Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2426/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(007)- 2144/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məlikov Yaşar Xıdır oğlu cəlb edilməklə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “əmlakın qeyri-qanuni sahiblikdən geri alınması, əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 2144/2022 saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək mübahisəli torpaq sahəsində yerləşən 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyriyaşayış sahəsini cavabdeh MMC-nin sahibliyindən geri alınması və həmin əmlak üzərinə olan iddiaçının mülkiyyət hüququnun bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-688/2023 nömrəli, 12 sentyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Elşən Kazımov və Namiq Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2022-cü il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-337/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ilə iddiaçı Feyzullyaev Mirzə İxtiyar oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 2(103)-688/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Sədrinin 2(102)-337/2024 nömrəli, 28 mart 2024-cü il tarixli məktubu ilə mülki iş üzrə qərarda yol verilmiş yanlışlığın düzəldilməsinə dair cavabdehin ərizəsinə baxılması üçün mülki işin Ali Məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı mülki işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məktubu nəzərə alaraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmaqla Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Mülki iş apellyasiya baxışından çıxarılmaqla Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2426/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2426/2024
24.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməs
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver