Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2429/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(011)-2053/2013 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22(011)-2053/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 13486 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. xx.xx.2013-cü il tarixdə cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-4433/2013 nömrəli qərardadı ilə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin qərardadı cavabdeh xx.xx.2013-cü il tarixdə poçt xəbərnaməsinə imza etməklə rəsmi qaydada qəbul etmişdir. Məhkəmənin xx.xx.2013-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Sonradan xx.xx.2013-cü il tarixdə cavabdeh qətnamədən şikayət verilmə müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəyə apellyasiya şikayəti əlavə edilmədiyindən ərizəyə baxılmasının mümkünsüzlüyü barədə cavabdehə xx.xx.2014-cü il tarixdə rəsmi məlumat verilmişdir. Daha sonra, xx.xx.2021-ci il tarixdə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin xx.xx.2013-cü il tarixli qətnaməsinin ona rəsmi qaydada verilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh yenidən qətnamədən apellyasiya şikayəti vermiş, eləcə də prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(011)-2053/2013 nömrəli qərardadı ilə apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2053/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Göründüyü kimi mübahisələndirilən qətnamə 2013-cü il tarixlidir və cavabdeh hələ 15 iyun 2013-cü il tarixdə qətnaməni rəsmi qaydada qəbul etmiş, birinci dəfə müddət daxilində verdiyi apellyasiya şikayəti nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə geri qaytarılmışdır. Bundan sonra cavabdeh qətnamədən şikayət verilmə müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəyə apellyasiya şikayəti əlavə edilmədiyindən ərizəyə baxılmasının mümkünsüzlüyü barədə cavabdehə məlumat verilmişdir. Bundan sonra cavabdeh uzun müddət hərəkətsizlik göstərərək yalnız 2021-ci ildə yenidən ərizə ilə müraciət edərək, qətnamənin ona təqdim edilməsini xahiş etmiş və hazırki apellyasiya şikayətini 2023-cü ildə vermişdir. Göründüyü kimi müddətin ötürülməsi cavabdehin iradəsindən kənar baş verməmişdir, qətnamədən məlumatlı olmuş, daha əvvəl qətnaməni mübahisələndirmiş, lakin göstərilmiş nöqsanları aradan qaldırmaqla vaxtında müraciət etməmiş, 10 il hərəkətsizlik göstərmiş və 2023-cü ildə yenidən qətnaməni mübahisələndirmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Prosessual müddətin ötürülməsi üzrlü səbəbdən baş verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə qənaətə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(011)-2053/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2429/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2429/2024
27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver