biçini 1 ha üçün 40 manat olduğundan, 0,13 ha sahəyə görə çəkilən xərc 5,20 manatdır. Təxmini olaraq 1 ha-dan 1-ci biçində 250 ədəd ot tədarük olunarsa, hər kipin isə bağlanmasına 0,40 manat xərclənərsə, çəkilən xərc 1 ha üçün 100 manat, 0,13 ha sahədən 32 ədəd ot kipinin bağlanmasına çəkilən xərc isə 12,8 manat edər.

59. Bölgə üçün 1 ədəd ot kipinin satış qiyməti 4 manat olduğu nəzərə alınsa, 1 ha-dan tədarük olunan 250 ədəd ot kipinin qiyməti 1000 manat, 0,13 ha sahədən isə tədarük olunan 32 ədəd ot kipinin qiyməti 128 manat edər.

60. Beləliklə, xalis gəlir: 1-ci biçin üçün – 71 manat (32 kip 128 manat - 57 manat istehsal xərci); 2-ci biçin üçün – 96,3 manat (30 kip 120 manat – 23,7 manat istehsal xərci); 3-cü biçin üçün – 105,9 manat (32 kip 128 manat – 22,1 manat istehsal xərci); 4-cü biçin üçün – 82,9 manat (26 kip 104 manat – 21,1 manat istehsal xərci); 5-ci biçin üçün – 70,3 manat (20 kip x 4,5 manat = 90 manat – 19,7 m. istehsal xərci).

61. Bununla da 5 biçində zərərə məruz qalmış 0,13 ha sahədə ümumi məhsulun satış qiyməti 570 manat, istehsala çəkilən xərc isə 143,6 manat olmaqla, əldə olunan xalis gəlir 426,4 manat olması məqsədəuyğundur.

62. Beləliklə, 1 il ərzində korlanmış 0,13 ha sahə üçün əldə olunan məhsulun satış dəyəri (116 kip x 4 man) = 464 man + (20 kip x 4,5 man) = 90 manat, cəmi 554 manat olmaqla, cəmi 4 il ərzində (554 man x 4 il) = 2216 manat, istehsal xərcinin isə (143,6 man x 4 il) – 574,4 manat xərclənərsə, əldə olunan faydanın 1641,6 manat (2216 – 574,4) olması mümkün sayıla bilər.

63. İddiaçı torpaq sahəsinin fermerlərə icarəyə verilməməsinə görə əldən çıxmış fayda tələb edərək, göstərmişdir ki, mövsümü məhsuldarlıqdan əlavə əkin sahəsi heyvandarlıqla məşğul olan fermerlərə payızlıq-qışlıq otlaq kimi satılır. Belə sahənin mövsümnən əlavə yerdə qalan 6 ayı üçün hər 1 ha 1000 manata icarəyə verilir. Bu da 3950 manat etdiyi halda əkin sahəsində müəyyən zədələnmə olduğu üçün burada da müəyyən əldən çıxmış gəlir vardır. Hər mövsüm üçün 130-150 manat itrilmiş gəlir hesab olunur. Bu da 7 illik bitkinin ömrü üçün 1050 manat əldən çıxmış gəlir hesab olunur.

64. Mütəxəssis rəyində göstərilmişdir ki, sahənin otarılması üçün icarəyə verilməsi yonca bitkisi üçün məqbul deyildir. Çünki cinsindən asılı olmayaraq heyvanlar tərəfindən otarılan sahə heyvanların dırnaqlarının təsiri nəticəsində kipləşir və nəticədə bitki köklərinə oksigen çatışmadığı üçün bitkilər tədricən məhv olur. Əksinə yonca sahəsində payız-qış aylarında aqrotexniki işlərlə yanaşı (suvarma, üzvi və mineral gübrələrin verilməsi, sahənin yüngül mala ilə əksinə malalanması) zərərvericilərə qarşı, o cümlədən siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılması məsləhətdir.

65. İddiaçı göstərmişdir ki, 246 metr uzunluğunda, 0,95 metr dərinliyində iri tutumlu 2 ədəd əhəmiyyətli, əsas suvarma kanalı məhv edilmişdir, nəticədə bərpa edilməsi, hər bir kanalın yenidən çəkilməsi üçün 500 manat, cəmi 1000 manat xərc tələb edilmişdir.

66. Bununla bağlı Kollegiya qeyd edir ki, həmin hissədə qətnamənin yoxlanılması hazırki baxışın predmetini təşkil etmir, belə ki, kassasiya instansiya məhkəməsi tərəfindən həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, bununla bağlı mütəxəssis rəyində göstərilənlər nəzərə alınmır.

67. Bundan başqa iddiaçı göstərmişdir ki, sahə içi 10 ədəd, 4 metr uzunluğunda, 0,40 metr dərinliyində, cəmi 40 metr uzunluğunda xırda suvarma kanalları (sahə içi) məhv edilmişdir, bərpası üçün 500 manat xərc tələb edilir.

68. Mütəxəssis rəyində göstərilmişdir ki, sahə içi 10 ədəd, 4 metr uzunluğunda, 0,40 metr dərinliyində, cəmi 40 metr uzunluğunda xırda suvarma kanallarının bərpası üçün 50 manat vəsait tələb olunur.

69. İddiaçı göstərmişdir ki, istər iri tutumlu, istərsə də xırda tutumlu kanalların yenidən içərisinin ayırtlanması (təmizlənməsi) 400 manat xərc tələb etmişdir.

70. Kollegiya hesab edir ki, bu hissədə tələb artıqdır, belə ki, kanalların bərpası həm də onun ayırtlanması (təmizlənməsi) deməkdir, iddiaçı həm kanalların bərpası üçün xərc tələb etmiş, həm də kanalların ayırtlanması (təmizlənməsi) üçün ayrı xərc tələb etmişdir, ona görə də həmin tələb təmin oluna bilməz.

71. İddiaçı göstərmişdir ki, sahənin digər hissəsində əkin sahəsində 60-70 metr uzunluğunda, 4 metr enində əkinin digər hissəsində ağır tonnajlı maşınların hərəkəti nəticəsində 280 kv.m sahəyə vurulmuş zərərin aradan qaldırılması üçün (həmin yerin bərpası, üzvü gübrələrlə birlikdə) 900 manat xərc tələb edib.

72. Lakin mütəxəssis rəyinə görə 280 kv.m sahənin bərpası üçün 150 manat xərc tələb edilməsi məqbuldur.

73. Beləliklə, mütəxəssis rəyinə əsasən ümumilikdə vurulmuş zərər 1880,6 manat müəyyən edilir (500 manat iri (əsas) suvarma kanalının təmizlənməsi üçün tələb olunan vəsait istisna olmaqla). Mütəxəssis rəyi əsas götürülməklə qətnamə həmin hissədə dəyişdirilməlidir.

74. İddia tələbinin qalan hissədə rədd edilməsi barədə məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.

75. Belə ki, iddiaçı göstərmişdir ki, əkin sahəsindən 110 kv-luq paylayıcı elektirik xəttinin keçməsi nəticəsində 160 metr uzunluğunda, 4 metr enində sahənin eninə hissəsində böyük bir ərazi zəbt olunmuşdur. Əkin sahəsində 1 ədəd diametri 80 sm olan polad dirək basdırılmışdır. Basdırılan dirəyin ərazisi - diametri 3 m olan ərazi zəbt olunubdur və burada əkin əkilmir və texnikanın da dirəyə yaxınlaşması qeyri mümkündür. Əkin, biçin və digər mövsümi tədbirlər zamanı heç bir texnika ümumiyyətlə paylayıcı xəttin altına yaxınlaşmır. Bu ərazidə məhsuldarlıq sıfıra bərabərdir. Burada yüksək gərginlikli (110 kv) xətt olduğu üçün hər tərəfdən 20 metr , ümumilikdə 40 metr mühafizə zolağı olmalıdır. Bu da yerin (40x160) 6400 kv.m və ya 64 sotunu (0.64 hektar) məhv edir. 0.64 ha ərazi ümumi əkin sahəsinin - 3.95 ha-nın məhsuldarlığını 18-20 % aşağı salır ki, bu da illik orta hesabla 15000-16000 manat gəliri olan sahədə hər il üçün 3200 manat, 7 illik yonca bitkisinin 22400 manat məbləğində əldən çıxmış gəlirdir. Yüksək gərginlikli elektrik xətti olduğu üçün enerji verilişi haqqında qanuna əsasən 110 kv-luq xəttə mühafizə zolağı mütləq lazımdır.

76. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli qərarının 2.2-ci bəndində göstərilmişdir ki, elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 110 kV-luq hava elektrik verilişi xətləri üçün – 20 metr (2.2.4).

77. Qərarın 3.1-ci bəndində göstərilmişdir ki, bu tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər: hər növ dağmədən işləri, yükləmə-boşaltma (o cümlədən dənizdə, çayda, göldə), dibdərinlətmə, yerqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, bağlar üçün dayaqların quraşdırılması və kənd təsərrüfatı bitkilərinin suvarılması (3.1.2).

78. Digər tərəfdən iddiaçının təqdim etdiyi sübutlardan (fotoşəkillər, videogörüntülərdən) müəyyən edilir ki, sözügedən sahədə iddiaçı tərəfdən müvafiq işlər görülür. Yəni, mühafizə zonasında kənd təsərrüfatı işlərinin görülməsi qadağan olunmayıb və iddiaçı da həmin ərazidə müvafiq işlər görüb, həmin sahədən məhrum olmayıb. Ona görə də həmin hissədə iddia təmin oluna bilməz.

79. Daha sonra iddiaçı tələbində göstərmişdir ki, “Bu onların ailəsinin ümumi mülkiyyət payıdır və bunu nəzərə alsalar ki, islahatdan sonrakı 25 ildə onların ailəsinə məxsus olubsa – ailə başçısını itirdikdən sonra ona, ondan sonra bütün vərəsələrinə (uşaqlarına, nəvələrinə) mülk kimi gəlir gətirəcəyindən ümumi olaraq gələcək də nəzərə alınmaqla, dirəyin basdırılmasına görə torpağa dəyən ziyan 10.000 manat təşkil edir.”

80. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

81. Kollegiya qeyd edir ki, bu hissədə iddia tələbi mücərrəd və hazırki mübahisənin mahiyyətinə aid olmayan şəkildədir, belə ki, iddiaçının həmin tələbi əldən çıxmış fayda ilə bağlı ola bilər ki, həmin hissədə də onun tələbi artıq qismən təmin olunur. Həmçinin dirəyin basdırılması nəticəsində kiplənməyə məruz qalaraq qismən zədələnmiş sahə iddiaçı tərəfindən istifadədir və belə vəziyyətdə gələcəkdə həmin sahədən istifadə edilə bilməməsi ilə bağlı əldən çıxmış fayda tələb oluna bilməz.

82. İddiaçının digər bir tələbi isə qəzalardan sığortalanmaq üçün 10.000 manat tutulması ilə bağlı olmuşdur, göstərmişdir ki, gələcəkdə hər hansı bir qəza zamanı nəzərə alsalar ki, yüksək gərginlikli elektrik xəttinin altında insan işləyir yə yoxsul kəndlinin əməyi zamanı insan həyatına təhlükə vardır, təhlükəni əvvəlcədən sığortalamaq düşünülməmişdir. Əkin sahəsində il uzunu iş gedir və bu elektrik xəttinin insan həyatı üçün təhlükəsi enerji mütəxəssisləri tərəfindən hesablanmalıdır.

83. Kollegiya iddiaçının bu hissədə də tələbini əsassız hesab edir ki, hər hansı baş verəcək qəzadan sığortalanması könüllü xarakter daşıyır, bununla bağlı iddiaçı özü könüllü sığorta müqaviləsi bağlaya bilər.

84. Ona görə də bu hissədə iddiaçının tələbləri əsassız olduğundan, məhkəmə də haqlı olaraq iddia tələbini rədd etmişdir.

85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-177/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı torpaq sahəsinə vurulmuş ziyana görə cavabdeh "xxxx" MMC-dən tutulmuş 1148,30 manat maddi zərərin məbləği (500 manat iri (əsas) suvarma kanalının təmizlənməsi üçün tələb olunan vəsait istisna olmaqla) 1880,6 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar