Məhkəmə qərarları › İş №2(103)-3852/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3852/2024

18.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməs
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3852/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X26 üçüncü şəxs kimi cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: (əmlakın qeyri-qanuni sahiblikdən geri alınması və mülkiyyət hüququnun tanınması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2144/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanda istifadədə olan 0,13473 ha torpaq sahəsində yerləşən 2211 kv.m ümumi, 1962,2 kv.m əsas, 248,8 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 579 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2404-cü məhəllədə istifadədə olan 0,39421 ha torpaq sahəsində yerləşən 7553.6 kv.m ümumi, 4069 kv.m əsas, 3484.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə “AQAS” firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********17-12301 reyestr nömrəli daşınmaz əmlak olan qeyri-yaşayış binasının xx.xx.2007-ci il tarixdə tərtib olunmuş texniki pasportuna əsasən ünvan 2 ünvanının hüquqi subyekti “AQAS” firmasıdır.

4. Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 3 ünvanda istifadədə olan 4,1052 ha torpaq sahəsində yerləşən 7553,6 kv.m ümumi, 4069 kv.m əsas, 3484,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə paylı mülkiyyət hüququ üzrə X8 A1 tik. 2 mərt. (ü/s-4320,9 kv.m, tik.alt.-0,13238 ha) "Şadlıq evi", "AQAS" firmasının qalan hissə, X3 G tik. (ü/s-67,2 kv.m, tik.alt.- 0,00816 ha) "Avtoyuyucu", Cavabdeh2 A tik. 2 mərt. (ü\s-1782 kv.m, tik.alt.- 0,09788ha) "Şadlıq evi" adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 3 ünvanda istifadədə olan 4,1052 ha torpaq sahəsində yerləşən 7553,6 kv.m ümumi, 4069 kv.m əsas, 3484,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə paylı mülkiyyət hüququ üzrə Feyzuİİayev Samir İxtiyar oğlunun G tik. (ü/s 67.2 kv.m, tik.alt.- 0.00816 ha) "Avtoyuyucu", X8 A1 tik. 2 mərt. (ü/s-4320,9 kv.m, tik.aİt.- 0,13238 ha) "Şadlıq evi", "AQAS" firmasının qalan hissə, Cavabdeh2 A tik. 2 mərt. (ü\s- 1782 kv.m, tik.ait.-0,09788ha) "Şadlıq evi" adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın qeyri-yaşayış binası olan avtoyuyucunun xx.xx.2008-ci il tarixdə tərtib olunmuş texniki pasporta əsasən ünvan 4 ünvanının hüquqi subyekti X4r.

7. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanı ümumi sahəsi 7255 kv.m olan, 1.97082 ha torpaq sahəsi olan əmlak kompleki kimi müəssisə "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.Əmlak dövlət qeydiyyatına "xxxx" MMC-nin adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 5 ünvanında yerləşən qeyri-yşayış binası İddiaçı (bundan sonra iddiaçı) xüsusi mülkiyyətindədir. Əmlak dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2404-cu məhəllə, Mikayıl Əliyev küçəsi 9 əmlak kompleksi kimi müəssisə Cavabdeh1 MMC-nin xüsusi mülkiyyətindədir. Əmlak tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

10. DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ünvanında yerləşən 0,00816 ha torpaq sahəsi və üzərində inşa edilmiş 9A nömrəli 67,2 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi barədə məlumat, əmlaka dair çıxarışın və texniki pasportun surətlərinin təqdim edilməsi barədə müraciəti ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq, ünvan 7 ünvanda yerləşən 67,2 kv.m qeyri-yaşayış binası İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq müvafiq çıxarışın surəti göndərilmişdir. Həmçinin, sözügedən qeyri-yaşayış binasına dair tərtib edilmiş texniki pasportun arxiv nüsxəsi İdarənin arxivində saxlanılmamışdır.

11. DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən əmlakın koordinatlarının naturada müəyyən edilməsi barədə ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binası sökülmüşdür. Arxiv və elektron bazada olan koordinatlara əsasən yerində sözügedən qeyri-yaşayış binasının döngə nöqtələri sizə göstərildi. Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən əmlakın koordinatları X 409073,784; 409065,854; 409062,837; 409071,026. Y 4473647,041; 4473643,248; 4473648,420; 4473652,385.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 cəlb edilməklə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “əmlakın qeyri-qanuni sahiblikdən geri alınması, əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. İddiaçı iddia tələbini işin hallarına istinad edərək və əlavə olaraq onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli, 67,2 kv m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsi (avtoyuyucu) cavabdeh tərəfindən qeyri-qanuni olaraq zəbt olunmuşdur. Qeyd edir ki, Cavabdeh1 MMC-nin təsisçi və direktoru iddia ərizəsi üzrə Cavabdeh2dur (bununla bağlı iddia ərizəsinə vergilər naziriyindən arayış əlavə olunmuşdur). Mübahisəli torpaq sahəsi “AQAS” firmasının təsisçi direktoru olan X31 tərəfindən xx.xx.2000-ci il tarixdə Bakı şəhəri 24 nömrəli notariat kontorunda ona alğı-satqı edilərək DƏDRX-dən tam mülkiyyət hüququ əsasında onun adına qeydiyyatdan keçmişdir (həmin alqı-satqı müqaviləsi, çıxarış və AQAS firmasının nizamnaməsi iddia ərizəsinə əlavə olunur). "AQAS” firması qanunla müəyyən edilmiş əmlak kompleksi kimi müəssisənin ümumi 0,39421 ha torpaq sahəsindən həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 7553,6 kv.m, 4069 kv.m əsas, 3484,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə “AQAS” firmasının adına xx.xx.2006-cı il tarixdə DƏDRX-dən qeydiyyatdan keçmişdir.

14. Sonra AQAS firmasının balansında olan torpaq sahəsi tərəfindən hissələrə bölünərək xx.xx.2008-ci il tarixdə bir hissəsi X11 A1 tikinti, 2 mərtəbə (ü/s-4320,9 kv.m, tik.alt- ******* ha) “indiki ALTUN Şadlıq evinin yerləşdiyi torpaq sahəsi" G.tikinti (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan indiki avtoyuyucu X5 bağışlanmışdır.

15. AQAS firmasının qalan hissəsi isə Cavabdeh2 A tikili, 2 mərtəbə (üs-1782 kv.m tik.alt-009788 ha) indiki Neolit şadlıq evi və digər hissəsi isə X16 (indiki Neptun şadlıq evinin yerləşdiyi torpaq sahəsi) alqı-satqı edilmiş və paylı mülkiyyət hüququ əsasında həmin şəxslərə çıxarış verilmişdir (hissələrə ayrılmaqla bağlı olan cizgilər texniki pasport iddia ərizəsinə əlavə olunur).

16. Daha sonra “AQAS” firması qanunla müəyyən olunmuş qaydada xx.xx.2014-cü il tarixdə tərəfindən "xxxx" MMC kimi Dövlət qeydiyyatından keçərək onun adına DƏDRXdən çıxarış verilmişdir. X1 tərəfindən bağışlanmış və xüsusi mülkiyyət hüquqa əsasında qardaşına məxsus olan G.tikinti (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predmeti olan indiki avtoyuyucu qeyri yaşayış sahəsi qardaşı Samir Feyzullayev tərəfindən ona alğı-satqı edilərək xx.xx.2014- cü il tarixdə həmin əmlaka dair ona çıxarış verilmişdir.

17. Cavabdeh2 atası üçüncü şəxs X26 ilə onun çox yaxın iş birlikləri və dostluq münasibətləri olmuş və bunun nəticəsində onlar 2014-cü il tarixdə ona məxsus olan ünvan 5 ünvanında yerləşən (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan indiki avtoyuyucu qeyri-yaşayış sahəsinin arxa hissəsində boş ərazi olan torpaq sahəsində tikinti işləri aparaq indiki Cavabdeh1 Hall şadlıq evini tikməyə başlamışlar.2015-ci ildə tikili sonlanan zaman üçüncü şəxs X26 və Cavabdeh2 onunla görüşərək aylıq gəlirinin nə qədər olduğunu ondan soruşmuşlar, o da aylıq gəlirinin 2000-2500 manat civarında olduğunu bildirmişdir və üçüncü şəxs X26 və Cavabdeh2 ona məxsus olan əmlakı boşaltmasını və bunun müqabilində ona başqa ərazidən dəyəri 350000 manat olan DƏDRX-dən qeydiyyatdan keçmiş torpaq alacağını təklif etmişlər və nəticədə onların uzun müdət olan iş birlikləri və dostluq münasibətləri əsasında aralarında hər hansı bir hüquq müəyyənedici sənəd imzalanıb razılaşdırmadan şifahi olaraq razılaşmışlar. 2015-ci ilin avqust ayında cavabdeh və üçüncü şəxs onunla görüşərək hal-hazırki gündə onları maddi imkanları olmadığından əmlakın dəyəri olaraq ona verəcəkləri 350000 manat pulun onlarda olmadığını, amma buna baxmayaraq həmin məbləği qısa müddət ərzində ona ödəyəcəklərini vəd edərək, ona heç bir haqq ödəmədən əvəzsiz olaraq "xxxx" MMC-ni onun adından X12 adına alqı-satqı etməsini istəmişlər və o da üçüncü şəxs X20 və Cavabdeh2 inanıb "xxxx" MMC-ni əvəzsiz olaraq satmışdır. Sonra səhəri gün cavabdehlər tərəfindən ona məxsus olan ünvan 5 ünvanında yerləşən (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan indiki avtoyuvucu qeyri-yaşayış sahəsini söküb həmin əmlakı xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-dən Cavabdeh1 MMC-nin adına dəyişdirilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyindən qeydiyyatdan keçirmişlər. Onu da qeyd etmişdir ki, o, birinci Qarabağ müharibəsi veteranı olduğu üçün cavabdehlər ona Dövlət tərəfindən göstərilən xüsusi qayğılardan istifadə edərək həmin torpaq sahəsi üzərində tikintilər tikib istifadə edirmişlər. Amma buna baxmayaraq Cavabdeh2 və üçüncü şəxs X26 onu aldadaraq əvəzsiz olaraq onun əmlakından qanunsuz istifadə edərək, ona məxsus olan torpaq sahəsini və sökdükləri qeyri-yaşayış sahəsini bu günədək “Neolit’' Hall şadlıq evinin ödənişli dayanacağı kimi istifadə edərək gəlir əldə edirlər. Bununla bağlı o, dəfələrlə cavabdehlərlə görüşüb mülkiyyətində olan əmlakının aralarında olan razılaşmaya əsasən ya pulunu ödəmək, ya da əmlakından çıxmalarını onlara təklif etmişdir. Lakin cavabdehlər bununla bağlı onunla görüşməyib tanımadığı şəxslər vasitəsi ilə onu ailəsini və ən əsası övladına zərər yetirmək adı ilə ciddi təhdidlər etməyə başlamışlar və nəticədə o, bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunan halla bağlı Neolit MMC-nin qanuni təmsilçisi kimi Cavabdeh2 cavabdeh olaraq iddia ərizəsində göstərməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və Nizami Rayon Məhkəməsinin 2(007)-2498/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və o, həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2742/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamənin və iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi əsas nəticə ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxsin düzgün seçilməməsi və işə baxan birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmədən prosessual pozuntu etməsi səbəb olmuşdur. Həmçinin apellyasiya instasiya məhkəməsi öz qətnaməsində ona izah etmişdir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Keçən 7 il ərzində obyektindən əvəzsiz istifadə etmə nəticəsində ona əldən çıxmış fayda qismində 180000 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda keçən müddət ərzində mülkiyyətini geri almaq üçün cavabdehlə apardığı danışıqlar prosesində, cavabdehin ona təzyiqləri nəticəsində mənəvi cəhətdən ailəvi olaraq olduqca böyük sarsıntılar keçirib və maddi baxımdan da ailəvi olaraq çox pis vəziyyətə düşmüşlər. Cavabdeh isə avtoyuyucunu sökərək öz ərazisinə qatmış və oradan pullu dayanacaq kimi istifadə edərək qazanc əldə etməkdədir. Göründüyü kimi, cavabdeh onun mülkiyyətini kobud şəkildə mənimsəmişdir. Buna görə də, cavabdeh mülkiyyətindən məcburi qaydada çıxarılmalı və ona məxsus olan obyekti texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsi üzərinə qoyulmalıdır. Cavabdeh ona məxsus olan mülkiyyətini qaytarmaq əvəzinə onu sökərək pullu dayanacaq kimi istifadə edərək pul qazanır ki, bu da onun qanunla qorunan mülkiyyət hüququnu birbaşa pozaraq əsassız varlanma hesabına onun əmlakının hesabına pul əldə edir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli 67,2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının (avtoyuyucu) istifadədə olan torpaq sahəsi ilə birlikdə boşaldılaraq qaytarılması, cavabdehin qanunsuz sahibliyindən alınmasını, həmin qeyri-yaşayış binasının (avtoyuyucunun) çıxarışda və texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsinin və bununla bağlı bütün xərclərin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180000 (bir yüz səksən min) manat məbləğində pulun, vurulmuş mənəvi ziyana görə 100000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir.

18. Bundan əlavə iş ilkin olaraq Nizami Rayon Məhkəməsində baxılarkən məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən ünvan 5 ünvanınında yerləşən qeyriyaşayış binasının faktiki olaraq onun adına qeydiyyatdan keçməsi öz təsdiqini tapmışdır (həmin arayışı iddia ərizəsinə əlavə edir). Eyni zamanda Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan göründüyü kimi ünvan 5 ünvanınında yerləşən qeyri-yaşayış binası olan avtoyuyucu sökülmüşdür (arayış iddia ərizəsinə əlavə edir). Qeyd edilənlərə əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha, torpaq sahəsində yerləşən 9A nömrəli, 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsini (avtoyuyucu) cavabdeh “Neolit’ Məhdud Məsuliyyətli Cəmiyyətin sahibliyindən geri alınması və həmin əmlak üzərinə olan onun mülkiyyət hüquqlarının bərpa edilməsi, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180.000 (bir yüz səksən min) manat məbləğində pulun cavabdehdən tulularaq ona ödənilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100.000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh "xxxx" MMC iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, iddia tələbinin əsası kimi “mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadəsində olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli 67,2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasını (avtoyuyucu) 2015-ci ildə haqqı ödəməklə istifadə edilməsinə dair üçüncü şəxs X26 və Cavabdeh2 ilə razılaşdığı, onlara verdiyini, lakin sonuncular ona haqq ödəməmiş, həmin binanı söküb, torpaq sahəsini Cavabdeh1 MMC-nin ərazisinə qatıb və oradan pullu dayanacaq kimi istifadə edərək qazanc əldə etdiklərinə” istinad etmişdir. İddiaçı məhkəmədə iddia tələbi ilə bağlı izahatında və bununla bağlı suallara cavabında iddiaçı eyni mövqeydə çıxış edərək bildirmişdir ki, Yaşar və Cavabdeh2larla qarşılıqlı razılaşmış, adı çəkilən qeyri-yaşayış sahəsinin aylıq 2000-2500 manat qazanc verdiyini onlara bildirdiyini, tikilinin əvəzində ona başqa ərazidə yerləşən dəyəri 350.000 manat olan DƏDRX-dən qeydiyyatdan keçmiş əmlak verəcəklərini vəd etdiklərini, ona məxsus adı çəkilən 67,2 kv.m qeyri-yaşayış sahəsini 25 avqust 2015-ci il tarixdə onlara təhvil verdiyini, həmin obyekti təhvil götürdükləri gün söküb, Cavabdeh1 MMC-nin ərazisinə qatmışdır. Lakin indiyə kimi ona vəd etdikləri obyekti və ya pulu verməmişdir. İlkin olaraq məhkəmənin nəzərinə çatdırır ki, X6 eyni tələb və eyni əsaslarla iddiası bundan əvvəl Nizami Rayon Məhkəməsində, daha sonra da Bakı Apellyasiya Məhkəməsində baxılmışdır. İddiaların məzmunu arasında fərq ondan ibarətdir ki, birinci iddiada Cavabdeh2, Cavabdeh1 MMC isə üçüncü şəxs qismində göstərilmişdir. Hazırkı iddiada isə Cavabdeh1 MMC cavabdeh, üçüncü şəxs isə X26 göstərilmişdir. Əvvəlki iddiada tələb etdiyi əmlakın sökülməsi ilə bağlı Cavabdeh2la, hazırkı iddiada isə Yaşar və Cavabdeh2larla razılaşdığını qeyd etmişdir. Amma iddia ərizəsinin məzmununda nədənsə tez-tez Cavabdeh2 təkrarlanmışdır. Hər iki iddiada tələbin əsası ondan ibarətdir ki, əvəzi ödənilməklə sökülməsinə qarşılıqlı razılaşma əldə edilmiş ona məxsus avtoyuyucunun 2015-ci ilin avqust ayında (əvvəlki iddiada cavabdeh tərəfindən, hazırkı iddiada isə üçüncü şəxs tərəfindən) söküldüyü və Cavabdeh1 MMC-yə məxsus torpaq sahəsinə qatılmışdır. Xatırlatmaq istəyir ki, əvvəlki iddia üzrə Nizami Rayon Məhkəməsinin 2(007)-2498/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “iddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından iddiaçının belə bir iddia tələb hüququna mailk olmaması əsasdan” iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Nizami RayonMəhkəməsinin “iddiaçının belə bir iddia tələb hüququna mailk olmaması əsasdan” iddianın rədd edilməsi mövqeyi ilə razılaşmamış, hesab etmişdir ki, iddia tələbinin predmeti olan daşınmaz əmlaka dair mülkiyyət hüququ Mirzə Fərzəliyevə aid olduğundan, həmin əmlakla bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. Bu baxımdan da qətnaməni ləğv etmiş, lakin mübahisəli əmlakla bağlı iş üzrə müəyyən etdiyi hallara əsasən “iddia ona cavab verən şəxsə qarşı verilmədiyi” əsasdan iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsinə əsas olmuş müəyyən etdiyi hallar iş üzrə qəbul etdiyi 2(103)-2742/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində aşağıdakı ardıcıllıqla qeyd etmişdir.1. ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası (texniki pasportuna görə 67,2 kv.m birmərtəbəli tikili) İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. 2. İş materiallarında olan Bakı Şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 nömrəli qərarına əsasən adı çəkilən avtoyuyucu obyekin altında yerləşən 6,7 m x 15 m ölçüdə torpaq sahəsi üçün M.X15 ilə icarə müqaviləsi bağlanması qərara alınmışdır. 3. İddiaçı, Əliyeva Sara, Nümayəndə, DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin mütəxəssisləri mühəndis X24 və Quliyev Mahir tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli yerli baxış keçirilməsi barədə akta əsasən xx.xx.2021-ci il tarixdə mütəxəssislərin iştirakı ilə DƏDRXnın 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya verdiyi cavab əsasında koordinatlar (GPS Trimble TSC3) cihazı vasitəsilə naturada müəyyən olunmuşdur. Baxış zamanı müəyyən olundu ki, xx.xx.2008-ci il tarixli korrektə edilmiş Daşınmaz Əmlakın Texniki pasportunda qeyd olunmuş qeyri-yaşayış sahəsi olan avtoyuyucunun və torpaq sahəsi müəyyən olundu. Avtoyuyucu “Şərq Sarayı” şadlıq evinin ərazisinə, torpaq sahəsi isə bir hissəsi “Şərq Sarayı” şadlıq evinin digər hissəsi, Cavabdeh1 Hall (Neolit MMC-nin) sahəsinə düşdüyü müəyyən olundu. 4. DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********66 nömrəli məktubundan görünür ki, qeyriyaşayış binası faktiki olaraq sökülmüşdür. Arxiv sənədlərinə (bölgü sxemi) və əvvəlki illərin ortofoto görüntülərinə əsaslanaraq sökülmüş qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları X 409045.470; 409056.371; 409059.214; 409048.312; Y 4473639,770; 4473644,786; 4473638,609; 4473633,593 kimi təqdim olunur. 5. DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi 9 və ünvan 11 ünvanların koordinatlarının araşdırılması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizəyə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilir ki, təqdim olunmuş çıxarışda göstərilən Cavabdeh1 MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1,97082 ha) ilə ünvan 12orpaq sahəsi 0,00816 ha) koordinatları üst-üstə düşmür. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd olunan yuxarıda müəyyən etdiyi hallara əsasən İddiaçı mülkiyyətində olan sökülmüş 67,2 kv.m. qeyri-yaşayış tikilisi yerləşmə koordinatlarına görə Cavabdeh1 MMC-yə istifadəsində olan torpaq sahəsinin cizgiləri hüdudlarından kənarda olmuşdur. Ona görə də, adı çəkilən 67,2 kv.m avtoyuyucu qeyri-yaşayış tikilisinin sökülməsi və ya onun əvəzində nəyinsə tələbinə qarşı Cavabdeh1 MMC cavabdeh ola bilməz. Bu baxımdan da hazırkı iddianın özü də təkrarən tələbə cavab verməli olan şəxsə qarşı verilməmişdir. Adı çəkilən hər iki iddia ilə bağlı iş üzrə Cavabdeh1 MMC və İddiaçı tərəfdirlər. Mübahisəli qeyri-yaşayış tikilisi ilə bağlı tələblərin əsasları da eynidir. Birinci iddia ilə bağlı iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2742/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Sübut etməkdən azad olmaq üçün əsaslar təsbit olunmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı iddiada Cavabdeh1 MMC qeyd edilmiş və iddia tələbləri ona qarşı yönəldilmişdir. İddianın əsası iddiaçının üçüncü şəxslə əvəzini ödəməklə razılaşıb, sökülməsinə razılıq verdiyi adı çəkilən 67,2 kv.m tikilinin sökülüb, onun yerləşdiyi sahənin Cavabdeh1 MMC-yə məxsus sahəyə qatıldığından ibarətdir. Halbuki, iddianın predmetinin aid olduğu İddiaçı məxsus adı çəkilən 67,2 kv.m tikilinin olduğu yerin Cavabdeh1 MMC-yə məxsus və istifadəsində olan torpaq sahəsindən kənarda yerləşdiyi halın müəyyən edildiyinə dair artıq qanuni qüvvəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Bu baxımdan da qeyd olunan halın yenidən araşdırılması yol verilməzdir və qanuni qüvvəsində olan qətnamədə müəyyən edildiyi kimi qəbul edilməsi hazırkı işə baxan məhkəmə üçün məcburi prosessual tələbdir. Ona görə də, məhkəmədən iddia ərizəsinə baxılarkən, qeyd olunanları nəzərə alınmasını və iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

20. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2144/2022 saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbi təmin edilməmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 MMC-yə məxsus əmlak kompleksi 1994-cü ildə dövlət qeydiyyatından keçmiş “AQAS” firmasına məxsus olmuşdur. 4,1052 ha torpaq sahəsi “AQAS” firmasına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 87 saylı və Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004- cü il tarixli 03 saylı Sərəncamları əsasında “İaşə obyektinin tikintisi” üçün icarəyə ayrılıb verilmişdir. Verilmiş hüquq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X33 kitabında 08,05.2007-ci il tarixdə, 713 nömrə ilə uçota alınmış, bu barədə A№ 003733 seriyalı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Daha sonra mülkiyyətçilər arasında paylara uyğun bölgü aparılmaqla ayrılmışdır. Bölgüdən sonra “AQAS” firması ona qalmış 19708,2 kv.m. (1,97082 ha.) torpaq sahəsini özəlləşdirmiş və xx.xx.2009-cu il tarixdə, Reyestr kitabında 001936 nömrəli qeydiyyat aparılmaqla Şəhadətnamə verilmişdir. “AQAS” firması alqı-satqı ilə qeyd olunan 1,97082 ha torpaq sahəsinə və onun üzərində mövcud olan 7,255 kv.m. tikiliyə əldə etdiyi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2009-cu il tarixdə qeydə alınmış və bu barədə MH seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. “AQAS” firmasının hüquqi varisi olan "xxxx" MMC xx.xx.2014cü il tarixdə Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bu barədə onun adına verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 1,97082 ha torpaq sahəsi və üzərində olan 7255 kv.m tikili, əmlak kompleksi kimi onun xüsusi mülkiyyətinə keçmişdir. Daha sonra "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh1 MMCyə çevrilmişdir. Cavabdeh1 MMC 11 noyabr 2015-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə Dövlət Reyestrində qeydə alınmışdır. "xxxx" MMC-yə məxsus əmlaklar xx.xx.2015-ci il tarixdə Cavabdeh1 MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bu barədə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 1,97082 ha torpaq sahəsi və üzərində olan 7255 kv.m tikili, əmlak kompleksi bugünədək onun xüsusi mülkiyyətindədir.

22. Mübahisə predmeti olan ünvan 7 ünvanda yerləşən 67,2 kv.m qeyri-yaşayış binası İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hazırda iddiaçı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha, torpaq sahəsində yerləşən 9A nömrəli, 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri yaşayış sahəsini (avtoyuyucu) cavabdeh “Neolit’ Məhdud Məsuliyyətli Cəmiyyətin sahibliyindən geri alınması və həmin əmlak üzərində olan onun mülkiyyət hüquqlarının bərpa edilməsi, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180000 (bir yüz səksən min) manat məbləğində pulun cavabdehdən tulularaq ona ödənilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasına dair tələblərlə məhkəmədə iddia qaldırmışdır.

23. Həmçinin məhkəmə onuda qeyd etmişdir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2472/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1.97082 ha) ilə M.Əliyev küçəsi 9A ünvanının (torpaq sahəsi 0,00816 ha) koordinatları üst-üstə düşmür. Həmçinin, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binası sökülmüşdür. Göründüyü kimi cavabdeh Neolit” MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1,97082 ha) ilə iddiaçının mülkiyyətində olan M.Əliyev küçəsi 9A ünvanında yerləşən (torpaq sahəsi 0,00816 ha) əmlaklar eyni əmlak deyillər.

24. İddiaçı hazırkı iddia tələbində cavabdehlər tərəfindən ona məxsus olan ünvan 5 ünvanında yerləşən (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan indiki avtoyuvucu qeyri-yaşayış sahəsini söküb həmin əmlakı xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-dən Cavabdeh1 MMC adına dəyişdirilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyindən qeydiyyatdan keçirdiklərini bildirsə də, həmin əmlak Cavabdeh1 MMC-nin yox, iddiaçının öz mülkiyyətindədir. Eyni zamanda həmin əmlakın söküldüyü təsdiq edilsə də, söküntünün məhz cavabdeh cəmiyyət tərəfindən aparılması halı da müəyyən edilməmişdir.

25. İstifadədə olan 0,00816 ha, torpaq sahəsində yerləşən 9A nömrəli, 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsinin Cavabdeh1 sahibliyində olması halı öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya məxsus mübahisələndirilən əmlakla Cavabdeh1nə məxsus əmlaklar üst-üstə düşməməklə ayrıayrı əmlaklardır. Ümumiyyətlə, iddiaçı mübahisələndirilən əmlakın nə vaxt və kim tərəfindən sökülməsi, hazırkı vaxtadək görülmüş tədbirlər, əmlakın cavabdehin faktiki sahibliyində olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

26. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,ünvan 2 ünvanında yerləşən 1,97082 ha torpaq sahəsi və üzərində olan 7255 kv.m tikili, əmlak kompleksi bugünədək Cavabdeh1 xüsusi mülkiyyətindədir və cəmiyyət mülkiyyətində olan əmlak üzərində müstəqil şəkildə mülkiyyət hüquqlarını həyata keçirir. İddiaçı məhkəmə təqdim etdiyi iddiasında və iddia tələbinin artırılması barədə ərizədə göstərmişdir ki, cəmiyyət mübahisə predmeti olan əmlakı cəmiyyətə məxsus əmlak kimi göstərərək xx.xx.2015-ci il tarixdə qanunsuz olaraq çıxarış almışdır. Lakin yuxarıda da göstərildiyi kimi göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, həmçinin bundan əvvəlki məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddiaçıya məxsus və hazırda mübahisələndirlən əmlak Cavabdeh1nə məxsus əmlakdan kənarda yerləşir və cəmiyyət iddiaçının mülkiyyətində olan əmlakı öz əmlakına əlavə etməmişdir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 157.2, 157.5-ci maddəllərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.2-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

28. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək mübahisəli torpaq sahəsində yerləşən 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsini cavabdeh MMC-nin sahibliyindən geri alınması və həmin əmlak üzərinə olan iddiaçının mülkiyyət hüququnun bərpa edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti işin hallarına və iddia ərizəsinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh2 atası üçüncü şəxs X26 ilə onun çox yaxın iş birliyi və dostluq münasibətləri olmuş və bunun nəticəsində onlar 2014-cü il tarixdə ona məxsus olan ünvan 11 ünvanında yerləşən (ü/s-67.2 kv. M tik.alt-0.00816 ha) mübahisə predimeti olan indiki avtoyuyucunun qeyri-yaşayış sahəsinin arxa hissəsində boş ərazi olan torpaq sahəsində tikinti işləri apararaq indiki Cavabdeh1 Hall şadlıq evini tikməyə başlamışlar və 2015-ci ildə tikinti sonlanan zaman üçüncü şəxs X26 və Cavabdeh2 onunla görüşmüş, əmlakı boşlatmağı və bunun müqabilində ona başqa ərazidən dəyəri 350.000 manat olan DƏDRX-dən qeydiyyatdan keçmiş torpaq almağı təklif etmişlər və nəticədə onların uzun müdət olan iş birliyi və dostluq münasibətləri əsasında hər hansı bir hüquqmüəyyənedici sənəd imzalanıb razılaşdırmadan şifahi olaraq onlarla razılaşmışlar. Sonra 2015-ci ilin avqust ayında cavabdeh və üçüncü şəxs onunla görüşərək hal-hazırkı gündə maddi imkanları olmadığından əmlakın dəyəri olaraq ona verəcəkləri 350.000 manat pulun onlarda olmadığını, amma buna baxmayaraq həmin məbləği qısa müddət ərzində ona ödəyəcəklərini vəd edərək ona heç bir haqq ödəmədən əvəzsiz olaraq "xxxx" MMC-nin onun adından X12 adına alqı-satqı etməsini istəmişlər və o da onlara inanıb "xxxx" MMCini əvəzsiz olaraq satmışdır. Sonra səhəri gün cavabdehlər tərəfindən ona məxsus olan ünvan 11 ünvanında yerləşən (ü/s-67.2 kv. M tik.alt0.00816 ha) mübahisə predmeti olan indiki avtoyuyucu qeyri-yaşayış sahəsini söküb həmin əmlakı xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-dən Cavabdeh1 MMC-nin adına dəyişdirilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyindən qeydiyyatdan keçirmişlər.

30. Torpaq sahəsinin hansı əraziləri əhatə etməsi və onun koordinatlarının müəyyən olunması ilə bağlı ekspertizanın keçirilməsi üçün məhkəməyə təqdim etdiyi vəsatət məhkəmə tərəfindən təmin edilmədiyi üçün özü DƏDRX-nə müraciət etmiş və buna müvafiq olaraq ona verilmiş arayışda G tikintisi (avtoyuyucunun) ona aid olması, sonradan notarial bölgüyə əsasən avtoyuyucunun yeni ünvan alaraq ayrılması, bölgü sxeminə əsasən avtoyuyucunun binasının faktiki Cavabdeh1 MMC-nin istifadəsində olan 4.105 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini, lakin hal-hazırda qeyd olunan sökülən avtoyuyucunun binasının arxivdə olan döngə nöqtələrinin koordinatlarının digər qonşuluqda olan “Şərq Şadlıq” sarayının ərazisinə düşdüyü, arxiv koordinatların düzgün göstərilmədiyi, ortofotonun 2008-ci il görüntüsünə əsasən arxiv koordinatlarının səhv olduğunun müəyyən edilmədiyini göstərərək koordinatların tərtib olunaraq akta əlavə olunub ona təqdim ediləcəyi qeyd olunmuşdur.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-688/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Elşən Kazımov və Namiq Cəfərov) məhkəmə-tikinti ekspertizası təyin edilmişdir.

32. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1805 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə qərardadın:

33. Birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Nizami rayonu, M.Əliyev 9A ünvanında yerləşən (81.6 kv.m) torpaq sahəsinin koordinatları ilə M.Əliyev 9 ünvanında yerləşən Cavabdeh1 MMC-nin mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin koordinatlarının üstüstə düşmədiyi müəyyən edilir.

34. Baxış zamanı əldə olunmuş məlumatlar əsasında hesablama aparılaraq Cavabdeh1 MMC-nin faktiki istifadəsi kimi təqdim olunan sahənin 19.712, 07 kv.m təşkil etməsi müəyyən edilmişdir.

35. İkinci sual üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, xx.xx.2007-ci il tarixli 01055793 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 istifadəsində olmuş 2 mərtəbəli ümumi sahəsi 4320.9 kv.m, tikintialtı sahəsi 1323.8 kv.m olan A1 tikilisinin “AQAS” firmasının istifadəsində olmuş 4.1052 ha torpaq sahəsinin daxilində olduğu və ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışla və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 2120 nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi ilə Nizami rayonu, M.Əliyev 9,2404-cü məhəllədə (4.1052 ha torpaq sahəsinin bir hissəsində yerləşmiş) “AQAS” firmasının mülkiyyətinə verilmiş 1.97082 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir.

36. Üçüncü və dördüncü sual üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, arxiv qovluqda mövcud olan xx.xx.2007ci il tarixli **********17-12301 reyestr nömrəli texniki pasporta əsasən ümumi sahəsi 7553.6 kv.m, əsas sahəsi 4069.0 kv.m və köməkçi sahəsi 3484.6 kv.m olan özəl tikilinin biri də “G” literli tikili (avtoyuyucu) olmuş və tikintialtı sahəsi 81.6 kv.m, ümumi sahəsi 67.2 kv.m kimi X13 adına paylı mülkiyyət üzrə qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixli bölgü sxeminə əsasən “G” literli tikili və istifadədə olan 288.6 kv.m torpaq sahəsi ilə birlikdə xx.xx.2008-ci il tarixli texniki pasport verilmişdir.

37. Beşinci sual üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, ünvan 14 ünvanında İddiaçı istifadəsində olan 288,65 kv.m torpaq sahəsində yerləşən və mülkiyyətində olan 67.2 kv.m qeyri-yaşayış sahəsi, G tikilisi (avtoyuyucu) Cavabdeh1 MMC-nin mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin qonşuluğunda yerləşən “AQAS” firmasının yerdə qalan və istifadəsində olan 2.13438 ha torpaq sahəsinin daxilində yerləşmişdir (sözügedən “G” literli tikili (avtoyuyucu) faktiki olaraq sökülmüşdür).

38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-688/2023 nömrəli, 12 sentyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Elşən Kazımov və Namiq Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Nizami Rayon Məhkəməsinin 21 sentybar 2022-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinin yoxlanması üçün apellyasiya baxışı zamanı, məhkəmə-tikinti ekspertizası keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 10/1805 nömrəli, xx.xx.2023- cü il tarixli ekspert rəyi ilə Bakı şəhəri Nizami rayonu, M.Əliyev 9A ünvanında yerləşən (81.6 kv.m) torpaq sahəsinin koordinatları ilə M.Əliyev 9 ünvanında yerləşən Cavabdeh1 MMCnin mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi, eyni zamanda da həmin sahənin Cavabdeh1 MMC-nin mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin qonşuluğunda yerləşən “AQAS” firmasının yerdə qalan və istifadəsində olan 2.13438 ha torpaq sahəsinin daxilində yerləşməsi (sözügedən “G” literli tikili (avtoyuyucu) faktiki olaraq sökülmüşdür) müəyyən olunmuşdur.

40. Məhkəmə kollegiyası həm də onun qeyd olunmasını zəruri hesab etmişdir ki, iddiaçı özü də iddia ərizəsində açıq-aydın şəkildə hazırda ona qaytarılmasını tələb etdiyi 67.2 kv.m. tikilinin (avtoyuma yerinin) satılmasına dair razılığa gəldiyini, bu razılaşmadan sonra isə həmin tikilinin söküldüyünü təsdiq etmişdir. Başqa sözlə, iddiaçı hazırda tələb etdiyi sahəni öz razılığı ilə satdığını və bundan sonra isə həmin tikilinin söküldüyünü yazılı ərizəsində bəyan etmişdir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının faktiki mövcud olmayan “əmlakın qeyri-qanuni sahiblikdən geri alınması və s.” ilə bağlı tələbi aşkar şəkildə əsassızdır və təmin oluna bilməzdi.

41. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslanmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə yoxlanılan hissədə, yəni iddia tələblərinin cavabdeh "xxxx" Məhdud Məsulı ̇ yyətli Cəmı ̇ yyətı ̇ nə aid hissəsində qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci,Mülki Məcəlləsinin 148.2,152.1,157.2,157.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

43. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən məhkəmətikinti texniki ekspertizası təyin edilənədək məhkəməyə təqdim olunmuş “X29 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyindən də məlum olmuşdur ki, ümumi sahə 67,2 kv.m, tikinti altı sahə 81,6 kv.m olan “G” tikilisi (Avtoyuyucu) əvvəllər “AQAS” firmasına aid olan Daşınmaz Əmlakın Texniki Pasportlarında (xx.xx.2007-ci il tarixli və xx.xx.2008-ci il tarixli) göstərilən ərazinin şimal-şərq küncündə yerləşir. “AQAS” firmasının indiki Cavabdeh1 MMC-nin mülkiyyətində və faktiki istifadəsində olan 41052 ha torpaq sahəsində yerləşən 2 mərtəbə qeyri-yaşayış sahəsi, “A1” tikilisi (“Altun” Şadlıq evi) əvvəllər “AQAS” firmasına aid olan Daşınmaz Əmlakın Texniki Pasportlarında (xx.xx.2007ci il tarixli və xx.xx.2008-ci il tarixli) göstərilən ərazinin cənub hissəsində yerləşir. Yəni texniki pasport üzrə əks tərəfdə yerləşən tikililərin üst-üstə düşməsi qeyrimümkündür. Məhkəmə qərardadında ekspertiza qarşısında qoyulmuş bu sual mübahisənin araşdırılması üçün heç bir əhəmiyyət kəsb etmir. Həmin sual “ünvan 11 ünvanında yerləşən (81,6 kv.m) torpaq sahəsinin koordinatları ilə M.Əliyev 9 ünvanında yerləşən Cavabdeh1 MMC-nin (əvvəlki “AQAS” firnamasının) mülkiyyətində deyil, icarəsində (istifadəsində) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşürmü?” şəklində olmalı idi. Buna baxmayaraq mütəxəssis rəyi və həmin rəy əsasında tərtib olunmuş ekspert rəyində bildirilmişdir ki, “ünvan 15 ünvanında İddiaçı istifadəsində olan 288,55 kv.m torpaq sahəsində yerləşən və mülkiyyətində olan 67,2kv.m qeyri-yaşayış sahəsi, “G” tikilisi (avtoyuyucu) “AQAS” firmasının (yəni indiki Cavabdeh1 MMC-nin) yerdə qalan və istifadəsində olan 2,1343 ha torpaq sahəsinin daxilində yerləşmişdir (sözügedən “G” literli tikili (avtoyuyucu) faktiki olaraq sökülmüşdür. Lakin apellyasiya instansiya məhkəməsi hər iki rəyin 5-ci sualı üzrə cavabları nəzərə almamış, qərardadda formal olaraq qoyulmuş 1-ci sualın cavabına istinad etməklə yalnış nəticəyə gəlinmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, kassatorun həmin əmlakın satmasına şifahi razılıq verdiyinə görə həmin əmlak sökülmüşdür və buna görə də iddia tələbi təmin oluna bilməz. Kassatorla cavabdehlər arasında hər hansı alqı-satqı müqaviləsi bağlanılmamışdır. Apellyasiya instansiya məhkəməsi formal mülahizələrə istinad etməklə qeyd olunan qanunsuz və ədalətsiz qətnaməni qəbul edilmişdir. Kassator mübahisəli sahəni öz razılığı ilə satdığını və bundan sonra isə həmin tikilinin söküldüyünü yazılı ərizəsində bəyan etmişdir” mövqeyi ilə bağlı qeyd etmişdir ki, əmlakın satılması ilə bağlı ilkin razılığa gəlmək həmin əmlakın alqı-satqı demək deyildir. Yəni razılıq baş tutmuş olsa idi notarial qaydada alqı-satqı müqaviləsi bağlanmalı idi. Apellyasiya instansiya məhkəməsi bu mövqeyini hər hansı maddi və prosessual hüquq normaları ilə əsaslandıra bilməmişdir. Apellyasiya instansiya məhkəməsi mülkiyyətində olan 67.2 kv.m. tikilinin (avtoyuma yerinin) satılmasına dair razılığa gəldiyini, bu razılaşmadan sonra isə həmin tikilinin söküldüyünü təsdiq etmişdir. Apellyasiya instansiya məhkəməsi bu mövqeyini də hər hansı maddi və prosessual hüquq normaları ilə əsaslandıra bilməmişdir. Qətnamədən iddiaçı (vəkil X37) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

45. Kassasiya şikayəti işin hallarına uyğun əsaslandırılmışdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 337/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarı ilə iddiaçı X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 2(103)-688/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Proses iştirakçılarının izahatı

47. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, əmlakın dəyərini deyil, məhz əvvəlki vəziyyətə bərpa olunmasını tələb edir.

48. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

49. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

50. Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

51. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

52. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

53. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

54. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

55. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

56. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

57. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

58. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

63. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

64. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır..

65. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

66. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

67. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

68. Hazırki halda, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələblərinin yalnız Cavabdeh1nə aid hissəsində yoxlayır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-688/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi, qismən- iddia tələblərinin Cavabdeh2 aid hissəsində ləğv edilmiş və həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2144/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, iddia tələbi Cavabdeh1nə aid hissədə təmin edilməməlidir.

70. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

71. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

72. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Bakı şəhər Nizami rayon Nəsimi küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9 A nömrəli 67,2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsinin Cavabdeh1 sahibliyində olması halı öz təsdiqini tapmamışdır. İddiaçıya məxsus mübahisələndirilən əmlakla Cavabdeh1 MMC-nə məxsus əmlaklar üst-üstə düşməməklə ayrı-ayrı əmlaklardır. İddiaçı mübahisələndirilən əmlakın və vaxt və kim tərəfindən sökülməsi, hazırkı vaxtadək görülmüş tədbirlər, əmlakın cavabdehin faktiki sahibliyində olmasına dair məhkəməyə heç bir möhtəbər sübut təqdim edilməmişdir.

73. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni yoxlanılan hissədə qanuni və əsaslı hesab etmir.

74. Belə ki, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi qərarında qeyd edilmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun və torpaq sahəsi üzərində istifadə hüququnun mövcudluğuna istinad edərək əsas tələb olaraq əmlakının qeyri-qanuni sahiblikdən geri qaytarılması və daşınmaz əmlakın əvvəlki vəziyyətdə bərpasını tələb edir. İddiaçının tələbi məhz Mülki Məcəllənin 152 və 157.2-ci maddəsinin təsiri altına düşür. Çünki hazırkı halda iddiaçının tələbi onun mülkiyyət hüququnun müdafiəsinə yönəlmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq baxılan iş üzrə ekspertiza tədqiqatının aparılması, rəy alınmalı olmasını müəyyən etsə də, faktiki olaraq mübahisənin düzgün həll olunmasına yönələn sualların ekspert qarşısında qoyulmasını təmin etməmiş və ya qoyulmuş sualların ekspert tərəfindən tam cavablandırılmadığına əhəmiyyət verməmişdir.

75. Kassasiya instansiyası məhkəməsi qərarında həmçinin qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin ekspert qarşısında qoyulmuş sonuncu, yəni 5-ci sualı aşağıdakı məzmunda olmuşdur. “ünvan 16 ünvanında İddiaçı istifadəsində olan 288,65 kv.m torpaq sahəsində yerləşən və mülkiyyətində olan 67,2 kv.m qeyri yaşayış sahəsi G tikilisi (avtoyuyucu) cavabdehlərdən hansının faktiki istifadəsində və mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir?” Həmin suala dair verilmiş ekspertin cavabı isə aşağıdakı məzmunda verilmişdir “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi rəyinə əsasən ünvan 16 ünvanında İddiaçı istifadəsində olan 288,65 kv.m torpaq sahəsində yerləşən və mülkiyyətində olan 67,2 kv.m qeyri yaşayış sahəsi, G tikilsi (avtoyuyucu) Cavabdeh1 MMC-in mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin qonşuluğunda yerləşən “AQAS” firmasının yeridə olan və istifadəsində olan 2.13438 ha torpaq sahəsinin daxilində yerləşmişdir. (sözügedən “G” literli tikili (avtoyuyucu) faktiki olaraq sökülmüşdür.)” Həmin rəydə istinad olunan suala verilən cavabdan aydın olur ki, Cavabdeh1 MMC-dən əlavə “AQAS” firmasının yerdə qalan (halbuki “AQAS” firmasının işə baxılarkən mülkiyyətində hər hansı hissəsinin qalması müəyyən olunmur) hissəsinin 4 mülkiyyətçisi vardır. 1 X17 (A1 tikinti, 2 mərtəbə (ü/s-4320,9 kv.m, tik.alt- ******* ha) “indiki ALTUN Şadlıq evinin yerləşdiyi torpaq sahəsi"), X14 (olan 288,65 kv.m torpaq sahəsində yerləşən və mülykiyətində olan 67,2 kv.m qeyri yaşayış sahəsi, G tikilsi (avtoyuyucu)), Cavabdeh2 (A tiki, 2 mərtəbə (üs-1782 kv.m tik.alt-009788 ha) indiki Neolit şadlıq evi), X18 (indiki Neptun şadlıq evinin yerləşdiyi torpaq sahəsi). Göründüyü kimi ekspert qarşısında qoyulmuş həmin sual işin faktiki halları və düzgün həlli üçün əhəmiyyətli olmaması ilə yanaşı bütün mülkiyyətçilərə aid torpaq sahələrinin yerquruluşunun müəyyən edilməli, onun tam cavabdandırılmaması və rəyin aydın olmaması nəzərə alınmalı idi. Apellyasiya instansiya məhkəməsi isə suala verilən rəyin aydın və tam olmamasına əhəmiyyət verməmiş və həmin rəyi möhtəbər sübut olaraq qəbul etmişdir. Mülkiyyətin müdafiəsini təmin edən bu normalar əsasında iddianın düzgün həlli üçün cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətinə qəsdin, mərhumetmənin olub-olmaması, əgər vardırsa belə müdaxilənin qanuni, yoxsa qanunsuz olması müəyyən edilməlidir.

76. Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

77. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7172 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir.

78. Qərardadın birinci sualı üzrə-xx.xx.2007-ci il tarixli, AN-İ N0143790 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X19 ünvan 17 ünvanında «AQAS» firmasının istifadəsində olmuş 4.1052 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyriyaşayış sahəsi, ümumi sahə 0.1782 ha, tikinti altı sahə 0.9788 ha olan A tikilisi (Şadlıq evi) əvvəllər «AQAS» firmasına aid olan Daşınmaz Əmlakın Texniki Pasportlarında (xx.xx.2007-ci il tarixli və xx.xx.2008-ci il tarixli) göstərilən ərazinin hansı şimal-qərb istiqamətində künc hissədə yerləşir. (rəyin tədqiqat hissəsinə əlavə edilmikş peyk görüntüsündə göstərilmişdir)  Qərardadın ikinci sualı üzrə- xx.xx.2007-ci il tarixli AN-İ N0105793 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X8 ünvan 17 ünvanında «AQAS» firmasının faktiki istifadəsində olan 4.1052 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyriyaşayış sahəsi, ümumi sahə 4320.9 kv.m, tikinti altı sahə 0.13238 ha olan A1 tikilisi (Şadlıq evi) əvvəllər «AQAS» firmasına aid olan Daşınmaz Əmlakın Texniki Pasportlarında (xx.xx.2007-ci il tarixli və xx.xx.2008-ci il tarixli) göstərilən ərazinin hansı cənub hissəsində yerləşir. (rəyin tədqiqat hissəsinə əlavə edilmikş peyk görüntüsündə göstərilmişdir)  Qərardadın üçüncü sualı üzrə- xx.xx.2007-ci il tarixli 4Ə-5-1035 saylı reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X3 Bakı şəhəri, Nizami rayonu, ünvan 18 ünvanında, «AQAS» firmasının faktiki istifadəsində olan 4.1052 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahə 67.2 kv.m, tikinti altı sahə 81.6 kv.m olan G tikilisi (avtoyuyucu) əvvəllər «AQAS» firmasına aid olan Daşınmaz Əmlakın Texniki Pasportlarında (xx.xx.2007-ci il tarixli və xx.xx.2008-ci il tarixli) göstərilən ərazinin hansı şimal istiqamətində künc hissədə yerləşir. (rəyin tədqiqat hissəsinə əlavə edilmikş peyk görüntüsündə göstərilmişdir)  Qərardadın dördüncü sualı üzrə- xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı bağışlanmış və hazırda mülkiyyətində olan ünvan 4 (əvvəlki ünvan 19 ünvanında yerləşən, ümumi sahə 67.2 kv.m qeyri-yaşayış sahəsi olan G tikilisi (avtoyuyucu) əvvəllər «AQAS» firmasının istifadəsində olan 4.1052 ha torpaq sahəsinə aid Daşınmaz Əmlakın Texniki Pasportlarında (xx.xx.2007-ci il tarixli və xx.xx.2008-ci il tarixli) göstərilən ərazinin şimal istiqamətində künc hissədə yerləşir. (rəyin tədqiqat hissəsinə əlavə edilmikş peyk görüntüsündə göstərilmişdir)  Qərardadın beşinci sualı üzrə- Texniki Pasportlarında (xx.xx.2007-ci il tarixli və xx.xx.2008-ci il tarixli) göstərilən parametrlərə əsasən, ünvan 14 ünvanında yerləşən İddiaçı İxtyar oğlunun istifadəsində olan 288.65 kv.m torpaq sahəsində yerləşən və mülkiyyətində olan 67.2 kv.m qeyri-yaşayış sahəsi, G tikilisinin (avtoyuyucu) yerləşdiyi ərazinin faktiki vəziyyətdə «NEOLİT HALL» şadlıq sarayı kimi istifadə olunan qeyri-yaşayış binasının önündə yerləşən sahə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. (sxemdə göstərilib) Həmin sahəninin cavabdehlərdən hansının faktiki istifadəsində və ya mülkiyyətində olmasının müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla tikinti texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyildir.

79. Göründüyü kimi, ünvan 14 ünvanında yerləşən İddiaçı İxtyar oğlunun istifadəsində olan 288.65 kv.m torpaq sahəsində yerləşən və mülkiyyətində olan 67.2 kv.m qeyri-yaşayış sahəsi, G tikilisinin (avtoyuyucu) yerləşdiyi ərazinin faktiki vəziyyətdə «NEOLİT HALL» şadlıq sarayı kimi istifadə olunan qeyri-yaşayış binasının önündə yerləşən sahə ilə üst-üstə düşdüyü müəyyən olunur.

80. Məhkəmə kollegiyası iddia tələbinin bir neçə hissədən ibarət olmasını nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla iddia tələbinin hər bir hissə üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalıdır.

 İddia tələbinin əmlakın qeyri-qanuni sahiblikdən geri alınması və əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsi ilə bağlı;

81. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın düzgün həlli üçün cavabdehin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətinə qəsdin, mərhumetmənin olub-olmaması, əgər vardırsa belə müdaxilənin qanuni, yoxsa qanunsuz olması müəyyən edilməlidir.

82. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 20 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü ildə qeydə alınmışdır. Qeyri-yaşayış sahəsi iddiaçının razılığı ilə sökülmüş, lakin daşınmaz əmlakın dövlət qeydiyyatı ləğv edilməmiş və qüvvədədir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,00816 ha torpaq sahəsi dövlət mülkiyyətində olsa da, reyestr qeydinə görə iddiaçının istifadəsində olması müəyyən olunur.

83. Belə ki, iddiaçı özü də iddia ərizəsində açıq-aydın şəkildə hazırda ona qaytarılmasını tələb etdiyi 67.2 kv.m. tikilinin (avtoyuma yerinin) satılmasına dair razılığa gəldiyini, bu razılaşmadan sonra isə həmin tikilinin söküldüyünü təsdiq etmişdir. Başqa sözlə, iddiaçı hazırda tələb etdiyi sahəni öz razılığı ilə satdığını və bundan sonra isə həmin tikilinin söküldüyünü yazılı ərizəsində bəyan etdiyindən, hazırkı halda iddiaçının mülkiyyətinə qəsddən söhbət gedə bilməz.

84. Həmçinin kollegiya qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının mülkiyyətin bərpa edilməsi mümkün deyil. Belə ki, 21 oktyabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edirlir ki, ünvan 14 ünvanında yerləşən İddiaçı İxtyar oğlunun istifadəsində olan 288.65 kv.m torpaq sahəsində yerləşən və mülkiyyətində olan 67.2 kv.m qeyriyaşayış sahəsi, G tikilisinin (avtoyuyucu) yerləşdiyi ərazinin faktiki vəziyyətdə «NEOLİT HALL» şadlıq sarayı kimi istifadə olunan qeyri-yaşayış binasının önündə yerləşən sahə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

85. Nəzərə alınmalıdır ki, iddiaçının bərpası tələb etdiyi qeyri-yaşayış sahəsi cavabdehin istifadəsində olan və şadlıq sarayı kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının önündə yerləşdiyindən, avtoyuyucu yerinin əvvəlki vəziyyətə gətirilməsi cavabdehin özünə məxsus əmlakdan təyinatı üzrə istifadə etməsini mümkünsüz etmiş olacaq. Belə halda da isə iddianın qeyd edilən hissədə təmin olunması mümkünsüzdür.

86. Kollegiya onu da qeyd edir ki, iddiaçı apellyasiya icraatında əmlakın dəyərini deyil, məhz əvvəlki vəziyyətin bərpasını tələb etdiyindən hazırkı halda əmlakın dəyərinin müəyyən edilməsinə zərurət yoxdur. Bununla yanaşı qeyd edilməlidir ki, hazırkı işin halları ilə iddiaçının əmlakından məhrum olduğu sübut olunduğundan və əvvəlki vəziyyətin bərpası mümkün olmadığından iddiaçının özünə məxsus əmlakın dəyərini tələb etmək hüququ istisna olunmur.

 İddia tələbinin “vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180000 (bir yüz səksən min) manat məbləğində pulun cavabdehdən tulularaq ona ödənilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması” hissəsi ilə bağlı;

87. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən ona məxsus daşınmaz əmlakı sökməsi və ya istifadəsində olan torpağı zəbt etməklə, onun mülkiyyət hüquqlarını pozmaqla yanaşı, onda əsəb, narahatlıq, məyusluq hissləri yaratmış, habelə sadalanan hadisələr onda, mənəvi sarsıntı yaratmışdır.

88. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

89. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

90. Həmin Məcəllənin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

91. Məhkəmə kollegiyası iddia tələbinin maddi və mənəvi ziyanla bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi araşdırılarkən, cavabdehin həmin əmlaka vicdanlı və ya vicdansız sahiblik etməsi də araşdırılmalı, iddia tələbinin həmin hissəsinə Mülki Məcəllənin 157.5-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməlidir.

92. Belə ki, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

93. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliin tələbinə görə iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

94. Kollegiya qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, hazırkı mülki iş üzrə cavabdeh vicdanlı əldə edən olmuşdur. Belə ki, iddiaçı özü də iddia ərizəsində, apellyasiya və kassasiya şikayətində açıq-aydın şəkildə tikilinin (avtoyuma yerinin) satılmasına dair razılığa gəldiyini, bu razılaşmadan sonra isə həmin tikilinin məhz özünün razılığı ilə söküldüyünü təsdiq etmişdir. Həmçinin hazırkı iş üzrə iddiaçı, xüsusi mülkiyyətindən məhrum olması nəticəsində əldən çıxmış fayda tələb etsə də iddiasını qeyd edilən hissələrdə kifayət qədər əsaslandırılmış və bu halı təsdiq edəcək hər hansı sübut (əvvəlki dövrə aid hər hansı icarə müqaviləsi, əldə edilmiş qazancdan vergi ödənişləri və.s) təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180000 (bir yüz səksən min) manat məbləğində pulun cavabdehdən tulularaq ona ödənilməsi” hissələrində də təmin edilməməlidir.

95. Eyni zamanda, məhkəmə kollegiyası iddia tələbinin vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100000 (bir yüz min) manat məbləğində pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

96. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarınıda qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

97. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

98. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları ilə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmir. Həmçinin nəzərə alınmalıdır ki, mənəvi ziyan tələbi digər tələblərdən irəli gələn tələb olduğundan və məhkəmə kollegiyasının yuxarıda qeyd edilən mövqeyinə görə iddia tələbi digər hissələrdə təmin edilmədiyindən mənəvi ziyanın tutulması hissəsində də təmin edilməməlidir.

99. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan araşdırmanın nəticələrini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmadığından iş üzrə qəbul edilmiş qətnamə Cavabdeh1nə aid hissədə hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

100. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

101. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

102. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddia tələbləri təmin edilmədiyindən iş üzrə aparılmış ekspertiza təqdqiqatlarının dəyərini təşkil edən 200 manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

103. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2144/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilsin. İddiaçı iddiası Cavabdeh1nə aid hissədə təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat alınaraq X9, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar